SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə83/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   79   80   81   82   83   84   85   86   ...   104

Zaur: 
 
- Altıncıya, - dedi - başımı verərəm ki, səhv etmirəm, öz gözlə-rimlə 
görmüşdüm 6 rəqəmini... Amma bina da beşmərtəbəlidir axı... 
 
Məmməd Nəsirin yaşı həştadı çoxdan keçmişdi, amma hələ də gümrah 
idi  və  allahın  var  günü  səhər  tezdən  bir-iki  stəkan  “Ağdam"  portveyni 
vurardı bədənə. Doğrudur, indi əwəlkindən çox-çox az içərdi, amma əw əlk 
i təkin mütəmadiyən hər gün içərdi... Axır vaxt-lar tez-tez Zaurla içərdilər - 
illər keçdikcə onların yaş fərqləri itib get-mişdi və indi kənardan baxan elə 
güman edərdi ki, iki qoca şərab içə-içə ötən günləri, keçmiş xatirələri yada 
salır, nəşriyyatda birgə keçmiş uzun ömürlərindən söhbət edirlər... 
 
Zaur bir də təkrar etdi: 
 
- Bina axı beşmərtəbəli idi... 
 
Məmməd  Nəsir  uzun  müddət  harasa  baxdı,  gözləri  yol  çəkdi,  elə  bil 
baxışlarıyla  divarı  deşib  harasa  çox-çox  uzaqlara  baxırdı,  sonra  qə-fıldən 
belə bir kəlam bəyan etdi: 
-  Əgər  adamlar  başa  düşsəydilər  ki,  beşmərtəbəli  binanın  altıncı 
mərtəbəsi də ola bilər, onda nə vardı ki... 
 
1 9 7 4 -1 9 7 8 
 
B a k ı - M o s k v a - G ö y ç a y 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
foe, 
 
 
 
 
 
 
 
 
 
(U to p ik
 
və antiutopik n a ğ ılla r) 


BİRİNCİ NAĞIL 
 
 
 
O v a x t d ö y ü ş ə - d ö y ü ş a ik i q o ç g ə lə c ə k : B ir i a ğ , 
b ir i q a r a . A ğ q o ç q a r a q o ç u q o v a c a q , O n - d a a 
tıl m in a ğ q o ç u n b e lin ə . A ğ q o ç u n bel'ın ə m in ə n k im 
i iş ıq lı d ü n y a y a ç ıx a c a q s a n . Q a ra q o ç a m in s ə n , 
q a r a n lıq d ü n y a y a d ü ş ə c ə k s ə n . 
 
Məlikməmmədin nağılı 
 
 
Məlik  Məmmədli  Dövlət  himninin  sədalarma  oyandı.  Daha  doğ-rusu 
hələ tam oyanmamışdı: yarıyuxulu halda eşidirdi bu səsləri. Qə-ribədir, hər 
gecə  yuxuya  getməmişdən  bilgisayarm  Vaxt  xidmətini  sübh  obaşdandan 
himnin  səslənəcəyi  saata  ayarlayırdı  və  hər  səhər  də  onu  himnin  sədaları 
oyadırdı, amma bu gün oyanıb durmamışdan, hə-lə yuxudaykən görünməmiş 
bir fərəh hissinə qapdmışdı. Hər gün eşit-diyi səslər nədən bu gün bu qədər 
xoş bir ovqat oyadırdı? Elə yuxu-daykən də Məlik bunun səbəbini tapdı. Bu 
gün Novruz bayramı idi, redaksiyada da, şəhərdə də, ümumən bütün ölkədə 
də bu günü hamı kimi o da böyük ruh yüksəkliyilə, sevinc, qürur, arxayınlıq 
duyğula-rıyla  yaşayacaqdı.  Elə  yuxudaca  -  naşükür  olma  -  deyə  düşündü  - 
məgər hamı kimi o da, bütün bu son illərin hər gününü, gündüzünü - gecəsini 
eyni bəxtiyarhq hissiylə yaşamırmı? 
 
Nə  isə,  durmaq  vaxtı  idi.  Məlik  ani  bir  sıçrayışla  yatağından  qalxdı. 
Artıq vərdiş halını almış bir duruşla Himni sonacan ayaq üstə dinlodi. 
 
Məlik  bilirdi  ki,  bu  an  milli  tele  radio  kanallarınm  on  ikisində  də 
səslənən  bu  himni  Dərbənddən  Həmədanacan,  Qazaxdan  Qəzvinəcən 
milyonlarla insan eyni fərəh və qürur hissəlriylə dinləyir. 
 
Məlik,  əlbəttə,  bilgisayarımn  dalğasım  çahşdığı  Radio-TV  kanalı-nın 
dalğalarına  yönəltmişdi.  Üç  ildən  bəri  şərhçi  və  m  üəllif-  rejissor  kimi 
işlədiyi  Çağdaş  Radio-TV  kanalı  fəaliyyətində  ağırlığı  mədə-niyyət 
məsələlərinə  verirdi.  Başqa  Radio-TV  kanalları  da  nə  qədər  universallığa 
riayət  etsələr  də  hər  halda  müəyyən  sahələrə,  müəyyən  yönlərə  daha  artıq 
meyil edirdilər. Əlbəttə, yeganə rəsmi dövlət kanalı 


AZRT  Azərbaycan  və  dünya  həyatım  bütün  dolğunluğuyla  əks  etdir-məyə 
çalışırdı. Amma digər —özəl kanalların müəyyən istiqamətləri və deməli öz 
tamaşaçı kontingenti vardı. 
 
Türk  dünyası  -  “Turan”ın,  Bakı  şəhər  və  vilayətinin həyatı  “Xəzər”  və 
“Abşeron”un  başlıca  mövzuları  idi.  “A  raz”  əsas  verilişlərini  Güney 
Azərbaycana  həsr  edirdi.  Gənclərin  və  yeniyetmələrin  ən  çox  sevdik-ləri 
“Ulduz” musiqi, idman və əyləncə proqramları göstərirdi. “Hilal”da verilişlər 
əsasən  dini  m  əsələlərə  həsr  olunurdu  -  İslam  tarixi,  müqəd-dəs  Quramn 
şərhi, peyğəmbərlərin, imamların, övliyaların ömürləri... 
 
“Novruz”da  etnoqrafık,  folklor  mövzuları,  mədəni  irsə,  qədim  adət-
ənənələrə  aid  verilişlər  üstünlük  təşkil  edirdi,  “Birlik”  -  xarici  dillər-də  və 
ölkədəki  m  illi  azlıqlarm  dilində  proqram  lar  verirdi.  “Savalan”  R  -TV 
Təbrizdən, “K əpəz” R -TV Gəncədən efırə çıxırdı. 
 
Ölkənin  ən  peşəkar  telejumalisti  və  telerejissoru  kimi  tamnan  Mə-lik 
Məmmədlini  bütün  kanallar  israrla  dəvət  edirdilər,  amma  Çağdaş  TV  -də 
tamaşaçılarmı  məmləkətinin  və  xarici  ölkələrin  mədəniyyət  həyatıyla, 
dünyanın ədəbi, sənət sərvətləriylə tanış etməyi son illərdə ömrünün məramı 
seçmişdi. 
 
Ölkədə fəaliyyət göstərən siyasi partiyalardan dəfələrlə dəvətlər alsa da, 
heç birinə müsbət cavab  vermir, ümumiyyətlə siyasətə qoşul-murdu. Məlik 
qəti  inanırdı  ki,  Azərbaycamn  tarixi  ərazi  bütövlüyü  bərpa  olunandan  bəri, 
ölkənin  demək  olar  ki,  bütün  sosial,  iqtisadi  və  ideoloji  problemləri  əsasən 
həllini  tapandan  sonra  siyasətçilik  -  müəyyən  dərəcədə  xoş  bir 
məşğuliyyətdir:  məsələn,  idmançılıq  kimi,  poçt  markalan  yaxud  kəpənək 
kolleksiyası toplamaq kimi. 
 
Doğrudan  da  bir  vaxtlar  sahibkarlıq  fəaliyyəti  məhdudlaşdırılar-kən, 
milli  dəyərlərə  yetərincə  diqqət  verilməyərkən  sağ  partiyaların  elektoratı 
çoxduysa, korrupsiya hökm sürərkən, bəzilərinin həddən ar-tıq varlandıqları, 
bəzilərinin  dilənçi  kökündə  yaşadığı  vaxtlarda  sol  partiyaların  təbliğatı 
güclüydüsə,  indi  bu  problemlər  birdəfəlik  aradan  qalxmış,  seçicilərin  çoxu 
sağ və sol partiyalara yalnız ənənəvi vərdiş kimi, valideynlərindən qalma bir 
rəğbət tövsiyəsi kimi səs verirdilər. 
 
Milli Məclisdə beş partiya təmsil olunmuşdu - iki, əski təbirlə deyilersə 
sağyönlü, iki solyönlü və bir mərkəzçi partiya. Milli və türkçülük dəyərlərini 
önə  çəkən  və  bazar  iqtisadiyyatının  ardıcıl  tərəf-darı  olan  iki  sağ  partiya, 
sosial bərabərliyin carçısı kimi çıxış edən, 
 
əsasən  işçi  sinfınə  arxalanan  iki  sol  partiya  və  hər  iki  tərəfın  müəyyən 
dəyərlərini qəbul edən, əsasən barışçı mövqedə dayanan mötədil mər-kəzçi 
partiya. İndi iqtidarda olan da mərkəzçi partiyayla bitərəf, müs-təqil millət 
vəkillərinin ortaq koalisiya hökuməti idi. 
Məlik  başmı  buladı  -  bu  bol  günəşli  xoş  gündə  siyasi  məsələləri 
xatırlamağa  dəyərdimi?  Yeni  dəniz  neft  və  qaz  yataqları  açılandan  bə-ri, 
Bakı-Ceyhan  xəttiylə  bərabər  şımaldan  və  cənubdan  daha  iki  boru  işə 
düşdüyündən  və  sabit  gəlir  gətirdiyindən  əhalinin  orta  əmək  haq-qı  ayda 
min  dollar  olan  bir  ölkənin  vətəndaşlarım  siyasi  olaylar  indi  çox  az 
maraqlandırırdı. 
 
İndi  Azərbaycan  əhalisinin  rifah  səviyyəsinə  görə  ərəb  əmirliklə-rini 
arxada  buraxmış,  iqtisadi  və  mədəni  inkişafı  etibarilə  ən  qabaqcıl  Avropa 
ölkələrinə  çatmışdı.  Son iki ildə  səhiyyə  xidməti,  orta  və ali  təhsil,  çörək, 
kommunal  xidmətlər  (mənzil,  elektrik,  qaz,  su  haqqı),  şəhər  nəqliyyatı 
(taksidən başqa) pulsuz olmuşdu. 
 
Uzaq  illərin  qanlı  Qarabağ  hadisələri,  ölkənin  o  vaxtkı  ağır  iqtisa-di 
durumu indi yalnız xatirələr aləmində qalmışdı. Qarabağ demişkən, Məliyin 
yadına dünən oğlunun Şuşadan telefon etməsi düşdü. 
 
Məliyin  oğlu  Beyrək  nəqliyyat  mühəndisi,  qızı  Burla  ədəbiyyat 
müəllimi, arvadı Aypəri teatr rəssamı idi. Nə yazıq, təsadüf elə gətir-di ki, 
bu Novruzda heç biri Bakıda deyil, Beyrək Şuşada, Aypəri Təb-rizdə, Burla 
Kərkükdə idi. 
 
Beyrək Şuşada Cıdır düzündən Topxana meşəsinə çəkilən funi-klyorun 
qurulmasına  rəhbəriik  edirdi.  Dünən  Məlik  tetefonla  inşaatın  nə  yerdə 
olduğunu  soruşduqda  Beyrək  Cıdır  düzü  tərəfdən  Kirsdən  Qırx  pilləkana 
qədər, Topxana tərəfdən İbrahim xanın sığnağına qə-dər hazırdır - dedi, indi 
iki tərəfı  birləşdirmək qalıb,  o  da  bir aya  bi-tər.  Sağ  olsun  mingəçevirlilər, 
elə yaraşıqh vaqoncuqlar istehsal edib-lər ki, iki göz istəyir tamaşasına. Odur 
ki,  yayda  İsa  bulağı  dincərliyi-nə  gələndə  Qarqarın  üstündən  funikulyorla 
keçəcəksiniz. 
 
Beyrək  fantazyor  idi,  bir  neçə  il  bundan  əvvəl  bu  funikulyor  ideya-sı 
başına gələndə heç kəs bunu ciddi qəbul eləmədi, amma budur bax, olundu 
ki... indi də Qırxqız yaylaqlarma - teleferiq - kanat yolu fikri-nə düşüb. Niyə 
də  olmasın.  Son  illər  Şuşa,  doğrudan  da,  Qafqazın  ən  böyük  turist 
mərkəzlərindən  birinə  çevrilib.  Səfah  iqlimi,  şəfalı  bulaq-ları,  qışda  xizək 
idmam, ov, alpinizm, tarixi abidələr - dünyanm hər 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə