SeçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 4 Mb.
Pdf görüntüsü
səhifə90/104
tarix08.09.2018
ölçüsü4 Mb.
#67143
1   ...   86   87   88   89   90   91   92   93   ...   104

Avtosunu işə salıb X əzər prospektinə endi. Prospekt artıq nəq-liyyatçün 
açılmışdı, amma yaman basırıq idi. Azadlıq meydanmdan keçib Qara şəhərə 
çıxandan sonra nəqliyyat bir az seyrəldi. 
Avtosunun qutusundan kaset çıxarıb maqnitofona saldı, düyməni basdı. 
Baxın  Çakonası  səslənməyə  başladı.  Məliyin  ən  çox  sevdiyi  musiqi 
əsərlərindəndi. 
 
Universitetlər  şəhərciyi  Hovsan  da  arxada  qaldı,  indi  sahil  yoluyla 
Türkana tərəf irəliləyirdi. Maqnitofonda Məliyin çox sevdiyi başqa bir əsər - 
Albinioninin Adajiosu səslənirdi. Məlik bu əsərlərin müəlliflə-ri barədə - Bax 
və  Albinioni  barədə  düşündü.  Bu  dahiləri  Məliyə  bu  qədər  yaxm,  doğma, 
munis edən nəydi? Onları əsrlərin məsafəsi ayı-rırdı, zaman, məkan, mühit, 
adət-ənənələr,  mədəni  irs,  gələnəklər,  davranış  qaydaları,  ədaları,  bir  sözlə 
hər şey, hər şey tamam başqa idi... 
 
Amma  Məliyi  mat  qoyan  o  idi  ki,  bu  kamzollu,  dar  pantolonlu,  yaxası 
jabolu, başmda pudralı parik olan insanlar - Bax, Albinioni, Vivaldi, Korelli, 
Motsart - onun, Məliyin duyğularım necə də ülvi səslərlə ifa-də edə biliblər. 
Sanki bu uzaq ellərin, uzaq zamanların insanları onun, Məlik Məmmədlinin, 
XXI əsr Azəri türkünün ən dəruni hisslərini duya və belə ecazkar melodilərlə 
səsləndirə bilmişlər. Bu möcüzə deyildimi? Uzaq əsrlərin möcüzəsi... 
 
Amma ağlına gəldi ki, bunlan burada, avtosunda dinləyə bilməsi də XX-
XXI əsrlərin möcüzəsidir. Nazik mixəyi lent dolanmış kiçicik ka-seti eihazm 
içinə salırsan və bir-birindən gözəl səslər, melodilər aləmi canlanır - yəqin o 
dövrün insanlan da bu möcüzəyə mat qalardı. 
 
Avtonun  açıq  pəncərələrindən  xəfıf  gilavar  Məliyin  saçlarını  yumşaq-
yumşaq  tumarlayırdı.  Atobamn  sağ  tərəfində  iri  hərflərlə  ya-zılmış 
TÜRKAN sözünü gördü. 
 
Keçmiş qəsəbənin yerində salınmış Türkan şəhəri - müəyyən an-lamda 
Türk  dünyasmın  mənəvi  mərkəziydi.  Bir  çox  ümumtürk  iqtisa-diyyat, 
mədəniyyət,  maliyə,  KİV  strukturları,  müstəqil  və  muxtar  Türk 
respublikalarmın səflrlikləri, daimi nümayəndəlikləri burada yerləşirdi. 
 
Türkanm girəcəyində yol haçalamrdı. Üst yol Dinlər meydanma apanrdı 
-  burada  Türkiyə  dövlətinin  inşa  etdiyi  əzəmətli  Əhməd  Ya-səvi  məscidi, 
onun  yanında  xristian  qaqauzlar  üçün  tikdirilmiş  kiçik  kilsə  -  sövmiyyə, 
qarşı  tərəfdə  yəhudi  Qaraimlərin  sinaqoqu,  Tuvanın  hədiyyə  etdiyi  Budda 
məbədi və Yakutlarm şaman otağı yerləşirdi. 
Dinlər meydanmdan bir az aralı Manas idman kompleksində qapa-h və 
açıq yarış, oyun meydançalan, üzgüçülük hovuzları vardı. İdman zonasmdan 
başlanan  -  bir  ucu  Türkan  hava  alanına,  bir  ucu  Binə  hava  limamnm 
yaxınlığındakı  İpək  yolu  -  fuarına  -  yarmarkasma  qədər  uzanan  Ötükən 
ormanmı Türk dünyasmın hər guşəsindən gətirilib burda əkilmiş və nə yaxşı 
ki,  tutmuş  müxtəlif  ağaclar  bəzəyirdi.  İpək  yolu  fuarmda  yalmz  Türk 
dünyasından deyil, planetin hər yerindən gə-tirilən mallar nümayiş etdirilir 
və satüırdı. Nə yoxdu burda - Qazax-qırğız dombralarından tutmuş Dağıstan 
yapmcılarınadək, özbək xələt-lərindən türkmən —ahal təkə atlarınaean, Çin 
kaşısı,  Kaşan  xalçaları,  ərəb  ədviyyatı,  yapon  şirmalan,  Hindistan  ətirli 
sandal  çubuqian,  hət-ta  Afrika  masqaları  tapmaq  olardı  burda.  Qərbin, 
Yaponiyanm,  Ko-reyanm  ən  yeni  texnologiyaları  müxtəlif  şirkətlərin 
diqqətini  çəkirdi.  “Aral”,  “İssık  göl”,  “Altay”,  “Mərmərə”,  “Ağrı  dağ” 
restoran,  kafe  və  barlarmda  qazax  Beşbarmağından,  özbək  plovundan 
Türkiyə  türkləri-nin  imambayıldısınacan  hər  növ  təamı  dadmaq  olardı, 
qımız da içmək olardı, Zəm -zəm suyu da, yaşıl özbək çayı da... 
 
Bütün bu mallar ya hava yoluyla Türkan hava alanına, ya gəmi-bərələrlə 
Türkan  bərə  limanma,  yaxud  da  Türkan  dəmir  yol  vağzalına  qatarlarla 
çatdırılırdı.  Uluslararası  Binə hava  limanmdan  dünyanm hər  yerinə  uçmaq 
olardı,  Türkan  hava  alanma  qonan  və  oradan  qalxan  “Bayqonur”  uçaqları 
Türk  dövlətlərinin  paytaxtarı  və  böyük  şəhərlo-riylə  gediş-gəlişi  təmin 
edirdi. 
 
Yollar ayncında Məlik sağa burulub Salavat Yulayev küçəsindən Orxon 
meydanma  daxil  oldu.  Bu  meydan  dairəvi  şəkildə  qurulmuşdu.  Meydanm 
tən  ortasında  üç  Orxon  kitabəsinin  -  Böyük,  Kiçik  Gültəkin,  Tonüquq 
yazılarınm  on  dəfə  böyüdülmüş  daş  kopiyalan  qoyulmuşdu.  Meydanı 
dövrələmə müxtəlif ölçülü dörd bina əhatə edirdi: Universi-tet, Teatr, Elmi 
Mərkəz  və  Kitabxana  binalan.  Kamal  Atatürk  Univcr-sitetində  bütün  türk 
xalqlannm ölkəşünaslığı, tarixi, dili, ədəbiyyatı, coğrafıyası və iqtisadiyyatı 
üzrə  mütəxəssislərhazırlanırdı.  Müxtəliföl-kələrin  teatr  tamaşaları  adətən 
Nazım  Hikmət  teatrında  oynanıhrdı.  Bu  axşam  burda  Kürd  teatnnm 
“Məhəmməd Qazi” tamaşası göstərilirdi. 
 
Mahmud  Qaşqarlı  Türk  Dünyası  Araşdırmalar  Mərkəzində  türklə-rin 
ortaq  tarixi,  ortaq  ədəbiyyat  tarixləri  üzrə  tədqiqatlar  aparılır,  ortaq  və 
ikitərəfli lüğətlər, Ümumi Türk Ensiklopediyası hazırlanır, əlifba, 


 
dil  və  terminoloji  uyğunlaşdırma  komissiyası  işləyirdi.  Fərabi  kitabxa-
nasında  Bakının,  İstanbulun,  Daşkəndin,  Tehranm,  Bağdadın,  Qahirə-nin, 
Moskvanın,  Peterburqun,  Vaşinqtonun,  Nyu-Yorkun,  Londonun,  Parisin, 
Berlinin, Romanm, Vyananm ən böyük kitabxanalarmdan, Ma-tenadarandan 
türkolojiyə  aid  bütün  kitablann,  əlyazmaların  mikrofılm-lərindən, 
bilgisayarda yerləşdirilmiş surətlərindən istifadə etmək olardı. 
 
Məlik  Orxon  meydanından  Hunlar  bulvarına  çıxdı.  Bulvarın  sağ 
tərəfındə  20  müstəqil  və  muxtar  türk  respublikasının  səfırlikləri  və  daimi 
nümayəndəlikləri  yerləşirdi.  Sol  tərəfdə  isə  Yusif  Balasaqunlu-nun,  Yunis 
İmrənin,  Əlişir  Nəvainin,  Məhdumqulunun,  Abayın,  Ab-dulla  Tuqayın  və 
Qasparalı İsmayılın adlarını daşıyan uyqur, Anadolu, cağatay, qazax-qırğız, 
İdil-Ural və Krım -tatar mədəniyyət mərkəzlə-ri fəaliyyət göstərir. İki qonşu 
binada  -  Ziya  Göy  alp  ocağmda  və  Sul-tanqaliyev  klubunda  sağ  və  sol 
təmayüllü siyasətçilər toplaşır, çeşidli məsələlər haqqmda qızğın mübahisələr 
aparırdılar. 
 
Hunlar  bulvarmdan  Oğuz  meydanma  çıxdı.  Orxon  meydanmdan  fərqli 
olaraq  bu  meydan  kvadrat  şəklində  idi  və  Səmərqəndin  Registan  meydanı 
üslubunda  tikilmişdi.  Meydanm  forması  da,  binalann  memar-hğı  da,  kaşı 
üzlüklər də Səmərqəndi, Buxaranı, Xivəni andınrdı. İki tə-rəfdən iki ekiz uca 
bina  “Turan”  oteli  və  “Erkenekon”  sarayı,  onlann  arasında  Türk  muzeyi 
yerləşirdi, dördüncü tərəf boş qalmışdı - dənizə açıqdı. 
 
“Turan”  otelinin  qarşısmda  tarixi  türk  imperiyalarmın,  dövlətləri-nin 
sancaqları  və  tuğları  görünürdü.  “Erkenekon”  sarayınm  qarşısmda  çağdaş 
türk respublikalarının bayraqları dalğalanırdı. “Erkenekon” sa-rayında Türk 
dünyasınm  iqtisadiyyat,  mədəniyyət,  elm,  təhsil,  infor-masiya,  maliyyə, 
səhiyyə  və  idman  komissiyaları  yerləşirdi.  Hava  şir-kətlərinin  və  turist 
təşkilatlarının  büroları,  xəbər  ajanslan  və  mətbuat-televiziya  müxbirlərinin 
ofisləri də bu binadaydı. Mühüm tədbirlər böyük iclas salonunda keçirilirdi. 
 
Məlik  “Ceyran”mı  muzeyin  qarşısında  saxladı,  açarları  avtomobil 
xidmətçisinə verdi. Üstündə “Türk dünyasınm sərvətləri sərgisi —22 mart - 
22  aprel”  yazılmış  afişin  yanmdan  keçdi,  jumalist  kitabçasım  göstərib 
muzeyə  daxil  oldu.  Açılışa  gecikmişdi,  amma  yenə  də  adam  əlindən 
tərpənmək olmurdu. 
 
Böyük foyedə nümayiş etdirilən Şeyx Səfı xalçasmın qarşısında xüsusi 
qalabalıq vardı. Məlik bu xalını Londonda Viktoriya və Albert 
muzeyində görmüşdü, amma o yarıqaranlıq salondan fərqli olaraq bu-rada, 
bol  işıqlı  yerdə  Şeyx  Səfı  xalçası  rəng  verib  rəng  alırdı.  Bəlkə  Vətənə 
döndüyündən  belə  bərq  vurur.  Məlik:  Yenə  pafosa  qapılma  cənab 
Məmmədli  -  deyə  özünü  məzəmmmət  elədi,  -  həm  də  ki,  hə-mişəlik 
qayıtmayıb: cəmisi bir aylığa. 
 
Uzun  və  üzücü  damşıqlardan  sonra  Böyük  Britaniya  hökuməti  bir 
aylığa xalçanın Bakıda nümayiş etdirilməsinə icazə vermişdi, özü də böyük 
mühafizəçi  dəstəsinin  müşayiətilə.  Dünyamn  ən  qədim  xalısı  sayılan 
Paızırıq xalçası da ciddi mühafizə olunurudu  - süzülüb dağıl-mış bu xalça 
güllədeşməz şüşənin arxasında asılmışdı. 
 
Qazaxıstandan  göndərilmiş  Qızıl  döyüşçü  də  eyni  cür  gülləkeçməz 
şüşələr arxasmda idi, Drezdendən və Vatikandan gətirilmiş Kitabi Də-dəm 
Qorqud əlyazmaları da. Xeyli adam Piri Rəis xəritəsinin qarşısm-da qulaq 
bələdçilərinin  müxtəlif  dillərdə  izahatım  dinləyirdilər,  Piri  Rəisin 
Kolumbun kəşfındən çox qabaq Amerika qitəsini xəritətsində göstərdiyinə 
ən çox təəccüb qalanlar yuxarı sinif şagirdləri və əcnəbi turistlər, özəlliklə 
amerikalılar idi. 
 
Məlik elektron yaddaş dəftərçəsində lazımı qeydlər etdi, arxayın vaxta 
gəlib  yaxşı  bir  proqram  düzəltmək  olar  -  deyə  düşündü  və  mu-zeydən 
aralandı. 
 
Bu səfər Güney sahil yoluyla deyil, Kəmər yoluyla Bakıya tərəf gedirdi, 
gecə-gündüzün tarazlaşdığı 22 mart gününün alatoranlığı idi. Məliyin ağlına 
gəldi  ki,  səhərdən  heç  nə  yeməyib.  Yol  boyu  yerləşən  restoranlan  bir-bir 
yadına saldı. Amma artıq qərarını vermişdi: burala-ra yolu düşəndə hökmən 
Zığ yamacında yerləşən “Aylı gecələr” par-kının “Bakı gecələri” restoramna 
gedərdi.  Bu  axşam  da  şam  yeməyini  orda  yeyəcəkdi.  Bu  restoranı  çox 
sevirdi.  Əlbəttə mətbəxi  sandan  da-ha  ləzzətli, hətta  ekzotik  restoranlar  da 
var,  amma  Məliyi  “Bakı  gecə-ləri”nin  menyusu  deyil,  eyvanmdan  açılan 
mənzərə  cəlb  edirdi.  Son-suz  məhəbbətlə  sevdiyi  şəhərə  adətən  ya  çox 
yuxarılardan ya da üzü dənizə durularsa sağ cinahdan baxardı. Şəhəri məhz 
bu  səmtdən  gör-mək  imkanı  hər  gün  olmurdu.  Bura  yolu  düşəndə  “Aylı 
gecələr” par-kından,  “Bakı  gecələri” restoranımn  açıq  eyvanmdan  saatlarla 
Bakınm gündə vərdiş etmədiyi görünüşünü seyr etməkdən zövq alırdı. 
 
Sifarişini verdi, amma yeyib-içəndən sonra da durub getmək istə-mirdi. 
“Qıpçaq” şərabını qurtum-qurtum içərək çil-çıraq içində alışıb-yanan şəhərə, 
Xəzər, Füzuli bulvarlannda işıq seli kimi axan nəqliy- 


Yüklə 4 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   104




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə