SEÇKİ BÜLLETENİ 2
1
SEÇKİ BÜLLETENİ
9 OKTYABR 2013-CÜ İL PREZİDENT SEÇKİLƏRİ GÜNÜDÜR
№ 2 Demokratiyanı Öyrənmə İB
Sentyabr
2013
Seçim etmək Sizin haqqınızdır
SEÇKİ GÜNDƏMİ
2013-cü il Prezident seçkilərində sentyabrın 16-dan başlayan
namizədlərin təşviqatı mərhələsi davam edir. Qeydə alınmış 10
namizədin (İqbal Ağazadə, Zahid Oruc, İlham Əliyev, Hafiz
Hacıyev, Araz Əlizadə, Sərdar Məmmədov, İlyas İsmayılov,
Fərəc Quliyev, Qüdrət Həsənquliyev və Cəmil Həsənli) iştirak
etdiyi kampaniya KİV-də çıxışlar, seçicilərlə görüşlər və təşviqat
materiallarının yayılması üsulları ilə keçirilir.
Namizədliyinin qeydiyyatından imtina olunmuş daha 4 namizədin
(İlqar Məmmədov, Əli Əliyev, Əhməd Oruc və Fuad Əliyev)
məhkəmələrə şikayətləri nəticəsiz qalıb.
Milli səviyyəli televiziya və radio kanallarının heç biri təşviqatda
iştirak etmədiyindən namizədlər yalnız ``İctimai`` kanalda
ödənişsiz efir vaxtından istifadə etməklə məhdudlaşdırmağa
məcbur olublar. MSK ödənişsiz efir müddətini qanunvericilikdə
nəzərdə tutulmuş minimum hədlərdə (həftədə 3 saat İTV-də və 3
saat ``İctimai`` radioda olmaqla) müəyyənləşdirmişdi.
İTV-nin namizədlərin təşviqat çıxışları üçün ödənişsiz efir
vaxtında namizədlərin iştirakı ilə dəirmi masa təşkil edir.
Prezidentliyə namizədlərin debatı adlandırılan bu verilişdə hər bir
namizədə çıxış üçün 6 dıqiqə vaxt ayrılır. İTV-nin müəyyən
etdiyi bu format namizədlərə efir vaxtından öz istədikləri qaydada
və məqbul hesab etdikləri üsullarla istifadə etmək imkanı
vermədi. İlk dəirmi masadan aydın oldu ki, bu format
namizədlərə öz platformalarını seçicilərə keyfiyyətli şəkildə
çatdırmaq imkanı vermir. Müşahidəçilərin fikrincə, bu formatın
məqsədi məhz real namizədlərin təşviqat imkanlarını
məhdudlaşdırmağa yönəlib.
Hətta ``İctimai`` kanalda da ödənişli təşviqat üçün efir
imkanlarından istifadə olunmur. Yalnız bir namizəd - Milli
Şuranın namizəi Cəmil Həsənlinin İTV-də ödənişli efir vaxtından
istifadə etmək niyyətini bildirmişdi, lakin telekanal rəhbərliyi
namizədin nümayəndəsi ilə görüşdən yayınıb, növbəti gün isə
müddətin başa çatmasını əsas gəturərək müraciəti qəbul etməyib.
Namizədlər kütləvi tədbirlər yolu ilə təşviqatı yalnız yerli icra
hakimiyyəti orqanları tərəfindən ayrılmış yerlərdə apara bilərlər.
Seçicilərlə görüş üçün bütün ölkə üzrə 76 açıq və bir o qədər də
qapalı məkanlar müəyyən edilmişdi.
Ardı səh 2-də
Bülleten ``Demokratiyanı Öyrənmə`` İctimai Birliyinin ABŞ German Marşall Fondunun (BST layihəsi) və ABŞ Səfirliyinin dəstəyi ilə həyata
keçirdiyi Seçki Prosesində İctimai İştirakçılığın Gücləndirilməsi Proqramı çərçivəsində hazırlanıb. Bülletendə yer almış məlumatlar və fikirlər heç
bir halda GMF-in və ABŞ Səfirliyinin mövqeyi kimi qiymətləndirilə bilməz.
SEÇKİ 2013: NAMİZƏDLƏRİ TANI!
İqbal Ağazadə
İlham Əliyev
Araz Əlizadə
Hafiz Hacıyev
Cəmil Həsənli
Qüdrət Həsənquliyev
Fərəc Quliyev
Zahid Oruc
Sərdar Məmmədov
İlyas İsmayılov
S
ə
s
v
e
r
!
SEÇKİ BÜLLETENİ 2
2
SEÇKİ GÜNDƏMİ Əvvəli səh 1-də
Bu yerlərin əksəriyyəti isə seçicilərlə görüş üçün münasib deyil və mərkəzdən uzaqda yerləşir. Hələlik yalnız bir neçə namizəd bu cür görüşlər
keçirib. Hazırkı prezident İlham Əliyevin təşviqatı ilə bağlı YAP ölkənin bütün regionlarında təşviqat görüşləri keçirdiyini bildirib. Müstəqil
müşahidəçilər bu tədbirlərdə inzibati resurslardan geniş istifadə edilməsi, büdcə təşkilatlarında çalışanların inzibati qaydada bu görüşlərə cəlb
edilməsi hallarına rast gəliblər.
Hakimiyyəti sərt tənqid edən iki namizəd - Cəmil Həsənli və İqbal Ağazadə bəzi regionlarda seçicilərlə görüşlər keçirsə də, bu tədbirlərə yerli
rəsmi qurumlar tərəfindən maneələrin törədilməsi haqqında məlumatlar var. Hakimiyyətə loyal olan digər namizədlər təşviqat tədbirlərinə hər
hansı maneə ilə üzləşməyiblər. Hətta bu namizədlərdən Hafiz Hacıyev və Qüdrət Həsənquliyevin Bakı şəhərində keçirilən seçicilərlə
görüşlərinə də ali məktəb tələbələri, büdcədən maliyyələşən qurumların əməkdaşlarının kütləvi şəkildə gətirildiyi bilinir.
Təşviqat materaiallarının yayılması geridə qalan mərhələdə yalnız seçki komissiyaları tərəfindən ayrılmış xüsusi yerlərdə mümkün olub. Bu
yerlərdən kənarda demək olar ki, namizədlərin təşviqat materiallarına rast gəlinməyib.
Seçki kampaniyasının geridə qalan hissəsində siyasi fəallar və jurnalistlərin təqib və həbslə üzləşməsi halları qeydə alınıb.
Avqustun sonlarında ölkəyə gələn ATƏT-in Demokratik
Təsisatlar və İnsan Haqları Bürosunun Seçkiləri Müşahidə
Missiyası özünün birinci aralıq hesabatında 28 avqustdan – 12
sentyabradək olan dövrdə seçki kampaniyasının gedişatına dair
rəyini açıqlayıb. Hesabat əsasən seçki prosesinin gedişatı ilə
bağlı faktların, hadisələrin və seçki hərəkətlərinin
sadalanmasından ibarət olsa da, ara-sıra çox ehtiyatlı tənqidə də
yer verilmişdi. Ancaq bu ehtiyatlı tənqidə Məzahir Pənahovun
başçılıq etdiyi və əksər seçki hərəkətlərini həmişə nəzərdə tutulan
müddətin sonuncu günü həyata keçirən Mərkəzi Seçki
Komissiyası gecikmədən reaksiya verdi. Özü də ATƏT-ə
tövsiyyəsi ilə birgə.
ATƏT-in iradları
...Seçki şikayətlərinə baxılması müddətinin azaldılması ilə
əlaqədar olan təklif istisna olmaqla, 2010-cu il parlament
seçkilərindən sonra ATƏT/DTİHB-nin etdiyi tövsiyyələrin heç
biri qanuna edilən dəyişikliklərdə öz əksini tapmamışdır.
... Qarşıdan gələn seçki bir siyasi qüvvənin üstünlük təşkil etdiyi
bir mühitdə baş verir. Beynəlxalq hesabatlara əsasən, 2012 və
2013-cü illərdə qanuvericiliyə edilən bir neçə dəyişiklik ifadə
azadlığı, sərbəst toplaşmaq azadlığını və vətəndaş cəmiyyətinin
fəaliyyətini daha da məhdudlaşdırıb.
... Seçki komissiyalarının tərkibinə dair formula parlamentdəki
çoxluğa bütün komissiyalarda səs çoxluğuna sahib olmağa de-
fakto imkan verir.
... ATƏT/DTİHB Seçki Müşahidə Missiyası (SMM) ilə
həmsöhbət olan bir neçə şəxs media mühitindən, o cümlədən ölkə
boyu yayılan bütün televiziya kanalları üzərində dövlət
nəzarətinin olmasından narahatlıqlarını ifadə ediblər.
... Namizədliyini irəli sürmüş şəxslərdən bir neçəsi rəsmi
kampaniya dövrünün qısaldılması, bunun nəticəsində onların
mediaya çıxış imkanlarının məhdudlaşması və hazırkı prezidentə
qeyri-mütənasib üstünlüyün verilməsi ilə bağlı SMM-a öz
narahatçılıqlarını bildirmişlər.
MSK nə cavab verdi? Bax səhifə 3-də
Missiyanın 26 sentyabrda açıqlanan Aralıq Hesabatında 10
sentyabr-25 Sentyabr 2013-cü il tarixində apardığı müşahidənin
nəticələrini paylaşıb.
Hesabatda bildirilir ki, Missiyanın rəhbərliyi Konstitusiya
Məhkəməsinin sədri, baş nazirin müavini, daxili işlər naziri,
MSK sədri, Prezident Administrasiyası və XİN rəhbərliyi ilə
görüşüb. Bu görüşlərdə onlara deyiblər ki, respublikada ədalətli
və açıq seçkilər keçirilməsi üçün zəruri şərait yaradılıb. Seçkilər
ölkə Konstitusiyasına və Seçki Məcəlləsinə uyğun olaraq
keçirilir.
Hesabatda səsvermə otaqlarında quraşdırılan veb-
kameraların sayı, həta bunun əvvəlki prezident seçkilərində
olduğundan iki dəfə çox olduğu da qeyd olunub. Müşahidəçilər
qeyd edir ki, dairə və məntəqə seçki komissiyalarının rəhbərliyi
və üzvləri ünsiyyət üçün açıqdırlar.
MDB müşahidəçiləri yəqin ediblər ki, seçki məntəqələrinin
zəruri materail və texnika ilə təmin edilməsi üzrə iş başa
çatdırılıb. Hətta fiziki qüsurlu şəxslərin səsvermədə iştirakı üçün
zəruri hallarda səsvermə günü panduslar quraşdırılacaq.
Dairə və məntəqə seçki komissiyalarının ünvanları və
telefonları, habelə sərhədləri və səsvermə binalarının
ünvanlarının yerli KİV-də dərc edilməsi də müşahidəçilərin
diqqətini cəlb edib.
Hesabatda yazılanlara görə, ölkədə vətəndaşların qarşıdakı
seçkilər haqqında məlumatlandırılması üzrə fəal iş aparılır,
təşviqat işi, seçicilərlə görüşlər aparılması üçün yerlərin sayı
artıb: ``Bu məqsədlər üçün açıq meydançalar, saraylar və
mədəniyyət evlərinin müəyyən edilib. Şəhərlərdə və digər
yaşayış məntəqələrində namizədlərin təşviqatı üçün informasiya
stendləri düzəldilib.``
Təşviqatın gedişatı haqqında hesabatda yalnız bir fakt qeyd
olunub: ``Prezidentliyə namizədlərdən ikisinin teledebatları
qeyri-korrekt apardıqlarına görə MSK-nın onlara ciddi
xəbərdarlıq etmişdir.``
Hesabat Birlikdən olan müşahidəçilərin bu qeydi ilə bitir:
``Seçki kampaniyası Məcəlləyə uyğun və sakit şəraitdə keçir.``
AZƏRBAYCANDA SEÇKİQABAĞI VƏZİYYƏTƏ DAİR YERLİ VƏ BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏRİN RƏYLƏRİ
namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi
ATƏT-in DTİHB-dən yüngülcə tənqid,
MSK-dan Büroya tələb və tövsiyyə gəldi
MDB Müşahidəçilər Missiyası yenə
seçkilərdən razıdır
SEÇKİ BÜLLETENİ 2
3
MSK-nın ATƏT DTHİB-nin iradlarına münasibəti
Mərkəzi
Seçki
Komissiyası
ATƏT-in
Demokratik Təsisatlar və İnsan Haqları
Bürosunun (ATƏT/DTİHB) Seçki Müşahidə
Missiyasının yaydığı aralıq hesabatına
dərhal cavab verdi.
Avropa ölkələrindən bir nümunə
Qurumun adından yayılan bəyanatda MSK
ilk
olaraq
qadın
namizədin
irəli
sürülməməsi ilə bağlı bir cümləlik irada
cavab verir: ``... 9 oktyabr seçkisində də
qadınların passiv seçki hüququndan istifadə
etmələri üçün hər cür şərait yaradılıb.
Qadınların yaradılan bu imkanlardan
istifadə
etməmələrinin
hesabatda
vurğulanması ən azı anlaşılmazdır. Yeri
gəlmişkən, Avropa ölkələrindən indiyədək
qadın dövlət başçısı olmayan bir çox
nümunələr göstərmək olar.``
Janez Lenarçiçə məktub
2010-cu il parlament seçkilərindən sonra
ATƏT/DTİHB-nin heç bir tövsiyəsinin
düzəlişlərdə əksini tapmaması ilə bağlı irada
gəlincə, MSK o vaxt verilən 17 tövsiyədən
12-sinin qəbul edildiyini bildirir. Həm də
qeyd olunur ki, bu barədə 2013-cü il
avqustun
12-də
ATƏT/DTİHB-nin
direktoru
Janez
Lenarçiçə
məktub
göndərilib.
MSK Milli Məclisin və hökumətin əvəzinə
cavab verir
ATƏT/DTİHB-nin seçki komissiyalarının
tərkibi ilə bağlı iradı əslində hökumətə və
Milli
Məclisə
ünvanlanmışdı.
Çünki
komissiyaların tərkibi Seçki Məcəlləsi ilə
tənzimlənir. Məcəllə isə hökümətin
təşəbbüsü ilə Milli Məclisdə qəbul edilib və
ona dəyişikliklər olunub.
Buna baxmayaraq MSK bu irada cavab
verməyi öz üzərinə götürüb: «2000-ci ildə
ATƏT/DTİHB-nin tövsiyələrinə tam uyğun
olaraq, parlamentdə təmsil olunan müxalifət
və iqtidar partiyalarının paritet təmsilçiliyi
əsasları
ilə
seçki
komissiyaları
formalaşıb. İndiki müxalifətdə olan siyasi
partiyalar bu paritetdən MSK-nın işini
boykot etmək üçün istifadə ediblər.
MSK-nın üzvləri qanunla tələb edilən
kvorumun
olmadığına
görə
qanunla
müəyyən edilmiş müddətlərdə müvafiq
qərarları qəbul edə bilmədiyi üçün MSK-nın
işi
iflic
vəziyyətinə
düşüb.
Seçki
komissiyalarının təşkili formulası bundan
sonra təkmilləşdirilib».
MSK fakt istədi
Bütün televiziya kanallarının hökumətin
nəzarəti altında olması ilə bağlı irada
gəlincə, MSK bildirib ki, Azərbaycanda bir
dövlət, bir ictimai və 33 özəl televiziya
kanalı (5 ölkə səviyyəli, 14 regional və 14
kabel) fəaliyyət göstərir: ``Belə bir qənaətə
gəlinməsinə əsas verən əldə olan faktların
və ya buna şərait yarada biləcək qanunların
adlarının MSK-ya təqdim olunmasını
istərdik.``
MSK-dan ATƏT-ə təəccüb dolu tövsiyyə
MSK ATƏT/DTHİB-nin aralıq hesabatında
qeyd olunan iradları ``təəccübə səbəb olan
anlaşılmazlıqlar`` hesab edərək müşahidə
missiyasının fəaliyyətinin daha da şəffaf
qurulması zərurəti ilə bağlı təəssüratından
doğan tövsiyyə irəli sürür: "Hesab edirik ki,
müşahidəçilərin seçki gününə dair rəylərinin
seçkilərdən dərhal sonra ayrı-ayrılıqda
ATƏT-in
internet
saytında
yerləşdirilməlidir. Bu da missiyanın
fəaliyyətinə ictimai etimadın artırılması
baxımından faydalı olardı``.
Aralıq hesabatdan çıxarışlar (10 avqust – 14 sentyabr 2013-cu il)
SMDT və KBƏ daxil olan və araşdırılan məlumatlara əsasən 9 oktyabr 2013-cü il Prezident seçkisinin ilkin mərhələsi – namizədlərin irəli
sürülməsi və qeydiyyatı üzrə aşağıdakı nəticələrə gəlib:
... Milli Məclisin Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı 2 iyun 2008-ci il və 18 iyun 2010-cu ildə qəbul etdiyi qanunların yaratdığı
məhdudiyyətlər aradan qalxmayıb, ötən müddət ərzində seçki qanunvericiliyinin Avropa Şurası Venesiya Komissiyasının tövsiyyələri
əsasında təkmilləşməsi baş verməyib.
... Əvvəlki seçkilərlə müqayisədə seçkiqabağı siyasi mühit daha da məhdudlaşıb.
... 2013-cü ilin ilk 6 ayı əzrində gənclər hərəkatları və siyasi təşkilatlara qarşı artan siyasi təqiblər ölkədə siyasi motivli həbslərin çoxalması,
bununla da hakimiyyətin alternativ siyasi baxışlara dözümsüzlüyü ilə müşayiət olunaraq, vətəndaşların azad və ədalətli seçkilərə inamını daha
da azaldıb.
... Dairə və Məntəqə Seçki komissiyalarının fəaliyyətində davamiyyət və aşkarlıq davamlı olaraq pozulub. Əvvəlki illərdə olduğu kimi yerli
icra orqanları prezidentliyə namizədliyin müdafiəsi üçün imzaların toplanması prosesinə müdaxilələr edib və inzibati resurslardan istifadə
olunub. MSK namizədlərin xeyrinə toplanan imzaların yoxlanılması zamanı namizədlərə və ya onların nümayəndələrinə prosesi izləməyə
icazə verməməklə aşkarlığı təmin etməyib.
SMDT və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İB
seçkilərin ilkin mərhələsini qiymətləndirib
SEÇKİ BÜLLETENİ 2
4
SEÇİCİLƏRİN DİQQƏTİNƏ!
Seçkilərdə iştirakın əsasları
-
Seçkilərdə iştirak azad və könüllüdür.
Seçkilərdə
iştirak
edib-etməməyə
məcbur etmək məqsədi ilə heç kəsin
vətəndaşa təzyiq göstərmək hüququ
yoxdur və heç kəs onun öz iradəsini
azad ifadə etməsinə mane ola bilməz.
-
Səsvermə gizli keçirilir, bu seçicilərin
iradəsinin ifadəsi üzərində hər cür
nəzarəti istisna edir. Seçicinin kimə səs
verdiyini müəyyənləş-dirmək mümkün
deyil.
-
Vətəndaşlar seçkilərdə namizədin lehinə
şəxsən səs verirlər.
-
Başqa şəхslərin əvəzinə səs vermək
qadağandır. Hər bir kəs yalnız öz
əvəzinə səs verə bilər.
-
Hər bir vətəndaşın bir səsi vardır və hər
bir səs eyni hüquqi qüvvəyə malikdir.
-
Seçici yalnız bir seçki məntəqəsi üzrə
seçici siyahısına daxil edilə bilər.
-
Seçicilər
prezident
seçkilərində
bülletendə olan namizədlərdən yalnız
birinə səs verirlər.
Səsvermə sənədləri
Vətəndaşların seçki hüquqlarını həyata
keçirə bilmələri üçün tələb olunan
şərtlərdən biri də onların qanunla
müəyyən edilən sənədlərə malik olmasıdır.
Bu
sənədlərin heç biri olmadıqda
səsvermədə iştirak mümkünsüz olur. Seçici
bu sənədlərin hər biri ilə səs verə bilər:
1. Vətəndaşının şəxsiyyət vəsiqəsi və
ya müvəqqəti şəxsiyyət vəsiqəsi;
2. Qaçqın və məcburi köçkünlərin
vəsiqəsi;
3. Həqiqi və ya müddətli hərbi
xidmətdə olan hərbi qulluqçuları üçün:
a) zabitin şəxsi vəsiqəsi; b) hərbi bilet.
4.
Barələrində
həbs
növündə
qətimkan tədbiri seçilərək istintaq
təcridxanalarında
saxlanılan
təqsirləndirilən şəxslərin şəxsiyyə-tini
təsdiq edən sənədi;
5. Azərbaycan ərazisində azı 5 il daimi
yaşayan
vətəndaşlığı
olmayan
şəxslərin şəxsiyyət vəsiqəsi.
Səsvermə saatları
Səsvermə bütün ölkə üzrə saat 8.00-dan
19.00-a kimi keçirilir. Bu müddətdə
seçici istədiyi zaman seçicilər siyahısında
qeydiyyatda olduğu seçki məntəqəsinə
gəlib səs verə bilər.
Səsvermə qaydaları
-
Seçki məntəqəsinin girişində məntəqəyə
daxil olan vətəndaşın şəxsiyyət vəsiqəsi
və ya şəxsiyyəti təsdiq edən digər
sənədi komissiya üzvü tərəfindən
yoxlanlır.
-
Həmin komissiya üzvü eyni zamanda
seçicinin sol əlinin baş barmağının gözə
görünməyən
mürəkkəblə
əvvəl
işarələndiyini yoxlayır və içəri daxil
olmağa icazə verir. Bu cür işarələnmə
müəyyən edilərsə, seçici səsverməyə
buraxılmır.
-
Məntəqə seçki komissiyasının digər
üzvü seçicinin adının seçici siyahısında
olduğunu
yoxlayır
və
seçicilər
siyahısına şəxsiyyət vəsiqəsinin və ya
onu əvəz edən sənədin seriyası və
nömrəsini yazır.
-
Bundan sonra seçiciyə büllüten verilir.
Seçici seçki bülletenini aldıqdan sonra
seçicilər
siyahısında
öz
adının
qarşısında yazılanların düzgünlüyünü
yoxlayır və imza edir.
-
Bu zaman seçicinin sol əlinin baş
barmağı gözə görünməyən maye
ilə işarələnir. Barmağının maye ilə
işarələnməsindən imtina edən seçiciyə
seçki bülleteni verilmir.
-
Seçki bülleteni alarkən sol küncünün
kəsilmiş olmasına və üzərində məntəqə
seçki komissiyasının möhürü olmasına
diqqət yetirin.
-
Hər bir seçici şəxsən və təklikdə səs
verir. Başqa şəxslərin əvəzinə səs
verməyə icazə verilmir.
-
Seçki bülleteni seçicidən başqa heç
kəsin daxil olmasına icazə verilməyən,
gizli səsvermə üçün xüsusi avadanlıqla
təchiz edilmiş kabinədə doldurulur.
-
Seçici doldurulmuş seçki bülletenini
seçki qutusuna salır.
Müstəsna hallar
Səsvermə günü adınızın seçicilər
siyahısına düşmədiyi məlum olarsa, bu
halda
məntəqə seçki komissiyasına
müraciət edə bilərsiniz. Bu müraciət
məntəqə seçki komissiyasının sizə verdiyi
ərizə
formasını
doldurmaqla
rəsmiləşdirilir və təxirə salınmadan
komissiyanın iclasında baxılmalıdır.
Müraciətdə göstərilən əsaslar qanuni
olduqda, vətəndaşın adının seçicilər
siyahısına daxil edilməsi barədə qərar
qəbul olunur və səsvermə günü şəxsin
səsvermədə iştirakı təmin edilir.
Qeyd edək ki, vətəndaşların adları seçici
siyahılarına qeydiyyatda olduğu yer üzrə
və ya müvafiq seçki məntəqəsinin
ərazisində seçkilərin elan olunması
günündən əvvəlki 12 ayın 6 ayı ərzində
seçki məntəqəsinin ərazisində yaşaması
faktı əsasında daxil edilir.
Əgər məntəqə seçki komissiyası əsassız
olaraq
adınızın
siyahıya
daxil
edilməsindən imtina edərsə, dairə seçki
komissiyasına şikayət verə bilərsiniz.
Seçicinin seçki bülletenini sərbəst
almaq imkanı olmadıqda o, məntəqə
seçki
komissiyasının
üzvləri
və
müşahidəçilər istisna olmaqla, başqa
şəxslərin köməyindən istifadə edə bilər.
Seçiciyə kömək edən şəxs öz soyadını və
inisialını göstərməklə seçici siyahısında
«seçicinin seçki bülletenini alması
haqqında
imza»
qrafasında
imza
etməlidir.
Seçici seçki bülletenini doldurarkən
səhv etdiyini bildirərsə, ona seçki
bülleteni
vermiş
məntəqə
seçki
komissiyası üzvündən korlanmış seçki
bülleteninin əvəzinə yeni seçki bülleteni
verməsini xahiş edə bilər.
Səsvermə günü seçicilər siyahısına
daxil edildiyiniz seçki məntəqəsindən
kənarda
olacağınızı
bilirsinizsə,
məntəqə seçki komissiyasına səsvermə
gününə 3 gün qalmış müddətlərdə (5
sentyabr 2013-cü ilədək) ərizə ilə
müraciət
edərək
səsvermə
üçün
qeydiyyatdan çıxma vəsiqəsi ala və həmin
vəsiqə əsasında səsvermə günü ölkə üzrə
olduğunuz ərazidəki seçki məntəqəsində
səs verə bilərsiniz.
SEÇKİ BÜLLETENİ 2
5
QHT-LƏRİN SEÇKİ TƏŞƏBBÜSLƏRİ
“Qərb-Resurs” Vətəndaş
Cəmiyyətinin İnkişafına
Dəstək İctimai Birliyi
“Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai
Birliyi ABŞ-ın Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi ilə
“Gənclər Seçki Prosesinin Şəffaflığının Keşiyində” adlı layihəsini
həyata keçirir.
Layihənin məqsədi onlayn vasitələrdən istifadə edərək gənclərin seçki
prosesinin müşahidəsində iştirakını gücləndirmək və seçki prosesinin
şəffaflığını
qorumaqdır.
Bu
məqsədə
çatmaq
üçün
www.uinelection.net adlı vebsəhifə hazırlanıb. Vebsəhifənin əsas
funksiyası seçki prosesində baş verən bütün pozuntuları üzə çıxararaq
işıqlandırmaqdır. Ushahidi Platforması əsasında qurulan bu vebsəhifə
seçki prosesini izləyən bütün vətəndəşlar (əsasən gənclər) və
müşahidəçilər tərəfindən istifadə oluna bilər. Beləki,
- vebsəhifənin “Xəbər Göndər” bölməsinə daxil olaraq, seçki prosesi
ilə bağlı məlumatlar, hər cür şəkildə göndərilə bilər: videoyazı,
fotoşəkillər, məqalələr, müxtəlif görüntülər, mesajlar, monitoring
nəticələri, müsahibələr və s.
- digər seçki prosesində iştirak edən və fəaliyyət göstərən vətəndaşlar,
təşkilatlar və müşahidəçilərlə fikir bölüşməsi, yazışma və informasiya
paylaşması - vebsəhifənin rəsmi Facebook və Twitter hesabları
vasitəsilə aparıla bilər.
- vebsəhifədə yerləşdirilmiş xüsusi linklərdən istifadə edərək seçki
prosesinin monitorinqini aparan digər təşkilatların vebsəhifələrindən
faydalana bilərlər.
- 9 oktyabr - Prezident Seçkiləri günü Azərbaycan Respublikasının
müxtəlif seçki dairələrində (vebsəhifənin üzərində yerləşən xəritə
vasitəsi ilə) baş verən pozuntuları və məlumatları izləyə bilərlər,
məlumatla əlaqədar fikir bölüşməsi apara bilər və informasiyanı
paylaşa bilərlər.
“Qərb-Resurs” VCİD 2013-cü ilin Sentyabr ayında gənc müşahidəçilər
və seçki prosesinin şəffaf keçirilməsi uğrunda fəaliyyət göstərən və
çalışan vətəndaşlar və təşkilatlar üçün təlimlər keçirib. Təlimlərin
iştirakçıları www.uinelection.net vebsəhifəsinə məlumat yerləşdirmək
və yaxud ondan istifadə qaydalarını öyrəniblər. Təlimlər davam edir.
Təlimlə bağlı ətraflı məlumatlar QR VCİD İB-nin rəsmi vebsəhifəsində
- www.garbresurs.com və www.azerweb.comda yerləşdirilib.
Təlimdə
iştirak etmək istəyənlər garb_rm@yahoo.com ünvanına müraciət edə
bilərlər.
“Demokratiya naminə İncəsənət”
“Demokratiya
naminə
İncəsənət”
(Art
for
democracy) kampaniyası çərçivəsində 9 oktyabr
2013-cü il tarixində keçiriləcək Prezident seçkiləri
ərəfəsində seçkilərin əhəmiyyətini təşviq edən və
seçici fəallığının artırılması üçün nəzərdə tutulan
incəsənət məhsulları hazırlayıb.
Kampaniya bəyan edir ki, bu
fəaliyyət hər hansı siyasi
qüvvənin və ya siyasətçinin
dəstəklənməsinə deyil, sırf
seçici fəallığının artırılmasına
və seçkilərin təşviq edilməsinə
yönəlib.
Qeyd edilən məhsullar aşağıdakıalrdır:
1. Səsvermədə bu cür iştirak et! Bu sənin hüququndur! animasiya
videosu: http://www.youtube.com/watch?v=SQSiXbapQ7I
2. Səsvermə günü müşahidəçinin hüquqları animasiya
videosu: http://www.youtube.com/watch?v=CzqMZdiV9VQ
3. 9 oktyabr seçkisində səs ver!5 ilini özün müəyyən et!
videosu: http://www.youtube.com/watch?v=5CPnhyHVIsY
4. Gəl seçkilərə! mahnısı və bu mahnıya çəkilmiş
video: https://soundcloud.com/artfordemocracy/se-kil-r-a-r-mahn-s
Yayımların Monitorinqi Mərkəzi
Jurnalistlər üçün videobələdçi
“Yayımların Monitorinq Mərkəzi” İctimai Birliyi 9
oktyabr prezident seçkisini işıqlandırmaq istəyən
jurnalistlərə kömək etmək məqsədilə video material
hazırlayıb.
“Seçki gününün mediada işıqlandırılması (jurnalist üçün videobələdçi)”
adlı materialda jurnalistlərin səsvermə günü necə fəaliyyət göstərməli
olduqlarından bəhs edilir. Video material Böyük Britaniyanın
Azərbaycandakı səfirliyinin dəstəyi ilə hazırlanıb.
Seçki gününün mediada
işıqlandırılması
(jurnalist üçün
videobələdçi):
http://www.youtube.com/watch?feature=player_embedded&v=-P55Dy-BEAc
SEÇKİ BÜLLETENİ 2
6
PREZİDENT SEÇKİLƏRİNDƏ``EXİT-POLL``
``Exit-poll``a buraxılan QHT-lər
MSK Prezident seçkilərində ``exit-poll``
keçirmək üçün müraciət etmiş 5 təşkilatdan
dördünü qeydə alıb.
Bunlar "ELS" Müstəqil Araşdırmalar
Mərkəzi İctimai Birliyi, "RƏY" Monitorinq
Mərkəzi, "Proqnoz" Müstəqil Sosioloji
Tədqiqatlar Mərkəzi və "Konstitusiya"
Araşdırmaları Fondudur.
Qeydə alınmış təşkilatlardan biri - "ELS"
Müstəqil Araşdırmalar Mərkəzi
Azərbaycanda keçirilən seçkilərdə 6 dəfə
"exit-poll" keçirib və bütün seçkilərdə bu
təşkilatın keçirdiyi ``exit-poll``un nəticələri
rəsmi nəticələrə yaxın olub.
Müstəqil QHT-ləri kənarda
saxlamaq məqsədi
MSK adıçəkilən qurumların bu funksiyanı
həyata keçirməsində heç bir problem
görməsə də, "Sumqayıt Gənclərinin Hüquqi
Maarifləndirilməsi" İctimai Birliyinin
müraciətinə rədd cavabı verib.
Birliyin MSK-nın bu qərarından
Apellaysiya Məhkəməsinə verdiyi şikayət
də nəticəsiz qalıb. Təşkilatın rəhbəri Elçin
Məmməd MSK-nın 2008-ci ildə də onların
``exit poll`` keçirməsinə icazə vermədiyini
və bunun siyasi xarakter daşıdığını bildirib:
“MSK-nın qərarında akkreditasiyadan
imtina olunmasının səbəbləri dəqiq faktlar
göstərilmədən, ümumi sözlərlə ifadə
olunub. MSK-nın qərarında təşkilat
tərəfindən təqdim olunmuş sənədlərdə hansı
çatışmamazlıqların olması barədə konkret
faktlar sadalanmır.
Bu hal bir daha təsdiq edir ki, təşkilatımız
siyasi diskriminasiyanın qurbanı olub və
müstəqil QHT-nı proseslərdən kənarda
saxlamaq məqsədi daşıyır”.
Hafiz Həsənov: ``MSK-nın müəyyən
etdiyi qaydalar qanuna uyğun deyil``
Daha öncə “Hüquq və İnkişaf” İctimai
Birliyi MSK-nın qəbul etdiyi «Azərbaycan
Respublikasında seçkilərdə "exit-poll"
keçirən təşkilatların akkreditasiya
qaydaları»nın dəyişdirilməsi tələbi ilə Bakı
Apellyasiya Məhkəməsinə şikayət vermişdi.
Birliyin sədri Hafiz Həsənov hesab edir ki,
sözügedən qaydalar ``ekzit-poll”
keçirməyən və ilk olaraq bu işə addım
atmaq istəyənlər üçün qadağalar qoyur:
``Həmin qaydalarda göstərilir ki, “ekzit-
poll” keçirmək istəyən QHT-nin bu sahədə
təcrübəsi, müəyyən resursları,
mütəxəsislərinin olması lazımdır. Bunlar
sərt tələblərdir və ilk dəfə "exit-poll"
keçirmək istəyən hüquqi şəxslərin, o
cümlədən qeyri-hökumət təşkilatlarının
hüquqlarını məhdudlaşdırır. Çünki bu tələb
exit-poll keçirmək hüququnu mahiyyət
etibarı ilə icazəli (lisenziyalı) etməklə,
Konstitusiyanın 25-ci maddəsi ilə təsbit
olunan hamının qanun qarşısında bərabərlik
hüququnu pozur. "Exit-poll" keçirmək
mahiyyətcə sadə proses olduğundan, bu
sahədə fəaliyyətlər geniş və ixtisaslaşmış
təcrübə tələb etmədiyindən "exit poll"un
keçirilməsi üçün "Qaydalar"da göstərilən
sərt və lüzumsuz tələblərin qoyulması
hüquqi məntiqə uyğun deyil.
Şikayətimizin əsasında bu dururdu ki,
MSK-nın müəyyən eydiyi qaydalar
normativ xarakterli akt kimi qanuna da
uyğun deyil. MSK-nın səlahiyyətinə daxil
olmayan məsələlər barədə yeni qaydalar
müəyyən etməsi qanuna ziddir.``
Birlik rəhbərinin sözlərinə görə,
Apellyasiya Məhkəməsi birinci baxışda
iddianı təmin etməyib. Ali Məhkəmə isə
birliyin kassasiya şikayətini təmin etdikdən
sonra hazırda iddia Apellyasiya
Məhkəməsinin icraatındadır.
``Exit-poll`` üçün ayrılmış maliyyə
vəsaitlərinin mənbəyi açıqlanmır.
MSK-nın üzvü Akif Qurbanov "exit poll"
keçirmək istəyən təşkilatların maliyyə
mənbələrinin açıqlanmalı olduğunu bildirib:
"Maliyyə mənbələrinin şəffaf olması
vacibdir. Ola bilər ki, onlar təxribatçı və ya
cinayətkar qruplar tərəfindən maliyyələşə
bilər”.
MSK sədrinin müavini Natiq Məmmədov
isə bildirib ki, exit poll keçirən təşkilatın
hardan maliyyələşməsini müəyyənləşdirmək
bizim məsuliyyətimiz deyil.
ELAN!
“Hüquq və inkişaf” İctimai Birliyi 9 oktyabr 2013-cü ildə keçiriləcək Prezident seçkilərində
namizədlərə, qeydə alınmış namizədlərə, səliyyətli nümayəndələr və vəkil edilmiş şəxslərə,
müşahidəçilərə, seçki komissiyasının üzvlərinə, seçicilərə, siyasi partiyalara (siyasi
partiyalrın bloklarına), seçicilərin təşəbbüs qruplarına hüquqi yardım göstərir.
Hüquqi yardım aşağıdakıları əhatə edir: seçki hüquqları üzrə şifahi və yazılı hüquqi
məsləhətlərin verilməsi; seçki komissiyalarına müraciətlərin (ərizələrin) və digər sənədlərin
hazırlanması; əriəçilərin seçki komissiyalarında təmsil olunması; seşki hüquqlarının
pozulmasından seçki komissiyalarına və məhkəmələrə şikayətlərin verilməsi; ərizəçilərin
hüquqlarının seçki komissiyalrında və məhkəmələrdə müdafiəsi.
Hüquqi yardım üçün bibaşa ofisə gəlməklə, telefonla və internet poçt vastəsi ilə müraciət
etmək olar.
Ünvan: Bakı şəhəri, H. Ələsgərov küçəsi ev 11, mənzil 31
Telefon: 012 449 37 42
077 611 74 43
E-mail: office@law.org.az
“Demokratiyanı Öyrənmə”
İctimai Birliyi 2005-ci ilin dekabrında təsis
edilmiş və 15 mart 2006-cı ildə dövlət
qeydiyyatına alınmış milli qeyri-hökumət
təşkilatıdır. Birlik yerli və beynəlxalq
təşkilatlarla yaxından əməkdaşlıq edərək
vətəndaşların/seçicilərin maarifləndirlməsi
və bacarıqlarının artırılması yolu ilə vətəndaş
iştirakçılığını təşviq edir, seçkilərin
müşahidəsini aparır, vətəndaş cəmiyyəti
təşkilatlarını gücləndirir, demokratik dəyər
və təcrübələrin yayılmasına yardım edir.
Ünvan: Bakı şəhəri, H. Ələsgərov küçəsi ev
11, mənzil 31
Tel: 012 449 37 41
E-mail: ldemocracy@yahoo.com
Dostları ilə paylaş: |