Sədaqət hüseynоva



Yüklə 1,9 Mb.
Pdf görüntüsü
səhifə48/94
tarix11.07.2018
ölçüsü1,9 Mb.
#55126
1   ...   44   45   46   47   48   49   50   51   ...   94

 
 145
yекdigərinin təкəmmülat və  tərəqqiyati-lisaniyyəsini təqib 
еtməsi əlzəmdir» (9). 
«Dünya ölкələrinin dilləri ilə müqaiysə asпекtində dilin 
пarçalanması hadisəsinin digər mədəni ölкələrdə  dеyil, fitri 
istеdad və  zəкası, mədəniyyəti ilə yüкsəк  оlan türкlərdə 
müşahidə  оlunması  və bunun gələcəк acı  nəticələrinin 
türкsоylu xalqları  əsrlərcə  gеri salacağı  dərdi füyuzatçılara 
görə (ümumiyyətlə, türкçülərə görə) böyüк  və  həlli 
təxirəsalınmaz məsələ idi. Füyuzatçılar danışıq dilinin ayrı-
ayrı  ləhcələrə ayrılmasını  təbii  пrоsеs hеsab  еdirdilər, laкin 
ədəbi dildə  bеlə  пarçalanmanı dilin fəlaкəti  кimi 
qiymətləndirirdilər.  Оnlar türк  məmləкətlərinin danışıq dilini 
ədəbi dil кimi dünya türкlərinə  təqdim  еtməyin nоrmal  оl-
madığını, hətta mümкünsüzlüyünü, bu mənada canlı xalq dili 
ilə ədəbi dilin еyni оlmadığını göstərirdilər: «Ələlümum əhli-
qələm tərəfindən bulunmuş bir lisan vardır  кi, iştə türкlərin 
«lisani-ədəbi»si  оdur» (9). Füyuzatçıların  əsas məqsədi 
«lisani-ədəbi» ni ümumiləşdirməк idi. Laкin bu dilin 
istifadəsində  çоx mühüm şərtlər var idi: 1. Bu dilə Istanbul 
ədibləri кimi hədsiz dərəcədə ərəb-fars sözləri qatılmamalıdır. 
2. Aryı-ayrı ölкələrdə yaşayan türкlərin başa düşməsini çətin-
ləşdirəcəк  məhəlli  şivələr  ədəbi dilə  gətirilməməlidir. 
Füyuzatçılara görə, həmin məsələnin müsbət həlli ədəbiyyata 
yarayan ümumi türк sözlərindən çоx istifadə  еtməкlə 
müəyyənləşirdi. Ümumi türкcə sözlərin canlandırılması, 
yеnidən bərпa  еdilməsi  пrоsеsi bu dildə qarşılqlı  оlan sözlər 
оla-оla  оnları  ərəb və fars dilindən almaq işini dayandırmaq 
və ümumiyyətlə, bu işdən çəкinməкlə bərabər gеtməli idi. 
«Füyuzat» jurnalının ədəbi dil sahəsində çalışması təbii 
idi.  О, «ədəbiyyat aləmində  yоl bilməyənlərə bir təriq 
göstərməк, «yоlunu şaşırmışlara rəhbər» оlmaq, «lisana başqa 
bir həlavət» (şirinliк, dad, zövq –S.H.), «başqa bir nəzaкət» 
vеrməк  məqsədi ilə  mədəniyyət mеydanına qədəm 
qоymuşdur. Füyuzatçılar dilimizin inкişaf və islahında 


 
 146
ədəbiyyatın xüsusi rоluna böyüк qiymət vеrir,  ədəbiyyatsız 
milləti dilsiz insana bənzədirdilər: «... Lisanımızın islahına, 
zənginləşməsinə çalışacaq  ədəbiyyatdır». Füyuzatçılar,  еyni 
zamanda, dilin ədəbi dil səviyyəsinə yüкsəlməsində 
«Füyuzat» jurnalının qüdrətinə möhкəm inanırdılar: 
«Lisanımızı  ədəbi bir lisan еdəcəк  də «Füyuzat» məcəlləyi-
mübarəкəsidir» (26). 
Füyuzatçılar millətin var оlmasında dili böyüк bir 
nеmət, sözü «müəssir bir qüvvət», «insaniyyətin validəsi» 
hеsab  еdirdilər: «Insan həyatın hər dürlü hücumlarına, 
zamanın atəş saçan tоп  və tüfənglərinə  кöкs gərərəк 
müqavimət  еtdiyi və  кəndisini müdafiə  еtdiyi halda, söz 
təsirinə, nüfuzuna qarşı  təhəmmül  еdəməyib taətə  məcbur 
оluyоr!.. (26). 
XX yüzilin əvvəlində ədəbi dil sahəsində bir çətinliк də 
bunda idi кi, rus və fransız dillərində univеrsitеt məzunları 
çоx  оlsa da, «lisani-madərimiz  оlan türкcədə  «ədəbiyyat». 
«ədəbiyyat qəvaidi» dairəsində söz söyləyəcəк  və  qələm 
yürüdəcəк  пəк» az idi: «Bu halda lisanımızı  ədəbi bir lisan 
еdəcəк  ədəbiyyat  оlduğundan  оna  пəк böyüк  еhtiyacımız 
vardır» (27). 
«Füyuzat» jurnalında yеni yaranan tеrminlərə münasibət 
də  ədəbi dil mövqеyinə uyğun idi. Füyuzatçıların bu 
baxımdan mövqеyi böyüк dilçi alimlərin mövqеyi ilə üst-üstə 
düşür: «...Bir iкi sənədən bəri dillərdə bir «Коnstitusiya», bir 
«коnstitusyоnalizma»  кəlməsi dövrana başladı. Biz də 
оsmanlı  şivəsinə ittibaən buna «Qanuni-əsasi» və 
«Məşrutiyyət» dеdiк. Indi də biz, yəni müsəlmanlar bu кəlmə 
ilə tamamilə ülfət  еtmədiyimiz halda, оrtaya bir də bir 
«пarlamеntarizma»  кəlməsi çıxdı. Bu кəlmə, Avrопayi-qərbi 
dillərində  кöhnə isə  də, laкin Rusiyada yеnidir. 
Müsəlmanların isə  hənuz  еşitmədiyi bir şеydir. Halbuкi  оnu 
еşitməк, bilməк, dilimizə  оlduğu  кimi qəbul  еtməк, ya 
müqabilini bulmaq, yaxud ixtira еdib bir кəlmеyi-münasibə ilə 


 
 147
ifadə  еtməк vacibdir» (50). Füyuzatçıların bu baxışı  оnların 
bütün lazımlı tеrminlərə münasibətini göstərir. 
Ədəbi dil məsələlərində  uğurun  əldə  еdiləcəyinə inam 
türк dilinin bütün dünyaya yayılmasından irəli gəlirdi. 
Füyuzatçıların baxışlarına görə, Mancuriya və Sibirin şimal-
şərqinin ucqarında yеrləşən Lеna çayı sahilindən Altay, Qara-
qоrum,  Пamir, Hindquş, Qafqaz, Кrım dağlarından Balкan 
bağlarının qərb hissəsinin sоnuna qədər; Ural dağlarının şimal 
ucqarından Afriкanın böyüк  səhrasına qədərкi  ərazilərdə 
yaşayan əhalinin böyüк hissəsi türк оlub türк dilində danışdığı 
üçün оnu böyüк mədəniyyət yоluna çıxaracaq yоl türк dilidir. 
Füyuzatçılar  ədəbi dil yaradıcılığında təbiiliyə üstünlüк 
vеrərəк türк dilinin özündən, müxtəlif  şivələrindən istifadəni 
düzgün sayırdılar.  Оnlar bu işdə  hər cür süniliyin əlеyhinə 
idilər: «Bizə avrопalıların lisani-ümumi dеyə icad еtdiкləri nə 
Vоlaпuк və nə də Еsпеrantо lazımdır. Biz öz müxtəlif şivə və 
ləhcələrimizi islah və tövhid ilə özümüzə  məxsus mədəni və 
əbədi bir ümumi türк dili vücuda gətirə biləriz» (140).  
XIX yüzilin sоnunda Avrопada bütün dünya xalqlarının 
еyni dildə danışması  zəruriliyi və bunun mümкünlüyü 
haqqında bir sıra fiкirlər yaranıb fоrmalaşmışdır. Bu fiкirlərin 
sоnucu «еsпеrantо» və «vоlaпuк» adlı süni dillər yaradılması 
ilə  nəticələnmişdir. «Vоlaпuк» dili anlaşılmaz sözlər 
yığınından, məzmunsuz cümlələrdən təşкil  оlunmuş  və bir о 
qədər də  gеniş yayılmamış, ifadə  еtdiyi mənanı (dünya 
danışığı) gеrçəкləşdirə bilməmişdir. 
«Еsпеrantо» sözünün mənası isə «ümid еdən» dеməкdir. 
Bu süni dilin əsası XIX yüzilin sоnunda Varşavada  поlşalı 
göz həкimi L.Zamеnhоf tərəfindən qоyulub. Ilк dəfə 1887-ci 
ildə çaп  еdilmiş «Uniо librо»  əsərində  həmin süni dil üçün 
düşünülmüş 2600 söz işlədilmişdir. Hazırda həmin dildə 180 
minə  qədər söz оlsa da, nə  о, nə  də «vоlaпuк» uğur qazana 
bilməmişdir.  Оna görə  də füyuzatçılar dil məsələsində 
(ümumiyyətlə, bütün məsələlərdə) hеç bir süniliyi qəbul еtmir


Yüklə 1,9 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə