SəDƏRƏk xeyriYYƏ CƏMİYYƏTİ naxçivan qəDİm dən güNÜM ÜZƏ QƏDƏR (Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş məqalələr toplusu) Bakı 2014



Yüklə 8,95 Mb.
Pdf görüntüsü
səhifə55/62
tarix19.07.2018
ölçüsü8,95 Mb.
#56634
1   ...   51   52   53   54   55   56   57   58   ...   62

təmir  ctdirilməsinə  çalışmış  və  bu  işi  həmişə  diqqət  mərkəzində 
saxlamışdır.  Bu  dövrdə  Naxçıvan  şəhərinin  Şahab  məhəlləsindəki 
Yusif  bin  Kusair  türbəsinin,  Qala  məhəlləsindəki 
İmamzadə 
memarlıq  kompleksinin,  Qarabağlar  kəndində  olan  türbə  və  qoşa 
minarələrin  təmir  və  bərpa  edilməsi  məsələsini  qaldırıldı[] 0,  s. 147- 
148].
Naxçıvanda  ilk  dəfə  olaraq  Azərbaycan  Yazıçılar  Cəmiyyətinin 
Naxçıvan  şöbəsi  yaradılmış  və  V.Həsənzadə  onun  sədri  olmuşdur. 
Bu  ədəbiyyat  cəmiyyətinin  üzvlərindən  «Şərq  qadını»  qəzetinin 
redaktoru  Abbas 
Gülməmmədov,  Əbulfəzl 
Sadıqzadə, 
Molla 
Mahmud  Çakər,  Naxçıvan  İK-nın  sədri  Məşədi  Babayev,  Mehdi  bəy 
Hacınski,  Mirbağır  Mirheydərzadə,  Əyyub  Abasov,  Səkinə  Rzalı. 
Əsgər  Kəngərli,  Neymət  Nəim,  Müzəffər  Asim  və  başqalarını 
göstərmək  olar.  Bu  təqdim  olunan  cəmiyyət  üzvləri  ilə  birlikdə 
kollektiv  foto  şəkil  1928-ci  il  «İnqilab  və  mədəniyyət»  jurnalında 
proletar  yazıçılarının  Birinci  qurultay  münasibəti  ilə  verilmiş 
materiallann arasında  dərc  olunmuşdur.
1929-1934-cü  illərdə  Ordubad  konserv  zavodunun  direktoru 
işləmişdir.  1934-cü  ildə  AK(b)P  qərarı  və  dəvəti  əsasında  Bakıya 
gələrək  Azərbaycankinofilm  idarəsində  1935-ci  ilə  kimi  miifəttiş 
vəzifəsində  çalışmışdır[4].  Mirzə  Vahab  Həsənzadə  mədəni  bir ziyalı 
olmaqla  xalqını,  millətini  də  savadlı,  ınədəni  ınillətlər  arasında 
görmək  istəyirdi.
V.Həsənzadə  SSR  Elınlər  Akademiyasının  akademiki  Yusif 
Məınmədəliycvin,  müxbir  üzvii  Bəhman  Axundovun,  müəllim  ƏIi 
Qəmbərlinin,  Müzəffər  Abutalıbovun,  Həsən  Kazımovun,  Cavad 
Sadıqovun  və  bir  çoxlarının  təhsil  göriib  yetişməsində  şəxsən 
fəaliyyət  göstərmişdir[4].
V.Həsənzadonin 
oğlu 
Turan 
Həsənzadənin 
xatirələrindən: 
«Atamdan  eşitdiklərimə  görə  o,  Y.Məmmədəliyevin  atasını  və  başqa 
yaxın  qohumlarını  yaxşı  tanıyırdı[4].  Yusif öyrənib  əldə  ctmişdir  ki. 
Ordubad  qəzasında  ən  görkəmli  ziyalılardan  olan,  şərq  dillərinə  bələd 
olan  Mirzə  Vahabın  Əylis  kəndində  yaşadığı  cvdə  çox  zəngin 
kitabxanası  vardır[3,  s.25].  Yusif  kiçik  yaşlarından  oxumağa  səy
cdən,  Şərq  klassiklərini  mütaliə  ctməyi  çox  həvəs  göstərirdi.  Lakin 
onun  istədiyi  kitabları  Ordubadda  və  bu  ətrafda  tapıb  əldə  etmək  çox 
çətin  idi  Qohumlannın  məsləhəti  ilə  məktəbli  Yusif  Ordubaddan 
Əylis  kəndinə  7-8  km  yolu  piyada  gəlib  bizim  evi  tapdı.  Söhbət 
əsnasında  məlum  oldu  ki,  o,  İran,  Türkiyə,  və  Şərqin  ən  görkəmli 
sənətkarlarım  mütaliə  etmək və  onların yaradıcıhğı  ilə  yaxından tanış 
olmaq  istəyir.  Yusif  kitabları  iki-iki  verilməsini  xahiş  etdi.  Ona 
verilən  kitabları  ağ  dəsmalın  içinə  bükür,  pencəyin  altına  qoyub 
aparırdı.  Səliqə  ilə  qaytarıb  gətirərdi.  Y.Məmmədəliyevin  Mirzə 
Vahabdan  alıb  oxuduğu  və  ondan  şərqin  görkəmli  sənətkarları  Sədi 
Şirazi,  Hafiz  Şirazi,  Nizami  Gəncəvi  və  onun  «İsgəndarnamə»si, 
Məhəmməd  Fizuli  və  onun  «Leyli  və  Məcnun»u, 
Firdovsinin 
«Şahnamə»si,  Xaqani,  Şirvani,  Ömər  Xəyyam  və  başqa  bu  kimi 
görkəmli  şəxslərin  əsərlərini  fars  dilində  oxuyan  Y.Məmmədəliyev 
həmin  dilləri  dərindən  mənimsəyə  bilmişdir.  Ona  görədir  ki,  sonralar 
lazım  olan  məclisdə  Y.Məmmədəliyev  bu  böyük  şəxsiyyətlərdən  fars 
dilində  rəvan  şcirlər  deyir  və  onu  ingilis,  rus  dillərinə  oradaca 
tərciimə  cdirdi.  Atam  bir  fikri  həmişə  təkrar  edirdi:  «Yusif zəkalı  bir 
oğlandır.  Belə  bir gəncin  çox  böyük  gələcəyi  olmalıdır».  Doğrudanda 
o  gələcəkdə  Azərbaycan  xalqının  böyük  oğlu  -   görkəmli  clm  xadimi 
olmuş  və  akademik  Y.MəmmədəIiyevi  bütün  dünya  tanıınışdır. 
Sonralar,  Y.Məmınədəliyev  kimya  elminə  yiyələndən  sonra  da, 
Akadcmiyanm  prczidcnti 
olanan  sonra  da  Mirzə  Vahaba  rast 
gələndə  ona  ehtiram  göstərir  və  deyirdi:  «Siz  mənim  ilk  müəllimim 
və 
dünyagörüşümün 
inkişafında 
ilk 
fəaliyyət  göstərən  şəxs 
olmusunuz.  Mən  şərq  xalqlarının  klassikləri  haqqında  əldə  etdiyim 
məlumatları  hcç  bir vaxt  unuda  bilmərəm»[4].
V.Həsənzadə  əfqan,  fars,  ərəb,  türk,  tacik,  özbək,  rus  dillərini 
mükəmınəl  bildiyinə  görə  onu  SSRİ  EA  Azərbaycan  filialına  (AzF) 
dəvət  ctmişdirlər.  1935-1938-ci  illərdə  o,  Tarix,  Dil  vəƏdəbiyyat 
İnstitutunun 
«Azərbaycan 
tarixi»şöbəsində 
kiçik 
clmi 
işçisi 
vəzifəsindəçalışmışdır.  Bu  illər  ərzində  o,  Mirzə  Adıgözəl  bəyin 
«Qarabağnaınə»əsərini,  fars  müəllifı  Səədullanın  Azərbaycan  tarixi 
üzrə«Zübdət-ət-Təvarix»əsərini,  Nizamülmülkün  «Siyasətnamə»sini,


Həmdulla 
Qəzvininin, 
Şeyx 
Fəzlullahın, 
Mirzə 
Mehdixanın, 
Mirxondun,  Xandəmirin,  Mirzə  Məmməd  Tağı  xanın  və  digərlərinin 
əsərlərini  Azərbaycan  dilinə  tərcümə  etmişdir[9].  V.Həsənzadə  1936- 
cı  ildən  SSRİ  EA  Azərbaycan  fılialın  əsas  kitabxanasının  müdiri 
vəzifəsinə  təyin  edildi.  Bu  illərdə  o,  respublikanın  rayonlarından. 
şəhər  və  kəndlərindən  Şərq,  o  cümlədən  Azərbaycan  ədəbiyyatına. 
tarixinə,  elm  və  mədəniyyətinə,  ictimai-fəlsəfı  fıkrinə,  islamiyyətə 
aid  qədim  və  nadir  əlyazmalarının,  kitabların,  Quranın  müxtəlif 
nəşrləri  AzF-na  toplanmasma  nail  olmuşdur.  Çoxlu  əlyazmaların  və 
qiymətli  çap  kitablann  toplanması  nəticəsində  AzF-da  Şərq  şöbəsi 
yaradılmışdır və  o, bu  şöbənin müdiri  (1937-1941) təyin olunmuşdur. 
Sonralar  həmin  xəzinə,  yaradılmasında  V.Həsənzadənin  çox  böyük 
xidməti  olan  Azərbaycan  EA  Əlyazmalar  Fonduna  (indiki  AMEA 
Əlyazmalar  İnstitutu)  verilmişdir.Bundan  başqa  o,  1937-ci  ilin 
avqustundan  dövlət  tapşırığım  yerinə  yetirmək  üçün  Din  Tarixi 
Muzeyinin  açılışı  işlərinə  cəlb edilmişdir.
1941-ci  il  dekabrın  19-da 
Azərbaycan  SSR  XDİK  orqanları 
tərəfındən  «əksinqilabi  ədəbiyyatı  saxlamaqda»  təqsir  edilərək  həbs 
edilmiş və  5  il  müddətinə  azadlıqdan məhrum  edilmişdir.
Mənzilində  aparılan  axtarış  zamanı  tapılan  kitablar (ərəb  əlitbası 
ilə)  «zərərli»  olduqlarına görə  SSRİ  EA  Azərbaycan  Filialının  xüsusi 
şöbəsinə  təhvil  verilərək  məhv  edilməsi  idilər.Həmin  kitabların  AzF 
xüsusi  şöbəsinə  təhvil  verilməsi  haqqında  özünün  qeyd  aparmasına 
baxmayaraq, 
əslində 
onlar 
onun 
kitabxanasında 
saxlamlırdı. 
Beləliklə,  öz  həyatı  və  azadlığı  hesabına  o  nadir  əlyazmaları  \ə 
kitabları  məhv olmaqdan  xilas etmişdir[8].
Azərbaycana  qayıtdıqdan  sonra  ona  Bakıda  yaşamağa  icazə 
verilməmişdir. 
1945-ci 
ildə  Quba  ikiillik  Dövlət  Müəllimlər 
İnstitutuna  fars  dili,  pedaqoji  məktəbdə  orta  əsrlər  Azərbaycan 
ədəbiyyatı  müəllimi  təyin  olunmuşdu.  Həınin  tarixdən  institutun 
kitabxanasında  müdir  vəzifəsində  də  çalışmışdır.  Təqaüdə  çıxandan 
sonra  ömrünün  son  illərini  Əylis  kəndində  kcçirmişdir.  V.Həsənzədə 
14  yanvar  1960-cı  ildə  doğma  ana  vətəni  olan  Əylis  kəndində  vətat 
etmişdir.  Şərq  dillərini,  islam  tarixini,  Qurani-Kərimi  mükəmməl
bilən  zəmanəsinin  xeyirxah,  maarifpərvər  oğlu  Vahab  Həsənzadə
ömriinün  sonuna  kimi  öz  xalqının  maariflənməsi  və  fıravan  yaşaması
iiçün  yorulmaq  bilmədən  fəaliyyət  göstərmişdir.
İstifadə  olunmuş ədəbiyyat:
1.  T.M.Naibova.  Əylis  dünyanın  ən  qədim  yaşayış  məskənidir,- 
Azərbaycan 
Dövlət  Neft  Akademiyasmın 
Elmi 
Əsərləri. 
Naxçıvan  Muxtar  Respublikasının  75  illiyinə  həsr  olunur.
B.,I999, JVb3
2.  Naxçıvan  Ensiklopediyası,  I  cild.  B.,  2005
3. 
B.A.rijıaTOHOB.  MaMe^aJiHeB. 
B.,  1966
4.MateriaIlar  V.Həsənzədənin  oğlu  AMEA  Nizami  ad.Ədəbiyyat 
İnstitutunun  aparıcı  elmi  işçisi  mərhum  Turan  Həsənzadə 
tərəfındən  təqdim  olunmuşdur.
5.F.XəIilov.  Naxçıvanı  öyrənən elmi cəmiyyət.B.,  2005
6.AMEA 
Rəyasət 
Heyətinin 
«Azərbaycan 
elmi 
irsin 
təkmilləşdirməsi  və  sistemləşdirməsi»  şöbəsinin  matcrialları,  f. 1, 
siy. 1,  sax.vah.32,  qutu  2;  Azərbaycan  Respublikasının  Dövlət 
Arxivi,  f.  389,  siy. 1,  iş  6;  f.387  siy. I ,  iş  79
7. 
«Əddürusül-ibtidaiyyə»  (əlyazma).  (V.Həsənzadənin  ərəb  dili 
dərsliyi).  -  AMEA  M.Füzuli  ad.  Əlyazmalar  İnstitutu,  f.4504
8.Azərbaycan  Milli  Təhlükəsizlik  Nazirliyinin  arxivi,istintaq  işi  JV» 
PR39407  (V.Həsənzadənin  istintaq  işi)
9.BbinncKM
  H3  paöoT  LUcHxa  0a3jıyjuıaxa,  Mnp^a  MexTnxana, 
XoH/ıaMHpa,  HcKeH^ep 
6eKa, 
M
iohuih
,  MnpxoH^a,  Mnp^a 
MaMe/ı  Tarn  xaHa 
h
  AP- 
-   AMEA 
Tarix  İnstitutunun 
Elmi 
arxivi,  inv.JVb 
444-449, 
670-675,  681.
lO.A.Ə.Quluzadə,  R.Ə.Quliyev.  Azərbaycanı  Tədqiq  və Tətəbbö 
Cəmiyyəti  Naxçıvan  şöbəsinin tarixi  abidələrinin  öyrənilməsində 
rolu.  -  Azərbaycan  arxeologiyası  və  etnoqrafiyası,  2006, JVül.


Yüklə 8,95 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə