Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə15/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
54 
 
22.
 
Назаренко 
В.М., 
Назаренко 
К.С. 
Транспортное 
обеспечение  внешнеэкономической  деятельности.  – 
Москва – 2000.  
23.
 
Внешнеторговые транспортные организации и логистика. 
Учебное  пособие  /  под  ред.  Проф.  Д.С.  Николаева.  – 
Москва, 1998.  
24.
 
Гудин  Ю.Г.  Сущность  и  основы  международных 
траспортных 
операций. 
Электронные 
ресурсы: 
[https://abc.vvsu.ru]. 
25.
 
Зимовец  А.В.  Международные  транспортные  операции. 
Таганрог (Россия), 2008. 
26.
 
Международный  транспорт  и  его  место  в  системе 
современной 
логистики. 
Электронные 
ресурсы: 
[https://pb-logistics.ru]. 
27.
 
27.Классификация 
видов  транспорта  Электронные 
ресурсы: [https://knowledge.allbest.ru].  
28.
 
Структура  и  содержание  внешнеторгового  контракта  – 
[http://be5.biz/ekonomika/etea/56.htm 29].  
29.
 
ИНКОТЕРМС 
2000, 
2010 
– 
[http://www.issa.ru/legislation/incoterms]. 
 
 
 
 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
55 
 
Mövzu 5. Beynəlxalq nəqliyyat əməliyyatlarının hüquqi 
nizamlanması 
 
5.1. 
Beynəlxalq 
nəqliyyat 
əməliyyatlarının 
hüquqi 
nizamlanmasını şərtləndirən amillər. 
5.2.  Dənizlə  beynəlxalq  yükdaşımalar  üzrə  Haaqa-Visbi 
qaydaları. 
 
5.3. Yüklərin dənizlə daşınması barədə Hamburq qaydaları.  
5.4. Beynəlxalq yükdaşıma müqaviləsi haqqında Konvensiya. 
5.5. Beynəlxalq hava daşımalarında Varşava Konvensiyası.  
5.6. Dəniz və avtomobil nəqliyyatı ilə sərnişin daşımaları üzrə 
beynəlxalq Konvensiyalar. 
5.7.  Beynəlxalq  dəmiryolu  daşımalarının  tənzimlənməsi 
qaydaları.  
 
5.1. Beynəlxalq nəqliyyat əməliyyatlarının hüquqi 
nizamlanmasını şərtləndirən amillər 
 
Dünya  iqtisadi  prosesləri  inkişaf  etdikcə,  nəqliyyatın 
əhəmiyyəti durmadan artmışdır. Artıq XX əsrin əvvəllərindən bir 
sıra  nəqliyyat  sahələri  üzrə  beynəlxalq  marşrutların  intensivliyi 
sürətlənməkdə  idi.  Bu  halda,  şübhəsiz,  beynəlxalq  nəqliyyat 
marşrutlarında  qaydaların  tənzimlənməsi,  yüklərin  qorunmasının 
və  təhlükəsizliyinin  təmin  edilməsi  problemləri  artmaqda  idi. 
Bundan əlavə, beynəlxalq yükdaşımaların həcminin artırılması da, 
bu  sahədə  əməliyyatların  hüquqi  nizamlanmasını,  əməliyyatların 
intensivliyinə  maneçilik  edən  baryerlərin  azaldılmasını  tələb 
edirdi.  


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
56 
 
Bu  qeyd  edilən  amillər,  əsas  etibarı  ilə  beynəlxalq  nəqliyyat 
əməliyyatlarının hüquqi nizamlanmasını şərtləndirən amillər kimi 
xarakterizə oluna bilər.  
 
 
5.2. Dənizlə beynəlxalq yükdaşımalar üzrə Haaqa-Visbi 
qaydaları 
 
 
XX  əsrin  əvvəllərindən  başlayaraq,  beynəlxalq  dəniz 
daşımalarının artması, bir sıra müharibə ocaqlarının  yaranması,  I 
dünya  müharibəsinin  fəsadları,  müharibədən  sonrakı  dünya 
iqtisadiyyatının  inkişaf  etdirilməsi  problemlərinin  çoxalması  və 
bunlarla  bağlı  dənizlə  beynəlxalq  yükdaşımaların  əhəmiyyətinin 
artması  bu  sahədə  beynəlxalq  qaydaların  nizamlanmasını  tələb 
edirdi.  
Belə bir şəraitdə 1921-ci il sentyabr ayında Haaqa şəhərində 
Beynəlxalq  Hüquq  Assosiyasının  sessiyasında  qəbul  edilən 
konosament əsasında yüklərin daşınması haqqında qaydalar qəbul 
olunmuş  və  bu  qaydalar  Haaqa  qaydaları  adlandırılmışdır.  1924-
cü il avqustun 25-də isə bu qaydalar daha da təkmilləşdirilmiş və 
nəhayət  60-dan  çox  dövlətin  iştirakı  ilə  Brüssel  konvensiyası 
qəbul  edilmiş,  konosament  barədə  beynəlxalq  konvensiya 
imzalanmışdır. 
Bu konvensiyaya  
əsasən 
dənizlə 
yükdaşıma 
müqaviləsinin  məzmunu  üzrə  əməliyyatların  tənzimlənməsi 
mexanizmlərini  özündə  əks  etdirmişdir.  Ilk  növbədə    yük 
göndərənin  və  yük  alanın  hüquq  və  vəzifələrinin  müəyyən 
edilməsi  barədə  maddələr  razılaşdırılmışdır.  Bundan  əlavə, 
konvensiya  konosamentin  verilməsi  qaydasını  da  tənzimləmiş  və 
həmin  dövrdən  başlayaraq,  beynəlxalq  dəniz  daşımalarında 
Konosament əsas hüquqi sənəd kimi istifadə edilir. 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
57 
 
XX  əsrin  II  yarısından  başlayaraq,  beynəlxalq  dəniz 
daşımalarının 
hüquqi 
nizamlanmasının 
daha 
da 
təkmilləşdirilməsinə zərurət yaranmışdır. Buna görə də, 23 fevral 
1968-ci  il  dənizlə  yük  daşınmasını  tənzimləyən  əsas  beynəlxalq 
hüquqi  sənəd  kimi  Brüssel  protokolu  qəbul  olunmuşdur.  Həmin 
protokola  əsasən,  1924-cü  ildə  qəbul  olunmuş  Brüssel 
konvensiyasına  dəyişiklik  və  əlavələr  edilmiş  və  bu  protokol 
başqa  cür  “Visbi  qaydaları”  da  adlandırılır.  Sonradan  bu  sənəd 
üzərində  xeyli  iş  aparılmış,  beynəlxalq  yükdaşımalar  üzrə 
prosedurlar 
və 
normativ 
tənzimləmə 
mexanizmləri 
təkmilləşdirilmiş,  nəhayət,  Brüssel  protokolu  1977-ci  ildə 
qüvvəyə  minmiş,  hər  iki  sənəd  birlikdə  Haaqa-Visbi  qaydaları 
adlandırılmışdır.  
 
5.3.  Yüklərin  dənizlə  daşınması  barədə  Hamburq 
qaydaları 
 
XX  əsrin  70-ci  illərindən  başlayaraq,  dəniz  və  okeanlar 
vasitəsi ilə qitələrarası beynəlxalq yükdaşımaların həcminin xeyli 
artması, 
dəniz 
nəqliyyatının 
üstün 
cəhətlərinin 
milli 
iqtisadiyyatların  inkişafında  rolunun  yüksəlməsi  və  beynəlxalq 
dəniz  daşımalarında  səmərəliliyin  artırılması  bu  sahədə 
beynəlxalq  konvensiyaların  yenidən  baxılmasına,  mövcud 
qaydaların tənzimlənməsini zəruri etmişdir.  
Bu  sahədə,  yəni  yüklərin  dənizlə  daşınması  barədə  BMT 
konvensiyası  30  mart  1978-ci  ildə,  Hamburqda  qəbul  edilmiş  və 
həmin konvensiya “Hamburq qaydaları” kimi adlandırılmışdır. Bu 
qaydalar 1924-cü ildə qəbul olunmuş Brüssel konvensiyasını əvəz 
etmək  üçün  nəzərdə  tutulmuşdur.  Artıq  bu  ərəfədə  dünya 
ölkələrinin  əksəriyyətində  Brüssel  konvensiyası  və  Visbi 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə