Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə16/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
58 
 
qaydalarının  dəyişdirilməsi  və  təkmilləşdirilməsi  barədə  fikirlər 
səslənməkdə idi. Çünki bu qaydalarla beynəlxalq dəniz daşımaları 
əməliyyatlarının  əsas  iştirakçıları  arasındakı  münasibətlərin 
tənzimlənməsində  qeyri-mütənasiblik  var  idi,  yəni  yük  alanlar 
üçün  sərfəli  olmayan,  əvəzində  isə,  gəmi  sahibləri  və  daşıyıcılar 
üçün əlverişli şərait mövcud idi. Hazırda dünya ölkələrinin, xüsusi 
ilə  dəniz  ölkələrinin  çoxu  köhnə  konvensiyadan  istifadə  edirlər. 
Bir  sıra  Asiya  və  Afrika  dövlətləri  Hamburq  qaydalarından 
istifadəyə  üstünlük  verirlər.  Bu  qaydalara  görə,  daşıyıcının 
naviqasiya  səhvi  barədə  məsuliyyətdən  azad  edilməsi  haqqında 
qaydalar  nəzərdə  tutulmur,  onun  üzərinə  yükün  salamat 
daşınmasına görə düşən məsuliyyətin həddi artırılır və s.  
 
5.4.  Beynəlxalq  avtomobil  yükdaşıma  müqaviləsi 
haqqında Konvensiyalar 
 
Məlumdur  ki,  beynəlxalq  yükdaşımalarda  çoxlu  sayda 
qaydaların  nizamlanması  lazım  gəlir.  Bu  sahədə  yükdaşımaların 
həcminə,  əhatə  dairəsinə  görə  avtomobil  nəqliyyatının  rolu 
böyükdür.  Bu  baxımdan  XX  əsrin  II  yarısından  başlayaraq, 
beynəlxalq 
avtomobil 
yükdaşımaları 
üzrə 
prosedurların 
təkmilləşdirilməsi və qaydaların nizamlanması zərurət kimi ortaya 
çıxmışdı. 
Bu sahədə əsas sənəd kimi-Beynəlxalq yükdaşıma müqaviləsi 
haqqında  Konvensiyanı  qeyd  etmək  olar.  Həmin  Konvensiya  19 
may  1956-cı  ildə  Cenevrədə  (İsveçrə)  qəbul  olunmuş  və  2  iyul 
1961-ci  ildən  qüvvəyə  minmişdir.  Qeyd  edək  ki,  Avropa 
dövlətlərinin əksəriyyəti bu Konvensiyaya  qoşulmuşdur və  2000-
ci  ildən  etibarən  Azərbaycan  Respublikası  da  bu  Konvensiyanın 
iştirakçısıdır.  


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
59 
 
Konvensiyanın beynəlxalq avtomobil nəqliyyatı əməliyyatları 
zamanı  və  yükdaşımalar  üzrə  əsas  sənədi  kimi  SMR  qəbul 
olunmuşdur  və  çox  vaxtı  bu  Konvensiyanı  elə  SMR  də 
adlandırırlar. SMR-in məzmunu 8 fəsil və 51 maddədən ibarətdir. 
Bu  sənəd  üzrə    avtomobil  daşınması  zamanı  yük  sahibi  və 
daşıyıcının  əsas  hüquq  və  vəzifələri,  zəruri  tənzimləyici 
prosedurlar,  mübahisəli  məsələlər  barədə  qaydalar  nizamlanır. 
Beynəlxalq  avtomobil  yükdaşımaları zamanı digər mühüm sənəd 
isə, avtomobil qaimələridir və bu qaimədən beynəlxalq yükdaşıma 
üzrə  müqavilənin  mövcudluğunu  təsdiqləyən  sənəd  kimi 
xarakterizə olunur. 
Beynəlxalq  nəqliyyat  sistemindən  avtomobillə  yükdaşımalar 
üzrə  mühüm  Konvensiyalardan  biri  də  “Gömrük  Konvensiyası” 
dır  və  bu  Konvensiyanın  əsas  sənədi  TİR-dir  (Transport 
İnternational  Routine).  Bu  sənəd  beynəlxalq  avtomobil 
daşımalarında  kitabça  kimi  istifadə  edilir  və  birdəfəlik  vahid 
beynəlxalq təminat sənədi kimi nəzərdə tutulur.  
 
5.5. 
Beynəlxalq 
hava 
daşımalarında 
Varşava 
Konvensiyası 
 
Beynəlxalq yükdaşımalarında hava nəqliyyatının rolu spesifik 
xarakter  daşıyır.  XX  əsrin  II  dekadasından  başlayaraq,  dünyada 
hava  nəqliyyatının  formalaşması  ilə  bağlı  bu  sahədə  qaydaların 
nizamlanması vacib zərurət kimi ortaya çıxmışdır.  
Ilk  beynəlxalq  sənəd  kimi  -  yük  və  sərnişin  daşıma  şərtləri 
“Beynəlxalq  hava  daşımalarına  aid  bəzi  qaydaların  unifikasiyası 
üçün  konvensiya”  12  oktyabr  1929-cu  ildə  Varşavada  qəbul 
olunmuş  və  həmin  konvensiya  Varşava  konvensiyası 
adlandırılmışdır.  Bu  konvensiyaya  dünyanın  120-dən  çox  ölkəsi 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
60 
 
qoşulmuşdur  və  Azərbaycan  Respublikası  da  1999-cu  ildən  bu 
Konvensiyaya daxil olmuşdur. 
II  dünya  müharibəsindən  sonrakı  dövrlərdə  beynəlxalq  hava 
nəqliyyatları  üzrə  əməliyyatlar  xeyli  intensivləşmiş  və  bu 
baxımdan  Varşava  Konvensiyasının  təkmilləşdirilməsi  məsələsi 
ortaya çıxmışdı. Nəhayət, 28 sentyabr 1955-ci ildə Hollandiyanın 
Haaqa  şəhərində  Varşava  Konvensiyasına  düzəlişlər  haqqında 
protokol  imzalanmış  və  bu  sənədə  Haaqa  protokolu  da  deyilir. 
Haaqa  protokolu  Varşava  Konvensiyasını  tam  əvəzləyən  sənəd 
deyildir  və  bu  protokolun  qəbulu  Konvensiyadakı  hüquqi 
boşluqları tənzimləmək üçün nəzərdə tutulmuşdur. Qeyd edək ki, 
1999-cu ildə Azərbaycan Respublikası bu protokola qoşulmuşdur.  
Digər bir beynəlxalq hava nəqliyyatı üzrə tənzimləmə sənədi 
kimi,  Qvadalaxara  konvensiyasını  göstərmək  olar.  Belə  ki, 
Varşava  Konvensiyasında  çarter  daşımalrı  və  hava  gəmilərinin 
icarəsi haqqında qaydalar nəzərdə tutulmamışdı və bu istiqamətdə 
tənzimləmə mexanizmləri 18 sentyabr 1961-ci ildə qəbul edilmiş 
Qvadalaxara konvensiyası ilə nizamlanmışdır. Bu Konvensiyanın 
qəbulundan  sonra,Varşava  konvensiyası,  Haaqa  protokolu  və 
Qvadalaxara  konvensiyasının  birlikdə  məzmununu  əks  etdirən 
beynəlxalq 
tənzimləəmə 
sənədi 
kimi-Varşava 
sistemi 
adlandırılmışdır.  Məlumat  üçün  bildirək  ki,  Azərbaycan 
Respublikası 1999-cu ildən bu konvensiyaya qoşulmuşdur.  
 
5.6.  Dəniz  və  avtomobil  nəqliyyatı  ilə  sərnişin  daşımaları 
üzrə beynəlxalq Konvensiyalar 
 
Beynəlxalq  sərnişin  daşımalarında  dəniz  və  avtomobil 
nəqliyyatının  rolu  xüsusi  ilə  fərqlənir.  Dünyada  sərnişin 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə