Şəfa Əliyev Beynəlxalq nəqliyyat əməliyyatları



Yüklə 1,09 Mb.
Pdf görüntüsü
səhifə28/45
tarix01.09.2018
ölçüsü1,09 Mb.
#66202
növüDərs
1   ...   24   25   26   27   28   29   30   31   ...   45

Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
100 
 
effektivliyinin  artırılması  üçün  bir  çox  beynəlxalq  təşkilatlar 
yaradılmışdır: 

 
Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (1948-ci il); 

 
Beynəlxalq Avtonəqliyyat Federasiyası (1948-ci il); 

 
Uzaq  Reys  Yük  Avtomobilləri  Sürücülərinin  Beynəlxalq 
İttifaqı (1957-ci il); 

 
BMT AİK Daxili Nəqliyyat Komitəsi (1926-cı il); 

 
“Beynəlxalq  avtomobil  sərnişin  və  baqaj  daşımaları 
müqaviləsi haqqında” Konvensiya (1973-cü il) ; 

 
“Sərnişinlərin  və  baqajın  beynəlxalq  avtomobil  daşımaları 
haqqında” Bişkek Konvensiyası (1997-ci il) və s. 
 
 9.4.  Yol  hərəkəti  haqqında  Vyana  Konversiyasına  (8 
noyabr 1968) əlavə Avropa Sazişi 
 
Bu Saziş – 01 may 1971-ci ildə Cenevrədə qəbul edilmişdir.  
Sazişin əsas missiyası – Avropada yol hərəkəti qaydalarının 
nizamlanmasının  təkmilləşdirilməsi  və  bu  qaydaların  Avropa 
ölkələrində  eyniləşdirilməsinin  təmin  olunmasıdır.  Digər  mühüm 
bir  missiya  kimi  ətraf  mühitin  qotunmasının  yüksək  standartlar 
səviyyəsinə qaldırılması qeyd olunmuşdur.  
Sazişdə 3500 kq-dan çox çəkisi olan (sürücüdən əlavə 8 nəfər 
sərnişin daşıya bilən avtomobillər istisna olmaqla) avtomobillərin 
səs  və  çirkləndirici  məmulatların  atılmasına  qarşı  olan  texniki 
standartlara görə konkret tələblər qoyulmuşdur.  
Sazişin  5-ci  bəndində  qeyd  olunur  ki,  sürücü  yol  hərəkəti 
qaydalarına  elə  nəzarət  etməlidir  ki,  nəqliyyat  vasitəsinin  idarə 
edilmə  rejimindən  kənara  çıxması  mümkün  olmasın.  6-cı  bəndə 
əlavələrdə  milli  nəqliyyat  qanunvericiliyində  alkoqolun  təsiri 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
101 
 
altında 
avtomobil 
idarə 
etməyin 
icazə 
həddi 
müəyyənləşdirilmişdir.  Qanda  alkoqolun  maksimum  həddi  0,80 
q/litr, udulan havada isə 0,40 mq/litr razılaşdırılmışdır.  
Konvensiyanın  13-cü  maddəsinin  birinci  bəndindəki 
dəyişikliklərə  əsasən,  sürətin  dəyişməsi  zamanı  yolun  relyefinin, 
coğrafi  xüsusiyyətərinin,  hərəkətin  intensivliyini  nəzərə  alınması 
bildirilmişdir.  Konvensiyanın  14-cü  maddəsinin  birinci  bəndinə 
əsasən  sürücünün  manevr  zamanı  spasifik  hallar  nəzərə 
alınmışdır. Konvensiyanın 25-ci maddəsinin birinci bəndinə görə 
avtomagistral  yollarda  piyadaların,  heyvanların,  velosipedlərin 
hərəkəti  qadağan  olunur.  Bu  yollarda  nəqliyyat  vasitələrin 
saxlanması da qadağandır (xüsusi yerlər istisna olmaqla).  
 
9.5. Böyük İpək Yolu  
 
 Böyük  İpək  Yolunun  (BİY)  tarixi  aspektləri.  BİY  dünya 
sivilizasiyasının  ən  qədim  nəqliyyat  marşrutlarından  biri  kimi 
tarixə  düşmüşdür.  Bu  yol  Avropa  ilə  Asiya  arasında  uzun 
məsafənin ən effektivli birləşdirici qovşağı kimi fərqlənir. Son 20-
30 ildə BİY-in dirçəldirilməsi və bu yoldan daha səmərəli istifadə 
edilməsi  istiqamətində  dünya  səviyyəsində  ciddi  diskussiyalar 
intensivləşmiş və bir sıra mühüm tarixi qərarlar qəbul edilmişdir. 
Məsələn,  Avropa  Birliyi  Komissiyasının  1993-cü  ilin  mayında 
Brüsseldə (Belçika) Qafqaz və Mərkəzi  Asiya dövlətlərinin milli 
və  beynəlxalq  nəqliyyat,  ticarət  kommunikasiyalarının  inkişafı 
strategiyasının  müzakirəsi  keçirilmiş  və  həmin  Konfransda 
TRASEKA Proqramı qəbul olunmuşdur.  
TRASEKA  (“Avropa-  Qafqaz-  Asiya”)  nəqliyyat  dəhlizi 
Proqramı- Avraziya regionlarında son 20 il ərzində hazırlanan və 
həyata keçirilən effektivli, hər iki regionun dövlətləri üçün iqtisadi 


Beynəlxalq nəqliyyat əməliyyatları                                               D ə r s  v ə s a i t i 
102 
 
cəhətdən  xeyli  səmərəli  olan  beynəlxalq  nəqliyyat  layihələrindən 
biri  kimi  xüsusi  əhəmiyyət  kəb  edir.  Proqram  əsasında 
TRASEKA-nın  keçdiyi  ən  mühüm  nəqliyyat  marşrutları  üzrə 
kommunikasiya  obyektlərinin  modernləşdirilməsi,  daha  müasir 
infrastruktur obyektlərinin istismara verilməsi, milli və beynəlxalq 
nəqliyyat 
marşrutlarının 
dünya 
standartları 
seviyyəsinə 
qaldırılması,  beynəlxalq  nəqliyyat  sistemi  üzrə  hərəkət  edən 
nəqliyyat  vasitələrinə  texniki  xidmətin  səviyyəsinin  artırılması, 
gömrük  və  tarif  siyasətlərinin  təkmiləşdirilməsi  və  s  bu  kimi 
mühüm  tədbirlər  həyata  keçirilmişdir.  Məsələn,  1996-cı  ilin 
mayında  Türmənistanın  Sərəxs  şəhərində  imzalanmış  Sazişə 
əsasən  Azərbaycan,  Gürcüstan,  Türkmənistan  və  Özbəkistan 
arasında  tranzit  daşımaları  üzrə  tariflər  50%  azaldılmış,  gömrük 
qaydaları sadələşdirilmiş, daşımaların təhlükəsizliyi və qorunması 
təmin olunmuşdur.  
 TRASEKA  Proqramının  yaradılmasının  təşəbbüskarı 
olan  8  ölkə  bunlardır:  Azərbaycan,  Gürcüstan,  Ermənistan, 
Qazaxıstan, Qırğızıstan , Tacikistan, Türkmənitan və Özbəkistan.  
 TRASEKA  Proqramı  əsasında  “Avropa-Qafqaz-Asiya 
Dəhlizinin  inkişafı  üzrə  beynəlxalq  nəqliyyat  haqqında  Əsas 
Çoxtərəfli  Saziş  “nin  imzalanması  və  bu  haqqda  Bakı 
Bəyannaməsi-  1998-ci  il  sentyabr  ayının  7-8  də  Bakı  şəhərində 
Tarixi  İpək  Yolunun  bərpasına  həsr  olunmuş  beynəlxalq 
Konfransda  baş  tutmuşdur.  Bu  tədbirdə  9  ölkənin  –  Azərbaycan, 
Bolqaristan, Gürcüstan, Qirğizistan, Moldova, Rumıniya, Türkiyə, 
Özbəkistan  və  Ukraynanın  dövlət  başçıları  iştirak  etmişlər. 
Bundan  əlavə,  Konfransın  işində  13  beynəlxalq  təşkilat  və  32 
dövlətin nümayəndə heyətləri qeydə alınmışdır.  
 TRASEKA  Hökümətlərarası 
Komissiyasının  Daimi 
Katibliyi-  2001-ci  ilin  fevral  ayının  21-dən  Bakı  şəhərində 


Yüklə 1,09 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə