SəMƏd vurğUN



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə46/98
tarix30.12.2017
ölçüsü2,33 Mb.
#18646
1   ...   42   43   44   45   46   47   48   49   ...   98

______________Milli Kitabxana_______________ 

196 


 

 

Yaşa, yaşa! O basılmaz qüdrətinlə  



Yaranmışdır qara torpaq, bir də insan.  

Hələ sirri açılmamış hikmətinlə  

Söz açıram mən Bakının axşamından.  

Nə görürəm; bürümüşdür məni heyrət...  

Alov rəngi çökmüş bütün asimana.  

Üfüqdəki yanğınmıdır? Şaşır diqqət...  

Buludlarmı çaxnaşmada yana-yana?  

Alov rəngi çökmüş bütün asimana! 

Mən üfüqdə görmymişdim bu lövhəni,  

Zümrüd göyə çox yaraşır lalə rəngi,  

Qartal xəyal dolandırır yenə məni;  

Hər səhnənin xoş olsa da öz ahəngi,  

Zümrüd göyə çox yaraşır lalə rəngi. 

Bir az sonra... Parçalanır şiş buludlar,  

O al şəfəq neçə-neçə rəngə çalır.  

(Bu qanundur - təbiətdə yoxdur qərar)  

Bu gün günəş qümbundan ilham alır,  

Al şəfəqi neçə-neçə rəngə çalır. 

Buludların hüsnündəki o şəfəqlər  

Gah abıdır, gah narıncı, gah da sarı.  

Bəzən eyni gözəlliklə doğur səhər...  

Nə əlvandır bizim Bakı axşamları – 

Gah abıdır, gah narıncı, gah da sarı! 

Ah, Rafael! Ah, Rafael! Qalx məzardan,  

Öz firçanla bu axşamın seyrinə var!  

Bu qürubun hüsnündəki çəmənzardan  

Sənətinə, ilhamına min rəng apar.  

Öz fırçanla bu axşamın seyrinə var! 

Xeyr! Xeyr! Sən ki, bizdən uzaqdasan!  

Arzum kimi dolandıqca ömrün ili,  

Şahid olsun sözlərimə bu gün zaman 

  



______________Milli Kitabxana_______________ 

197 


 

Yaranacaq öz yurdumun Rafaeli!  

Günəş sürür öz atını asta-asta,  

Gözdən itir... O çəkilir dağ dalına.  

Yavaş-yavaş zülmət enir evlər üstə,  

Bir ağırlıq çökür insan xəyalına...  

Bizim şəhər bağındakı sərçələr də  

Cik-cik ilə yığışir öz yuvasına.  

Lakin insan dalğası var küçələrdə,  

Bütün şəhər çıxır axşam havasına.  

Bu gün mən də bu dalğanın içindəyəm,  

Bir arzuyla seyr edirəm insanları.  

Nədir arzum? Cavab versin buna qələm,  

Oxucular seyr eləsin qoy onları.  

Saçları da, saqqalı da qar kimi ağ  

Bir qocanın piranə bir siması var,  

Mənalıdır alnındakı qırışıqlar...  

Nələr deyir bükülmüş bel... Zəif ayaq...  

Çoxlarından salam alan o ixtiyar  

Bir təbibdir - həyat vermiş insanlara.  

Səksən beş il ömür sürmüş o bəxtiyar.  

Lakin yenə vurğun gəzir ilk bahara...  

Sönməmişdir gözlərmin odu belə,  

Ürəyində arzuların sevdası var.  

Qocalmamış bu dünyada min il belə  

Sənətini məhəbbətlə yaşadanlar.  

Sahildəsə gənclər gəzir yığın-yığın.  

Gənclik ilə nəfəs alıryaz fəslimiz...  

Müsibətin, fəlakətin, ayrılığın  

Pis üzünü görməmişdir bu nəslimiz.  

Bəzən uçur qəhqəhələr sahil deyə.  

Ah, nə qədər mehribandır insan səsi!  

Gah da bizim Nəsrəddinin lətifəsi  

Şuxluq verir gülüş sevən bu gəncliyə.  

İnsanlardan danışıram sizə bir-bir,  

Necə çəkim mən hamının surətini?!  

Təfsilatını?.. Bu çox çətin şey deyildir...  

Mənada goz şerin, sözün hikmətini. 

 



______________Milli Kitabxana_______________ 

198 


 

 

İnsan var ki, şöhrət verər insanlığa,  



Gözlərindən hiss olunar mərifəti.  

Sən onunla sirdaş olsan bir anlığa  

Ömrün boyu unutmazsan bu ülfəti  

İnsan var ki, el uğrunda candan keçər,  

Yoxdur onun nə gecəsi, nə gündüzü.  

Həyat onun əllərindən şərbət içər,  

Qəlbi gümrah... Alnı açıq... Ağdır üzü...  

Budur, belə bir dostuma rast gəlirəm;  

O, bu axşam seyrə çıxmış təsadüfən.  

Onun sadə həyatını mən bilirəm,  

Bilir bizim ana torpaq, ana vətən.  

Salam! Salam! Axşamınız xeyir ola!  

Sən yaratdın ömrün həyat nemətini...  

Bəxtiyardır o şair ki, səndən ala  

İlhamının, sənətinin qüdrətini!  

Söhbətimiz şirin keçir... Axşam da xoş...  

Dostum deyir: - Bizdən haçan yazacaqsan?  

Ürək şaddır, sahil sərin, hava meyxoş...  

Yarat deyir yerə baxsan, göyə baxsan. –  

Gözəl dostum! Bu sualı bir çox kərə,  

Eşitmişəm sənin o saf dodağından.  

Bilirsən ki, çox qarışıq keçdi zaman,  

Səsimizi kömək verdik cəbhələrə...  

Üç ildir ki, böyük bir şey yaratmadım; 

Lakin sənin fəxrin olan mədənlərin  

Sevdiyimiz bu axşamın, bu şəhərin  

Keşiyində, əsgər kimi, mən yatmadım...  

Gəldi zaman... Gəldi bu gün sənin növbən...  

Başlayıram surətini bu dastanla.  

Şöhrət tapdı zəhmətinlə bizim vətən.  

Bir də geniş köksündəki o vicdanla!  

Gözəl dostum! İlhamın var nəfəsində!  

Bu sözləri öz eşqinlə yaratdın sən...  

Bu dastanın sən beşinci nəğməsində!  

Öz gözünlə öz hüsnünü görəcəksən!  

Dənizdəki bir buruğun çıraqları 

  



______________Milli Kitabxana_______________ 

199 


 

Ayrılmayır bu dostumun gözlərindən.  

Fikri orda... Huşu orda... Ona sarı...  

Gülə-gülə ayrılırıq dostumla mən.  

İnsanlardan danışıram sizə bir-bir,  

Necə çəkim mən hamının surətini?!  

Təfsilatmı?.. Bu çox çətin şey deyildir,  

Mənada gəz şeirin, sözün hikmətinin!  

İnsan var ki, öz sözünün sahibidir;  

Od içinə düşsə belə onu yeməz...  

İnsan da var iradəsi yel kimidir,  

Beləsindən bacardıqca kənarda gəz!..  

İnsan var ki, dost yolunda can da verər – 

Bu sədaqət babalardan yadigardır...  

Sənin belə bir sirdaşın varsa əgər,  

Evinə də, canına da haqqı vardır!  

İnsan da var tez-tez girər qılığına,  

Deyər: sənə qurban olsun dünya varı!  

Yaxşı gündə küp-küp içər sağlığına,  

Yaman gündə ceyran olar ayaqları... 

Şəhər böyük, insan da çox... İndisə siz  

Təkayaqlı bir oğlana nəzər salın.  

Öpsün onun əsasını gözləriniz,  

Yanındakı o dilbərdən ilham alın.  

Gözəl bir qız könül vermiş o insana.  

O nəfəslər ayrılmayır gecə-gündüz...  

O məhəbbət... O saf alın... O açıq üz...  

Halal olsun! Halal olsun qəhrəmana!  

Bəs o kimdir? Gövdəsini sürüdükcə  

Sifətindən bir ətalət yağır yerə...  

Simasını bir kifirlik bürüdükcə  

Urək küsür, göz iyrənir birdən-birə.  

Bir ona bax! Pələng kimi addım atan  

Yel ayaqlı o gəncə bax qabağında,  

Əsrimizin sürəti var ayağında...  

O sürəti salamlayır bizim zaman.  

Əlli illik ömür sürmüş bir nəfərin 

  



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə