______________Milli Kitabxana_______________
212
Həqiqəti idrak ilə kəşf edənlər
Yaranmışdır insanlığın son ziynəti.
Bu sakitlik, məncə, elmin fitrətidir,
Tufanda da şaşırmayır hüsni-kamal.
Hər kamal da bir dimağın siqlətidir,
Bu surətlə ziynət tapar hüsni-camal.
Elmin böyük qüdrətilə silahlanan
Bir ordu da, sərkərdə də basılmazdır.
Bu dünyada min il ömür sürsə insan
İdrak üçün, kamal üçün yenə azdır.
Təəssüf ki, yetişincə bir çörəyə
Bağlayırıq kitabların ağzını biz.
Bir qəflətdir, göz yummaqdır gələcəyə -
Bu sözləri unutmasın qoy nəslimiz!
İnsan oğlu öz elmilə loğman oldu,
Ayı, günü, ulduzları duydu ürək.
Mədəniyyət! Sənsiz neçə əməl soldu,
Neçə arzu, neçə murad, neçə dilək?
Elmin qartal qanadında uçan xəyal!
Siqlətin yox, hüdudun yox, nə səyyarsan!
Sehrkarsan, qəlbimizi kəməndə sal,
Sən daima yaşıl qalan bir baharsan!
Sən hakimsən! Çıxardığın bu qərarlar,
Bu qanunlar müqəddəsdir həyat qədər!
Sənin kiçik bir zərrəndə kainat var,
Bir anında nəfəs alır qərinələr.
Kim bilməyir sənin böyük qüdrətini?
Zənn etmə ki, sadəcə bir şairəm mən!
Daşdan çörək çıxardanın zəhmətini.
Öz əlinlə sən qurtardın köləlikdən.
Qoca Marks! Qoca Marks! Piranəsən,
Zəvvarındır yer üzünün dörd bir yanı...
Öz elminlə, kamalınla dəyişdin sən
Əflatunlar şərh etdiyi bir dünyanı!
...Akademya! Nələr vardir burda bilsən!
Min illərdən qalmış o əlyazmaları.
Xəbər verir yurdumuzun keçmişindən.
______________Milli Kitabxana_______________
213
Hər vətəndaş bircə dəfə görsün barı!
O dərilər üstündəki gözəl xətlər
Babaların müqəddəs bir sənətidir.
O tüz basmış, zaman görmüş hər bir əsər
Nəsillərin bir-birilə söhbətidir!
Hələ daşlar, o mədənlər, qırıntılar
Dayanmamış bir qəlbidir zamanların.
Azı-azı dörd min illjk tarixi var
Azərbaycan torpağında insanların!
Kərgədanın çürüməmiş sümükləri,
Yaşamışdır, yüz min illər bundan qabaq.
Alim deyir: bizim Bakı səhraları
Öz-özünə alov kimi alışaraq
Yandırarmış nəfəs alan canlıları.
Fəqət nefti bir qan kimi soran torpaq
Yanmışların cəsədinə yapışaraq
Bir çoxunu yaşatmışdır indiyədək,
Qərinədən-qərinəyə "qal!" deyərək.
Gənc filosof! Mütəfəkkir durduqca sən
Alnındakı o cizgilər, qırışıqlar
Xəbər verir dahilərlə söhbətindən;
Qəlbindəsə bir tükənməz məhəbbət var.
Hər elmdən çox sevirəm fəlsəfəni –
O min hikmət şərh edərək, min sirr açar,
Hər dühanın öz günəşi bir nur saçar.
Bir günəş say sən də kamal xəzinəni!
* * *
Yeni tarix! Yeni tarix! De fəlsəfən
Hansı böyük həqiqəti açdı bizə?!
Təzadların vəhdətindon yarandın sən,
Eşqin - həyat, bayrağındır mübarizə!
***
İnsan ağlı yalnız elmin nəfəsilə
Dəniz kimi, ümman kimi aşıb-daşar.
______________Milli Kitabxana_______________
214
Mənaların şeir-sənət nəğməsilə
Süzün ömrü həqiqətlə qoşa yaşar!
Yaşa, elmin qadir səsi! Bir tanrısan.
Qıfıllanmış hikmətlərə sənsən açar.
Böyüksən ki, yaratmışdır səni insan,
Bu hüsn ilə gün camalın şölə saçar!
** *
Sən həqiqət aşiqisən! Nələr deyir
Oz qəlbinin, vicdanının sakit neyi?
Hər arzun bir ilahi səhər deyir,
Qoca tarix unutmamış Qalileyi!
** *
Əmr olundu o dühaya son nəfəsdə:
Sən söylə ki, fırlanmayır qara torpaq. –
Mən deyirəm. Həqiqət də susmur, ancaq
O deyir ki: Yer firlanır oxu üstə.
Məslək eşqi, məslək eşqi, müqəddəssən!
Zəfər tacın ziynət verir ölümlərə.
Simasızlıq, yüz il ömür sürsən də sən,
Alqış səsi eşitməzsən bircə kərə.
İndisə biz qədəm qoyaq bir salona:
Ulduz kimi qatarlanmış çıraqbanlar.
Qurultaydır! Ölkə qulaq asır ona,
Bu xüsusda oxucumla söhbətim var.
Neçə libas, neçə sima, neçə sifət –
Müxtəlifdir qurultayda əyləşənlər.
Ürəklərdə ana yurda bir məhəbbət,
Dillərdəsə könül açan min bir xəbər.
Mədən oğlu, tarla qızi, çoban-sərkər,
Professor, vətəgəçi və komissar,
Min bir sənət ustaları, min bir nəfər,
Hər insanın öz nəfəsi, öz səsi var.
Nə ixtiyar, nə vəzifə, nə də rütbə
______________Milli Kitabxana_______________
215
Ayırmayır bu məclisdə insanları.
Öz gözümlə çox görmüşəm mən onları,
İndi yazım gördüyümu növbə-növbə.
Sən, ikinci nəğməmizi xatirə sal,
Dinləyirəm o dostumun xoş səsini.
Mən duyuram avazından onun dərhal
Buruqların o yeraltı nəfəsini.
O rəqəmdən, o hesabdan qorxma, şair!
Hər rəqəmdə bir həyatın səhnəsi var.
Sayların da öz dili var, təklif deyir,
Az danışıb, çox iş görür yaradanlar.
Mədən oğlu! Mədən qızı! - deyir Bakı, -
Səninkidir bu ziynətlər, yaraşıqlar.
Yurdumuzun şöhrətidir alnındakı
O ləkələr, o cizgilər, qırışıqlar.
Mən görürəm döşündəki qoşa-qoşa
Şəfəq saçan, şölə saçan nişanları,
Ziynət verir, rövnəq verir dağa-daşa.
Yurdumuzun ən qəhrəman insanları.
Bəs o kimdir danişdıqca asta-asta,
Bir gül kimi qızarmışdır yanaqları;
Məclis böyük, o utancaq. Nə xüsusda
Söhbət açır o gəlinin dodaqları?
"Bizim kolxoz... Bizim zəmi... Bizim tarla..."
Kəlmə-kəlmə danışsa da o saf qadın,
Geniş köksü nəfəs alır iftixarla.
Ana torpaq! Anan mərddir, gözün aydın!
Səhər-səhər şeh düşəndə zəmilərə
Yaşıl şaxlar öpür onun əllərini.
Zəhmətinin nübarını dərə-dərə.
Salamlayır ömrün azad illərini!
Sözləri az, hünəri bol o bəxtiyar
Elçisidir kəndimizin qurultayda.
O, şəhərə gətirmişdir sanki bahar,
Camalında min ulduz da, gün də, ay da.
Professormu? - Salon sakit bir hal alır,
Söhbət gedir hərbi xəstəxanalardan;
Dostları ilə paylaş: |