______________Milli Kitabxana_______________
309
Bu dostların "hücumunu" çox görmüşəm mən...
Bu haşiyəm qoy hələlik qalsın bir yana.
Sədr baxır gah Manyaya, gah da Sarvana,
Sonra birdon qaşlarını sıx-sıx çataraq,
Deyir: - Sarvan öz vaxtında bir ay da qabaq...
Gur alqışlar kəsir sədrin sözünü bu an,
Kür boyuna lərzə düşür sən dalğasından...
Alqış deyir qəhrəmana odlu ürəklər,
Bütün salon ehtiramla qalxır ayağa;
Sarvanımın ürəyisə, dönür bir dağa...
Gözlərində yuva salır gözəl diləklər.
Manyanın da ürəyində bir günəş yanır,
Onun da can otağında səhər oyanır...
Bizim günlər belə keçir. İş ilə hünər
Şöhrət olur bu torpağın hər övladına;
Alqışlayır, salamlayır onu ürəklər,
Vətən mülkü heykəl qoyur onun adına.
İnsan ömrü yaşa dolub, keçdikcə illər,
Hörmət ilə yad eləyir bizi nəsillər.
Nə Otello, nə Faustdur bizim, qəhrəman,
Nə də tərki-vətən olmuş Harolda bənzər.
Nə Peçorin, nə Məcnundur bizim bu insan,
Nə də xəyal dünyasında səadət gəzər.
Öz əlilə o yaratdı səadətini –
Gözəl ömrün, gözəl eşqin hər nemətini.
O kimdir? Kürsüyə gəlir vüqarla,
Nə qədər sevinir, nə qədər şəndir.
Elə bil, gün doğub gəlir baharla,
Hüsnünün şöləsi çəmən-çəməndir.
Yox, yox! Nə günəşdir, nə də ki, çəmən,
Manyadır, Manyadır o gözəl pəri.
Onu tarlalarda çoxmu görmüsən?
Ayazda, şaxtada donan əlləri
Nə boya görmüşdü, nə də bir əlcək...
O indi qonaqdır Mingəçevirdə,
Danışır kürsüyə sirin gərərək.
______________Milli Kitabxana_______________
310
Siz onu seyr edin, seyr edin bir də:
"Yoldaşlar!
Yarışdıq Sarvan ilə mən.
Sizin yanınızda şərt bağladıq biz;
Boyun qaçırmadıq öz vədimizdən,
İşdə yorulmadı ürəklərimiz.
Sarvan tez əritdi yıxdığı dağı,
Çünki ildırımmış əli, ayağı...
Mən də çox əlləşdim, çarpışdım, ancaq
Şadam, sevinirəm ürəkdən buna,
Eşq olsun vətənin igid oğluna!"
Manya bu sözləri dediyi zaman
Şəfəqlər tökülür qaşqabağından,
Onun üzü, gözü gülürdü bu dəm,
Gülürdü qəlbində, doğrudan, aləm.
(Ah, müqəddəs qadın, müqəddəs ana!)
O sonra bayrağı verdi Sarvana.
Dostlar əl tutuşub gülümsədilər:
Sevindi yazdığım bu kiçik əsər.
Qışqırdı salonun sıx izdihamı:
"Qız deyil, pələngdir", - söylədi hamı...
O axşam ağzını açmadı Sarvan,
Bütün iclas boyu o heç dinmədi.
Manyanın üzünə basdığı zaman,
Çaldığı zəfərlə çox sevinmədi...
Qartal öz gücünü duyar yuvada,
Uçub cövlan elər sonra havada.
Yarar tufanları düşdükcə dara,
Qıy vurub şığıyar ağ buludlara,
Uçar, o uçduqca üfüq boyunca,
Hökmünü göstərib göyə doyunca...
Hünərlə qovuşar can sirdaşına...
Lakin enən zaman qaya başına,
Nə qanad şaqqıldar, nə də qıy vurar,
Büküb öz boynunu sakitcə durar...
Pələng nərə çəkər hücumdan qabaq,
Bir an da bir yerdə dayanmayaraq...
______________Milli Kitabxana_______________
311
Dağlar dilə gələr onun səsindən,
Ağaclar titrəyər hər nərəsindən...
Ancaq, şikarını aldımı pələng,
Hayqırmaz bir daha nərə çəkərək;
Hay vurub, qıy vurub qışqırmaz yenə,
Sakitcə baş qoyar öz pəncəsinə...
Oxucum, bu surət sizə bəllidir,
Onun ilk avtoru Sarıvəllidir.
Dağlara rast gələn axar sular da
Qəzəblə qışqırar hər ilk baharda.
Boz üzlü daşlarla pəncələşərək,
O hər dalğasını vurar pəncə tək;
Köksünü dağlara hey döyə-döyə,
Sinəsi üstündə qaldırar göyə
Ağır qayaları... daşları dələr,
Özünə yol açıb səhraya gələr,
Dərib nəfəsini sonra dinc axar...
Xilqətin nə gözəl bir mənası var!
De, hansı qəhrəman, hansı komandan
Şir kimi cəbhələr yardığı zaman
Qəşş edib ayağı yerdən üzüldü?
Arxada qalanın üstünə güldü?
Hansı qızıl əsgər zəfər günündə
Oz döşünə döyüb ellər önündə,
Başını dik tutub bir "mənəm" dedi,
Odlara düşsəm də, ölmərəm, dedi?
Əsrlər boyunca ərlər, ərənlər,
İşıqlı günlərə yol göstərənlər,
Aləmə idrakla salam verənlər,
Hünər dünyasından doymadı, getdi...
Hər zaman, hər yerdə "mənəm" deyənlər,
Dostun ağ günündə qara geyənlər,
Qəlbini qurd kimi söküb yeyənlər
Daş üstə bir daş da qoymadı, getdi!
______________Milli Kitabxana_______________
312
Kimin ki, ürəyi eldən üzüldü,
Bəxtinə nə Günəş, nə də Ay güldü,
Özü xəzəl olub vaxtsız toküldü,
Ömrün baharını duymadı, getdi...
Yeridir, bir məsəl desəm yadigar,
Deməsəm ürəyim sıxılacaqdır:
Birinci addımda lovğalananlar
İkinci addımda yıxılacaqdır!..
İndi bil, oxucum, düşün ki, Sarvan
O günkü iclasda niyə dinmədi,
Düşün ki, nə üçün bizim qəhrəman
Çaldığı zəfərə çox sevinmədi...
On beşinci nəğmə
QƏHRƏMANIN ARZULARI
Deyirlər ki, şirin yuxu gözəl nemətdir,
Ağır keçən yuxularda ürək dincəlir;
Hər sabaha bir müqəddəs arzuyla gəlir...
Bu vərdiş də insan üçün bir səadətdir!
Axşam! Axşam! Bu qaraqaş, qaragöz pəri
Lay-lay çalıb, qucağında yatırdir bizi;
Ulduz-ulduz alışdıqca onun gözləri,
Məşəl tutub, seyrə çıxır ürəyimizi.
Gecə bütün kainatı bağrına basır,
Xəyala da o qərq olur bir insan kimi;
Daşların da nəfəsinə o qulaq asır,
Açıqürək, qaraqabaq bir Loğman kimi...
Gecə boylu bir qadındır... ağrı çəkərək,
Xoşüzlü bir uşaq kimi doğur səhəri...
Bu ananın sevincidir göydəki rəng-rəng
Sevdiyimiz al günəşin ilk şəfəqləri...
Şairanə bir gecədir Kür qırağında,
Dostları ilə paylaş: |