ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə142/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   138   139   140   141   142   143   144   145   ...   154

Şəmistan Nəzirli

451


1918-1920-ci illərin sənədləri nə tarixçilərin, nə də S.Mehmanda-

rov tədqiqatçılarının sərəncamına verilmədiyindən şöhrətli ge-

nerallarımızın həmin illərdə daxilən hansı hisslər keçirdiyindən, 

ən  başlıcası,  azərbaycanlı  kimi  vətəndaşlıq  təəssübkeşliyindən 

bixəbər olmuşuq. 

Demokratiyanın sayəsində yeni açılan arxiv sənədləri arasın-

da ilk hərb nazirimizin çoxlu teleqramları, əmr və raportları işıq 

üzü gördü. Bu sənədlər o vaxtkı ordumuz, zabit və əsgər heyə ti-

miz haqqında qiymətli məlumatlar verir.

* * *


Lənkəran qəzası sakinlərinə müraciətnamə 

Vətəndaşlar! 

Azərbaycan Respublikası Dövlətinin xahişi ilə mən Lənkəran qəza-

sına dəstə göndərirəm. Vətəndaş müharibəsinə birdəfəlik son qoymaq, 

qayda-qanun yaratmaq, Sizi dinc əhaliyə əzab verən zorakı dəs tələrdən 

və qatillərdən azad etmək işi bu dəstəyə tapşırılıb.

Azərbaycanın ayrılmaz bir hissəsi olan qəzada məskunlaşmış bütün 

millətlərə  ədalətli  münasibət  bəsləyən Azərbaycan  qoşunları  Sizə  qa-

nun daşıyıcıları kimi göndərilirlər.

Silahlı  qüvvələrin  himayəsi  ilə  ölkənin  bütün  sahələrinin  idarə 

olun masında təcili mülki idarəetmə bərpa ediləcək. Mən əminəm ki, Siz 

özünüz də Azərbaycan Respublikasının gələcək tamhüquqlu vətən daş-

ları kimi sülh şəraitində birgə yaşamağın möhkəm əsasının qoyulması 

marağındasınız və görəcəyiniz bütün tədbirlər ölkədə qanun-qaydanın 

bərpa olunmasında hökumətin bütün qanuni əmrlərinin könüllü surət-

də yerinə yetirilməsində və Azərbaycan Respublikası Dövlətinin nüma-

yən dələrinə  öz  xeyirxah  münasibətinizlə  imkan  daxilində  kömək lik 

göstərəcəksiniz. 

Bununla bərabər, Sizi əmin edirəm ki, Sovetlər, Komitetlər və ya 

“Muğan Respublikası” adı altında heç bir sərbəst təşkilatların yaradıl-

masına yol verilməyəcək. 

Lənkəran qəzasında yeganə – Azərbaycan Respublikası hakimiyyəti 

tanınır və onun verdiyi qanunlara qulaq asmayan hər bir şəxs müharibə 

dövrünün qanunlarına əsasən qiyamçı kimi məsuliyyətə cəlb olunacaq.


General Əli ağa Şıxlinski və silahdaşları

452


Dəstə rəisinin göstərişi ilə əhali silahları təhvil verməlidir, kim əmri 

yerinə yetirməsə, hərbi-səhra məhkəməsinin sərəncamına veriləcək. 

Xəbərdar edirəm ki, rus əhalisinə qarşı hər hansı bir zorakarlığa və 

soyğunçuluğa yol verməyəcəyəm, çünki qəzada yaşayan başqa mil lət-

lərin nümayəndəsi kimi onları da Azərbaycan Respublikasının vətəndaşı 

sayıram. 

Amma  rus  əhalisinin  şəxsiyyətinə  və  toxunulmazlığına  təminat 

verərək, mən onlardan da yerli hakimiyyətin verdiyi qanunların yerinə 

yetirməsinə əməl etmələrini tələb edirəm.

Hər bir silahlı müqavimət ölüm cəzası ilə cəzalanacaq və belə hallar-

da qoşunlara amansız olmaları haqda əmr olunub.

Bu və ya digər bəhanələrlə xalqı ordu və hökumət əleyhinə qaldıran-

ları bu haqda xəbərdar edirəm.

Mən də öz növbəmdə dəstə rəisinə

1

 əmr etmişəm ki, qoşunun əhaliyə 

heç bir xətər toxundurmaması haqda ölçü götürsün və dinc əhaliyə qar-

şı hər cür zorakılıq göstərən günahkarlar ciddi cəzalansınlar.

Azərbaycan Respublikasının hərb naziri,

Tam Artilleriya generalı Səməd bəy Mehmandarov.

General-leytenant Məmməd bəy Sulkeviç. 

23.07.1919-cu il, Bakı şəhəri

21 oktyabr 1919-cu il Lənkərandan teleqram 

Lənkəran Şəhər duması əhalinin istəyi ilə 15 oktyabr tarixli yığın-

cağında  hərb  naziri  general  Səməd  bəy  Mehmandarovu  Respublika 

parlamentinə üzv seçmişdir. 

Şəhər Dumasının üzvləri

1

  General-mayor Həbib bəy Hacı Yusif oğlu Səlimov (1881-1920) – Ş.N. 




Şəmistan Nəzirli

453


TÜRK İRSİNİ ÖYRƏDƏN GENERAL

Şöhrətli generalımız Səməd bəy Mehmandarovun 1918-1920-

ci illərdəki fəaliyyəti xalqımız qarşısında əvəzsizdir. Onun Milli 

Ordunun  yaradılmasındakı  müstəsna  rolu,  1918-ci  il  dekabrın 

25-də Azərbaycan xalqına müraciəti, əsgər və zabit heyəti qarşı-

sında  ata  nəsihətli  (həmin  ili  Səməd  bəy  Mehmandarovun  63 

yaşı vardı – Ş.N.) çıxışları və nəhayət, güclü Vətən təəssübkeşliyi 

qırx minə yaxın əsgəri olan nizami ordu yaratmağa səbəb oldu.

Səməd bəy Mehmandarov haqlı olaraq yazırdı ki, düşmənə 

qarşı mübarizə tədbirlərindən biri də xalq içərisində sağlam mil-

li hisslərin yaradılmasıdır. Bu vəziyyət Azərbaycan Respublika-

sının yaranmaqda olan gənc ordusu üçün xüsusilə zəruridir. Yu-

xudan yenicə oyanmış xalqda sağlam, milli hissi oyatmalıyıq… 

Xalq arasında türk irsinin milli hisslərini və vüqarını qaldırmaq 

üçün xalqı, qoşunlarımızı onun tarixi keçmişi ilə tanış etməliyik. 

Səksən  ilə  yaxın  əl  vurmadığımız  1918-1920-ci  illərin  arxiv 

qovluqları açıldıqca bizə məlum olur ki, ilyarım fəaliyyətdə olan 

Milli Ordu tariximiz çox zəngin olmuşdur. O da məlum olur ki, 

hərb  tariximizi  zənginləşdirən  tam  artilleriya  generalı  Səməd 

bəy Mehmandarovun və Əli ağa Şıxlinskinin rəhbərliyi ilə, onla-

rın silahdaşları general Həbib bəy Səlimovun, Məmməd bəy Sul-

keviçin, şahzadə Əmir Kazım Mirzə Qacarın, Cavad bəy Şıxlins-

kinin, Murad Gəray bəy Tlexasın, Əbdülhəmid bəy Qaytabaşı-

nın, Teymur bəy Novruzovun, Süleyman bəy Əfəndiyevin, to-

poqraf-general İbrahim ağa Vəkilovun misilsiz fəaliyyəti olmuş-

dur.


Port-Arturda, Birinci cahan savaşında və 1918-1920-ci illərdə 

şərəfli  döyüş  yolu  keçən  general  Səməd  bəy  Mehmandarovun 

haqqında  araşdırmalar  apardıqca  o  illərin  sənədlərində  və 

qəzetlərində onun çıxışlarına, nitqlərinə rast gəlmək olur. 

Belə tarixi sənədlərdən bixəbər olduğumuza görə bəzi “sapı 

özümüzdən” olan nadanlar keçmiş sərkərdələrimiz barədə artıq-

əskik danışırlar. Onlar hətta “hücuma” keçərək yazırlar ki, niyə 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə