ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə139/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   135   136   137   138   139   140   141   142   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

442


paşa  Azərbaycandan  gedərkən  özü  mənim  yanıma  gəldikdə 

boynuna aldı ki, əsgərlik barəsində Azərbaycan fəna bir halda 

qoyulmuşdur”.

1918-ci il dekabrın 25-də Azərbaycan Respublikasının hərbi 

naziri  general  Səməd  bəy  Mehmandarov  öz  xalqına  yanıqlı 

dəyanətlə müraciət etmişdir. 

Bəyanatın  əsas  mövzusu  o  vaxtlar  milli  orduda  yaranan 

hərcmərclik və özbaşınalıq idi. Həmin illərdə nazir Səməd bəy 

Mehmandarovun  müavinləri  Əli  ağa  Şıxlinski,  Məmməd  bəy 

Sulkeviç  və  Həbib  bəy  Səlimov,  İbrahim  ağa  Vəkilov  kimi 

məşhur generallar olsalar da, yenə də orduda fərarilik və xoşa-

gəlməz hallar baş verirdi. Lakin onlar zəngin hərbi təcrübələrinin, 

biliklərinin və əsil hərbçi dəyanətlərinin sayəsində tam nizami 

ordu yaratmağa nail olmuşlar. 

Zaman, dövr dəyişib. Səksən beş ildən sonra tarix təkrar olu-

nur. O vaxtkı ümumi vəziyyət bu gün yeni yaranan ordumuzda 

qismən də olsa var: bəzi nadanların fərariliyi və min bir bəhanə 

ilə Vətənin müdafiəsindən yayınmaq…

Bəs o vaxtkı məşhur sərkərdələrimiz, xüsusilə nazir Səməd 

bəy  Mehmandarov  fərariliyin  qarşısını  necə  almışdır?  Məhz 

tələbkarlığı və sərt bəyanatı ilə 1918-ci ildə Səməd bəy Mehman-

darov orduda yaranan çatışmazlığın qarşısına keçilməz bir sədd 

çəkmişdir. 

Xalqımızın dar günündə hərbi nazir Səməd bəy Mehmanda-

rovun on səkkizinci ildə yazdığı “Azərbaycan vətəndaşları” adlı 

müraciəti bu günümüzlə tam səsləşir. Onu da xatırladım ki, aş-

karlığın işığı ilə açılan “tamamilə məxfidir” qrifli sənəd oxucula-

ra  ilk  dəfə  təqdim  olunur.  Bu  maraqlı  əlyazmasını  Respublika 

Yeni  Tarix  Mərkəzi  Dövlət  Arxivində  araşdırmalar  apararkən 

əldə etdik. 

“Cari  ilin  yazından  etibarən  Azərbaycan  müstəqil  dövlət 

oldu.  Bu  müddət  ərzində  cəmi  hökumət  adamlarının  bütün 

səyləri ölkədə anarxiyanın qarşısını almaq oldu və qanunçuluq 

pozulan  yerlərdə  onun  bərpasına  yönəldilmişdir.  Bu  məqsədə 




Şəmistan Nəzirli

443


nail  olmaqdan  ötrü  hökumətin  başqa  tədbirlərinin  arasında 

özümüzə məxsus hərbi qüvvələrin yaradılması, yəni Azərbaycan 

qoşunlarının təşkili haqqında qərar qəbul olunmuşdur.

…Hal-hazırda  qoşunlarımızın  təşkilini  öz  öhdəmə  götür-

müşəm.

İndi ölkəmizin bütün vətəndaşları – istər kasıb, istər dövlətli, 

eyni  şəkildə  hərbi  qulluğu  çəkəcəklər.  Və  əgər  haçansa,  kimsə 

döv lətliləri  hərbi  qulluqdan  azad  etsə,  günahkarlar  ağır  cəza-

lanacaqlar.

Hərbi  hissələrdə  əsgərlər  yaxşı  geyinəcək.  Onların  ərzaq-

larının keyfiyyətcə yaxşı olmasına xüsusi fikir verib, bu barədə 

ciddi  elan  etmişəm.  Göstəriş  verilib  ki,  otaqlar  təmir  olunsun, 

qızdırılsın, bütün əsgərlərin fərdi yorğan-döşəyi olacaqdır.

Mən tədbir görmüşəm ki, əsgərlərə qarşı bütün qeyri-qanuni 

hərəkətlər ciddi töhmətlənsin və xüsusi ilə əsgərlərin döyülməsi 

halları ciddi cəzalandırılsın.

…Bütün bu tədbirləri həyata keçirib, üzümü ilk növbədə sizə, 

hərbi hissələri tərk etmiş Azərbaycan vətəndaşlarına tuturam və 

bəyan edirəm ki, sizin böyük xətanızı, əsgərlikdən qaçmağınızı 

bağışlayıb öz hissələrinizə köhnə təqvimlə, yanvar ayının birin-

dən gec olmayaraq qayıtmağa çağırıram. Lakin, əlavə edirəm ki, 

bu  müddət  üçün  kim  öz  bölüyünə  qayıtmasa,  o  hərbi  dövrün 

qanunlarına görə ağır cəza alacaq.

Bundan  sonra,  ölkəmizin  bütün  əhalisinə  əziz  Vətənimiz 

adın dan müraciət edərək xahiş edirəm ki, gözəl Vətənimiz Azər-

baycan eşqinə, yüksək vətənpərvərlik hissimiz naminə mənə bi-

zim qoşunumuzun təşkili işində yardım göstərəsiniz, bu qoşun 

bizə ölkəmizdə qanunçuluğu qorumaqdan ötrü vacibdir və yenə 

də  xahiş  edirəm  ki,  bütün  o  şəxslər  ki,  çağırış  yaşları  çatıb, 

əsgərlik etməlidirlər. Torpaqlarımızı qorumaq üçün özlərini çat-

dırsınlar. Qoy Vətən qarşısında borcunu unudan hər kəs Vətən 

qarşısında böyük günah işlətdiyi üçün qohum-qardaş qınağı al-

tına düşsün və əlbəttə, qanun üzrə cəzalandırılsın.

Mənim bu bəyanatım ölkənin hər yerində yayılacaq və qoy 

savadlılar onu oxuyub mənasını savadsızlara çatdırsınlar”. 



General Əli ağa Şıxlinski və silahdaşları

444


 Sənədlərin izilə

Yalnız  azərbaycanlılardan  təşkil  olunmuş  hərbi 

qüvvələrimiz, dünya tarixinə yazılmış və bütün Av-

ropa  xalqlarının  bizə  nisbətən  daha  çox  bildikləri, 

danışdıqları qəhrəmanlıqlardan ibarət şanlı hərb ta-

riximizi  bilməlidir.  Yüzillik  rus  hakimiyyətindən 

azad olmuş türk xalqına xatırlatmaq lazımdır ki, biz 

həmişə boyunduruq altında olmamışıq. Hətta Avropa 

və Asiyaya öz tələblərimizi etmişik.

…Belə  zənn  edirəm  ki,  türk  tarixini  yaxşı  bilən 

kiməsə, bugünkü mühüm hadisələr də daxil olmaqla 

bizim  xalqın  tarixinə  dair  əsər  yazmağı  tapşırmaq 

lazımdır. Bu əsərdə xalqımızın keçmiş şöhrəti və yad 

hakimiyyəti  dövründəki  əzabları  güzgüdə  olduğu 

kimi öz əksini tapmalıdır.

Səməd bəy Mehmandarov

2 aprel 1919-cu il

İnciyənədək  arxivdə  generalın  imzaladığı  yüzlərlə  sənədə, 

raporta və müraciətə rast gəlmişəm. Onların hamısı makinada 

yazılıb, ya da mətbəədə nəşr olunub. Yalnız bu yaxınlarda əlyaz-

ması olan bir sənəd tapdım. O, hərb naziri Mehmandarovun öz 

dəst-xəttilə Azərbaycan hökumətinin ünvanına yazılıb. 1919-cu 

il aprelin ikisində yazılan ikisəhifəlik məruzə mənim üçün qeyri-

adi tapıntı oldu. Nə gizlədim, bu tapıntıma hədsiz dərəcədə se-

vindim. Ona görə sevindim ki, müharibə aparan ölkənin genera-

lının  xalqının  hərb  tarixini  yazdırmaq  təşəbbüsünü  vətənpər-

vərliyin zirvəsi kimi qiymətləndirdim. 

Yuxarıda epiqraf kimi istifadə etdiyimiz cümlələr də həmin 

məruzədəndir. Belə tarixi sənədlərdən bixəbər olduğumuza görə 

bəzi  “sapı  özümüzdən”  olan  nadanlar  keçmiş  sərkərdələrimiz 

barədə artıq-əskik danışırlar. Onlar hətta “hücuma” keçərək ya-



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə