ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə136/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   132   133   134   135   136   137   138   139   ...   154

Şəmistan Nəzirli

431


səkkizində  biz  ikimiz  də  Bakıya  yola  düşüb,  iyulun  iyirmi 

ikisində gəlib Bakıya çatdıq. Bakıda biz Azərbaycan Sovet Qo-

şunları  Qərargahına  daxil  edildik.  Bundan  başqa  hər  ikimiz 

Azərbaycan Komandirlər Məktəbində topçuluqdan – Mehman-

darov rus, mən isə Azərbaycan dilində dərs deməyə başladıq. 

Qarnizon rəisi öz sədarəti altında olaraq, “Bakı Qarnizonu Hərbi-

Elmi Cəmiyyətinin təşkili haqqında” əmr verdi. Mən sədr müa-

vini təyin edildim. Qarnizon rəisi özü sədrlik etmirdi, adətən ic-

lasları  mən  aparırdım.  Mehmandarov  isə  bu  cəmiyyətin  üzv-

lüyünə təyin edilmişdi”.

Bəs iyirmi üçüncü ildə general Səməd bəy Mehmandarovun 

əlinə süpürgə verib küçə süpürtdürən kimlər idi? Mərkəzdə otu-

ran Stalin əmr vermişdi ki, müsəlman ziyalıları arasında təmiz-

lənmə aparılsın. Bakıda solların mövqeyini möhkəmlədən, Nəri-

manovun məsləkdaşlarına qarşı mübarizəni gücləndirən AK(b) P 

Bakı Komitəsinin katibi L.Mirzoyan, S.Orconokidze, A.Mikoyan, 

A.Qutin onun əlaltıları və içərimizi qurd kimi gəmirən bir qrup 

keçmiş  daşnak  havadarları  Stalinin  əmrini  canla-başla  yerinə 

yetirirdilər. Həmin ildə onlar Nərimanovu da Bakıdan perik sal-

mışdılar. Onlar yaxşı bilirdilər ki, Nərimanov general Səməd bəy 

Mehmandarovu sərkərdə kimi çox yüksək qiymətləndirir. 

Mərhum general-mayor Akim Əli oğlu Abbasov:

 Mənim bəxtim gətirib ki, üç il məşhur sərkərdə, Rusiya-Ya-

poniya  və  Birinci  dünya  müharibələrinin  qəhrəmanları  Meh-

mandarovun və Şıxlinskinin tələbəsi olmuşam. Onların mühazi-

rələri o qədər maraqlı olurdu ki, diqqət kəsilirdin, çalışırdın ki, 

bir sözü də buraxmayasan. Hərb işinə dərindən bələd olmaları 

heyrətə gətirirdi adamı. Artilleriya və riyaziyyat biz kursantların 

ən çox sevdiyi fənlər idi. Niyə? Əlbəttə, ona görə ki, bu fənlərdən 

mülahizələri  sevimli  müəllimlərimiz  general  Səməd  bəy  Meh-

mandarov və general Əli ağa Şıxlinski oxuyurdu. Onların erudi-

siyası, hərbi işin, xüsusilə də artilleriyanın nəzəriyyə və prakti-

kasının ən mürəkkəb məsələlərini son dərəcə aydın və hərtərəfli 

başa  salmaq  qabiliyyətləri  dinləyiciləri  heyrətləndirir,  vəcdə 




General Əli ağa Şıxlinski və silahdaşları

432


gətirirdi. Elə bir kursant tapılmazdı ki, döyüşlərdə dəqiq koman-

dir əmrləri, igidliyi ilə hər bir əsgəri və zabiti qəhrəmanlığa ruh-

landıran  bu  şanlı  sərkərdələrin  həyat  və  fəaliyyətini  dərindən 

öyrənməsin.

Bu qoca generallar ağlasığmaz dərəcədə zəhmətsevər idilər, 

özlərinin  ağır  peşələrini  ürəkdən  sevirdilər,  sadiq  idilər  sənət-

lərinə  və  qibtə  ediləcək  bir  səbirlə  hisslərini  gələcəyin  gənc 

zabitlərinə aşılamağa çalışırdılar. 




Şəmistan Nəzirli

433


SƏMƏD BƏY MEHMANDAROV

CÜMHURİYYƏT DÖVRÜNDƏ

Ağqvardiyaçı general Denikin 1919-cu ildə sərhəd ləri-

mizə  yaxınlaşaraq  cümhuriyyətimizə  hədə-qorxu  gəlirdi. 

Dövlətimiz və xalqımız onların təhdidlərinə əhəmiyyət ver-

mirdi. Bir ziyafət vaxtı general Denikinin təhdidlərindən 

söhbət açılmışdı. Dövlətimizin, xalqımızın və ordumuzun 

fikirləri  eyni  idi:  gələcəkləri  varsa,  görəcəkləri  də  var. 

Ziyafətdə onların hamısı müdafiə naziri general Mehman-

darlıya qulaq asırdılar. Möhkəm iradəli 63 yaşlı qoca aslan 

ayağa qalxır. Ətrafına baxıb deyir: “Əziz övladlarım, ge-

neral Denikinin təhdidlərinin nə mənası var, nə də qiyməti. 

Denikin məni rus millətindən, çardan və ordusundan yax-

şı tanıyır. Və çox yaxşı bilir ki, mənim rəhbərlik etdiyim 

rus ordusu daimi digər rus ordularından üstün olmuşdur. 

Övladlarım, mən bütün gəncliyimi, gücümü rus ordusuna 

sərf  etdim.  Nə  xoşbəxt  insanam  ki,  ixtiyar  yaşımda 

millətimin ordusunu yaratmaq mənə nəsib oldu. Qur-

duğumuz  orduya  komandanlıq  edirəm.  Mənim  ko-

mandanlıq etdiyim orduya qarşı Denikin cəsarət edib 

vuruşmaz. Narahat olmayın və işinizlə məşğul olun. 

Nağı bəy ŞEYXZAMANLI,

1919-cu ildə Azərbaycan 

hökumətinin

əks-kəşfiyyat idarəsinin rəisi

Qırx altı il çar ordusuna xidmət edən Səməd bəy Mehmanda-

rov 1917-ci ildə martın 28-də tam artilleriya generalı rütbəsində 

istefa verdi. Onun sonuncu vəzifəsi İkinci Qafqaz ordusuna kor-

puslar  qrupunun  komandanı  idi.  Mütəxəssislərin  fikrincə,  bu, 



General Əli ağa Şıxlinski və silahdaşları

434


ordu komandanı vəzifəsinə bərabərdir. Birinci Dünya müharibə-

sində  iki  ildən  çox  korpusa  komandanlıq  edən  Səməd  bəy  o 

qədər məharətli döyüşlər aparırdı ki, İkinci Qafqaz ordu korpu-

su “General Mehmandarovun qrupu” kimi şöhrət qazanmışdı. 

Xüsusilə, Vilno (Vilnüs şəhəri) istiqamətindəki əməliy yatlar onu 

şöhrətin zirvəsinə qaldırmışdı. On il ərzində (1904-1915-ci illər-

də) Səməd bəy əla xidmətinə görə üç dəfə general rütbəsi almış-

dır: 1904-cü il oktyabrın 22-də general-mayor, 1908-ci il iyulun 

13-də general-leytenant və 1915-ci il martın 22-də tam artilleriya 

generalı. Qısa müddətdə generallıq pillələrini keçmək və sürətli 

təltifat hərb aləmində çox nadir hadisədir.

Hərbi akademiya təhsili olmayan eloğlumuzun imperiya or-

dusunda  belə  sürətlə  irəliləməsinin  ilkin  səbəbi  qoçaqlığı  və 

güclü hərbi-elmi məharəti olmuşdur. Səməd bəy Mehmanda-

rov tam artilleriya generalı kimi ali rütbəyə layiq görülən ilk 

azərbaycanlı idi.

Səməd bəy Mehmandarova məxsus Rusiya Dövlət Hərbi Ta-

rix Arxivinin  sənədlərində  (f.407,  s.1,  iş  51)  göstərilir  ki,  o,  iki 

dəfə Ali Hərbi Akademiyada təhsil almaq üçün təşəbbüs göstər-

mişdir. Birinci dəfə 1879-cu il aprelin 16-da Peterburqdakı Mi-

xaylovski Artilleriya Akademiyasına, ikinci dəfə isə 1881-ci il av-

qustun  1-də  Baş  Qərargahın  Nikolayev  Akademiyasına  qəbul 

imtahanı vermişdir. Hər ikisində də qəbul oluna bilməmişdir.

Həmin illərdə şovinist N.İ.İlminskinin (1822-1891) ruslaşdır-

ma  siyasəti  imperiyada  çox  güclü  idi.  Qeyri-rəsmi  də  olsa  ali 

məktəblərə belə dini müsəlman olanları götürmürdülər. Şübhəsiz 

ki, Səməd bəy də rus olmadığına görə imtahandan keçməmişdir.

Bu siyasətdə məqsəd Kazan, Orenburq, Ufa tatarlarının, Orta 

Asiya, Qafqaz türklərinin və Krım tatarlarının yaşadıqları quber-

niyalara  təbliğatçılar  göndərib  ruslaşdırmanı  təbliğ  edirdilər. 

Xristianlığı yaymaq yalnız hərbi sahədə deyil, maarifçilikdə də 

aparılmasına baxmayaraq İlminskinin üsulu, yəni müsəlmanları 

xaçpərəst eləmək fayda vermədi.



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə