ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə135/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   131   132   133   134   135   136   137   138   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

428


rı  Dro,  Keri,  Muradın  dəstələri hərəkət  edirdilər.  Tərk  edilmiş 

bütün müsəlman kəndləri qarət olunmuş və yerlə yeksan edil-

mişdi.  Məhz  bu  vaxt  Şaumyanın  və  Avakyanın  fitnəkarlığı 

sayəsində  Şamaxı  hadisələri  başlandı.  Şaumyan  tərəfindən  bu 

hadisələrlə  əlaqədar  yazılmış  məktub  Gəncə  komendantının 

əlinə düşdü. Bu məktubdan Şaumyan və Avakyanın daşnak ol-

duqları açıq-aydın görünürdü… Bu faciələrin hamısı on səkkiz-

on doqquzuncu illərdə olmuşdu. 1920-ci ilin aprelində isə qırx 

minlik milli Azərbaycan Ordusu yetmiş iki minlik XI Ordunun 

qarşısında tab gətirə bilmədi. Ona görə ki, otuz minlik piyadası, 

on min süvari qoşunu olan milli Azərbaycan Ordusu Zəngəzurda, 

Qarabağda, Qazax və başqa qəzalarda daşnak quldurları Hama-

zaspın və Andronikin dəstələrinə qarşı vuruşurdu. 

On birinci ordu ilə Azərbaycana gələn marşal S.A.Krasovski 

“Жизнъ в  авиации” kitabının (1960) yetmişinci səhifəsində bu 

barədə yazır: “XI Ordu hissələri Azərbaycan sərhədinə, Yalama 

stansiyasına  yaxınlaşanda  Bakıda  müsavat  hökumətinin  iclası 

gedirdi. Bu iclasda hərbi nazir general Səməd bəy Mehmanda-

rovdan hökumət başçısı Nəsib bəy Yusifbəyov soruşur: “Müsa-

vat ordusu düşmənin hücumunun qarşısını ala biləcəkmi?” Na-

zir də sualı sualla qarşıladı: “Hansı düşməni nəzərdə tutursu-

nuz? Daşnakları, yaxud menşevikləri? Menşevikləri deyirsinizsə, 

ümid var. Hərgah XI Ordunu nəzərdə tutursunuzsa, onda bizim 

gücümüz yalnız birdəqiqəliyə kifayətdir, cənab nazir”. 

General  S.Mehmandarovun  “Gücümüz  birdəqiqəliyə  kifa-

yətdir” – deməkdə haqlı idi. Yeni gələn bolşevik hökuməti Azər-

baycana hücum edən ordusunun sayının 72 min olduğunu elan 

etmişdi.  Lakin  1921-ci  ilin  fevral  ayında  məlum  olmuşdur  ki, 

Azərbaycana hücum edən bolşevik-daşnak ordusunun sayı 300 

min nəfərdir. Bu da o zamankı Azərbaycan əhalisinin hər beş, 

yaxud altı nəfərindən birinə iki nəfər əlisilahlı rus əsgəri düşür-

dü. Leninin rəhbərlik etdiyi sovet imperiyası beynəlxalq hüquq 

normalarını  kobud  şəkildə  pozduğunu  başa  düşərəkdən 

Azərbaycana hücum edən ordunun sayını gizlətmişdir.




Şəmistan Nəzirli

429


Şübhəsiz  ki,  hərbi  nazir  general  Səməd  bəy  Mehmandarov 

gələn  istilaçı  ordunun  sayının  72  min  yox,  300  min  olduğunu 

kəşfiyyat vasitəsilə öyrənmişdir.

Sual  olunur,  hələ  sayı  40  minə  çatmayan,  üstəlik  də  həmin 

vaxtlarda Qarabağ, Naxçıvan, Qazax və başqa bölgələrdə erməni-

daşnak ordusu ilə döyüşlər aparan Azərbaycan ordusu, həm də 

300 minlik istilaçı bolşevik-daşnak ordusu qarşısında tab gətirə 

bilərdimi? Əlbəttə, yox! 

 “Sovet tərəfinin xahişi ilə xüsusi olaraq Bakıya dəvət olun-

muş türk hərbi generalı Xəlil Paşanın (1882-1957) da daxil oldu-

ğu XI Qızıl Ordu 1920-ci il aprelin 28-də döyüşsüz Bakıya daxil 

oldu. Xəlil Paşa Dərbənddən bu tərəfə yol boyu bütün dayana-

caqlarda çıxış edib əhalini Sovet hakimiyyətini müdafiə etməyə 

çağırırdı.  İstanbul  hərbi  muzeyində  Xəlil  Paşanın  RSFSR,  MİK 

tərəfindən  təltif  olunduğu  gümüş  xəncər  saxlanılır”  (Z.Bünya-

dov. “Elm və həyat” jurnalı, 1988, №10).

Bu  yaxınlarda  Türkiyədə  səfərdə  olmuş  oyma  işləri  üzrə 

sənətkar dostumuz Firidun Seyfəddinoğlu 1976-cı ildə İstanbul-

da çap olunmuş “Azərbaycan” adlı bir kitab da gətirmişdi. Kita-

bın müəllifi Kərim Odər xalqımızın ədəbiyyatından, tarixindən, 

iqtisadiyyatından  və  Azərbaycan  Demokratik  Hökumətinin 

fəaliyyətindən məhəbbətlə söhbət açır. Kitab həm də xalqımızın 

görkəmli  oğullarının  nadir  fotoşəkilləri  ilə  bəzədilib.  Orda 

Səməd  bəyin  on  səkkiz-iyirminci  illərdəki  fəaliyyəti  haqqında 

məlumat  və  bizə  məlum  olmayan  fotoşəkli  də  verilib.  Kərim 

Odər yazır:

“Cümhuriyyət  hökuməti  əsgəri  işlərə  əhəmiyyət  vermişdir. 

Hərbiyyə nəzarətə general Səməd bəy Mehmandarov təyin olun-

muşdu. Onun müavini rus artilleriyasının “Allahı”, general-ley-

tenant Əli ağa Şıxlinski, baş qərargah rəisi isə Məmməd bəy Sul-

keviç  idi.  İyirmi  dörd  min  piyada,  süvari,  topçu  və  digər 

siniflərdən ibarət hər cür silahla yaraqlanmış bir ordu qurulmuş 

və  Xəzər  dənizində  kiçik  bir  flot  hazırlanmışdır.  Bakıda,  Lən-

kəranda və Qarabağda milli hökuməti tanımaq istəməyənlərdən 




General Əli ağa Şıxlinski və silahdaşları

430


acı  bir  vəziyyət  yaranmışdır.  Rus  və  digər  düşmən  qüvvələri 

itaət və nizam altına alınmışdır”.

İyirminci  illərdə  general  Səməd  bəy  Mehmandarovun 

təlatümlü keçən günlərini o vaxtlar on iki yaşı olan oğlu Pir daha 

yaxşı xatırlayırdı: “Atam aprelin iyirmi yeddisində parlaman ic-

lasından  qayıdıb  özümüzlə  aparmaq  üçün  anamın  hazırladığı 

çamadanları gördükdə dedi ki, bunları boşalt, heç yerə gedəsi 

deyilik. Anam: “Nə danışırsan? Necə gedəsi deyilik? Bilirsən ki, 

səni güllələyəcəklər?”

Atam cavab verdi ki, parlamanın son iclası qurtaranda “Hüm-

mət” fraksiyası lideri Əliheydər Qarayev mənə yaxınlaşıb əmin 

etdi ki, Səməd bəy, getmə, qal! Heç yerə getmə. Söz verirəm ki, 

başınızdan bir dənə də tük əskik olmayacaq. Qal bizimlə işlə…

Anam isə etiraz edib dedi: “Ola bilər ki, sənə heç nə eləməzlər, 

amma oğlunun taleyi, gələcəyi, mənim vəziyyətim?..”

Atam qəti səslə: – Heç yerə getməyəcəyik, – dedi. Anam inad-

la: – Axı, qatar Biləcəridə gözləyir… 

Atam: – Bizsiz də gedərlər. Vətəndən ayrılmağa heç bir əsasım 

yoxdur, – cavabını verdi.

Doğrudan  da  Biləcəridə  müsavat  hökumətinin  başçılarını 

Tiflisə aparacaq qatar atama görə saat yarım gözləmişdi”.

Tədqiqatçılar Səməd bəy Mehmandarovun tərcümeyi-halın-

dan danışanda iyirmi birinci ildən iyirmi dördüncü ilə kimi olan 

fəaliyyətindən, demək olar ki, sükutla keçirlər. 1920-ci ilin av-

qustun birindən Səməd bəy Mehmandarov Əli ağa Şıxlinski ilə 

birlikdə baş qərargahda işləmək üçün Moskvaya göndərilir. Şıx-

linski Ali Artilleriya Məktəbində gələcəyin marşalı L.A.Qovorova, 

N.D.Yakovlevə, M.N.Çistyakova, baş artilleriya marşalı N.N.Vo-

ro nova və başqalarına dərs deyir. Səməd bəy Mehmandarov da 

Artilleriya Nizamnaməsi hazırlayan komissiyanın tərkibinə da-

xil  edilir,  həm  də  Hərbi  Akademiyada  taktikadan  dərs  deyir. 

İyirmi birinci ilin payızında Azərbaycana qayıdan hər iki general 

Respublika Hərbi Komissarlığının sərəncamında saxlanılır. Əli 

ağa Şıxlinski bu barədə daha dəqiq məlumat verir: “İyulun on 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə