ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə138/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   134   135   136   137   138   139   140   141   ...   154

Şəmistan Nəzirli

439


ruhiyyəsini daha da artırırdı. “Generalın bu müdrikliyi təzimə 

layiqdir. Allah özü onu bizə xilaskar yollayıb”, – deyə hörmət 

əlaməti olaraq başımı endirdim.

* * *


Tapılan hər bir sənəd, fotoşəkil yenidən yazılacaq Azərbaycan 

tarixinin  sanballı  səhifəsi  olacaq.  Xüsusilə,  hərbi  tariximizdəki 

boşluğun  doldurulması  suveren  dövlətimizin  özülünü  qoyan 

gənclərimizdə  daha  çox  maraq  doğurur.  Çünki  bu  sahə  uzun 

illər araşdırılmamış, “tamamilə məxfi” qalmış və hətta lazımsız 

bir tarix kimi öyrənilməmişdir. Öyrənilən və öyrədilən isə yalnız 

“böyük qardaşımızla”, bir də nankor qonşumuzla “dostluq səhi-

fə lərimiz” olub.

Yetmiş il əl vurmadığımız 1918-1920-ci illərin arxiv qovluqla-

rı açıldıqca bizə məlum olur ki, il yarım fəaliyyətdə olan Milli 

Ordu tariximiz çox zəngin olmuşdur. O da məlum olur ki, hərb 

tariximizi zənginləşdirən general Səməd bəy Mehmandarov, Əli 

ağa Şıxlinski, Həbib bəy Səlimov, Məmməd bəy Sulkeviç, şah-

zadə  Əmir  Kazımxan  Qacar,  topoqraf-general  İbrahim  ağa 

Vəkilov… bir də Azərbaycanın əsgər və zabitləri idilər.

Şöhrətli generalımız Səməd bəy Mehmandarovun bu illərdəki 

(1918-1920)  fəaliyyəti  xüsusilə  böyükdür.  Onun  yeni  ordunun 

yaradılmasındakı  müstəsna  rolu,  1918-ci  il  dekabrın  25-də 

Azərbaycan xalqına müraciəti, əsgər, zabitlər qarşısında ata nəsi-

hətli çıxışları və nəhayət, güclü Vətən təəssübkeşliyi qırx minə 

yaxın əsgəri olan nizami ordu yaratmağa səbəb oldu. 

Həyatı və fəaliyyəti hələ də lazımınca tədqiq olunmamış ge-

neral Mehmandarovun haqqında araşdırmalar apardıqca təkcə o 

illərin  sənədlərində  yox,  qəzetlərin  də  səhifələrində  çıxış  və 

nitqlərinə rast gəlmək olar.

İlk  hərbiyyə  nazirimiz  Səməd  bəy  Mehmandarov  belə  bir 

nitqlərdən  birini  1919-cu  il  fevralın  25-də  Azərbaycan  Məclisi-

Məbusanında da söyləmişdir. Generalın nitqi həmin il martın 7-də 

“Azərbaycan” qəzetində (131-ci nömrəsində) dərc olunmuşdur.



General Əli ağa Şıxlinski və silahdaşları

440


Səməd bəy öz nitqində bugünkü ordumuzda da mənfi hal 

kimi qəbul edilən fərarilikdən söhbət açır və o vaxtlar orduda 

onun olmasını xüsusi qeyd edir: “…Gəncədə son zamanlar bir 

adam  qaçmışdır.  Əhali  özü  qaçanlara  nifrət  edir  və  hətta  çox 

vaxt olmuşdur ki, əsgərlikdən qaçanı döyüb geri gətirmişlərdir. 

Güman  var  ki,  müsəlmanlarda  olan  fitri  nizam  və  ədəbə  görə 

vaxtilə heç kəs qaçmayacaqdır”. 

Ümumi məzmunu vətənpərvərlik ruhi ilə dolu olan Səməd 

bəy Mehmandarovun nitqi bugünkü ağrı-acılarımızla tam səs-

ləşir: 


“Cəbhədə bulunmuş bütün zabitan ordu tərəfindən onlara ve-

rilmiş əşya, yer və başqa ləvazimatı hərbiyyə deyil, kəndi əşya-

larını  dəxi  tamamən  qeyb  etmişlər.  Bu  qisim  şeyləri  yenidən 

düzəltmək üçün birmanatlıq nəsnəyə 30-dan 100 manata qədər 

pul verilməlidir”.

Parlamentdə mülahizələrini sərt şəkildə bildirən nazir baha-

lığın  tüğyan  etdiyi  ölkədə  ordu  quruculuğuna  mane  olanları 

cəza landırmağı tələb edir. Axı, əlli ilə yaxın nizami orduya qul-

luq edən Mehmandarov heç vaxt görməmişdi ki, zabit əsgərin 

yeməyini, paltar və silahını satıb cibxərcliyi eləsin. İliyinə qədər 

təmiz  adam  olan  Səməd  bəy  indi  gördüklərinə  heyrət  edir  və 

dəhşətə gəlirdi. O, zabit adını, zabit şərəfini qorumağı hər şeydən 

üstün tuturdu. Ona görə də Məclisi-Məbusandakı nitqində xü-

susi vurğuyla qeyd edilir ki, əsgəri təlim və ölümə kimi varmağa 

hazırlıq tərbiyəsi üçün dəvət olunmuş zabitan əsgər nəzərində 

sahibi-nüfuz və şərəf olmalıdır. Bunun üçün zabitan yalnız məri-

fət cəhətincə deyil, zahiri dəxi əsgərə hüsni-təsir bəxş olmalıdır. 

Onun geyiminin daimi təmiz və faxir olması vacibdir.

Səməd bəy Mehmandarov Azərbaycana müharibə şəraitində 

gəlmişdi.  Hələ  imperiya  dağılmamış  ölkədə  anarxiya,  başıpo-

zuqluq  hökm  sürürdü.  Ayrı-ayrı  qəzalarda  qaçaq-quldur  dəs-

tələri yaranmışdı. Bakıda bolşevizm hökmranlıq iddiasında idi. 

İrandan və Qafqaz cəbhəsindən qayıdan rus əsgərləri, erməni-



Şəmistan Nəzirli

441


daşnak dəstələri ilə birləşib “Şura bayrağı” altında təkcə Bakıda 

on iki min nəfərə yaxın azərbaycanlını qanına qəltan eləmişdi. 

Bu  talan  və  qırğınlar  yalnız  Bakıda  deyil,  Quba,  Şamaxı, 

Gəncə,  Qarabağ,  Muğan  bölgələrində  də  olmuşdu.  İrəvan  və 

Zəngəzurda dağılan kəndlərin, öldürülən soydaşlarımızın sayı 

yüz mini keçmişdi. 

Azərbaycan  hökumətini  tanımaq  istəməyən  əldəqayırma 

Mu ğan  Respublikası,  ingilis  qoşunlarının  gəlişi,  ağqvardiyaçı 

general Denikin təhlükəsi, müxtəlif siyasi “Hümmət”, bitərəf so-

sialist,  daşnak  partiyaları,  portfelsiz  nazirlər  elə  hey  çoxalırdı. 

Sərhəd  bölgələrində  erməni  hücumları,  məhəlli  toqquşmaları 

yeni yaranan orduya dirçəlməyə imkan vermirdi. Belə şəraitdə 

hərb naziri və onun tabeliyində olanlar gərgin işləməli olurdu. 

Əsgəri qışlaları gəzib yoxlayan Səməd bəy Mehmandarov, hələ 

ki, könülaçan heç nə görmürdü. Nə nizam-intizam, nə geyim və 

silahlanma, nə də hərbi hazırlıq peşəkar hərbiçi olan naziri qane 

etmirdi. 

Parlamentdə “Türklər külli miqdarda ərzaq şeyləri qoyub 

getmişlərdir.  Onlardan  külli  miqdarda  taxıl,  heyvan  və  s. 

məkulat qalmışdır” – deyən hərb naziri din və dil qardaşımızın 

xeyirxahlığı ilə yanaşı qüsurlarını da söyləməkdən çəkinməmişdir.



“Əlbəttə, heç kəs inkar etməz ki, türklər bizim millətimizə 

nicat verməklə bizə böyük xidmət etmişlərdir. Amma burası 

onların hərəkətini tənqid etməyimizə də mane olmaz. Hərbiyyə 

nəzarəti  Gəncəyə  köçənədək  bizə  xəbər  verdilər  ki,  əsgəri 

işlərimiz yaxşıdır..., lazım olan kimi məşq verilir və ilaxır. Hər 

yeri  gəzdim,  qətaəti-əsgəriyyəmizə  baxdım.  Fəqət,  iş  heç  də 

yaxşı deyildi. Əsgərlərimiz əzgin, düşkün bir halda, yeməkləri 

pis, mənzilləri fəna bir halda, yorğan-döşək yox, onların çoxu 

xəstə  idi.  Xəstə  əsgərlərin  həpsini  sağlamları  ilə  dəyişməyə 

məcbur olduq. Qoşun yığmaq işləri yaxşı getmirdi. Rəislər və 

moqif  komandaları  öz  vəzifələrindən  sui-istifadə  edirlərdi. 

Çox bir külfətin yeganə çörək gətirəni əsgərə alırdılar. Bu iş də 

camaatı narazı salıb, qoşun yığmaqdan nifrətləndirirdi. Nuru 


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə