ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə134/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   130   131   132   133   134   135   136   137   ...   154

Şəmistan Nəzirli

425


təltif  olunub.  Burda  sütunda  yer  qurtarıb,  aşağıda  yazılıb  “və 

başqaları…”. Aydın məsələdir ki, ordenlər də əla hərbi xidmətə 

və qəhrəmanlığa görə verilirdi.

Sonra isə anketdə bir yığın sual var. Köhnə orduda sonuncu 



rütbəniz  və  vəzifəniz?  Tam  artilleriya  generalı,  İkinci  Qafqaz 

korpusunun  komandiri.  1917-ci  il  fevral  inqilabı  zamanı  harda 

olmusunuz? Alman  cəbhəsində.  Bəs  Oktyabr  inqilabı  zamanı? 

Petroqradda,  1917-ci  ilin  mayında  üzv  seçildiyim  yaralıların 

Aleksandrovsk komitəsində. 1918-ci ildə altmış iki yaşlı generala 

Azərbaycan  Demokratik  Respublikasının  müsavatçılar  kabine-

tində hərbi nazir vəzifəsini təklif eləyirlər və Mehmandarov bu 

təklifi qəbul eləyir. 1920-ci il iyunun dördündə onu həbs eləyib 

iki  aydan  sonra  general  Əli  ağa  Şıxlinski  ilə  birgə  Moskvaya 

göndərirlər. Moskvaya çatan kimi hər ikisini həbs edib, Butursk 

həbsxanasına salırlar. Qatarı qarşılayan Azərbaycanın Moskva-

dakı səlahiyyətli nümayəndəsi Behbud bəy Cavanşir, Nəriman 

Nərimanova təcili teleqram vurur ki, sizin dediyiniz qatar gəldi, 

lakin generallar yoxdur. Stalinlə telefon əlaqəsi saxlayan N.Nəri-

manov onları tapdırır.

Hazırda bizim Milli Təhlükəsizlik Nazirliyinin arxivində sax-

lanan  Stalinin  məktubu  (surəti)  generalları  xilas  edir.  Stalin  o 

vaxtkı  Ümumittifaq  Fövqəladə Komissiyasının  birinci  müavini 

H.Q.Yaqodaya 1920-ci il 12 noyabr tarixli məktubunda yazır:



“Yoldaş Yaqoda! Hərtərəfli yoxlamadan sonra məlum oldu ki, 

Azərbaycan generalları S.Mehmandarov və Ə.Şıxlinski heç nədə 

günahkar  deyillər.  Xahiş  edirik  onların  həbsxanadan  buraxıl-

masına nail olasınız. İ.Stalin”

Ad gününü həbsdə “qeyd eləyir”. Yeddi gündən sonra azad 

edilib Daimi Artilleriya Komissiyasının üzvü kimi səhra qərar-

gahına göndərilir. Burda Səməd bəy Mehmandarovun əliylə ya-

zılıb:

“Bir  dəfə  də  istintaq  aparmadılar,  heç  bir  ittiham  irəli  sür-



mədilər”. Bəs nəyə görə?! Rus qanı tökməyib, bolşeviklərə qarşı 

çıxış eləməyib, hərbi andı qəbul eləyib. Əsgərdən generala kimi 




General Əli ağa Şıxlinski və silahdaşları

426


yüksəlib. Sədaqətlə xidmət edib. 1921-ci il noyabrın on səkkizində 

Səməd bəy Sadıq bəy oğlu və Əli ağa Şıxlinski Nərimanov və 

Qarayevin xahişi ilə Bakıya – Hərbi Dəniz Xalq Komissarlığına 

qaytarılır.

1923-cü ildə yazılmış anketində göstərir: “İndiki vaxtdan tap-

şırıqçı və pul kağızlarının bölgüsü üzrə komissiyanın sədriyəm”.

Bildiyimiz kimi, pul isə hər adama etibar edilmirdi. Deməli, 

təmiz adam olub.

Əgər Oktyabr inqilabına rəğbət bəsləmişsinizsə, bunun səbəbi 

nə olub? (Həmin dövrdə sizin etiqadınız?)



Cavab: – Bu suala ən yaxşı cavab – aprelin iyirmi səkkizində, 

yəni  çevriliş  günündə  mənim Azərbaycan  ordusuna  verdiyim 

əmrdir. Bu əmr və eyni dərəcədə hərbi hissə rəislərinə göndərilmiş 

teleqramlar Qərargah arxivində qorunur və onlar mənim Sovet 

hakimiyyətinə münasibətimi müəyyənləşdirə bilər.

Otuz doqquz nömrəli sual: – Hansı səpgili fəaliyyətə daha 

çox meyil edirsiniz? 



Cavab: – Mənim yaşımda sakit və dinc fəaliyyətə…

Bəli, əsrin əvvəllərindən başlayan müharibələr, inqilab turan-

ları ağsaqqal generalı yormuşdu. Üstəlik də ölkəmizə varvarca-

sına soxulan istilaçı bolşeviklərin poqonunu daşımaq istəmirdi.



Təlatümlü günlərdə

“1923-cü ildə ağ saqqallı general Səməd bəy Mehmandarovu 

əlində süpürgə Bakıda görüblər”. Anketdən bu sözləri oxuyanda 

istər-istəməz  adamın  ürəyi  ağrıyır.  Orduda  minlərlə  əsgərə, 

zabitə silah tutmağı öyrədən igid bir sərkərdəni bu qədər alçal-

dan kimlər idi? Şöhrəti Rusiyanın sərhədlərini aşan Port-Artur, 

Birinci Dünya müharibəsinin qəhrəmanı ilə ömrünün ağsaqqal 

çağında belə “ciddi zarafat” edən şəxsdə vicdandan əsər-əlamət 

vardımı?

1920-ci  ildən  şahid  qalmış  bir  sənədlə  bu  sualların  cavabını 

tapmaq olur. Orada oxuyuruq:



Şəmistan Nəzirli

427


“Qızıl Ordu demək olar ki, bütünlüklə döyüş qabiliyyətindən 

məhrum və daşnak zabitlərinin komandası altında olan erməni 

könüllülərindən ibarət idi. Bu dəstələr ətraf kəndləri qarət edir, 

bununla müsəlman kəndlərinin qəzəbinə səbəb olurdular”.

– Bax, bu “könüllülər” Bakıya varid olandan sonra cəmi il ya-

rım Azərbaycan Demokratik Respublikasının hərbi naziri olmuş 

Səməd bəy Mehmandarovu xalqın gözündən salmaq üçün əlinə 

süpürgə  verib  küçə  süpürtdürmüşlər.  Bu  “könüllü”  düşmən-

lərimiz yaxşı bilirdilər ki, Səməd bəy Mehmandarovu xalq sevir 

və inanırdılar ki, onları “azadlıq gətirən könüllülərin” zülmündən 

məhz Səməd bəy Mehmandarov kimi generallar qurtara bilər. 

Bu ümidlə də hələ 1919-cu il iyunun altısında Qusar, Quba, Xaç-

maz, Dəvəçi əhalisinin keçirdikləri mitinqin qətnaməsində deyi-

lirdi:


“Biz əminik ki, hökumətimiz (Azərbaycan Demokratik Res-

publikası – Ş.N.) döyüş meydanında özünün son üzvünü itirə-

nədək ona etibar etdiyimiz qadın və qızlarımızı qara generalla-

rın  əlinə  verməyəcək.  Nikolayın  mənafeyi  naminə  Port-Artur 

civarlarında fərqlənmiş şücaətli hərbi nazirimiz Mehmandarov 

bizim mahalda olduğu vaxt gözündə yaş damlaları süzüldüyü 

halda, vətən, qadın və qızlarımızın, ana və bacılarımızın namu-

sunun müdafiəsi yolunda canından belə keçməyə hazır olduğu-

nu bildirmişdi”.

Lakin işlər elə dəyişdi ki, dünyanın çərxi sanki tərsinə fırlan-

dı.  Dindarla  dinsizin  müharibəsi  başlandı.  Bu  döyüşlərdə  biz 

çoxlu tələfat verdik. Azərbaycanı içəridən “yeyən” S.Şaumyan, 

T.Amirov,  S.Lalayev,  Avakyan  kimi  daşnaklar  quzu  cildində 

qurd  olmuşdular.  Onların  quldur  dəstələri  gecələr  müsəlman 

evlərinə hücum edir, kəndlilərin silahını əlindən alır, vəhşicəsinə 

döyürdülər. “Azərbaycan” qəzeti (17 mart 1919, №67) yazırdı ki, 

Qafqaz  cəbhəsindən  türk  orduları  geri  çəkilərkən  Türkiyə 

erməniləri  Qafqaz  erməniləri  ilə  birləşdilər  və  birlikdə  həmin 

hissələrə qarşı hücuma keçərək, onlara zərbə vurmağa başladı-

lar. Bir tərəfdən Andronikin, digər tərəfdən isə erməni generalla-




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə