ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə137/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   133   134   135   136   137   138   139   140   ...   154

Şəmistan Nəzirli

435


Görkəmli ədəbiyyatşünas-alim Firidun bəy Köçərli yazır ki, 

doğrudur,  Kazan  şəhərində  və  onun  həvalisində  tatarlardan 

bəziləri  pravoslav  dinini  qəbul  elədilər.  Amma  onlar  həqiqi 

müsəlman  olmadıqları  kimi,  həqiqi  rus  da  olmadılar,  əbədi 

mürtəd oldular, böyük səhvlərə düçar qıldılar.

Xalis  zadəgan  ailəsində  Azərbaycan  tərbiyəsi  almış  Səməd 

bəy Mehmandarov cavan olmasına baxmayaraq ali təhsil almaq 

naminə nə dinini, nə də dilini xaçpərəstə dəyişmədi. 

Bunların hamısı general Səməd bəyin fevral burjua inqilabına 

qədərki  fəaliyyətidir.  İmperiya  dağılandan  sonra  Vladiqafqaz 

şəhərinə gələn Mehmandarov 1917-ci il avqustun 7-də yaralılara 

yardım edən “Aleksandr komitəsi”nin üzvü seçilir. Ömründə ilk 

dəfə hərbi xidmətə son qoyub dinc həyat sürməyə başlayır. Cəmi 

bir neçə ay sakit yaşayan Səməd bəy 1918-ci il avqustun əvvəl-

lərində  Vladiqafqazı  tərk  etməli  olur.  Şimali  Qafqazda  Sovet 

hakimiyyəti quran bolşeviklərlə işləməkdən imtina edən Səməd 

bəy Mehmandarov hərbi Gürcüstan yolu ilə Bakıya gəlir. 

1918-ci il noyabrın 1-də Azərbaycan hökuməti Hərbi Nazirli-

yin yaradılması haqqında qərar verir: “Respublika hökuməti ya-

nında Hərbi Nazirlik təsis edilsin. Nazir portfeli Nazirlər Şurası-

nın sədrinə təqdim edilsin. Ona müavin isə general Səməd bəy 

Sadıq bəy oğlu Mehmandarov təyin edilsin”.

Milli ordu quruculuğunda əsas vəzifə və çətinliklər barədə 

general  Səməd  bəy  Mehmandarov  həmin  il  noyabrın  7-də  bir 

saylı əmrini verir:

“Azərbaycan Respublikası Nazirlər Şurasının qərarı ilə mən 

Hərbi  Nazirin  müavini  təyin  edilmişəm.  Bu  barədə  Hərbi 

Nazirliyə elan edirəm. Vəzifələrimin icrasına başlayarkən mənim 

görməli olduğum o böyük işin bütün ciddiliyini, mürəkkəbliyini 

və çətinliyini yaxşı anlayıram. Ancaq bu iş görülməlidir və Hərbi 

Nazirliyin  qarşısına  çıxan  bütün  çətinlikləri  birgə  fəaliyyət  və 

vəzifəyə təmiz münasibət bəslənildiyi halda aradan qaldırmaq 

mümkündür.



General Əli ağa Şıxlinski və silahdaşları

436


Döyüşən ordunun yaradılmasının uğuru bütünlükdə bu işin 

düzgün qurulmasından asılıdır. Hamını birgə, səmimi fəaliyyətə 

dəvət  etməklə  mən  bütün  səviyyələrdə  olan  rəislərin  əsas 

diqqətini qoşunlarda təlim və tərbiyəyə, onlarda möhkəm intiza-

mın aşılanmasına, işə məsuliyyət və məhəbbət hisslərinin, xid-

məti  mülkiyyətə  marağın  oyadılmasına,  qayda-qanuna  riayət 

edilməsinə və nəhayət, tabeçilikdə olanlara qayğıkeş və mehri-

ban münasibət göstərilməsinə çağırıram.

Yalnız bu keyfiyyətlərin varlığı ordunun yaradılmasını, gənc 

respublika  tərəfindən  ona  böyük  xərclər  çəkilməsini  doğrulda 

bilər və belə bir ordunun yaradılması üçün mən heç bir çətinlik-

dən çəkinməyəcəyəm. Qoşunların bütün təminat və təchizatının 

vaxtında ödənilməsi mənim daimi diqqətim altında olacaqdır”.

1918-ci il dekabrın 25-də Azərbaycan Demokratik hökumə-

tinin qərarı ilə tam artilleriya generalı – Səməd bəy Mehmanda-

rov Hərbi nazir, dekabrın 29-da isə general-leytenant Əli ağa Şıx-

linski Hərbi nazirin müavini təyin edildi. Həmin il dekabrın 24-də 

nazir hərbi salamlaşma barəsində belə bir əmr verir: 



“Sırada, eləcə də sıradan kənarda olarkən əsgərlərin azərbay-

canca salamlaşması – bir sözlə “Salam”, cavabı isə “Əleyküm 

salam” olmasını bütün zabitlərə əmr edirəm. 

Təltif  zamanı  əsgərə  deyilməlidir:  “Mərhəba!”,  əsgər  cavab 

verməlidir: “Çox sağ ol!” 

Hərbi nazir, tam artilleriya generalı

Səməd bəy Mehmandarov.

Baş qərargah rəisi polkovnik Həbib bəy Səlimov”.

* * *


Görkəmli  sərkərdəmizin  Azərbaycana  gəlişini,  dar  gündə 

xalqın dayağı olmasını əsgərlər böyük sevinclə qarşılamışdır. İl-

yarım fəaliyyətdə olan milli ordumuzda iyirmi bir azərbaycanlı 

general xidmət etmişdir. Onlardan yalnız ikisinə – Teymur bəy 

Novruzova  və  Səməd  bəy  Mehmandarova  əsgərlər  şərqi  qoş-

muşlar: 



Şəmistan Nəzirli

437


Qafqaziyaya şan gəlir,

Dərdlərə dərman gəlir.

Aç köksünü, qarlı Qafqaz,

Sevdiyin Səməd gəlir.

* * *

Çoxdan bəri gözlədik,



Qafqaziyanı əfv et, yaşa.

Onun sizə salamı var,

Minlər yaşa, Səməd paşa.

* * *


Aslan ürəkli Səməd paşamız,

Şanlı komandan, sənsən babamız.

Sənə qurban olsun ata-anamız

Al bir düşməndən türkün qanını.

* * *

Yetmiş  il  əl  vurmadığımız  üzümüzə  “tamamilə  məxfidir” 



qrifilə bağlanan Respublika Yeni Tarix Mərkəzi Dövlət Arxivində 

generalımız haqqında belə şərqilər çoxdur. Bu şərqilərdən hiss 

olunur ki, xalq öz xilaskarını gözləyirmiş.

Səməd paşa sərdarımız,

Qan axıdar xəncərimiz.

Düşmənləri qəhr edərik,

Yurdlarını məhv edərik,

Biz bir tabor əsgərlərik,

Pək şanlıyıq.

* * *


Sağ ol, Səməd paşa, səni min yaşa,

Vətənin üstündə oldun tamaşa.

Səməd paşa əsgərlərin padəri,

Çağırır silah başına irəli.




General Əli ağa Şıxlinski və silahdaşları

438


Azərbaycanın taleyi həll olunduğu bir vaxtda müdafiə naziri 

kimi  məsul  vəzifəyə  gələn  Səməd  bəy  Mehmandarov  qarşıda 

duran çətinlikləri çox yaxşı dərk edirdi. Yüz illərlə əsgəri qüvvəsi 

olmayan bir xalqa qısa vaxtda nizami ordu yaratmaq ağır və mə-

suliyyətli iş idi. Bir tərəfdən də bu dar gündə Azərbaycanın ətrafı 

düşmənlərlə  əhatə  olunmuşdu.  Dağılan  imperiyadan  Azər -

baycana heç nə qalmamışdı. Nə silah, nə əsgəri qüvvə, nə də qış-

lalar vardı. Tərəddüd, şübhələr, bəzən də inamsızlıq altmış iki 

yaşlı ixtiyar generala əzab verirdi. Amma qəlbindəki inamı, güc-

lü vətənpərvərliyi hər şeydən üstün idi. Bu inam güclü dağ seli 

olub  tərəddüd  və  şübhələri  yuyub  aparırdı.  Ana  vətənə  olan 

sonsuz bir məhəbbətlə o, kürsüyə qalxmışdı. 

Səməd bəyin səlis danışığı, mərd siması, vətən təəssübkeşliyi 

ilə yana-yana danışması ziyalı qadınlarımızdan birinin – Məryəm 

xanım Bayraməlibəyovanın yaddaşında əbədi qalmışdır: 

– Kürsüdə, gözqamaşdırıcı şüaların düşdüyü yerdə general 

Səməd bəy Mehmandarov dayanmışdı. Ağarmış saçları, nurani 

sifəti daxili kamillikdən xəbər verirdi. Bu gün o, hərbi nazir vəzi-

fəsinə təyin edilməyinə razılıq verməli idi. Respublikanın fəaliy-

yətinin elə ilk günlərindən generala təkidlə müraciət etmiş dilər 

ki, belə bir məsuliyyətli vəzifəni öz üzərinə götürsün. O isə hər 

dəfə qətiyyətlə bu təklifi rədd etmişdi. Ona görə yox ki, çətin lik 

çəkəcəkdi.  Dərk  edirdi  ki,  indiyə  qədər  çarın  etibarsız  saydığı 

müsəlmanları, hərbi mükəlləfiyyətə layiq görmədiyi xalqı indi 

yeni sənətə hazırlamalı idi. Bu ona bənzəyirdi ki, yaşlı, ahıl bir 

adama  yazı  yazmağı  öyrədəsən.  Yox,  yox,  yüksək  təş kilatçılıq 

keyfiyyətinə  malik  olan  keçmiş  çar  generalını  belə  çətinliklər 

qorxuda bilməzdi. 



…Səməd bəy Mehmandarovu bu addımı atmağa vadar edən 

isə qarşısı alınmaz, çox qüvvətli bir hiss idi – Vətən məhəbbəti. 

Azca  həyəcanla  dediyi  “Üzərimə  götürdüyüm  bu  müqəddəs 

vəzifəni  yerinə  yetirməyim  üçün  bütün  gücümü  və  bacarığımı 

sərf edəcəyəm!” – sözləri yerdən alqışlarla qarşılandı. Onun yan-

yörəsində parıldayan günəş şəfəqləri bu günün bayram əhvali-


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə