ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə133/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   129   130   131   132   133   134   135   136   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

422


1914-cü il sentyabrın on beşində keçirilən Lodz döyüş əmə-

liyyatında  general  Mehmandarov  xüsusilə  şöhrət  qazandı. Al-

man generalı Makenzenin qoşunları güclü hücumla İvanqorod 

şəhərini  alıb  sürətlə  Lodz  şəhəri  uğrunda  əməliyyata  başladı. 

Güclü təzyiqlə geri çəkilən rus qoşunları çox ağır vəziyyətdə idi. 

Bütün mövqelərdə hücuma keçən almanlar dayanmadan irəli lə-

yərək geri çəkilən rus qoşunlarının bir hissəsinin qarşısını kəsib 

mühasirəyə almağa çalışırdı. 

Səməd bəy Mehmandarovun iyirmi birinci piyada diviziyası 

səksən  birinci Abşeron,  səksən  ikinci  Dağıstan,  səksən  üçüncü 

Samur və səksən dördüncü Şirvan polklarından təşkil olunmuş-

du. Bu polkların hərəsinin özünəməxsus döyüş ənənəsi vardı.

Korpus komandanı öz bölmələrinin müqəddəratı üçün təşvişə 

düşərək Mehmandarovun diviziyasının nə vəziyyətdə olduğu-

nu  telefonla  ondan  xəbər  aldı.  Səməd  bəyin  telefonda  koman-

dirlərə məxsus mərd, qısa cavabı belə oldu: “Vəziyyət ağırdır. 

Hücuma keçirəm!”

İki rus diviziyasının geri çəkildiyi belə bir ağır vaxtda Meh-

mandarovun  diviziyası  böyük  bir  iştahla  irəliləyən  düşmənə 

ağır zərbələr vurub onu geri oturtdu. Üçgünlük ağır döyüşlərdən 

sonra İvanqorod şəhərinin hüdudlarına çatıb onu həmləyə aldı. 

Birinci  Dünya  müharibəsi  tarixində  Səməd  bəy  Mehmandaro-

vun bu müvəffəqiyyətli əməliyyatı alman generalı Makenzenin 

sürətli planlarını puça çıxartdı. Geri çəkilən iki rus diviziyasını 

isə mühasirəyə düşmək rüsvayçılığından xilas etdi.

Həmin əməliyyat zamanı general Əli ağa Şıxlinski Ali Baş Ko-

mandan tərəfindən səhra toplarının baş müfəttişi yanında xüsusi 

tapşırıq generalı vəzifəsini daşıyırdı. Sonralar o yazırdı:

“O zaman rus ordusunda yeni bir silah olan ağır səhra topla-

rının  vəziyyətini  yoxlamaq  və  bu  sahədə  fəaliyyətə  istiqamət 

vermək  üçün  Qərb  cəbhəsinə  çağırıldım.  Mən  yeddi  korpusu 

gəz dim və müəyyən etdim ki, yalnız Səməd bəy Mehmandaro-

vun korpusunda ağır topların vəzifəsi düzgün başa düşülmüş 

və bu toplar həmin vəzifələrə uyğun yerləşdirilmişdir. Bu iş kor-




Şəmistan Nəzirli

423


pus top müfəttişinin yox, məhz, mahir topçu olan Mehmandaro-

vun şəxsi təşəbbüsünün nəticəsi idi”. 



Bu müharibədə misilsiz qələbələrə görə Səməd bəy Sadıq bəy 

oğlu Mehmandarova 1915-ci il martın 22-də tam artilleriya ge-

neralı rütbəsi verildi. Onun qəhrəmanlığı 1914-cü il sentyabrın 

27-29-da apardığı müvəffəqiyyətli döyüşlərə görə üçüncü dərəcəli 

“Müqəddəs  Georgi”,  1915-ci  il  yanvarın  2-də  ikinci  dərəcəli 

“Müqəddəs  Vladimir”  (qılıncla  birgə)  ordenlərinə  və  1915-ci  il 

sentyabrın 9-10-da İvanqorod şəhəri uğrunda apardığı döyüşlərə 

görə brilyantla bəzədilmiş “Georgi silahı” ilə təltif olunub. 

General Səməd bəy Mehmandarovun döyüşlərdə göstərdiyi 

igidliyi və əsgərlərlə xoş rəftarı haqqında onun müasirləri ifti-

xarla söhbət açırlar. Mayor Hacıağa İbrahimbəyli yazır ki, gene-

ral  Mehmandarov  Birinci  Dünya  müharibəsi  zamanı  olduqca 

çox şöhrət qazanmışdı. Vuruşmaların ən qorxulu dəqiqələrində 

onun misilsiz soyuqqanlılığı və hədsiz qoçaqlığı rus ordusunda 

məşhur olmuşdu. 

Mehmandarov ədalətli, namuslu, düz danışan adamları sevir, 

onlara kömək göstərir, ürəyi düz olmayanlara qarşı isə amansız-

lıq edirdi. Mehmandarovu şəxsən görənlərin hamısı təsdiq edir 

ki, ona tabe olanların hamısı ondan oddan qorxan kimi qorxar, 

lakin onu sevər, ona inanardılar. 

Səməd bəy Mehmandarov həmişə əsgərlərlə xoş rəftar edərdi 

və daim onların qayğısına qalardı. “Mehmandarov nadir artilleri-

yaçıdır”. Bu üç kəlmə söz Qırmızı Bayraqlı Qafqaz Ordusunun 

komandanı  İ.E.Yakirə  məxsusdur.  Onu  1925-ci  ildə  Birləşmiş 

Azərbaycan  Hərbi  Məktəbində  müəllim  işləyən  Səməd  bəyin 

şəxsi  işinə  komandan  İona  Yakir  öz  dəst-xəttilə  yazıb.  İnqilab 

illərində  Mehmandarovun  həyatı  çox  təlatümlü  keçib.  Nə  yeni 

hökumət, nə də onun adamları ona inam gətirməyiblər. Hər yerdə 

“Çar generalı”, “Müsavat naziri” kəlmələri sərt sillə kimi onun və 

silahdaşlarının üzünə çırpılırdı. Həmin o narahat illər dən – 1920-

ci il iyunun 4-də Səməd bəy Mehmandarovun öz əli ilə doldurdu-

ğu iki vərəq kağız qalıb. Bolşeviklərin tələbi ilə doldurduğu “Həbs 

vərəqləri” Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanılır. 




General Əli ağa Şıxlinski və silahdaşları

424


General Mehmandarovun anketi

Həyatda o, boyca balaca, iki yerə daranıb ayrılmış ağsaqqallı 

bir adam idi. Həmişə kiçik ayaqlarına görə xüsusi dəridən tikil-

miş yüngül çəkmə geyərdi.

Deyirlər ki, 1923-cü ildə ağsaqqallı generalı… əlində süpürgə 

Bakıda görüblər. Altmış yeddi yaşlı general, Müsavat hökumə-

tinin hərbi naziri kimi iki il keçdiyi həmin bu küçəni süpürüb 

adamlardan  utanaraq,  Azərbaycan  Fövqəladə  Komissiyasına 

qeyd olunmağa tələsirdi. Özü də həmin gün. Qoy görsünlər ki, o 

yerindədir, heç hara getməyib, heç yana qaçmayıb.

Deyirlər ki, belə olub. Hər ehtimala qarşı, bizim əlimiz çatan 

nəşrlərdə  bu  yoxdur,  ancaq  adamların  yaddaşında  bu  qalıb. 

Uzun müddət belə hesab edirlər ki, öz tariximizi, onun bütün 

keçidlərində bilmək bizə o qədər də lazım deyil, əgər biz onu 

bütün ziddiyyətləri ilə – lap həqiqət olsa belə – yazsaq, “düz başa 

düşmərik”. Lakin oxşarlığın şüası, çəkilmələr zamanı sualtı daş-

lar  təmizlənən  kimi,  həqiqəti  üzə  çıxardaraq  bütün  qaranlıq 

künc lərə işıq saçır. 

1999-cu ilin oktyabr ayında tədqiqatçı axtarışı məni çekistlərin 

arxivinə gətirib çıxartdı. Burda “keçmiş adamlar”ın anketləri ara-

sında illərin soldurduğu və Mehmandarovun xırda hərflərlə yazdı-

ğı ikiqat bir vərəq saxlanılır. O illərin qoxusunu verən bir vərəq…

Səməd bəy Sadıq bəy oğlu Mehmandarov xidmət illərini necə 

və harada keçirib, anketdən bunu müəyyən etmək olmur. Ancaq 

anketin  “təltiflər”  sütununa  görə  mühakimə  yürütsək,  məlum 

olur ki, o üçüncü və dördüncü dərəcəli “Müqəddəs Georgi” or-

deni, brilyantla bəzədilmiş qızıl silah, birinci, ikinci və dördüncü 

dərəcəli  Stanislav  ordeni,  birinci,  ikinci  və  üçüncü  dərəcəli 

“Müqəddəs  Anna”  ordeni,  ikinci,  üçüncü,  dördüncü  dərəcəli 

Vladimir ordeni, “Ağ qartal”

1

, “Aleksandr Nevski” ordeni və s. 



1

  Rusiyanın ali “Ağ qartal” ordeni ilə birinci dəfə azərbaycanlılardan 

1888-ci ildə ilk vitse-admiral İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyov 

(1822-1900), ikinci dəfə tam süvari generalı Hüseyn xan Kəlbalı xan oğlu 

Naxçıvanski (1863-1919), sonuncu – üçüncü dəfə isə Səməd bəy Sadıq bəy 

oğlu Mehmandarov təltif olunmuşdur – Ş.N.




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə