General Əli ağa Şıxlinski və silahdaşları
422
1914-cü il sentyabrın on beşində keçirilən Lodz döyüş əmə-
liyyatında general Mehmandarov xüsusilə şöhrət qazandı. Al-
man generalı Makenzenin qoşunları güclü hücumla İvanqorod
şəhərini alıb sürətlə Lodz şəhəri uğrunda əməliyyata başladı.
Güclü təzyiqlə geri çəkilən rus qoşunları çox ağır vəziyyətdə idi.
Bütün mövqelərdə hücuma keçən almanlar dayanmadan irəli lə-
yərək geri çəkilən rus qoşunlarının bir hissəsinin qarşısını kəsib
mühasirəyə almağa çalışırdı.
Səməd bəy Mehmandarovun iyirmi birinci piyada diviziyası
səksən birinci Abşeron, səksən ikinci Dağıstan, səksən üçüncü
Samur və səksən dördüncü Şirvan polklarından təşkil olunmuş-
du. Bu polkların hərəsinin özünəməxsus döyüş ənənəsi vardı.
Korpus komandanı öz bölmələrinin müqəddəratı üçün təşvişə
düşərək Mehmandarovun diviziyasının nə vəziyyətdə olduğu-
nu telefonla ondan xəbər aldı. Səməd bəyin telefonda koman-
dirlərə məxsus mərd, qısa cavabı belə oldu: “Vəziyyət ağırdır.
Hücuma keçirəm!”
İki rus diviziyasının geri çəkildiyi belə bir ağır vaxtda Meh-
mandarovun diviziyası böyük bir iştahla irəliləyən düşmənə
ağır zərbələr vurub onu geri oturtdu. Üçgünlük ağır döyüşlərdən
sonra İvanqorod şəhərinin hüdudlarına çatıb onu həmləyə aldı.
Birinci Dünya müharibəsi tarixində Səməd bəy Mehmandaro-
vun bu müvəffəqiyyətli əməliyyatı alman generalı Makenzenin
sürətli planlarını puça çıxartdı. Geri çəkilən iki rus diviziyasını
isə mühasirəyə düşmək rüsvayçılığından xilas etdi.
Həmin əməliyyat zamanı general Əli ağa Şıxlinski Ali Baş Ko-
mandan tərəfindən səhra toplarının baş müfəttişi yanında xüsusi
tapşırıq generalı vəzifəsini daşıyırdı. Sonralar o yazırdı:
“O zaman rus ordusunda yeni bir silah olan ağır səhra topla-
rının vəziyyətini yoxlamaq və bu sahədə fəaliyyətə istiqamət
vermək üçün Qərb cəbhəsinə çağırıldım. Mən yeddi korpusu
gəz dim və müəyyən etdim ki, yalnız Səməd bəy Mehmandaro-
vun korpusunda ağır topların vəzifəsi düzgün başa düşülmüş
və bu toplar həmin vəzifələrə uyğun yerləşdirilmişdir. Bu iş kor-
Şəmistan Nəzirli
423
pus top müfəttişinin yox, məhz, mahir topçu olan Mehmandaro-
vun şəxsi təşəbbüsünün nəticəsi idi”.
Bu müharibədə misilsiz qələbələrə görə Səməd bəy Sadıq bəy
oğlu Mehmandarova 1915-ci il martın 22-də tam artilleriya ge-
neralı rütbəsi verildi. Onun qəhrəmanlığı 1914-cü il sentyabrın
27-29-da apardığı müvəffəqiyyətli döyüşlərə görə üçüncü dərəcəli
“Müqəddəs Georgi”, 1915-ci il yanvarın 2-də ikinci dərəcəli
“Müqəddəs Vladimir” (qılıncla birgə) ordenlərinə və 1915-ci il
sentyabrın 9-10-da İvanqorod şəhəri uğrunda apardığı döyüşlərə
görə brilyantla bəzədilmiş “Georgi silahı” ilə təltif olunub.
General Səməd bəy Mehmandarovun döyüşlərdə göstərdiyi
igidliyi və əsgərlərlə xoş rəftarı haqqında onun müasirləri ifti-
xarla söhbət açırlar. Mayor Hacıağa İbrahimbəyli yazır ki, gene-
ral Mehmandarov Birinci Dünya müharibəsi zamanı olduqca
çox şöhrət qazanmışdı. Vuruşmaların ən qorxulu dəqiqələrində
onun misilsiz soyuqqanlılığı və hədsiz qoçaqlığı rus ordusunda
məşhur olmuşdu.
Mehmandarov ədalətli, namuslu, düz danışan adamları sevir,
onlara kömək göstərir, ürəyi düz olmayanlara qarşı isə amansız-
lıq edirdi. Mehmandarovu şəxsən görənlərin hamısı təsdiq edir
ki, ona tabe olanların hamısı ondan oddan qorxan kimi qorxar,
lakin onu sevər, ona inanardılar.
Səməd bəy Mehmandarov həmişə əsgərlərlə xoş rəftar edərdi
və daim onların qayğısına qalardı. “Mehmandarov nadir artilleri-
yaçıdır”. Bu üç kəlmə söz Qırmızı Bayraqlı Qafqaz Ordusunun
komandanı İ.E.Yakirə məxsusdur. Onu 1925-ci ildə Birləşmiş
Azərbaycan Hərbi Məktəbində müəllim işləyən Səməd bəyin
şəxsi işinə komandan İona Yakir öz dəst-xəttilə yazıb. İnqilab
illərində Mehmandarovun həyatı çox təlatümlü keçib. Nə yeni
hökumət, nə də onun adamları ona inam gətirməyiblər. Hər yerdə
“Çar generalı”, “Müsavat naziri” kəlmələri sərt sillə kimi onun və
silahdaşlarının üzünə çırpılırdı. Həmin o narahat illər dən – 1920-
ci il iyunun 4-də Səməd bəy Mehmandarovun öz əli ilə doldurdu-
ğu iki vərəq kağız qalıb. Bolşeviklərin tələbi ilə doldurduğu “Həbs
vərəqləri” Milli Təhlükəsizlik Nazirliyinin arxivində saxlanılır.
General Əli ağa Şıxlinski və silahdaşları
424
General Mehmandarovun anketi
Həyatda o, boyca balaca, iki yerə daranıb ayrılmış ağsaqqallı
bir adam idi. Həmişə kiçik ayaqlarına görə xüsusi dəridən tikil-
miş yüngül çəkmə geyərdi.
Deyirlər ki, 1923-cü ildə ağsaqqallı generalı… əlində süpürgə
Bakıda görüblər. Altmış yeddi yaşlı general, Müsavat hökumə-
tinin hərbi naziri kimi iki il keçdiyi həmin bu küçəni süpürüb
adamlardan utanaraq, Azərbaycan Fövqəladə Komissiyasına
qeyd olunmağa tələsirdi. Özü də həmin gün. Qoy görsünlər ki, o
yerindədir, heç hara getməyib, heç yana qaçmayıb.
Deyirlər ki, belə olub. Hər ehtimala qarşı, bizim əlimiz çatan
nəşrlərdə bu yoxdur, ancaq adamların yaddaşında bu qalıb.
Uzun müddət belə hesab edirlər ki, öz tariximizi, onun bütün
keçidlərində bilmək bizə o qədər də lazım deyil, əgər biz onu
bütün ziddiyyətləri ilə – lap həqiqət olsa belə – yazsaq, “düz başa
düşmərik”. Lakin oxşarlığın şüası, çəkilmələr zamanı sualtı daş-
lar təmizlənən kimi, həqiqəti üzə çıxardaraq bütün qaranlıq
künc lərə işıq saçır.
1999-cu ilin oktyabr ayında tədqiqatçı axtarışı məni çekistlərin
arxivinə gətirib çıxartdı. Burda “keçmiş adamlar”ın anketləri ara-
sında illərin soldurduğu və Mehmandarovun xırda hərflərlə yazdı-
ğı ikiqat bir vərəq saxlanılır. O illərin qoxusunu verən bir vərəq…
Səməd bəy Sadıq bəy oğlu Mehmandarov xidmət illərini necə
və harada keçirib, anketdən bunu müəyyən etmək olmur. Ancaq
anketin “təltiflər” sütununa görə mühakimə yürütsək, məlum
olur ki, o üçüncü və dördüncü dərəcəli “Müqəddəs Georgi” or-
deni, brilyantla bəzədilmiş qızıl silah, birinci, ikinci və dördüncü
dərəcəli Stanislav ordeni, birinci, ikinci və üçüncü dərəcəli
“Müqəddəs Anna” ordeni, ikinci, üçüncü, dördüncü dərəcəli
Vladimir ordeni, “Ağ qartal”
1
, “Aleksandr Nevski” ordeni və s.
1
Rusiyanın ali “Ağ qartal” ordeni ilə birinci dəfə azərbaycanlılardan
1888-ci ildə ilk vitse-admiral İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyov
(1822-1900), ikinci dəfə tam süvari generalı Hüseyn xan Kəlbalı xan oğlu
Naxçıvanski (1863-1919), sonuncu – üçüncü dəfə isə Səməd bəy Sadıq bəy
oğlu Mehmandarov təltif olunmuşdur – Ş.N.