Şəmistan Nəzirli
413
“Elbrus” hərbi gəmisinə komandirlik edən leytenant Aslan-
bəyov 1854-cü ildə düşmənin ticarət gəmilərini darmadağın
etmək üçün dörd dəfə (30 iyun, 7 iyul, 3 və 6 avqust tarixlərində)
dənizə çıxmış, avqust ayında isə desant gəmisinin döyüşən bata-
reyasına komandirlik etmişdir. Bu xidmətinə görə ona kapitan-
leytenant rütbəsi verilmişdir. Həmin il sentyabrın 13-dən müha-
ribənin axırına kimi Sevastopol qarnizonunda olmuş, avqustun
27-də sonuncu hücumu dəf edərək kontuziya almışdır. Şərq
müharibəsindən sonra Nikolayev limanında 36-cı donanma eki-
pajına komandirlik etmişdir.
Aslanbəyov 1860-1861-ci illərdə “Sokol” pərli korvet gəmi-
sinin komandiri kimi Aralıq dənizində üzmüş və həmin gəmini
Kronştadta gətirmişdir. 1863-cü ildə həmin korvetlə Nikolayev
şəhərinə qayıdan İbrahim bəy iki ildən sonra “Retvizan” gəmi-
sinə komandir təyin edilmişdir. Bir müddət məşhur vitse-admi-
ral Butakovun zirehli eskadrilyasında qərargah rəisi olmuşdur.
Aslanbəyov 1869-1872-ci illərdə dəfələrlə müxtəlif ümum-
dövlət əhəmiyyətli məsələləri öyrənmək üçün toplanmış komi-
tələrə sədr təyin edilmişdir. Estoniyaya ezam olunan İbrahim
bəy gəmiçilik məktəblərinin yaradılması və ticarət gəmi lərinin
düzəldilməsi üçün yaranan komitənin üzvü olmuşdur.
1878-ci il yanvarın 1-də kontr-admiral rütbəsi veriləndə İbra-
him bəy Aslanbəyov səkkizinci donanma ekipajının rəisi idi.
Onun tərcümeyi-halı həm admiral kimi, həm də hərbi dəniz
tarixçisi kimi çox zəngindir. Əgər başqa hərbçinin ömür yolu ilə
müqayisə etməli olsaq, ancaq general Əli ağa Şıxlinskinin artille-
riya tarixindəki xidmətləri ona bərabər ola bilər. Ona görə ki,
azərbaycanlı generallarından hərb elmi ilə məşğul olan ancaq
Əli ağa Şıxlinski idi. Fərq bircə ondan ibarətdir ki, Əli ağa Şıx-
linskinin elmi və hərbi fəaliyyəti Azərbaycanla daha çox bağlı
olmuşdur. Admiral Aslanbəyovun elmi tədqiqatları isə rus hərb
elmində geniş istifadə olunsa da, bu günə qədər bizə gəlib çat-
mamışdır. Daha doğrusu, özümüzdə nə tədqiqat olmuşdur, nə
də təbliğat…
General Əli ağa Şıxlinski və silahdaşları
414
1872-ci ildə Birinci Pyotrun anadan olmasının 200 illiyi Rusi-
yada böyük bayram şənliyi kimi keçirilirdi. Bu münasibətlə
ümumrus texniki sərgisində iştirak etmək və imperatorun kiçi-
kavarlı gəmi dəstəsinə Moskvaya kimi rəhbərlik etmək həm-
yerlimiz Aslanbəyova etibar olunmuşdu.
1879-1882-ci illərdə İbrahim bəy gəmi heyətilə dövri-aləm
səyahətinə çıxmışdır. O, Sakit okeanda dəmir zirehli hərb və bu-
xar yelkənli itigedən gəmilərdən ibarət hərbi heyətə (“Minin”,
“Knyaz”, “Pojarskiy”, “Hersoq Edinburskiy”, “Asiya” və “Afri-
ka”) rəhbərlik etmişdir. Aslanbəyov okeanda sürətlə hərəkət
edən kreyserlərin və “uçan eskadrilya”nın orduda tətbiq edil-
məsinin təşəbbüskarıdır. O, məşhur admiral A.A.Popovun xahi-
şi ilə sonuncu layihədə nəzərə almaq məqsədilə tələb və qüsurla-
rını, siyahısını tərtib etmişdir.
Admiral İbrahim bəy Aslanbəyov Sakit okean adalarında üz-
müş, hətta Poleneziyanın xırda adalarını da dolaşmışdır. Onun
şəxsi işində saxlanan rəy və xatirələrdən, xüsusilə dənizçiliyə aid
inqilabdan əvvəlki ədəbiyyatdan məlum olur ki, Aslanbəyov öz
heyəti və ümumiyyətlə, tabeliyində olanların arasında yüksək
hörmət qazanmışdır. İllərin soldurduğu sənəddə ad-familiyasını
oxuya bilmədiyimiz bir kontr-admiral yazır ki, rus adını yüksək
tutan Aslanbəyov xarici ölkələrdə də yaxşı tanınırdı. O, gəmi
heyətində ruh yüksəkliyi yaratmağı məharətlə bacarırdı. Hətta
kiçik rütbəlilərin də şəxsi təşəbbüsünü qiymətləndirirdi. Açıq
ürəkliliyi və qətiyyəti ilə çoxlarından fərqlənirdi. Aslanbəyovun
gəmiylə səfərləri haqqında çoxlu lətifələr, eləcə də özünün da-
nışdığı məzəli Şərq əhvalatları hələ də məşhurdur. Bu onun
məşhur şəxsiyyət kimi nə qədər sevildiyini bir daha göstərir.
1884-cü ildə kontr-admiral İbrahim bəy Aslanbəyov Baltik
komandasının kiçik flaqmanı təyin olunur. Üç il sonra – 1887-ci
il sentyabrın 22-də hərbi-dəniz donanmasındakı misilsiz xidmət-
lərinə görə ona vitse-admiral rütbəsi verilir. Bu ali rütbədən son-
ra Baltik donanması üzrə flaqman vəzifəsinə təyin olunan Aslan-
bəyov 1901-ci il dekabrın 7-də Peterburqda vəfat edir.
Şəmistan Nəzirli
415
O, həmyerlimiz, böyük şərqşünas alim Mirzə Kazım bəylə
dost olmuş dahi rus yazıçısı Lev Tolstoy isə onu axtarıb tapmış,
admiral Naximovun həlakolma səhnəsini ona danışmasını xahiş
etmişdir. Lev Tolstoy məşhur “Sevastopol hekayələri”ni yazar-
kən admiral Aslanbəyovun xatirələrindən bəhrələnmişdir. Öm-
rünün əlli ildən çoxunu hərbi dəniz donanmasında nümunəvi
xidmətdə keçirən admiral İbrahim bəy Aslanbəyov Rusiyanın və
xarici ölkələrin yüksək ordenləri ilə təltif olunmuşdur. Həm-
yerlimizin xidmətləri Serbiyanın “Takova” (1879), Rusiyanın
“Müqəddəs Vladimir” (1854), I dərəcəli “Müqəddəs Stanislav”
(1881), I dərəcəli “Müqəddəs Anna” (1883), “Ağ qartal” (1888),
Yaponiyanın “Günəşin doğması” (1882), Havay dövlətinin II də-
rə cəli “Kalakiya” (1982) ordenlərinə layiq görülmüşdür.
1881-ci ildə imperator III Aleksandrın tacqoyma mərasimində
iştirak edən Aslanbəyova hədiyyə olaraq qılınc verilmiş və biril-
lik məvacibi həcmində pul mükafatı ayrılmışdır.
Hələ sağlığında – 1882-ci ildə Saxalində bir yarım ada, Oxot
dənizində isə bir körfəz Aslanbəyovun adı ilə adlandırılmışdır.
Boris Maslenikovun 1986-cı ildə nəşr olunmuş “Dəniz xəritəsi
nəql edir” kitabının 28 və 253-cü səhifələrində həmyerlimiz haq-
qında verilmiş qısa bioqrafik göstərici çox böyük əhəmiyyət kəsb
edir. Əsaslı mənbələrdən topladığı faktları müəllif ilk dəfə oxu-
cuya təqdim edir:
“Aslanbəyov yarımadası. Oxot dənizi, Saxalin adası, 1882-ci
ildə ekipaj kliper təsvir edilib. Sakit okean komandanı, eskadril-
ya kontr-admiralı İbrahim bəy Allahverdi bəy oğlu Aslanbəyov
soy adı ilə adlandırılıb. Soyadları xəritə üzərində hərif səhvi ilə
yazılıb”.
Aslanbəyov körfəzi. Oxot dənizi, Saxalin adası, 1882-ci ildə
kəşf edilib və xəritəyə ekipaj, kliper “Plaston” kimi yazılıb. Elə
həmin vaxtda da İ.A.Aslanbəyov soyadı ilə adlandırılıb.
Aslanbəyov İbrahim bəy Allahverdi bəy oğlu (1822-1900).
Dəniz korpusu məktəbini bitirib. 1837-1842-ci illərdə Baltik
Dostları ilə paylaş: |