ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə154/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   146   147   148   149   150   151   152   153   154

Şəmistan Nəzirli

487


cəbhəsi komandanlığının fərdi tapşırığını yerinə yetirdiyinə görə 

və bu zaman döyüş meydanında şəxsi igidlik və cəsarət nümayiş 

etdirdiyinə  görə,  general-mayor  Yaqub  Quliyev  “Qırmızı  Bay-

raq” ordenilə təltif olunmağa tam layiqdir”.

Beşinci zərbə ordusunun tərkibində həmin günlərdə iki mərd 

həmyerlimizin  süvariləri  Kotelnikova  rayonunda  yanaşı  vuru-

şurdu: podpolkovnik Həzi Aslanovun tank alayı və general Ya-

qub Quliyevin komandir müavini olduğu dördüncü süvari kor-

pusu.

Dekabrın  16-da  quduzlaşmış  Manşteyn  qoşunları  Hitlerin 



göndərdiyi “Pələng” tanklarına arxalanıb inadkarlıqla vuruşur-

dular. Onların məqsədi feldmarşal Paülüsun qoşunlarını müha-

sirədən qurtarmaq idi. Nəyin bahasına olursa olsun düşmənin 

bu niyyəti pozulmalı idi. Bu tapşırıq 4-cü süvari korpusun əsgər 

və zabitlərinə də verilmişdi. Onlar general R.Malinovskinin 61-ci 

Qafqaz diviziyası gələnədək zirvəni müdafiə edib əldə saxlamalı 

idilər. Bu döyüşlər zamanı general Yaqub Quliyev cəbhənin lap 

ön xəttində vuruşurdu. Stalinqrad cəbhəsində qəti qələbəyə az 

qalmış  –  1942-ci  il  dekabrın  22-də  faşistlərin  atdığı  top  gülləsi 

mərd general Yaqub Allahqulu oğlu Quliyevi ölümcül yaraladı. 

Mərd Azərbaycan  oğlu  və  “Türkmən  ulduzu”  kimi  şöhrət  qa-

zanmış Yaqub Quliyev Volqa sahilində əbədi yuxu tapdı. Onun 

rəşadəti ölümündən sonra da dövlət tərəfindən yüksək qiymət-

ləndirildi. Təəssüf ki, Lenin ordenini sinəsində gəzdirmək gene-

rala qismət olmadı.

Xalqımızın mərd oğullarına sevgi və məhəbbət bəsləyən, So-



vet İttifaqı Marşalı Sergey Biryuzovun səmimi sözləri yada dü-

şür. Stalinqrad döyüşlərinin iştirakçısı olan marşalın Həzi As-

lanov haqqında da ürək açan sətirləri var. Marşal general Yaqub 

Quliyev  və  onun  döyüşçülərinin  qəhrəmanlığı  haqqında  yazır

“Bizdən ön cəbhədə olan 51-ci ordunun hissələri bir neçə gün idi 

ki, gecələr də arasıkəsilməyən döyüşlərdə iştirak edirdilər. Sağ 

qonşumuzun – beşinci zərbə ordusunun vəziyyəti xüsusilə ağır 

idi. Həmin orduya daxil olan dördüncü süvari korpusu böyük 



General Əli ağa Şıxlinski və silahdaşları

488


itkilərə məruz qalmışdı. Onlar Şərqə tərəf çəkilmişdilər. Süvari 

korpusunun bir neçə komandiri həlak olmuşdu. Korpus koman-

dirinin müavini general-mayor Yaqub Quliyev ölümcül yaralan-

mışdı. O, mənim Bryansk cəbhəsində döyüş yoldaşım idi. Meh-

riban insan, qayğıkeş komandir kimi şöhrət qazanmışdı. Yadım-

dadır, Belarusiyada olanda o, operativ sahəyə çıxmağa, süvarilərə 

məxsus  tərzdə  vuruşmağa  can  atırdı.  Süvarilər  general  Yaqub 

Quliyev kimi komandirlərin sayəsində hitlerçi işğalçılara qarşı 

sovet  xalqının  mübarizəsində  misilsiz  hünərlər  göstərmişlər. 

Stalinqradın Mamay təpəsində digər iştirakçılarla birlikdə mərd 

və heç vaxt unudulmayan general Yaqub Quliyevin də adı qranit 

lövhə üzərində həkk olunmuşdur”. 

* * *

İstefada olan general-leytenant Həsən Laqustanoviç Xaraziya 



1984-cü ildə nəşr olunmuş “Mərdlik yollarında” kitabında dö-

yüş yoldaşı general Yaqub Quliyevi unutmamışdı. Müharibədən 

əvvəl  o,  iyirmi  birinci  Dağ-süvari  diviziyanın  tərkibinə  daxil 

olan  alayların  birində  mayor  rütbəsində  qərargah  rəisi 

vəzifəsində xidmət edirdi. Həsən Xaraziya yazır: “1941-ci il iyu-

nun əvvəlində diviziya komandiri general Aleksey Semyonoviç 

Jadov yeni təyinat aldı, onun yerinə isə dairə qərargahında idarə 

rəisi  olan  Yaqub  Quliyev  təyin  olundu.  Bəli,  belə  əvəzlənmə 

A.S.Jadovla ayrılığın acısını müəyyən dərəcədə azaldırdı. Bizim 

çoxumuz polkovnik Yaqub Quliyevi tanıyırdıq və hörmət edir-

dik. O, millətcə türkmən (!? – Ş.N.) idi, 1900-cü ildə Azərbaycanda 

anadan olmuşdur. Yaqub Allahqulu oğlu Quliyev A.S.Jadova la-

yiqli əvəz idi. Bu, bizi ruhlandırırdı”.

General-leytenant  Həsən  Xaraziya  xatırlayır  ki,  diviziyanın 

yeni komandiri ciddi və tələbkar idi, lakin yumor hissindən də 

məhrum  deyildi.  Diviziyanın  cəbhəyə  göndərilməsindən  bəhs 

edərkən o, belə bir epizodu yada salır: “Budur, çoxdan gözlədiyi-

miz gün çatdı. Eşelonlara yüklənmə ərəfəsində alaya polkovnik 




Şəmistan Nəzirli

489


Yaqub Quliyev gəldi. O, alayın şəxsi heyət və hərbi texnika ilə 

komplektləşdirilməsini  diqqətlə  yoxladı,  süvarilərin  əhvali-

ruhiyyəsilə maraqlandı. Sonra şəxsi heyəti toplamağı əmr etdi. 

Onun ürəkdən gələn sözləri indiyə kimi yadımdadır: “Yoldaşlar! 

Partiya,  dövlət  və  xalq  qarşısında  verdiyimiz  andı  icra  etmək 

vaxtı, sovet silahını şöhrətləndirmək zamanı çatıb. Qüdrətli sosi-

alist Vətənin layiqli övladları olun”. Sonra Yaqub Allahquliyeviç 

komandirlərə yaxınlaşıb dedi: “Nəhayət, dostlar, bizim zamanı-

mız yetişdi. Vətəni qorumağa gedirik!”. Hər yandan:

– Yoldaş polkovnik, bizi hara göndərirlər? Hansı cəbhəyə? – 

sualları səsləndi.

– Bax bunu indi deyə bilməyəcəyəm, özünüz başa düşürsü-

nüz, hərbi sirdir, – diviziya komandiri Yaqub Quliyev gülümsədi. 

Və zarafatla dedi: – Onu bilin ki, maşinist yolu yaxşı tanıyır, hara 

lazımdır çatdıracaq”.

* * *


1990-cı  ildə  Moskvada  “Hərbi  memuar”  seriyasından  nəşr 

olunmuş  bir  kitab  aldım.  Dörd  yüz  səksən  səhifəlik  kitabın 

müəllifi,  Ordu  generalı,  Sovet  İttifaqı  Qəhrəmanı,  professor 

S.P.İvanovdur.  Kitabda  general  həmyerlimiz  Yaqub  Quliyevin 

fotoşəklini və döyüş qəhrəmanlığından səhifələri oxuyub sevin-

dim.  Stalinqrad  döyüşlərindən  əlli  il  keçməsinə  baxmayaraq, 

ordu generalı iki həmyerlimizin – Yaqub Quliyevin və Həzi As-

lanovun qəhrəmanlığını hələ də unutmayıb. Yeri gəlmişkən, ge-

neral Yaqub Quliyevin haqqında xatirə yazan rus generalların-

dan yalnız Semyon İvanov onun türkmən yox, qafqazlı olduğu-

nu bildirir.

“…Şimal  qrupuna  rəhbər  təyin  etməkdə  komandanlığın 

fikirləri haçalandı, ordu komandanı general A.M.Qorodnyanski 

oraya 307-ci atıcı diviziyanın komandiri polkovnik Q.S.Lazkonu, 

amma qərargah rəisi general-leytenant A.V.Petruşevski general 

Y.A.Quliyevi təyin etməyi məsləhət gördü. Müzakirə zamanı ge-

neral  Yaqub  Quliyevin  daha  bacarıqlı  olmasını  yüksək  rütbəli 

zabitlər xüsusi qeyd etdilər.




General Əli ağa Şıxlinski və silahdaşları

490


Faktiki  olaraq  ordu  komandanının  müavini  vəzifəsini  icra 

edən Yaqub Quliyevin namizədliyində dayandılar. Ona görə ki, 

onun belə birləşmələrə rəhbərlik etmək təcrübəsi vardı. General 

Yaqub  Quliyev  əvvəllər  21,  52  və  55-ci  süvari  diviziyalarının 

tərkibində olan qruplara rəhbərlik etmişdi. On üçüncü ordunun 

veteranı olan Yaqub Quliyev çox səciyyəvi xüsusiyyətlərə malik 

idi. Bu ehtiraslı qafqazlının qarabəniz sifətini kömür kimi qara 

və ağıllı gözləri daha da işıqlandırırdı. Demək olar ki, onun bü-

tün  həyatı  alovlu  və  ehtiraslı  keçmişdir.  Onun  kasıb  kəndli 

ailəsindən olmasına baxmayaraq, qırx ildən bir qədər artıq öm-

ründə çox əziyyətlər görmüşdü.

On səkkizinci ilin baharından öz həyatını Qızıl Ordu ilə həmi-

şəlik bağlamışdır. O, Xəzəryanı cəbhədə ağqvardiyaçılara və in-

gilis müstəmləkəçilərinə qarşı cəsarətlə döyüşmüş, sonralar isə 

Qaraqum  səhralarında  basmaçılarla  mübarizədə  polad  kimi 

bərkimişdi. Cəsarət və hünərinə görə ordenlə təltif olunmuşdur. 

Müharibədən  əvvəl  M.V.Frunze  adına  Hərbi  Akademiyanı  və 

Baş Qərargahın nəzdində olan Hərbi Akademiyanın təkmilləş-

dirmə kursunu da müvəffəqiyyətlə bitirmişdir.

Böyük Vətən müharibəsinin ilk günündən on üçüncü ordu-

nun tərkibində olan İyirmi birinci Dağ Süvari diviziyasına ko-

mandanlıq  etmişdir.  General  Yaqub  Quliyevin  süvariləri  düş-

mənə cəsarətli və sürətli zərbələr vurmuşdur.

Ordu  komandanı,  general  A.M.Qorodnyanski  əmr  etdi  ki, 

nəyin bahasına olur olsun gələcək əks zərbələr naminə əlverişli 

mövqeləri itirməmək üçün düşmən qoşununun şimal istiqamə-

tində irəliləməsinə yol verilməsin. Məhz bu zaman general Ya-

qub Quliyevin əla döyüş keyfiyyətləri üzə çıxmışdır. Hitlerçilərin 

şimal həmlələrinin qarşısını almaq üçün ordu komandanı Yaqub 

Quliyevə Trosno istiqamətində düşmənə zərbə vurmağı əmr et-

mişdir.  General  Y.Quliyev  qısa  vaxtda  bu  hücumu  təşkil  edib, 

müvəffəqiyyətlə  başa  çatdırmışdır.  Bundan  əlavə  Quliyevçilər 

düşmənin  atəş  məntəqələrini,  tankların  çoxluq  təşkil  etdiyi 

yerləri aşkar etmiş və onlara sarsıdıcı zərbələr vurmuşlar. Bu da 




Şəmistan Nəzirli

491


yalnız Quliyevçilərə deyil, bütöv cəbhə üçün əlverişli şərait ya-

ratdı.


İyirmi birinci süvari diviziyasının qəhrəmanlıqla həlak olmuş 

döyüşçülərinin  şərəfinə  Ponyatovka  stansiyasında  əzəmətli 

abidə qoyulmuşdur. Quliyevçilər general Yaqub Quliyevin qey-

ri-adi sərkərdəlik bacarığı ilə hər yerdə, hər cəbhədə qəhrəman-

lıqla vuruşmuşlar. Onlar bu şərəfə layiqdirlər.

Şəxsən  mən  general  Yaqub  Quliyevin  bir  çox  döyüşlərdə 

fərqləndiyinin şahidi olmuşam. Heç təsadüfi deyil ki, o, Qırmızı 

Bayraq  ordeninə,  general-mayor  rütbəsinə  layiq  görülmüşdür. 

Dördüncü süvari korpusunun komandir müavini kimi yüksək 

vəzifə  tutmuşdur.  Əsasən  onun  Orta  Asiya  respublikalarının 

əhalisindən təşkil olunmuş döyüşçüləri hitlerçilərə qarşı böyük 

cəsarətlə vuruşurdular. 1942-ci ilin dekabr ayında altmış birinci 

süvari diviziyasının ön döyüş xəttində qəhrəmanlıqla vuruşan 

general-mayor  Yaqub  Quliyev  Stalinqrad  ətrafı  döyüşlərin 

birində ölümcül yaralandı. Həlak olandan sonra Lenin ordeni ilə 

təltif olundu”.

* * *

Süvari general-mayoru Yaqub Quliyev haqqında oçerki yazıb 



qurtaranda  vaxtilə  özüm  üçün  tərtib  etdiyim  “Çox  bilmək 

istəyənin dəftəri” adlı qeydlər kitabçamı vərəqlədim. Dəftərdə 

xalqımızın görkəmli ziyalıları, sərkərdələri haqqında nadir fakt-

ları,  müdrik  fikirləri  toplamışam.  Üç  eloğlumuz  haqqında  nə 

vaxtsa yazdığım belə bir qeydə rast gəldim.

– Taciklərin ilk qəzetlərinin naşiri və redaktoru Mirzə Cəlal 

Yusifzadədir (1862-1931);

–  Özbəklərin  ilk  xalq  şairi,  professor  Maqsud  Məsum  oğlu 

Şeyxzadədir (1908-1967);

– Türkmənlərin ilk generalı Yaqub Allahqulu oğlu Quliyevdir 

(1900-1942).

Türkmənistanda general Yaqub Quliyevin xatirəsi əbədiləş-

dirilib. 1960-cı ilin aprel ayında Marı şəhər bağında ona bürünc 



General Əli ağa Şıxlinski və silahdaşları

492


heykəl qoyulub, muzey açılıb. Onun adına küçə və kolxoz var. 

Türkmən xalqı onu öz oğlu kimi qəlbən sevir, ona bizim ulduzu-

muz və Türkmən ulduzu fəxri adı veriblər. Orduya gedən çağı-

rışçılar generalın heykəli önündə andiçmə mərasimi keçirirlər. 

Türkmənistanda onun adı cəsarət rəmzinə dönüb.

İnanırıq ki, süvari generalı Yaqub Quliyevin adı təkcə Türk-

mən xalqının yox, bundan sonra həm də doğma Azərbaycan xal-

qının ümid simvoluna çevriləcək. Xalqımızın hərb tarixində adı 

iftixarla çəkiləcəkdir.



Şəmistan Nəzirli

493


MÜNDƏRİCAT

Hərb tarixinə həsr olunmuş ömür – general-leytenant  

Çingiz Məmmədov ....................................................................

B İ R İ N C İ   H İ S S Ə

Alim-general ....................................................................................

Milli Ordu quruculuğunda ............................................................

Port-Arturun azərbaycanlı qəhrəmanları ....................................

General Əli ağa Şıxlinski Birinci Dünya müharibəsi 

illərində ........................................................................................

İyirminci ildə Qarabağ döyüşləri (Sənədli povest) ....................

Generala alim qayğısı  ....................................................................

Milli hərbi lüğətimizin banisi ........................................................

Yadların etirafı .................................................................................

Azərbaycan oğlu, Rusiya generalı ................................................

“Heç kim güllələnməsin…” (bunu Nəriman  

Nərimanov qəti şəkildə tələb etdi) ..........................................

Azərbaycana etibar olunmur .........................................................

Vətəni candan əziz tutan general (Sənədli hekayə) ...................

Dilçi – alim – general ......................................................................

Darılmaq istəməz ............................................................................

İlk hərbi memuarımız .....................................................................

Sankt-Peterburqda iyirmi iki gün .................................................

Ömrün son günləri (Sənədli hekayə) ...........................................

General Əli ağa Şıxlinskinin müdrik fikirlərindən ....................

Danışan sənədlər .............................................................................

Görkəmli adamlar general Əli ağa Şıxlinski haqqında .............

General Əli ağa Şıxlinski ömrünün əsas tarixləri .......................

Bizi düşündürən general ................................................................



General Əli ağa Şıxlinski və silahdaşları

494


İ K İ N C İ   H İ S S Ə

Şəxsiyyət (Mirzə Hüseyn əfəndi Yusif oğlu Qayıbov) ..............

İlk hərbi şəfqət bacısı ......................................................................

Gecikmiş vüsal (Sənədli hekayə) ..................................................

Ulu vəsiyyəti faydasız olmaz ........................................................

General Əli ağa Şıxlinskinin hərbçi qardaşoğluları ...................

Şıxlinski nəslinin şairləri ................................................................

General Əli ağa Şıxlinskinin şeirləri  ............................................

Unuda bilmirəm  .............................................................................

Ü Ç Ü N C Ü   H İ S S Ə

Topoqraf-general İbranim ağa Vəkilov ........................................

Ailənin bəxt ulduzu ........................................................................

Uzun ömrün səhifələri ...................................................................

Süvari general-mayor İbrahim ağa Usubov  ...............................

Yaralı söhbət .....................................................................................

Əzabkeş insanın xatirələri..............................................................

Hərbçi Vəkilovlar ............................................................................

Polkovnik Gəray bəy Vəkilov .......................................................

Azərbaycanın ilk admiralı .............................................................

General Səməd bəy Mehmandarov Birinci Dünya 

müharibəsində ............................................................................

Səməd bəy Mehmandarov Cümhuriyyət dövründə  ................

Türk irsini öyrədən general ...........................................................

Azərbaycan oğulları Stalinqrad döyüşlərində ............................

Həzi Aslanovla görüş .....................................................................

General Həzi və Qaçay Aslanovlar Stalinqrad döyüşlərində ...

Süvari generalı Yaqub Quliyev......................................................




“Şöhrət” ordenli, texnika elmləri doktoru Qasım İsrafil oğlu, 

uzun illər üzərində işləyib ömür sərf elədiyim “General Əli ağa 

Şıxlinski və silahdaşları” kitabımın nəşrinə dəstək oldunuz.

Bu,  Sizin  doğulduğunuz  və  təhsil  aldığınız  Qazax  rayonu 

Muğannı  kənd  orta  məktəbindən  başlanan  vətənpərvərliyi niz-

dən, Azərbaycan ədəbiyyatına və hərb tarixinə tükənməz məhəb-

bətinizdən irəli gəlir.  

Qoy doğma Azərbaycan torpağının yetirdiyi mərd oğulların 

müqəddəs ruhu Ülkər xanımla ocağınızda böyütdüyünüz İsrafil 

bəylə  Lamiyə xanımın həmişə yardımçısı olsun. 




Şəmistan Əmiraslan oğlu Nəzirli

“General Əli ağa Şıxlinskiy və silahdaşları”

Redaktor: 



Pərinaz Səmədova

Kompyuter səhifələnməsi:   Allahverdi Kərimov

Çapa imzalanmışdır 22.05.2012

Formatı 60×90 

1

/

16



. Fiziki çap vərəqi 31

Sifariş      . Tiraj 300

“Şərq-Qərb” Nəşriyyat evinin mətbəəsində çap olunmuşdur

AZ 1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17

Tel.: (+99412) 370 68 03; 374 83 43

Faks: (+99412) 370 68 03; 370 18 49



www.eastwest.az

Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə