ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə148/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   144   145   146   147   148   149   150   151   ...   154

Şəmistan Nəzirli

469


Stalinqraddan  söhbət  düşəndə  1942-ci  il  dekabrın  17-də  və 

18-də olan həlledici döyüş günlərini ehtiyatda olan qvardiya ma-

yoru Qaçay Aslanov heç cür unuda bilmirdi.

Müharibədən sonra həmin döyüş günlərini yada salan vete-

ran  Qaçay Aslanov  şöhrətli  generalımız,  iki  dəfə  Sovet  İttifaqı 

Qəhrəmanı Həzi Aslanovla həmin həlledici döyüşlərdə olan epi-

zodu qısaca yazdı. O yazırdı: “Əməliyyat başlamazdan bir neçə 

saat əvvəl məni briqada komandiri polkovnik N.N.Belıy yanına 

çağırdı:

– Yoldaş baş leytenant, – dedi, – siz ixtisasca həkimsiniz və 

aldığım  məlumata  görə  pis  zabit-döyüşçü  deyilsiniz.  Koman-

danlıq sizə belə bir tapşırıq verir. Növbəti başlanacaq döyüş vax-

tı  komandiriniz  podpolkovnik  Həzi  Aslanovu  addım-addım 

izləyib onun müdafiəsinə başınızla cavabdeh olursunuz.

–  Oldu,  yoldaş  polkovnik,  –  dedim,  –  icazə  verin  tapşırığı 

yerinə yetirmək üçün mürəxxəs olum. 

Əlbəttə, bu tapşırıq mənim ürəyimcə idi. Bu günə qədər şöh-

rətli eloğlum Həzi Aslanovla ara-sıra görüşürdümsə, indi onun-

la  birgə  addımlamaq  mənə  qismət  oldu.  Bu  barədə  Həzinin 

yavə rinə  məlumat  verdim.  Yavər  gülümsünüb  dedi  ki,  sizə 

qərargah rəisinin təklifi ilə bu məsul vəzifə tapşırılır.

Dekabrın  17-də  döyüş  meydanında  düşmən  ordusundan 

çoxlu  öldürülən  və  yaralanan  olmasına  baxmayaraq,  faşistlər 

üzə rimizə  yeni  qüvvə  göndərməkdə  davam  edirdi.  Texnika 

cəhət dən sayı çox olan düşmən qoşun hissələrimizi mühasirəyə 

almaq xəyalına düşmüşdü. Vəziyyətimiz qorxulu anlara yaxın-

laşırdı. Ona görə də briqada komandiri polkovnik Belıy ehtiyat-

da saxlanan 55-ci tank alayının komandiri, podpolkovnik Həzi 

Aslanova belə bir əmr verdi:

– İndi sizin növbənizdi, – dedi. – Bizi bu ağır vəziyyətdən çı-

xarmağa yalnız sizin komandanlıq etdiyiniz alay qadirdir. Ümi-

dimizi  sizə  bağlamışıq.  Çünki  bizə  köməyə  gələn  ikinci  zərbə 

artilleriyası (həmin artilleriyanın komandanı o vaxt general-pol-

kovnik Radion Malinovski idi) hələ də gəlib çatmayıb. Alayınız-

da olan 35 tankın hamısı texniki cəhətdən tamamilə sazdı.



General Əli ağa Şıxlinski və silahdaşları

470


Alayımız  dördüncü  mexanikləşdirilmiş  korpusun  sərənca-

mında  olduğuna  görə  komandan,  general-leytenant  Viktor  Ti-

mofeyeviç Obuxova bu barədə məlumat verdilər. Razılıq alınan-

dan sonra qarşıdakı çətin, əzablı, həm də çox məsuliyyətli döyüşə 

girməyə əmr verildi. Həmin anlarda mən QAZ-67 markalı zireh-

li maşının yanında dayanmışdım. Komandanlığın məntəqəsində 

nə danışılırdısa, hamısını aydınca eşidirdim.

Podpolkovnik Həzi Aslanov həmişə olduğu kimi komandir 

tankına mindi. Əlindəki kiçik göy və qırmızı bayraqlarla alayın 

və tankların arxasınca irəliləməsinə işarə verdi. Həzinin işarəsi 

ilə alay ön cəbhəyə irəliləmək əvəzinə döyüş meydanının sol ci-

nahına doğru hərəkət etdi.

Faşistlər ilk vaxtlar bizi sox sıxışdırırdılar. Hər yer top və pu-

lemyot atəşinə tutulurdu. Bizdən tələfat get-gedə çoxalırdı. Artıq 

bir neçə tankımızı da yandırmışdılar. Hamımız ölümün gözünə 

dik  baxırdıq.  Sanki  canımızda  qorxu  hissi  ölmüşdü.  Andımız 

belə idi: əsir düşməmək, mövqedən bir addım da geri çəkilməmək. 

Bu, komandirimiz Həzi Aslanovun əmri idi. Dalınca da sərt səslə 

belə dedi: Əlbəyaxa döyüşə hazır olun! 

Alayımız komanda məntəqəsindən xeyli uzaqlaşıb Salsk çö-

lünün qərb istiqamətinə çatdı. Düşmən burda dayanmışdı. Çöllər 

dizə qədər qarla örtülü idi. Əsgər və zabit heyətinin hamısı ağ 

plaş-çadır geyinmişdi. Bəzi açıq yerlərdə sürünə-sürünə gedir-

dik. Topların lülələri ağ rənglə boyanmışdı. Qarın üzərində qara 

cığır qalmamaq üçün tankın keçdiyi yolu, ləpirləri və izləri qarla 

örtürdük.  Bunların  hamısı  düşmən  təyyarələrindən  gizlənmək 

üçün  komandirin  əmrilə  olunurdu.  Faşist  təyyarələri  göylərə 

nərə salır, havanı yararaq arabir mərmi tökürdü. Tez-tez atılan 

fişənglər də göydə cövlan edirdi. Bizim alaya və qonşu hissələrə 

tapşırılmışdı ki, Fon Paulsun Stalinqrad yaxınlığında mühasirəyə 

düşmüş  qoşunlarına  köməyə  gəlmək  istəyən  feldmarşal  Fon 

Manşteynin  böyük  tank  və  motorlu  qüvvələrinin  qabağını 

kəssin. Hitler yeni göndərdiyi canlı qüvvə ilə bərabər 300-dən 

çox “Pələng” adlı ağır tanklar və xeyli zirehli maşınlar da buraya 

yeridilmişdi. Kəşfiyyat xəbər gətirmişdi ki, hər iki faşist qoşunla-



Şəmistan Nəzirli

471


rının  cəhd  edib  birləşmək  istədikləri  ara  məsafəsi  qırx  beş-əlli 

kilometr  idi.  Bizim  alay  və  bir  neçə  başqa  hərbi  qüvvələr  bu 

məsafədə  döyüş  aparmalı  və  onlara  birləşməyə  imkan  vermə-

məliydi.  Burada,  Salsk  çölündə  düşmənlə  ölüm-dirim  savaşı 

gözlənilirdi.

Komanda məntəqəsindən hey çağırırdılar: “Çayka, çayka, ca-

vab  ver,  hardasan?”  Bu,  komandirimiz  Həzi Aslanovun  məxfi 

adı idi. Nədənsə, komandir susur, hiss olunurdu ki, bərk fikirli-

dir, nəyisə ölçüb-biçir.

Düşmən uzaqlardan arabir onlara tərəf atırdı. Həzi Aslanov 

sakit səslə dedi:

– Əclaflar deyəsən gəlişimizdən duyuq düşüblər. 

O, zabit heyətini çox da böyük olmayan yarğana yığdı. Bura-

da yarı yerə batmış qayanın altını özümüzə sığınacaq elədik. Ko-

mandir: – Hə, – deyə üzünü zabitlərə tutdu. – Vəziyyət belədi. 

Əgər biz düşmənlə üzbəüz döyüşə girsək, sayca çox olan faşistlər 

bizim  alayı  məhv  edə  bilər.  Ona  görə  də  belə  fikirləşirəm  ki, 

düşmənə yalnız sağ cinahdan və arxadan hücum etmək lazım-

dır.  Çünki  alman  tanklarının  yan  zirehləri  cinahdan  zəif  olur. 

Həm də motor yerləşən hissə sağ cinahdan daha asan nişangaha 

gəlir. Xəbərdarlıq edirəm, mənim işarəm olmadan heç kəs atəş 

açmasın. Vəziyyət çox mürəkkəb və məsuliyyətlidir. Tanklarımı-

zın  əsas  qrupu  sağdan  düşmənin  arxasına  keçəcək.  Bu  qrupa 

özüm rəhbərlik edəcəm.

Volkov soyadlı mayor Həzi Aslanova müraciət edib dedi:

– Yoldaş podpolkovnik, icazə verin soruşum. Siz nə üçün ci-

nah atəşinə üstünlük verirsiniz?

Həzinin güləş sifəti bir anda ciddiləşdi. Ayağını bərkdən daşa 

vurub üstünün qarını təmizlədi.

–  Bilirsiniz,  –  dedi,  –  mən  ilk  hərbi  təhsilimi  Bakı  hərbi 

məktəbində almışam. Orda bizim müəllimlərimiz məşhur gene-

ral Səməd bəy Mehmandarov, Əli ağa Şıxlinski və topoqrafiya 

generalı İbrahim ağa Vəkilov idi. Başqa müəllimlərimiz də vardı. 

Artilleriya  generalı  Əli  ağa  Şıxlinski  bizə  döyüş  taktikasından 

mühazirə oxuyanda həmişə deyirdi:



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə