ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə145/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   141   142   143   144   145   146   147   148   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

460


Yetmiş il əvvəl şəhid olmuş vətənpərvər eloğlumuzun düş-

mənə nifrət hissi ilə yazdığı qısaca məktubdan görünür ki, azad-

lıq  yolunda  ulu  babalarımızın  andına  sadiq  qalmış  və  onların 

layiqli nəslindəndir.

Stalinqrad uğrunda döyüşlərdə əbədi şöhrət qazanan Azər-

baycan oğulları çox idi. Bir döyüşdə altmış səkkiz faşisti məhv 

edən lənkəranlı balası Baloğlan Abbasov mahir snayperçi olub. 

Cəmi əlli bir gün döyüş cəbhəsində mərdliklə vuruşan baş ser-

jant yüz altı faşist qırmışdı. “İgidliyə görə” medalı ilə təltif olu-

nan Baloğlan Abbasov iyirmi üç yaşında 1942-ci ilin noyabr hü-

cumlarında qəhrəmanlıqla həlak oldu.

“Volqanın o tayında faşistlərə yer yoxdur. Onların ayağı Sta-

linqrada dəyməyəcək. Burdan Bakıya getmək iştahını faşistlərin 

gözündə  qoyacağıq”  amalı  ilə  döyüşən,  sərrast  atıcı  Baloğlan 

Abbasov qəhrəmanlıqla həlak olandan sonra “Qırmızı Bayraq” 

ordeni ilə təltif olundu.

Məşhur rus yazıçısı Pyotr Pavlenkonun 1943-cü ildə Moskva-

da “Baloğlan Abbasov” adlı çox maraqlı kitabçası nəşr olundu. 

Eloğlumuzun qəhrəmanlığından iftixar hissi duyan müəllif əsə-

rin sonunda yazırdı:

Əgər  azərbaycanlı  şair  qəhrəman  haqqında  mahnı  demək 

istəyirsə, qoy bu mahnını Baloğlan Abbasova həsr etsin. Həmin 

mahnı öz müəllifinə sonsuz şöhrət gətirər.

Əgər azərbaycanlı sədaqət andı içmək istəsə, qoy o, cəsarətlə 

Baloğlan Abbasovun adına and içsin.

Əgər o, bənzəmək istədiyi qəhrəmanın adını çəkmək istəsə, 

qoy cəsarətlə Baloğlan Abbasovun adını çəksin.

Rəssamlar! Mən sizdən Baloğlan Abbasov haqqında tablolar 

yaratmağı xahiş edirəm.

Heykəltəraşlar! Mən sizdən bu sadə igidin heykəlini yarat-

mağı xahiş edirəm.

Ey insanlar! İyirmi üç yaşında əbədiyyətə qovuşan Baloğlan 

Abbasovu unutmayın.



Şəmistan Nəzirli

461


İgidlik göstərib onunla kifayətlənən adam hələ qəhrəman 

deyildir; əsil qəhrəman o şəxsə deyirlər ki, başqalarını da Ba-

loğlan Abbasov kimi özünə bənzəməyə öyrətsin”.

Düşünürəm ki, yad bir millətdən olan yazıçının Azərbaycan 

oğlunun  misilsiz  qəhrəmanlığını,  şəxsiyyətini  necə  də  ölçüyə-

gəlməz dərəcədə təsvir edib. Oçerki oxuyanda istər-istəməz qü-

rur hissi duyursan ki, mənim xalqımın Baloğlan Abbasov kimi 

qəhrəmanı var. Qeyri-ixtiyari ürəyindən keçən bu sözləri deməyə 

bilmirsən: “Eşq olsun, Baloğlanı doğan anaya!”

Baloğlan  Mirzağa  oğlu  Abbasov  1919-cu  il  dekabrın  15-də 

Lənkəran rayonunun Sütəmurdov kəndində anadan olub. Kənd-

də ibtidai təhsil aldıqdan sonra o, 1939-cu ildə ordu sıralarına 

çağırılıb.  Müharibə  başlayanda  Ukraynada  döyüşlərdə  yetkin-

ləşdi, snayperlik sənətini səylə öyrəndi. Az müddətdə atıcı ala-

yında ən yaxşı nişançılardan biri oldu.

1942-ci  ilin  yayında  serjant  Baloğlan Abbasovu  ən  mühüm 

cəbhə olan Stalinqrad şəhərinin müdafiəsinə göndərdilər. Vzvod 

komandiri təyin olunan Baloğlan Azərbaycan oğulları ilə birgə 

qəhrəmanlıqla vuruşur, əla snayperçinin atdığı güllələr boşa çıx-

mırdı. Sərrast atıcı kimi diviziyada ad-san qazanan Baloğlan Ab-

basov həlledici əks-hücum zamanı 1942-ci il noyabrın 19-da ağır 

yaralanıb həlak oldu. Stalinqrad cəbhəsi Hərbi Şurasının qərarı 

ilə müharibə qəhrəmanı kimi Baloğlan Abbasovun adı əbədi ola-

raq qvardiyaçı diviziyasının şəxsi heyətin siyahısına daxil edildi.

Əlbəttə,  1942-ci  ildə  Stalinqrad  uğrunda  döyüşlərdə  Vətən 

sevgisi ilə faşistlərə qarşı mübarizə aparan təkcə serjant Baloğlan 

Abbasov deyildi. Arxiv sənədlərindən məlum olur ki, bu misli 

görünməyən vuruşmada iki mindən çox Azərbaycanın əsgər və 

zabit oğlu igidliklə döyüşmüşdür. Ən əvvəl, iki general eloğlu-

muzun Həzi Aslanovun və şuşalı general-mayor Yaqub Quliye-

vin  xidmətini  xüsusi  qeyd  etməliyik.  Onlar  Stalinqrad  döyüş-

lərində yüksək komandirlik məharəti və şəxsi igidlikləri ilə daha 

böyük şöhrət qazanmışlar. Hər iki generalımızın – Həzi Aslano-

vun 55-ci Əlahiddə Tank alayı və süvari korpus komandirinin 




General Əli ağa Şıxlinski və silahdaşları

462


müavini Yaqub Allahqulu oğlu Quliyevin 222-ci süvari alayı fa-

şist feldmarşalı Manşteynin tank ordusunun darmadağın edil-

məsində qeyri-adi döyüş məharəti göstərmişlər. Bu döyüş lərdəki 

əvəzsiz komandirlik rəşadətinə görə general-mayor Yaqub Quli-

yev Lenin ordeninə, Həzi Aslanov isə Sovet İttifaqı Qəhrəmanı 

kimi şərəfli ada layiq görüldü.

“Stalinqradın müdafiəsinə görə” medalı və “Qırmızı Ulduz” 

ordeni ilə iki min nəfərdən çox Azərbaycanın oğul və qızı təltif 

olundu. Onların sırasında mayor Teymur Nağdəli oğlu Bünya-

dov (sonralar general-mayor rütbəsinə layiq görüldü), kəşfiyyatçı 

Şamil  Hüseynov,  51-ci  qvardiya  diviziyasının  baş  rabitəçisi 

Əyyub Həmidov, qvardiya polkovniki Sovet İttifaqı Qəhrəmanı 

Xıdır Mustafayev, təyyarəçi Nuru Əliyev, Tacəddin Əfəndiyev, 

pulemyotçu-zabit Abdulla Axundov, topçu Qasım Hacıyev, Da-

vud Səfərov, avtomatçı Mikayıl Qəribov, Həmzə Sadıqov, zireh-

dələn Əli Hüseynov, təyyarəvuran topçu İbrahim Məmmədov, 

sanitar-həkim Bəhram Əsgərov Azərbaycan xalqının adına layiq 

qəhrəmanlıqla vuruşmuşlar.

Görkəmli dövlət xadimi, yazıçı-dramaturq Nəriman Nərima-

novun yeganə oğlu, qvardiya baş leytenantı Nəcəf Nərimanov 

(1919–8.09.1943)  Stalinqrad  döyüşlərində  igidlik  göstərmiş,  bi-

rinci dərəcəli “Vətən Müharibəsi” ordeni və “Stalinqradın müda-

fiə sinə görə” medalı ilə təltif olunmuşdur.

Əfsanəvi partizan Mehdi Hüseynzadə – Mixaylo 1942-ci ildə 

Stalinqrad  cəbhəsindən  ailəsinə  göndərdiyi  məktublarından 

birin də yazırdı: “Bu məktubu düşmən güllələri altında yazıram, 

burada şiddətli döyüşlər gedir, faşistlərin törətdiyi cinayətlərin 

həddi yoxdur. Biz hücuma hazırlaşırıq. Söz verirəm ki, son nəfə-

sə dək vuruşacağam, sizin başınızı ucaldacağam, ölsəm də qəh-

rəman kimi öləcəyəm. Mənim barəmdə eşidərsiniz. Hələlik sağ 

olun. Bu, mənim son məktubumdur!”

1942-ci ilin avqustunda Mehdi Hüseynzadə Stalinqrad yaxınlı-

ğındakı Kalaç rayonu uğrunda gedən döyüşlərdə ağır yaralana-

raq  əsir  alınmışdır.  Sonralar  həbs  düşərgəsindən  qaçan  Mehdi 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə