ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə2/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   2   3   4   5   6   7   8   9   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

6

rın  nəticəsi  kimi  xalqımızın  daha  on  bir  generalının  adını  və 



fəaliyyətini  üzə  çıxardı.  Şəmistan  Nəzirlinin  bu  istiqamətdəki 

uğurlu fəaliyyəti indi də davam etməkdədir.

Müdafiə nazirliyinin orqanı olan “Hərbi bilik” jurnalının ya-

radılmasında da Şəmistan Nəzirlinin xeyli zəhməti var. Doxsan 

üçüncü ildə ilk dəfə onun təşəbbüsü ilə bu jurnal yenidən nəşr 

olundu. O, iyirmi-otuzuncu illərdə Azərbaycanın hərbi qəzet və 

jurnalları haqqında xeyli materiallar araşdırıb üzə çıxartmışdır. 

Elə jurnalın 1993-cü ildə çap olunan ilk nömrəsində də “Hərbi 

bilik”  jurnalının  ilk  redaktorları  və  general  Əli  ağa  Şıxlinski 

barəsində onun yazıları var idi. O vaxtdan indiyə kimi Şəmistan 

Nəzirli “Hərbi bilik” jurnalının daimi müəlliflərindən biri olaraq 

qalmaqdadır.

Şəmistan  Nəzirli  son  dərəcə  zəhmətkeş  bir  tədqiqatçıdır. 

Zəhmətkeş olduğu qədər də sadə, gülərüz, vətənpərvər bir şəxs-

dir. Ömrünü həsr etdiyi mövzular elə onun vətənə bağlılığının 

bir nümunəsidir. Özü də Şəmistan elə bir mövzunun araşdırıcı-

sıdır  ki,  onun  qələmindən  çıxan  hər  bir  sətir  xalqımızın  qəh-

rəmanlıq  tarixinin  canlandırılması  və  gənclərimizin  də  bu 

qəhrəmanlıq ənənələri üzərində tərbiyə edilməsi üçün misilsiz 

əhəmiyyətə malikdir. Milli hərbiçilərimizin xatirələrinin əbədi-

ləşdirilməsi üçün həmişə narahat bir ömür keçirir. Yadınıza salın 

general Ə.Şıxlinskinin “Xatirələrim”in çapı ilə bağlı onun 1984-

cü ilin zəhmətini…

1993-cü ilin mart ayında Şəmistan təklif etdi ki, Əli ağa Şıx-

linskinin anadan olmasının 130 illiyini qeyd edək. Bu tarixə çox 

az  vaxt  qalmışdı.  Buna  baxmayaraq,  Şəmistanın  səyləri  ilə  biz 

lazım olan işləri görə bildik və Əli ağa Şıxlinskinin anadan olma 

tarixini  onun  Yasamal  qəbiristanlığındakı  qəbri  üzərində  qeyd 

etdik. Rəhmətlik xalq yazıçısı İsmayıl Şıxlı və başqa xadimlərimiz 

bu  tədbirdə  iştirak  etdilər.  Həmin  vaxtdan  başlayaraq  Əli  ağa 

Şıxlinskinin anadan olma günü hər il onun qəbri üzərində qeyd 

edilir. 



Şəmistan Nəzirli

7

İstiqlal  küçəsində  tam  artilleriya  generalı  Səməd  bəy  Meh-



mandarovun  yaşamış  olduğu  evin  divarında  onun  xatirə  löv-

həsinin  vurulmasında  da  Şəmistanın  böyük  zəhməti  vardır. 

Onun gördüyü işləri qısa bir zaman içərisində sadalayıb qurtar-

maq mümkün deyil. Çox sevindiricidir ki, bu fəaliyyətini davam 

etdirmək üçün Şəmistanın hələ böyük imkanları vardır. İndi o 

ömrünün müdriklik və məhsuldar çağlarını keçirir və şübhə et-

mirik ki, yaxın gələcəkdə Şəmistanın yeni-yeni araşdırmalarının 

soraqlarını eşidəcəyik.

Şəmistanın yaradıcılığına qısa nəzər salmaqla əminliklə söy-

ləmək  olar  ki,  o,  ömrünü  əbəs  yerə  keçirməmişdir.  Şəmistan 

qəhrəmanlıq tariximizi üzə çıxarmaqla vətənimizə və özünə bir 

tarix yaratmışdır. Bu tarixin yeni səhifələrini yazmaqda mən ona 

böyük uğurlar arzu edirəm.

Bu gün o, oxucuların görüşünə yeni bir əsərlə gəlib. Şəmistan 

illərlə  həyat  və  fəaliyyətini  öyrəndiyi  böyük  sərkərdə  Əli  ağa 

Şıxlinski və onun silahdaşları haqqında yeni kitabını oxuculara 

təqdim  edir.  Əsərdə  generalın  həyat  yoldaşı  ilk  azərbaycanlı 

hərbi şəfqət bacısı Nigar xanım, unudulmuş topoqraf-general İb-

rahim ağa Vəkilov, Səməd bəy Mehmandarov, ilk azərbaycanlı 

admiral  İbrahim  bəy  Aslanbəyov,  Port-Arturun  azərbaycanlı 

qəhrəmanları  və  süvari  generalı  Yaqub  Quliyev  haqqında 

tədqiqatları da oxuculara ilk dəfə təqdim olunur.



Çingiz MƏMMƏDOV,

general-leytenant


General Əli ağa Şıxlinski və silahdaşları

8

B İ R İ N C İ   H İ S S Ə



ALİM-GENERAL

General Əli ağa Şıxlinski ilə yaxından tanış olan-

lar, onun maraqlı söhbətlərinə qulaq asanlar bilirlər 

ki, bu təvazökar və səmimi insan nə qədər ağıllı və 

ibrətli bir şəxs idi.

Heydər HÜSEYNOV

(1908-1950)

filosof-alim

Yaxşı  adamların  əməllərinin  bizə  nə  qədər  fayda 

gətirdiyini yadına sal...! Onda başa düşərsən ki, on-

ların xatirəsi də özləri qədər əzizdir.

  

Seneka Lutsi ANNEY

(e.ə.4–ə.65)

Roma filosofu

Fitri istedada malik olan tam artilleriya generalı Əli ağa Şıx-

linski  bütün  varlığı  ilə  sevdiyi  Azərbaycan  xalqına  ömrünün 

sonunadək sədaqətlə xidmət etmişdir. Hərbi fəaliyyətində araş-

dırmalar apardıqda onun bir çox sahələrdə ilkin şəxs olduğunun 

şahidi  oluruq.  Yalnız  general  kimi  vəzifəsini  bitmiş  hesab 

etməyən  bu  məşhur  sərkərdə  həm  də  hərb  elminin  görkəmli 

alim idi. Hələ əsrin əvvəllərində hərbi mütəxəssislər tərəfindən 

yüksək qiymətləndirilən “Şıxlinski üçbucağı”ndan təkcə Rusiya-

da deyil, Fransa, Avstriya, Norveç, İsveçrə və başqa ölkələrin ar-

tilleriya məktəblərində dərslik kimi istifadə olunmuşdur.

Əli ağa Şıxlinski “Üçbucağı”nda artilleriya tarixində ilk dəfə 

topların gözlə görünməyən hədəfə atəş açmaq texnikasını işləyib 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə