ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə6/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   2   3   4   5   6   7   8   9   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

18

dılmış Müsəlman korpusunun və Azərbaycan korpusunun tari-



xinə toxunmadan qeyd etmək lazımdır ki, ilk milli peşəkar milli 

hərbi məktəbin təşkili də əslində Ə.Şıxlinskinin adı ilə bağlan-

malıdır. Gəncədə açılan bu məktəbin – Milli hərbiyyə məktəbinin 

işə  başlaması  çox  vaxt  tarixi  ədəbiyyatda  türk  hərbiçilərinin 

fəaliyyəti  ilə  bağlanılır.  Sözsüz  ki,  Milli  hərbiyyə  məktəbinin 

fəaliyyətə başlamasında, ilk milli hərbi kadrların hazırlanmasın-

da türk hərbiçilərinin böyük zəhmətini qiymət ləndirməmək ol-

maz. Ancaq ədalət naminə o da bildirilməlidir ki, Milli hərbiyyə 



məktəbinin əsası Ə.Şıxlinski tərəfindən qoyulmuşdur. Bu mək-

təbin təşkili üçün Ə.Şıxlinski Müsəlman korpusunun komandiri 

kimi 1918-ci ilin əvvəllərində əmr vermişdi. Məktəb Bakıda açıl-

malı  idi.  Sonradan  Bakıda  hərbi  şəraitin  mürəkkəbləşməsi 

üzündən onun Gəncədə təşkili qərara alındı”. (M.Süleymanov. 

“Mehmandarov” kitabı, Bakı, 2000, səh.167)




Şəmistan Nəzirli

19

PORT-ARTURUN AZƏRBAYCANLI  



QƏHRƏMANLARI

Zaqafqaziya  müsəlmanlarının  başçısı  Şeyxülis-

lam Əbdülsəlam Axundzadə Rusiya-Yaponiya müha-

ribəsinin  başlanması  ilə  xalqa  xüsusi  bir  müraciət-

namə  ünvanladı.  Orada  müsəlmanların  xəyanətkar 

yaponlara qarşı müharibədə iştirak etməyə hazır ol-

duqları göstərilirdi.

Azərbaycan burjuaziyası müharibə fonduna çoxlu 

vəsait verdi. Bakı bələdiyyə idarəsi müharibə fondu-

na 15 min manat, Gəncə şəhər duması 2 min manat. 

Neft sənayeçilərinin qurultay şurası 150 min manat, 

Hacı Zeynalabdin Tağıyev, Şəmsi Əsədullayev, Musa 

Nağıyev və başqa iri kapitalistlər 10 min manatdan 

çox  pul  vermişdilər.  Müharibə  fonduna  vəsait  top-

lanmasında  varlılarla  bərabər  məmurlar,  mürtəce 

zabitlər  də  can-başla  iştirak  edirdilər.  Azərbaycan 

bəy-mülkədar  dairələrindən  çıxan  bir  sıra  azər-

baycanlı zabitlər də Port-Arturun müdafiəçiləri sıra-

sında idi.

“Azərbaycan tarixi”, II cild,

1964-cü il nəşri, səh.548

1904-1905-ci  illərdə  Uzaq  Şərqdə  Port-Artur  qalası  uğrunda 

döyüşlərin iştirakçısı iki sərkərdənin – Əli ağa Şıxlinski və Səməd 

bəy Mehmandarovun olduğu oxuculara məlumdur. Təəssüf ki, 

onların  da  həmin  illərdəki  döyüş  yolları  indiyədək  xalqımıza 

çatdırılmamışdır.  Hərb  tariximizin  bu  açılmamış  səhifələrində 

arxiv  sənədləri  əsasında  tədqiqat  aparanda  məlum  oldu  ki, 



General Əli ağa Şıxlinski və silahdaşları

20

indiyədək adı və xidməti unudulmuş tam süvari generalı Hü-



seyn  xan  Naxçıvanski,  şahzadə-general  Əmirkazım  Mirzə  Qa-

car,  Əsəd  bəy  Talışxanov,  Şahzadə-podyesaul  (kazak  qoşunla-

rında  kapitan)  Feyzulla  Mirzə  Qacar,  Şahzadə-podpolkovnik 

Əliqulu  Mirzə  Qacar,  polkovnik  İlyas  bəy  Ağalarov,  ştabs-

kapitan Gəray bəy Vəkilov, xounjuy (kazak rotasında ilk zabit 

rütbəsi) Əbdürrəhman Qurbanov, Cəlaləddin Musayev, poruçik 

Ağababa Sadıqov, podporuçik Zülfüqar bəy Bağırbəyov və baş-

qaları Port-Artur müharibəsində mərdliklə vuruşmuşlar.

* * *

Gecə  keçirdi,  istirahət  etməyə  hazırlaşırdım.  Birdən  telefon 



zəng çaldı. “Belə bivaxt, kimdi görəsən?” – fikirləşib dəstəyi qal-

dırdım. Zərif səsli bir qadın üzürxahlıq edib:

– Mənə filankəs lazımdır, – dedi.

– Mənəm, eşidirəm sizi...

– Gec olduğu üçün bağışlayın, sizi narahat edən Qalina Sem-

yonovna Səfərovadır. Telefonunuzun nömrəsini indicə çətinliklə 

öyrənə bildim. Tərtib etdiyiniz general Əli ağa Şıxlinskinin “Xati-

rələrim” kitabını mən maraqla oxudum. Bilirsiniz, sizi niyə nara-

hat elədim? Bizdə 1905-ci ildə nəşr olunmuş “Niva” jurnalı sax-

lanılır. Orda Əli ağa Şıxlinski və Səməd bəy Mehmandarov haq-

qında yazılar var, şəkilləri də dərc olunub. Amma nədənsə Şıx-

linski  kitabına  yazdığınız  “İzahlar  və  qeydlər”  bölməsində  bu 

barədə oxuculara heç bir məlumat verməmsiniz.

– Qalina Semyonovna, – dedim, – mənim o mənbədən xəbərim 

yoxdur. Çox sağ olun ki, bu barədə məlumat verdiniz. Günü sa-

bah kitabxanaya gedib...

– Kitabxanaya niyə? – Qalina Semyonovna etiraz etdi, – məm-

nuniyyətlə jurnalı müvəqqəti istifadə üçün sizə verə bilərəm.

Ertəsi gün Q.Səfərovanın Şors küçəsindəki mənzilində görü-

şüb jurnalı birgə vərəqlədik.

“Niva” jurnalı 1905-ci il dördüncü nömrəsinin yetmişinci səhi -

fəsində Əli ağa Şıxlinskini altı nəfər döyüşçü – zabit və iki qadınla 

birgə çəkilmiş fotoşəklini dərc edib. Şəkilaltı yazıda oxuyuruq:



Şəmistan Nəzirli

21

“Port-Artur  müdafiəsinin  igid  artilleriya  komandiri  Əli  ağa 



Şıxlinski Syuşin kəndinin yaxınlığındakı Drakonovıy Xrebet da-

ğına atəş açaraq yaponların hücumunu dəf etmişdir. Podpolkov-

nik Əli ağa Şıxlinski göstərdiyi rəşadətə görə “Müqəddəs Geor-

gi” ordeninin dördüncü dərəcəsinə təqdim edilmişdir.

Şəkildə  ortada  artilleriya  komandiri  Əli  ağa  Şıxlinski,  zabit 

Mixaylov, Şişkin, Karamışev, Qyunter, Şuleykin və başqaları”.

Üçüncü istehkamda olan bir hadisəni illər keçəndən sonra Əli 

ağa Şıxlinski belə xatırlamışdır:

“Tamamilə açıqda duran toplarımın atəşi, hücum edən yapon 

piyada qoşununu geriyə oturtdu. Atışma səsini eşidən polkov-

nik Mehmandarov general Nadeinin yeraltı qazmasından çıxa-

raq yanıma gəldi. Fikirləşdim ki, ehtiyatsızlığıma görə hirs lənə-

cəkdir. Vəziyyətlə tanış olduqdan sonra dedi:

– Yaxşı eləmisiniz. Birinci batareyanın bir vzvodunu da sizə 

köməyə göndərirəm.

Mehmandarov tədbir və sərəncamları bəyəndiyini söyləyib, 

öz məntəqəsinə qayıtdı. Bu əməliyyata görə mən, köhnə orduda 

qəhrəmanlıq ordeni olan Georgi Pobedonosets ordeninə təqdim 

edildim”.

Jurnalın həmin səhifəsində həmyerlimiz Səməd bəy Mehman-

darovun da şəkli verilib. Haqqında isə belə bir məlumat yazılıb:

“Yeddinci Şərqi-Sibir artilleriya briqadasının general-mayoru 

Səməd bəy Sadıq bəy oğlu Mehmandarov Port-Artur müda fiə-

sindəki qəhrəmanlığına görə dördüncü dərəcəli “Müqəddəs Ge-

orgi” ordeni ilə təltif olunub”. 

“Niva”nın  yetmiş  birinci  səhifəsində  gözəl,  zərif  naxışlarla 

işlənmiş bir buynuz şəkli də verilib. Port-Artur döyüşlərinin ko-

mandanı  general  Anatoli  Mixayloviç  Stesselə  Zaqatala  şəhər 

cəmiyyəti tərəfindən hədiyyə olunan bu buynuz gümüşlə işlənib. 

Şəklin altında oxuyuruq: “Zaqatala şəhər sakinlərindən general-

adyutant A.M.Stesselə dağ keçisi buynuzunu hədiyyə edirik”.

“Niva” jurnalı təkcə birillik nömrələrində Azərbaycan xalqı-

nın müharibəyə könüllü ianə toplaması haqqında və Qafqaz sü-



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə