ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə14/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   10   11   12   13   14   15   16   17   ...   154

Şəmistan Nəzirli

43

– Baxarıq. Bəs mirzəliyə kimi təyin edək? Özün görürsən, ya-



zılarımızı yazmağa mirzə də lazımdır… Abramoviç Moisey İosi-

foviç! Sən usta-çilingərsən?..

“Yaddaşa  bax,  yaddaş  belə  olar,  siyahını  bircə  dəfə  oxuyan 

kimi hamının ad və soyadını, atasının adını necə də dəqiq yadın-

da saxladı”, – Pudovkin fikrə getdi”.

Port-Arturdakı  oktyabr  döyüşlərində  Əli  ağa  Şıxlinskinin 

qəhrəmanlığını  əyani  əks  etdirən  tarixi  sənədlər  də  az  deyil. 

1905-ci ildə çap olunmuş “Yaponlarla müharibənin salnaməsi” 

almanaxının səksən birinci nömrəsinin min beş yüz yetmiş yed-

dinci səhifəsində bu barədə oxuyuruq:

“Müqəddəs  Georgi”  ordenli  süvari  dumasının  təqdimatına 

əsa sən  Əlahəzrət  imperator  –  1905-ci  il  oktyabrın  3-də  böyük 

hörmət göstərərək, Port-Arturun müdafiəsində şücaəti ilə fərq-

lənmiş, 1904-cü il oktyabrın 13-dən 17-dək üç saylı istehkamı və 

bu istehkamın digər qurğularını artilleriya briqadasının podpol-

kovniki Əli ağa Şıxlinskini dördüncü dərəcəli şəhid və müzəffər 

Georgi ordeni ilə təltif etmişdir. Podpolkovnik Əli ağa Şıxlinski 

bu döyüşdə böyük şücaət göstərmiş, ixtiyarında olan yarımbata-

reyanın  nişançıları  həlak  olduğundan  çox  vaxt  topları  şəxsən 

özü tuşlayaraq düşmən artilleriyasını dəfələrlə susmağa məcbur 

etmiş və adı çəkilən istehkamlara yaxınlaşmağa can atan yapon 

piyadalarını qeyri-adi cəsarətlə geri oturtmuşdur…”

* * *

Şahzadə  Bəhmən  Mirzə  Qacarın  1905-ci  ildə  Port-Artur 

döyüşlərində igidliklə həlak olmuş podpolkovnik oğlu Əliqulu 

Mirzə hərbdə və fotoqrafiya sənəti sahəsində qeyri-adi istedada 

malik idi. O, Tiflisdəki Kadet korpusunu bitirdikdən sonra Vla-

diqafqazda və Oryol şəhərində yerləşən əlli birinci Çerniqov ala-

yında xidmət etmiş, 1903-cü ildə Yeletsdəki əlli ikinci Nejinski 

alayına  dəyişdirilmişdir.  Port-Artur  döyüşlərində  həlak  olan 

podpolkovnik  Əliqulu  Mirzə  Qacar  döyüş  xidmətlərinə  görə 

“Müqəddəs Stanislav” ordenilə təltif olunmuşdur. 



General Əli ağa Şıxlinski və silahdaşları

44

Bu barədə “Tərcüman” qəzeti 1905-ci il 18 fevral tarixli sayın-



da yazırdı: “Qızıl Xaç Cəmiyyətinin əlahəzrət himayəçisi Məlakə 

imperator Mariya Fyodorovna Qızıl Xaç hesabına mərhum pod-

polkovnik, şahzadə Əliqulu Mirzə Qacarın cənazəsini Qafqaza, 

Yevlax stansiyasına qədər aparılmasını lazım bilmişdir”.

Uzaq Port-Arturda gedən ağır döyüşlərdə minlərlə əsgər və 

zabit həlak oldu. Onların hamısına öz doğma torpağında uyu-

maq  qismət  olmadı.  Vətəninə,  Bərdənin  İmamzadə  qəbiristan-

lığındakı məqbərədə dəfn olunmaq şərəfi Əliqulu Mirzə Qacara 

ona görə qismət oldu ki, şahzadə nəslindən idi. Səksən ildən çox 

sovetlərin tənqid atəşinə tutduğu imperator II Nikolay nüfuzlu 

nəsillərə belə ehtiram göstərirdi.

Şahzadə-podpolkovnik Əliqulu Mirzə Qacar 1854-cü ildə Qa-

rabağın Şuşa şəhərində anadan olmuşdur.

İllər keçir, eloğullarımızın Rusiya-Yaponiya müharibəsindəki 

hünərlərini əks etdirən sənədlər müxtəlif arxivlərdə tədqiq olun-

mamış  qalır.  Açılmayan  qovluqlar  öz  yazıçısını,  tədqiqatçısını 

gözləyir.

Unutmaq lazım deyil ki, hərb tarixində misilsiz xidmətlərinə 

görə “Artilleriyanın allahı” sayılan alim-general Əli ağa Şıxlinski 

fəxrlə yazırdı ki, Port-Artur epopeyasının iştirakçısı olduğumu 

həmişə iftixarla yad edirəm.

* * *


Dost  sözü:  –  Əziz  Şəmistan,  “Port-Arturun  azərbaycanlı 

qəhrəmanları” oçerkini birnəfəsə oxudum. Sənin yazıçı-jurnalist 

qeyrətinə heyrət etdim. Arxivlərin kəsif qoxulu tozunu udaraq 

belə gözəl tədqiqatı ərsəyə gətirdiyinə görə sənə “sağ ol” deyir 

və ürəyimdə təsis etdiyim qeyrət ordeni ilə təltif edirəm.

Öpürəm,  bağrıma  basıram.  Sən  xalqımızı  nə  qədər  böyük 

məhəbbətlə sevirsən.

yazıçı qardaşın Əmir Mustafayev,

“Azərbaycan” qəzetinin Baş redaktoru,

20 dekabr 2001-ci il



Şəmistan Nəzirli

45

Tarixi romanlar müəllifi Aleksandr Nikolayeviç  



Stepanovun (1892-1965) “Zvonaryovlar ailəsi”  

romanından kiçik bir parça

1

...Bu yaxınlarda general Əli ağa Şıxlinski burada olmuşdu. Siz 

onu  Port-Arturdan  tanımalısınız.  İndi  o,  böyük  knyaz  Sergey 

Mixayloviçin sərəncamındadır.

– Şıxlinski yaxşı yadımdadır. Orada kapitan idi. Ayaqlarından 

ağır yaralanmışdı, odur ki, yaponlar onu Rusiyaya buraxmışdı-

lar.  Generallığında  rast  gəlməmişəm.  Bu  müddətdə  dəyişib-

dəyişmədiyini deyə bilmərəm, – Boreyko cavab verdi.

Koçarovski rişxəndlə:

– Sizcə, belə çıxır ki, o da başqa generallar kimi ağıl sarıdan 

geriləyib? – dedi.

Zati-aliləri, rəyindən daşındırmağa cürət etmərəm.

– Əhsən Şıxlinskiyə, əzmkar, başbilən adamdır, həm də bö-

yük diplomat, knyaz kimi dərəbəylə dil tapa bilib. Hə, Şıxlinski 

deyirdi ki, Ali komandanın qərargahı nəzdində komandanlığın 

gücləndirmə  vasitəsi  olası  fövqəlağır  artilleriya  yaratmaq 

istəyirlər.

Boreyko:


– Yəni almanların qırx santimetr ölçülü, dəmiryol platforma-

larında  gəzdirilən  topları  kimi?  Belələrini  Novogeorgiyevsk 

ətrafında  uzaqdan-uzağa  görmüşdüm.  Özü  də  ən  yaxşı  isteh-

kamlarımızı necə alt-üst elədiklərinin şahidi olmuşdum, – dedi.

– Yox, tam eyni deyil! Qərb cəbhəsində bizim müttəfiqciyəzlər 

olmazınca güclü toplar tətbiq etmişlər, on iki düymlü qaubitsa 

da, uzaqvuran toplar da. Bizlərdə də nəhəng toplardan ibarət bir 

sıra divizionlar yaradılır...

1   A.Stepanovun romanından bu parçanı kitaba ona görə əlavə etdik 

ki, general Əliağa Şıxlinskinin Birinci Dünya müharibəsindəki fövqəladə 

igidliyi burada (Bax: “Zvonaryovlar ailəsi” (rusca), II kitab, Moskva, 1963-

cü il nəşri) işıqlandırılır – Ş.N.




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə