ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə10/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   6   7   8   9   10   11   12   13   ...   154

Şəmistan Nəzirli

31

* * *



Dekabrın ilk günlərində qalaya iki ağır zərbə vurdular. Rusla-

rın inadlı müqavimətinə baxmayaraq, onlar qalanın bir neçə mü-

hüm fortlarını tutdular. İkinci ağır zərbə isə 1904-cü il dekabrın 

ikisində  oldu.  Komandan  general  Roman  Kondratenko 

qəhrəmanlıqla həlak oldu. Əvəzində iradəcə zəif olan general-

leytenant  Aleksandr  Fok  komandan  təyin  edildi.  On  altı  gün 

sonra yaponlar qalanın taleyini həll edən Drakonovıy Xrebet da-

ğını  ələ  keçirdilər.  Port-Arturun  qorxaq  və  istedadsız  komen-

dantı general Anatoli Stessel qalanı dərhal düşmənə təslim etmək 

üçün  hərbi  şuranın  iclasını  çağırdı.  Şurada  iştirak  edən  bəzi 

komandirlər general Stesselin təklifinə şərik oldular. Lakin gene-

ral-mayor Səməd bəy Mehmandarov, polkovnik Semyonov və 

bir qrup mərd zabitlər təslim olmağa qəti etiraz etdilər. Döyüşkən 

zabitlər inad edirdilər ki, güclü yapon ordusunu geri oturtmağa 

hələ qüvvələri çatar. General Mehmandarov başda olmaqla on-

lar deyirdilər ki, qala hələ özünü saxlamağa qadirdir, nə qədər 

ki, mərmi var, toplardan atəş yağdıracağıq. Nə qədər ki, patron 

var,  tüfənglərdən  atəş  açacağıq.  Mərmi  və  patron  qurtardıqda 

isə süngü ilə döyüşəcəyik.

Lakin cəsarətsiz general Stessel mərd zabitləri eşitmədi, silahı 

yerə qoymağı qarnizona əmr etdi. Sonralar Rusiyaya qayıdanda 

general Stessel qala müdafiəçilərinin tələbi ilə Port-Arturu tələsik 

təslim etdiyinə görə hərbi məhkəməyə verildi.

1

1



  1907-ci il noyabrın 27-də Peterburqda başlayan hərbi məhkəmədə 

general Səməd bəy Mehmandarov şahid kimi iştirak etmişdir. O, Port-Ar-

turu  düşmənə  vaxtından  əvvəl  təslim  edən  general  A.M.Stesseli,  Foku, 

Reysi və Smirnovu əsaslı faktlarla günahlandırmışdır. Sonuncu üç nəfərin 

fəaliyyətində guya cinayət tərkibi olmadığına görə məhkəmə onlara bəraət 

vermişdir. General-leytenant A.M.Stesselə isə prokuror güllələnmə tələb 

etmiş, lakin çar İkinci Nikolayın məsləhəti ilə (o, çarın qohumu idi) ona on 

il həbs cəzası kəsilmişdir. Cəmisi beş ay Petropavlovsk qalasında dustaq 

saxlanan  general  Stesselin  guya  səhhəti  ağır  olduğuna  görə  çarın  mər-

həməti ilə əfv olunmuşdur. Məhkəmə bir neçə ay davam etmişdir – Ş.N.




General Əli ağa Şıxlinski və silahdaşları

32

General-mayor Səməd bəy Mehmandarov və onun zabit dost-



ları  qala  təslim  edildikdən  sonra  da  hərbi  anda  sadiq  qalaraq 

başqa  əsgər  və  zabitlər  üçün  nümunə  göstərdilər.  Yaponların 

şərtlərinə görə, əsgərlər hərbi əsir alınır, zabitlər isə Yaponiyaya 

qarşı bir daha müharibədə iştirak etməyəcəkləri barədə yazılı il-

tizam verəndən sonra Rusiyaya qayıda bilərdilər. General Stes-

selin ətrafındakı mürtəce fikirli bir qrup zabit dillərindən belə bir 

iltizam verdilər. Lakin xalqımızın igid oğlu Səməd bəy Mehman-

darov zabit şərəfini təhqir edən belə bir alçaq vəddən boyun qa-

çırdı. Bir daha Yaponiyaya qarşı müharibədə iştirak etməyəcəyi 

barədə  iltizam  vermədiyinə  görə  general-mayor  Səməd  bəy 

Mehmandarov  əsir  alınıb  Yaponiyanın  Naqoya  şəhərinə  gön-

dərildi. O, 1905-ci il avqustun 23-də Amerikanın Portsmut şəhə-

rində sülh müqaviləsi bağlanandan sonra Rusiyaya qayıda bildi.

Üç yüz otuz iki günlük məşhur Port-Artur qalasının müdafiəsi 

general Səməd bəy Mehmandarovun taleyinə belə qismət oldu.

* * *


Aleksandr  Stepanovun  “Port-Artur”,  P.Larenkonun  “Port-

Arturun  əzablı  günləri”  və  Trofim  Borisovun  “Portarturçular” 

romanlarında bir azərbaycanlı soyadına da rast gəldik – poruçik 

Sadıqov. Bu əsərlərdə poruçik Sadıqovun əzablı döyüş yolu ya-

zıçılar tərəfindən maraqla izlənilir. Hətta P.Larenkonun 1906-cı 

ildə  Peterburqda  nəşr  olunmuş  “Port-Arturun  əzablı  günləri” 

sənədli əsərində (II cilddə) yaralanmış poruçik Sadıqovun hospi-

talda müalicə olunduğu vaxtda iki dəfə fotoşəkli də dərc olunub. 

Döyüşlərdə  mətanət  və  mərdliklə  vuruşan  poruçik  Sadıqov 

qəhrəmanlıqla həlak olub. Poruçik Sadıqov kimdir?

Bu  barədə  “Kommunist”  qəzetinin  1984-cü  il  doqquz  sent-

yabr tarixli sayında dərc edilən yazımdan sonra respublikanın 

ayrı-ayrı bölgələrindən çoxlu məktub aldım. Xeyli adam poruçik 

Sadıqovun onun qohumu olduğunu yazırdı. Lakin sabirabadlı 

Böyükağa  Sadıqovun  gətirdiyi  faktlar,  sənədlər  və  fotoşəkillər 

sübut  elədi  ki,  poruçik Ağababa  Hacıbaba  oğlu  Sadıqov  onun 




Şəmistan Nəzirli

33

əmisidir. Poruçik Ağababa Sadıqov 1875-ci ildə Şamaxının Ər də-



billi məhəlləsində ziyalı ailəsində anadan olub. Atası Hacıbaba-

nın  Peterburq  və  Moskvada  ipək  dükanı  varmış.  1903-cü  ilin 

əvvəllərində igid poruçik Ağababa Peterburqdakı Mixaylov top-

çuluq  məktəbini  bitirib.  1905-ci  ilin  əvvəllərində  igid  poruçik 

Ağababa Sadıqovun həlak olması haqqında qara kağız da alınıb.

Port-Artur döyüşçüləri haqqında inqilaba qədər onlarca əsər 

yazılıb.  Kabardin  və  çeçen  igidlərinin  Port-Arturdakı  döyüş 

fəaliyyəti haqqında Əhmədxan Naloyevin “Dan üzünün atlıları” 

tarixi romanı, Vikenti Veresayevin “Yapon müharibəsi haqqında 

hekayətlər” silsiləsi, yazıçının irihəcmli gündəlik və yol qeydləri, 

Sergey Senskinin “Susima”, N.A.Levitskinin “1904-1905-ci illər-

də Rusiya-Yaponiya müharibəsi” maraqla oxunan əsərlərdəndir. 

Bunların hamısında eloğullarımızın qəhrəmanlığı haqqında az-

çox məlumat verilir.

“Niva” jurnalının 1905-ci il iyirmi beşinci sayının 496-cı səhi-

fə sində bir həmyerlimizin də adına və fotoşəklinə rast gəldim. 

Onun haqqında ancaq bu sözlər yazılırdı: “Otuz üçüncü Şərqi-

Sibir  atıcı  alayının  poruçiki  Zülfüqar  Mirzə  Ələkbər  oğlu  Ba-

ğırbəyov fevral döyüşlərində igidliklə vuruşub kontuziya oldu”.

Adından, atasının adından və soyadından poruçik Zülfüqar 

Bağırbəyovun  azərbaycanlı  olması  şübhəsizdir.  Düşünürdüm. 

Görəsən, Uzaq Şərq sərhədləri uğrunda igidliklə vuruşan poru-

çik Zülfüqar Bağırbəyovun qohum-qardaşından sağ qalanı var-

mı?  Doxsan  ildən  çoxdu  bu  tərlan  baxışlı  igid  həmyerlimizin 

fotoşəkli “Niva” jurnalının səhifəsində saralıb solur.

Taleyin qismətinə min şükür ki, axtarışlarım bəhrə verdi. Se-

vindim ki, uzun illərdən sonra igid həmyerlimizin unudulmuş 

adı, xidməti xalqımıza bəlli oldu.

1987-ci ildə İçərişəhərdə yaşayan səksən iki yaşlı bir ağsaqqal-

la görüşdüm. Məhəmməd Cavad oğlu Bağırov bildirdi ki, “Niva” 

jurnalından şəklini götürdüyünüz poruçik Zülfüqar Mirzə Ələk-

bər  oğlu  Bağırbəyov  mənim  doğma  əmimdir.  Əmim  Zülfüqar 

1874-cü ildə Şuşada anadan olub. Port-Artur döyüşlərindən sağ-



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə