ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə12/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   8   9   10   11   12   13   14   15   ...   154

Şəmistan Nəzirli

37

həmişə iftixarla yad edirəm. 1905-ci il aprelin 1-də “Tərcüman” 



qəzetinin “Müxtəlif xəbərlər” rubrikasında oxuyuruq:

“Dördüncü  Şərqi-Sibir  atıcı  artilleriya  briqadasının  kapitanı 

Əli ağa Şıxlinski oktyabrın yeddisindən noyabrın on doqqu zuna-

dək Port-Arturda yaponların basqınını dəf etməkdə fərqləndiyi 

üçün ali ehtiramla – “İgidliyə görə” medalı və üstü yazılı Qızıl 

qılıncla təltif olunub”.

Həmin döyüşlərin iştirakçısı 1906-cı ildə “Port-Arturun əzablı 

günləri”  adlı  ikicildlik  monumental  əsərin  müəllifi  P.Larenko 

yazır ki, Laperov dağında batareya komandiri kapitan Əli ağa 

İsmayıl ağa oğlu Şıxlinski ağır yaralanmışdır. Bütün qafqazlı-

lar kimi cəsur olan komandir Kinjo döyüşlərində, “Zelyonnı” və 

“Volçye” dağları vuruşmalarında əsl qəhrəman kimi iştirak etdi. 

Avqustun əvvəllərində öz batareyası ilə “Vısokaya qora”da, av-

qustun onundan isə daima Laperov dağında döyüşlərdə olmuş-

dur. Elə buradan da girəcək yerlərini və istehkamları atəşə tutub 

həmlə kolonnalarını dəf edərək düşmənin səhra artilleriyası ilə 

inamlı döyüşlər aparırdı.

Port-Artur  qalası  təslim  olandan  sonra  müharibədə  iştirak 

etməmək şərtilə yaponlar podpolkovnik Əli ağa Şıxlinskini ağır 

yaralı kimi vətənə göndərdilər. Vətəndə yaraları gözlənildiyindən 

də  tez  sağaldığından,  o  yenidən  Mancuriya  ordusuna  göndə-

rilməyi xahiş etdi. Lakin onu buraxmadılar.

Müharibədən sonra Rusiyaya qayıtmağını və yenidən cəbhəyə 

getmək istədiyini Əli ağa Şıxlinski “Xatirələrim” hərbi memua-

rında  daha  dəqiq  təsvir  edir.  O  yazır:  “Mayın  ikinci  yarısında 

mən Peterburqa gedib böyük knyaza təqdim olundum və Man-

curiya ordusuna qayıtmaq istədiyimi ona söylədim. O, məndən 

soruşdu:

– Siz oraya necə gedə bilərsiniz?

Onda  mən  hospitalımızdan  aldığım  şəhadətnaməni  ona 

göstərdim. Şəhadətnamədə yazılmışdır ki, yapon tibb komissi-

yası məni hərbi qulluğa yararsız hesab edərək dilimdən iltizam 

almadan vətənimə qayıtmağa icazə vermişdir.




General Əli ağa Şıxlinski və silahdaşları

38

– Beləliklə, – dedim, – hazırkı müharibədə iştirak etməyə tam 



ixtiyarım var. Rusiyaya qayıtmağımın səbəbi ancaq budur, yoxsa 

müdafiədə iştirak etmiş o biri əsgərlərin taleyinə şərik olardım.

Bu sözləri deyərkən ağlıma gəldi ki, mənim bu fikrim yapon-

larla  vuruşmamaq  üçün  dillərindən  kağız  verərək  vətənlərinə 

qayıdan zabitlərə qarşı bir ittiham kimi düşünülə bilər, odur ki, 

əlavə edib dedim:

– Orada zabitlərin arasında iki rəy var idi: bir qismi deyirdi ki, 

bizim böyük təcrübəmiz var, buna görə də vətənə gedib orada 

Mancuriya ordusuna göndərilmək üçün yeni qüvvələr hazırla-

maqla fayda verə bilərik. O biri hissə isə (o cümlədən mən) başqa 

cür  düşünürdük.  Bu  zabitlərin  fikrincə  ordu  ancaq  qismən 

səfərbərliyə alınmışdır, vətəndə zabitimiz çoxdur, odur ki, orada 

bizim  köməyimizə  heç  bir  ehtiyac  yoxdur.  Buna  görə  də, 

əsgərlərin  taleyinə  şərik  olmaq  lazımdır.  Belə  ki,  dilimdən  ya-

ponlara heç bir iltizam vermədən evimə qayıtdım. İndi Sizdən 

xahiş edirəm ki, məni müharibəyə göndərəsiniz.

Sergey Mixayloviç əlilə işarə edərək dedi:

– Müharibədə nələr çəkdiyiniz yetər, buraxmaram”.

1905-ci il aprelin 5-də yapon tibb komissiyasının verdiyi ara-

yış generalın arxivində indi də saxlanılır. Onun mətni belədir:

“Arayış  doqquz  saylı  ehtiyat  səhra  hospitalından  dördüncü 

Şərqi-Sibir atıcı artilleriya briqadasının kapitanı Şıxlinskiyə veri-

lir. Ondan ötrü ki, onun yapon tibb komissiyası tərəfindən hərbi 

xidmətə yararlı olmadığı (Əli ağa Şıxlinski sol qıçından yaralan-

dığı üçün yapon həkimi arayışı belə yazmışdı – Ş.N.) müəyyən-

ləşdirilib. O, Rusiyaya buraxılır”.

Yapon tibb komissiyasının onu hərbi qulluğa yararsız hesab 

etməsinə baxmayaraq, dilindən yazılı iltizam verməyən Əli ağa 

Şıxlinski Vətənə qayıdandan sonra yenidən yaponlarla döyüşmək 

üçün Mancuriya müharibəsində iştirak etmək arzusunda oldu-

ğunu  bildirir.  Lakin  topçu  general-müfəttişi  knyaz  Sergey  Mi-

xayloviç “Port-Arturda çəkdiyiniz yetər, buraxmaram” – deyir 

və onun yenidən cəbhəyə qayıtmasına qıymır.



Şəmistan Nəzirli

39

Onun  Port-Arturdakı  nümunəvi  döyüş  xidmətləri  “İgidliyə 



görə” sözlərlə yazılmış qılıncla, dördüncü dərəcəli “Müqəddəs 

Anna” ordeninə əlavə olaraq qızıl qılınc nişanı, qılınc və bantlı 

“Müqəddəs Vladimir” ordeni, üzərində “İgidliyə görə” sözləri 

yazılmış  qızıl  silah  və  məşhur  “Müqəddəs  Georgi”  ordeninin 

dördüncü dərəcəsinə layiq görülmüşdür.

Azərbaycan Tarixi Muzeyində generalın şəxsi əşyaları arasın-

da 1908-ci il martın 5-də imperator tərəfindən təsdiq olunmuş 

“Port-Artur qalasının müdafiəçisi döş nişanı” saxlanılır. Onu Əli 

ağa Şıxlinskinin ünvanına keçmiş Kvantun vilayətinin və Port-

Artur şəhər sovetinin sədri podpolkovnik İ.A.Verşinin göndərib:



 

“Çox möhtərəm və əziz Port-Artur silahdaşım

Əli ağa Şıxlinskiyə

Keçmiş Kvantun vilayətinin Triryan hissəsi üzrə  

komissarı və keçmiş Port-Artur şəhər  

sovetinin sədri A.Verşinindən

Ordu və donanmaya əmr

Qarnizonun  mərdliyi  və  mətinliyi  ilə  bütün  dünyanın  təəc-

cübünə  səbəb  olmuş  Port-Arturun  qəhrəmancasına  müdafiəsi, 

qalanın qəflətən rüsvayçılıqla təslim edilməsi ilə kəsildi.

Ali  məhkəmə  qalanın  verilməsinin  müqəssirini  yerindəcə 

cəzalan dıraraq, igid qarnizonun unudulmaz hünərlərinin doğru-

luğunu tam əzəməti ilə bərpa etdi.

Port-Arturun cəsur müdafiəçiləri! Uzaq Şərqdə bizim istinad-

gahımızın müdafiəsi zamanı göstərdiyiniz fədakarcasına qəhrə-

manlıq və anda sədaqətinizlə Siz ölməz şöhrət qazandınız və rus 

ordusunun hünər salnaməsinə yeni parlaq səhifələr yazdınız.

Qədirbilən Rusiya Sizin ilə fəxr edir və Siz onun qarşısında 

borcunuzu unutmadığınız kimi, o da Sizin hünərinizi yaddan çı-

xarmayacaq.

Əslini İmperator həzrətləri öz əli ilə yazmışdır:

II Nikolay, Çarskoye-Selo şəhəri”.


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə