ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə15/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   11   12   13   14   15   16   17   18   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

46

...Əli ağa Şıxlinskidən bu barədə eşidən kimi, sizin batareya-



nız yadıma düşdü...

...Bir neçə gündən sonra batareya şose yolu ilə irəliləyərkən, 

Koçarovski  ilə  rastlaşdı.  Generalı  iki  zabit  də  müşayiət  edirdi. 

Boreyko əvvəl onları tanıya bilmədi.

Kapitan “farağat” əmri verib atını Koçarovskiyə sarı sürdü. 

General yanındakı atlıya işarə etdi və Boreyko Əli ağa Şıxlinskini 

tanıdı.

– Əli ağa! – sevincindən qışqıran Boreyko tez də özünü ələ 



alıb əlavə etdi: – Zati-aliləri!

– Köhnə dostlar üçün mən həmişəki kimi Əli ağayam. Xahiş 

edirəm, elə belə də deyəsiniz.

Batareya  gecələmək  üçün  düşərgə  salanda,  hər  iki  general 

yenə  də  Boreykoya  baş  çəkdilər.  Boreyko  Novogeorgiyevsk 

hadisələrini ətraflı danışdı. Şıxlinski qulaq kəsilib bloknotunda 

nə isə yazırdı.

– Bütün danışdıqlarınız olduqca ibrətamizdir. Qalaların ömrü 

ötüb  keçməsi  barədə  qənaətim  təsdiqlənir.  Komandanlığa  da 

beləcə çatdıracağam, – deyə Şıxlinski öz mülahizələrinə yekun 

vurdu...

* * *


...Boreyko öz zabit və əsgərləri ilə gəlib çıxdı. Qərargaha yal-

nız zabitlər yollandı. General Əli ağa Şıxlinski onları dostcasına, 

köhnə portarturlu silahdaşları kimi qarşıladı, hansı batareyada 

xidmət etmək istədiklərini soruşdu. Boreyko dilləndi:

– Ən ümdəsi, xahiş edirik, bizi ayırmayasınız, hamınızı zabitli-

əsgərli bir batareyaya göndərəsiniz.

– Neynək, bu yaxşı olar, – general ümid verdi.

– Həm də ən böyük topları olan batareyaya, – kapitan sözünə 

davam etdi.

– Deməli, sizi təşkil olunan “Vikkers” topları batareyalarına 

yollayacağıq,  orada  avadanlıq  qəlizdən  qəliz,  atəşaçma,  səhih-

ləşdirmə qaydaları isə hələ pis işlənmişdir. Qoşqu yalnız mexa-




Şəmistan Nəzirli

47

nikidir. Sizin topçular batareyanın özülünü təşkil edəsidir. Həm 



də batareyanın sərəncamına hidrogenlə qalxan aerostat da veri-

lir.  Uçuculuq  peşəsinə  də  bələd  olmaq  gərəkdir.  Bu  iş  üçün 

zabitlərdən birini ayırın...

...Moskva  xəfiyyələri  heç  də  mürgü  vurmurdu,  yeni  təşkil 

edilən hissələrdə siyasi cəhətdən etibarsız əsgərlərin çox olduğu-

nu  bilib  gözlənilmədən  Boreykonun  batareyasına  soxuldular. 

Kapitan  bu  barədə  Zuyevə  xəbər  verməyə  macal  tapdı,  yasaq 

ədəbiyyatı  cəld  seyfdə  gizlətdilər.  Batareyanı  ələk-vələk  edən 

jandarmların əli boşa çıxdı. Hirsdən boğula-boğula Əli ağa Şıx-

linskinin yanına gedib şikayətləndilər. General onlara... o batare-

yanın ərazisindən tezcə mürəxxəs olmağı təklif etdi.

–  Bizim  gördüyümüz  bütün  əməliyyat  tamamilə  məxfidir, 

odur ki, burnunuzu buraya soxmaq rəva deyil. Bir də gözümə 

dəysəniz,  alman  casusları  kimi  tutduracağam,  –  deyə  general 

Şıxlinski çaşbaş qalan jandarmların köpünü yatırtdı.

Bir  neçə  gündən  sonra  ucqar  barıt  anbarının  gözətçi  mən-

təqəsində keşikçi – Boreyko batareyasının topçusu – gecə vaxtı 

anbarın yanından keçən əsgəri güllə ilə vurmuşdu. İstintaq baş-

landı...

...Hamıya məlum oldu ki, barıt anbarı yanında vurulan jan-

darm agenti imiş.

...Başqa batareyaların döyüşçülərindən Lejnyev casus “yığış-

dırılan” günü qonşu xutorda keçirilən əsgər məşvərətindən də 

xəbər tutmuşdu. Jandarm agenti bu yığıncağa gələndə əsgərlər 

duyuq düşür. Bütün “qiyamçı” çıxışları, bolşeviklərin soldatlara 

müraciətnaməsi,  soldatların  oradaca  tərtib  etdiyi  cavabı  din-

ləməyə  casusa  imkan  verirlər...  O  da  ağzını  açıb  qulaq  kəsilir, 

taxt-taca, əlahəzrət çara sədaqətlə xidmət etdiyinə görə sinəsinə 

taxılacaq  ordeni,  vəzifəsinin  böyüdülməsini,  mükafat-filanı 

xəyalına gətirirdi... Natiqlərin adlarını, üsyankar sözlərini yadda 

saxlamağa çalışırdı. Xəbəri yox idi ki, əsgərlər sıxlaşıb onu araya 

almışlar. Haçandan-haçana, yığıncaq qurtarandan sonra əsgər-

lərin  lal-dinməz,  tərs  baxışlarından  sivrişib  çıxa  bilməyəndə 



General Əli ağa Şıxlinski və silahdaşları

48

ürəyinə  bəd  güman  damdı.  Dağılışan  soldatlara  qoşulmaqdan 



başqa əlacı qalmadı. Bilirdi ki, yol barıt anbarının yanından ke-

çir. Əsgərlər də bunu bilirdi. Odur ki, yaxa qurtarmağa can atan 

casus əl-qol ata-ata, qaça-qaça haray salanda onu tutub saxlayan 

olmadı. Güllə səsləndi, əlləri zalı qalan kölgə tirtap yerə bərələndi. 

Əsgərlər tələsik öz batareyalarına yönəldilər.

Jandarmlar çox baş sındırsalar da, casusu dübbədüz qarovul-

çunun  üstünə  gətirənin  kim  olduğunu  yəqin  edə  bilmədilər. 

Buna baxmayaraq, batareyadan az qala on əsgərin həbs olunma-

sını qət etdilər. Yalnız istintaqın dayandırılmasını tələb edən ge-

neral Şıxlinskinin işə qarışması topçuların başının üstünü alan 

bəlanı sovuşdurub onları xilas etdi...

O, “qətl haqqında iş”in göndərildiyi jandarm idarəsində:

– Mən bu əsgərləri tanıyıram, – deyə həyan çıxdı. – Hələ Port-

Artur vaxtlarından, komandirləri də, özləri də əla, etibarı əsgər-

lərdir. Onlar həbs olunsa, mən batareyanın vaxtında döyüş ha-

zırlığını təmin edə bilməyəcəyəm.

Şıxlinski jandarmların onun nəzarətində olan işlərə qarışma-

sına qarşı qəti etirazını bildirdi.

– Başa düşün, axı mənim sərəncamıma ən yeni sistemli tolar 

tapşırılıb. Siz isə bir ucdan bağışlayın, bu gicbəsərləri çuğulçu-

luq  etməyə  göndərirsiniz.  Cənablar,  məni  xəfiyyələrdən  uzaq 

tutun. Əks təqdirdə onları öz ərazimdə görsəm, hissədən qov-

malı olacağam.

Beləliklə, bu “arxa” hücumu da dəf olundu.

Zaman ötdü, yeni – 1916-cı il gəldi. Yazda bütün cəbhə boyu 

almanlara qarşı aparılası hücumdan söz-söhbət yayıldı. Əlahiddə 

ağır artilleriyanın təşkilini tezliklə qurtarmaq lazım idi. İndən belə 

jandarm böhtanlarına məhəl qoyan olmadı. İş yoluna düşdü.

...Vyazma  səfərlərinin  birində  Vaya  Şıxlinski  ilə  tanış  oldu. 

Onlar hələ Port-Arturda rastlaşsa da o vaxt Əli ağa yeniyetmə 

qıza  diqqət  yetirməmişdi.  Şıxlinskinin  həyat  yoldaşı  Nigar  xa-

nım


1

... Tiflisdə “Müqəddəs Bina” İnstitutunu bitirmişdi...

1

  A.Stepanovun romanında səһvən “Tamara xanım” deyilir – Ş.N.




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə