ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə13/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   9   10   11   12   13   14   15   16   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

40

* * *



Port-Artur döyüşlərinin şahidi, yazıçı Aleksandr Stepanovun 

“Port-Artur” və “Zvonaryovlar ailəsi” romanları tarixi əsər kimi 

ədəbiyyatın qızıl fonduna daxil olmuşdur. İndiyədək on doqquz 

dəfə nəşr olunan romanın tirajı milyonu keçmişdir. İngilis, fran-

sız, macar, yapon və başqa dillərə də tərcümə olunan belə bir 

məşhur əsərin səhifələrində (271, 350, 353 və s.) kapitan Əli ağa 

Şıxlinskinin qəhrəmanlıq fəaliyyəti öz əksini tapmışdır.

“…İrman ədəb-ərkanla təzim edib çevrildi və otağı tərk etdi. 

Diviziya  rəisinin  yanından  çıxandan  sonra  İrman  cəld  xəstəlik 

haqqında raport və komandan Kondratenkoya müfəssəl məktub 

yazdı. Sonra isə məktubu Əli ağa Şıxlinskiyə verdi və dərhal ge-

neralın yanına getməsini əmr etdi. İrman kapitana xeyir-dua ve-

rib dedi:

– Sizdən çox şey asılıdır, Əli ağa.

–  Narahat  olmayın,  Vladimir  Aleksandroviç.  Əli  ağa  hələ 

indiyə kimi heç kəsin etimadını yerə salmayıb, ömründə satqın-

lıq eləməyib. Əgər general Fok yeddinci diviziyanın yaponların 

zərbəsi altına salmaq istəyirsə, o, buna nail ola bilməyəcək. Onun 

kələyini kəsmək və general Kondratenkoya kömək etmək üçün 

bütün qüvvəmi əsirgəməyəcəyəm, – bunu deyib, Əli ağa Şıxlins-

ki sıçrayıb ata mindi və dördnala çaparaq ordan uzaqlaşdı…”

Keçmiş  SSRİ  xalqlarının  bir  neçə  dilinə  tərcümə  olunan  bu 

qiymətli  roman,  təəssüf  ki,  hələ  də  Azərbaycan  mütərcimini 

gözləyir. Romanda təkcə kapitan Əli ağa Şıxlinskinin yox, həm 

də  general  Səməd  bəy  Mehmandarovun,  poruçik  Sadıqovun 

fəaliyyətini oxuduqca fəxr etməyə bilmirsən.

“…Praporşik çadırdan çıxıb öz komandasının qərar tutduğu 

yerə tərəf getdi. Yolda Əli ağa Şıxlinski də ona qoşuldu. İrmanın 

tapşırığı ilə o, batareyaya baş çəkməli və indiki mövqelərindən 

getmək üçün onları xəbərdar etməli idi.

– Necə, artilleriya da bu sahəni tərk edir? – deyə Zvonaryov 

təəccübləndi.




Şəmistan Nəzirli

41

– Fok əmr verib ki, bütün topları yığışdırmalı, mühəndislər 



isə səngərdən sipərləri söküb, materiallarından başqa sahələrində 

istifadə etməlidir.

– Qısası, Kondratenkoya boş yer verilir ki, orada hər şeydən 

əvvəl yeni istehkam düzəltsin.

–  Ehtimal  ki,  yaponlar  istehkamları  sökdüyümüzü  görüb 

bizdən qabaq hücuma keçsinlər.

– Bu barədə təcili generalı xəbərdar etmək lazımdır, – Zvonar-

yov qərara gəldi və geri – Semyonovun qərargahına qayıtmaq 

istədi, lakin kapitan Əli ağa Şıxlinski təklif etdi ki, ora şəxsən özü 

getsin.


– Çox da narahat olmayın. Mənim briqada komandirim pol-

kovnik İrman qərara gəlib ki, sağ cinahdakı batareyaları Fokun 

əmrinin əksinə olaraq hələlik yerində saxlamaq lazımdır. Mən 

şəxsən polkovnik Mehmandarovla görüşəcəm. Biz onunla köhnə 

dostlarıq, bir-birimizi yek kəlmədən başa düşərik. Fok necə əmr 

verirsə versin, mənim zabiti olduğum podpolkovnik Laperovun 

batareyası Kondratenkonun diviziyasının polkunu köməksiz qo-

yub getməyəcək, – Şıxlinski coşqun halda dilləndi. – Romanovs-

kinin  sağdakı  batareyasından  iyirmi  altıncı  polkun  qərarga hı-

nadək cəmi üç-dörd verstdir, mən yarım saata ora çatıb lazım olan 

hər şeyi deyərəm. Siz isə birbaşa Yençeyevskinin yanına gedin”.

Əli ağa Şıxlinskinin döyüş məharətini gözləri ilə görən ikinci 

rus yazıçısı Trofim Borisov olmuşdur. Uzaq Şərq həyatından ma-

raqlı, elmi və bədii əsərlər yazan T.Borisov sonu faciə ilə bitən 

Rusiya-Yaponiya  müharibəsi  haqqında  1959-cu  ildə  Vladivos-

tokda “Portarturçular” adlı sanballı bir roman nəşr etdirmişdir. 

Müəllif sıravi əsgərlərin və zabitlərin döyüş yolunu özünəməxsus 

ustalıqla ön plana çəkir. Böyük hərarətlə, məhəbbətlə xalqımızın 

mərd  oğulları  Əli  ağa  Şıxlinski  və  Səməd  bəy  Mehmandarov 

haqqında  söhbət  açır.  İlk  gündən  Şıxlinskinin  batareyasında 

döyüşən podporuçik Trofim Borisov onun qəhrəmanlığını, xa-

rakter və xasiyyətini daha dəqiq işıqlandırmışdır.




General Əli ağa Şıxlinski və silahdaşları

42

“Səhər saat onda batareyanın baş zabiti kapitan Əli ağa Şıx-



linski kazarmaya gəldi. Onun iri uzunsov sifətinə bir qədər sivri 

burnu daha ciddi görkəm verirdi. Sıx bığları qalın idi, başının 

tükləri qabaqdan azca seyrəlmişdir. Çatma qaşları bir qədər yu-

xarı dartılmışdır. Qonur gözlərində sevinc işığı vardı. Balaca ağ 

əllərinin ağ barmaqlarını arxasında tutmuşdu. Əli ağa Şıxlinski 

hamı ilə görüşəndən sonra orduya təzəcə çağırılmışların adlarını 

oxudu:

– Antonov Valentin Pavloviç.



– Mən, – deyə o, cavab verdi.

– Sən az savadlısan?

Əsgər dolaşıq sözlərlə nəsə dedi. Kapitan, Morozovu çağırdı:

–  Sənin  də  savadın  yoxdur,  bu  necə  olur?  Böyük  şəhərdən 

gəlibsən, amma heç bir təhsilin yoxdur. – Sonra üzünü divizio-

nun əsgərlərinə tutub: – Siz niyə oxumayıbsınız?

Bu iradlardan sonra Morozovun sifətinə yüngül qızartı çökdü.

Kapitan Əli ağa Şıxlinski sıranın önündən keçib, əlində yeni 

çağırılmışların  siyahısı  olsa  da,  gülümsəyə-gülümsəyə,  bir-bir 

onların soyadını, adını, atasının adını çəkdi.

– Ancaq biz izləyir və fikirləşirdik ki, sibirlilər bizim inamımı-

zı  doğruldacaqlar…  Pribaltika  quberniyalarındakı  və  Mərkəzi 

Rusiyadakı savadsızlıq orada da hökm sürür. Yaxşı deyil, artille-

riyaçı mükəmməl biliyə malik olmalıdır. – Kapitan Şıxlinskinin 

sifətinə bir ciddilik çökdü. Gicgahı tarıma çəkildi, ancaq göz lə-

rində bayaqkı təbəssüm işartısı qalırdı. Təzə çağırılanlarla söhbət 

edə-edə  onlara  göstəriş  verirdi:  –  Başını  düz  tut,  sağ  çiynini 

əymə, – deyə kapitan, Pudovnikə müraciət etdi. – Sən məh kəmə 

palatasında çoxmu işləyibsən? 

– İki il? 

– Bəs ona kimi harada işləyibsən?

– Prikazçik işləmişəm. Ancaq mənim əsas işim balıqçılıqdır.

– Sənin xəttin yaxşıdırmı?

Mirzəliyi istəmirəm, zati-aliləri…




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə