ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə11/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   7   8   9   10   11   12   13   14   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

34

salamat qayıdan əmim Novobəyazid süvari alayında ştabs-kapi-



tan  rütbəsində  xidmət  edib.  1912-ci  ildən  1914-cü  ilədək  Bakı 

şəhərində  hərbi  komendant  işləyib,  rütbəsi  mayor  idi,  Birinci 

Dünya  müharibəsi  illərində  Avstriya  və  Rumıniya  cəbhəsində 

döyüşlərdə iştirak edib.

Zülfüqar bəyin müasiri, Azərbaycan Cümhuriyyətinin lider-

lərindən  biri  Nağı  bəy  Şeyxzamanlı  Türkiyədə  nəşr  etdirdiyi 

“Xatirələrim” kitabında yazır ki, Zülfüqar bəy Bağırbəylinin Bi-

rinci Dünya müharibəsində, 1915-ci ildə Qafqaz cəbhəsində uc-

qar  Olti  qəzasında  məchul  bir  güllə  ilə  vurulduğunu  ailəsinə 

xəbər verdilər. Sonralar məlum oldu ki, Zülfüqar bəy bir erməni 

tərəfindən  vurulmuşdur.  Ancaq  rus  komandanlığı  tərəfindən 

qatil  axtarılmamış  və  cinayət  “məchul  güllə  ilə  törədilmiş”  – 

deyə ört-basdır edilmişdir.

* * *


Böyük  türk  dünyasının  nüfuzlu  orqanı  “Tərcüman”  qəzeti 

Port-Artur  müharibəsinin  gedişatını  müntəzəm  izləmiş  və  öz 

səhifələrində  orduda  qəhrəmanlıqla  döyüşən,  dini  müsəlman 

olan əsgər və zabitlərin fəaliyyətindən xəbərlər dərc etmişdir. 

Qəzet 11 iyun 1904-cü ildə “Müxtəlif xəbərlər” rubrikasında 

yazırdı: “İstehkamçı – kapitan İlyas bəy Ağalarov yeni podpol-

kovnik rütbəsi alaraq Uzaq Şərq döyüşlərinə yola düşür. Məşhur 

bəy nəslinin nümayəndəsi İlyas bəy Ağalarov əla hərbi təhsil al-

maqla elektrotexnika sahəsində də görkəmli mütəxəssis olmuş-

dur. Onun orduda keçən hərbi xidməti, həyatı və rütbəsi Rusiya-

da yaşayan hər bir müsəlman əhlində iftixar hissi doğurur”.

Gürcüstan Mərkəzi Dövlət Arxivində İlyas bəy Allahyar bəy 

oğlu Ağalarova  məxsus azsaylı  sənədlərdən məlum olur  ki,  o, 

Port-Artur  döyüşlərindən  sağ-salamat  qayıtmışdır.  Sonralar 

ikinci Qafqaz istehkamçı batalyonun komandiri olan polkovnik 

İlyas bəy Ağalarov 1860-cı il iyunun 7-də Gəncədə nüfuzlu bəy 

ailəsində dünyaya gəlib.



Şəmistan Nəzirli

35

Sənədlər göstərir ki, İlyas bəy İkinci Moskva hərbi gimnaziya-



sında  və  Pavlov  hərbi  məktəbində  təhsil  alıb.  Hərbi  xidmətə 

1879-cu il aprelin 26-da başlayıb. 1887-ci il avqustun 8-də podpo-

ruçik, 1885-ci il avqustun 8-də poruçik, 1894-cü il avqustun 1-də 

ştabs-kapitan, 1898-ci il avqustun 1-də kapitan, 1904-cü il iyunun 

26-da  podpolkovnik,  1910-cu  il  dekabrın  6-da  isə  polkovnik 

rütbəsi ilə təltif olunub.

Polkovnik İlyas bəy Ağalarovun Port-Artur döyüşlərində və 

nizami ordudakı nümunəvi xidmətləri 1901-ci ildə ikinci dərəcəli 

“Müqəddəs  Stanislav”,  1905-ci  ildə  ikinci  dərəcəli  “Müqəddəs 

Anna”,  yenə  həmin  ili  dördüncü  dərəcəli  “Müqəddəs  Anna” 

(bant və qılıncla birgə ordenlərinə layiq görülmüşdür.

1913-cü  il  martın  on  səkkizində  polkovnik  İlyas  bəy  qəfil 

mərmi  partlayışından  həlak  olub.  Bu  sərkərdə  eloğlumuzun 

məzarı  hazırda  Gəncədə  İmamzadə  məscidinin  həyətindədir. 

Məzarın mərmər başdaşında solmaqda olan “Qvardiya polkov-

niki İlyas bəy Ağalarov” sözlərini oxuyanda unudulmuş igidin 

xatirəsi qəlbimi göynətdi. İllərin tufanı mərmər qəbir daşından 

onun sonuncu izini də silib aparır… Sərkərdəlik fəaliyyəti lazı-

mınca  öyrənilməmiş  və  hərb  tariximizin  heç  bir  səhifəsində 

indiyədək adı çəkilməyən belə igidlərimizi düşünəndə: “Hər bir 

insanın içərisində onunla birgə doğulan və ölən kainat var. Hər 

bir başdaşı altında bütöv bir dünya tarixi yatır” – deyimini xatır-

lamaya bilmirsən.

İstər-istəməz dahi Nizami Gəncəvinin:



Gəl, gör kiminkidir bu çökmüş məzar?

Yıxılmış baş daşı, göyərmiş otlar.

Mən torpaqda yatan bir mirvariyəm.

Qaldırsan görərsən sən tək diriyəm.

Batıb gedən bilmə sən hər gedəni,

Məni görməsən də, görürəm səni. –

misraları yada düşür.




General Əli ağa Şıxlinski və silahdaşları

36

“Tərcüman”  qəzeti  1904-cü  il  noyabrın  5-də  “Müsəlmanlar 



Port-Arturda” adlı xəbərində yazırdı: “Mancuriya ordusunun sı-

ralarında  və  həmçinin  Port-Artur  döyüşlərinin  qəhrəman 

müdafiəçiləri arasında azsaylı müsəlmanlar da şərəflə vuruşur-

lar.  Redaksiyanın  aldığı  məktubdan  aydın  olur  ki,  yeddinci 

Şərqi-Sibir artilleriya divizionunun rəisi, general-mayor Səməd 

bəy Sadıq bəy oğlu Mehmandarov Qarabağ bəylərindəndir. Qala 

artilleriyasının  xəzinədarı  isə  Litva  müsəlmanlarından  olan 

Ədhəm bəy Muxranskidir. Şimali Qafqazdan olan artilleriya po-

ruçiki Y.İ.Dudarov isə avqust hücumlarının birində mərd zabit 

kimi şərəflə vuruşaraq həlak olmuşdur. Allah ona rəhmət eləsin. 

Amin!”

General Əli ağa Şıxlinski  

Port-Artur döyüşlərində

Azərbaycanlılar birinci dəfə deyil ki, vuruş mey-

danlarında  yaponlarla  qarşı-qarşıya  gəlirlər.  Mən 

Port-Artur  uğrunda  gedən  döyüşlərdə  fərqlənmiş 

məşhur topçu Əli ağa Şıxlinskinin adını çəkə bilərəm. 

Bu ad rus hərbi elmi tarixində şöhrət qazanmışdır.

Səməd VURĞUN,

Xalq şairi

Port-Artur  döyüşlərinin  qala  müdafiəsi  zamanı  düşmən 

həmlələrinin dönə-dönə dəf edilməsində top artilleriyasının ma-

hir ustası Əli ağa Şıxlinskinin döyüş xidmətləri misilsizdir. Onun 

1904-1905-ci  illərdəki  hərbi  rəşadəti  bütün  Rusiyaya  yayılmışdı. 

Qısa  müddətdə  qəhrəmanlığı  altı  ordenə  layiq  görülən,  rütbəsi 

kapitandan podpolkovnikə yüksələn Şıxlinski haqlı olaraq “Xati-

rələrim”də yazır ki, Port-Artur epopeyasının iştirakçısı olduğumu 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə