ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə19/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   15   16   17   18   19   20   21   22   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

58

şam. Doğrudan da həm xidmət sahəsində, həm də şəxsi həyatımda 



xoşbəxtlik  məndən  heç  bir  vaxt  uzaq  olmamışdır.  Mən  heç  bir 

vaxt mənsəb ardınca düşməmişəm, mənsəb özü mənim ardınca 

gəlmişdir. Hətta, demək olar ki, mənsəb özü mənə doğru yüyür-

müşdür. Bunu isbat etmək üçün belə bir misal göstərə bilərəm.

Mən Ali  baş  komandan  yanında  tapşırıq  generalı  olduğum 

zaman Saray naziri qraf Frederiks mənə göndərdiyi rəsmi bir ka-

ğızda yazmışdı ki, əlahəzrət yanında xidmət edən bir şəxs oldu-

ğum üçün məiyyət generalları ilə bərabər mən də, əlahəzrətə ra-

port vermək və ya poçta və teleqrafla məlumat vermək hüququna 

malikəm.  Lakin  bu  böyük  hüquqdan  bir  dəfə də olsun  istifadə 

etməmişdim, çünki bütün binagüzarlıqları qərargah rəisi edir və 

padşaha  yalnız  cəbhədə  olan  işlərdən  və  öz  binagüzarlıqları 

barəsində məlumat verirdi; şəxsən verəcəyim raport və məlumat 

ümumi  işə  heç  bir  xeyir  vermədən,  yalnız  şəxsən  mənim  irəli 

çəkilməyimə  səbəb  ola  bilərdi.  Buna  görə  də  qəsdən  və  qəti 

surətdə padşaha raport verməkdən boyun qaçırırdım.

Saray  nazirinin  mənə  göndərmiş  olduğu  həmin  kağızı  dörd 

qat büküb gizlətmişdim. 1916-cı ildə oktyabr ayında cəbhədə ol-

duğum zaman mən bu kağızı qəza rəisi olan qardaşım oğluna 

verdim.  Bilirdim  ki,  o  bununla  fəxr  edəcək. O  mənim  padşaha 

tez-tezmi raport verdiyimi soruşdu.

–  Heç  bir  dəfə  də  raport  verməmişəm,  –  deyə  cavab  verərək 

səbəbini izah etdim. 

O, təəssüf etdi. Bununla belə o, həmin kağızı saxlayıb öz dost-

larına göstərir və əmisinin bu qədər etibarlı bir adam olması ilə 

öyünərək deyirdi:

–  Bütün  ləyaqətlərinə  baxmayaraq,  mənim  əmim  çox  qəribə 

adamdır.  Təsəvvür  edin  ki,  o  bu  hüquqdan  bircə  dəfə  də  olsun 

istifadə etməmişdir.

Bir misal da göstərəcəm. Qərargahın növbətçi generalı gene-

ral Kondzerovski və onun sağ əli olan polkovnik Balaşov yaman 

qanun  güdən  idilər  və  rütbəvermə  qaydalarına  çox  ciddi  əməl 

edirdilər.  İvan  Balaşov  mənim  fəaliyyətimi  çox  faydalı  görüb 


Şəmistan Nəzirli

59

məni təşviq etmək üçün təklif etmişdi ki, məni padşahın məiy-



yətinə daxil etsinlər.

Bu təklifdən xəbər tutan kimi xahiş etdim ki, məni bu fəxri 

işdən  azad  etsin,  çünki  məndən  məiyyət  generalı  olmaz,  mən 

müharibə meydanında iş görən sadə bir adamam, sarayda işim 

yoxdur.

Mən Balaşova dedim:

–  İvan  Stepanoviç,  mənə  olan  diqqətinizə  qarşı  təşəkkür 

edirəm, ancaq öz planınızı həyata keçirməyin.

Mənim heç bir vaxt mənsəb dalınca düşmədiyimi, ən başlıca-

sı, irəli getmək üçün heç kəsin ayağından çəkmədiyimi və heç bir 

intriqaya  girmədiyimi  anlamaq  üçün  bu  iki  misal  kifayətdir. 

Buna görə də mən öz keçmişimə təmiz bir vicdanla və müa sir-

lərimin üzünə tam cəsarətlə baxıram.

Müstəqil Azərbaycanın yaşaması üçün 1920-ci ilin dəhşətli 

mart  günlərində  mənfur  daşnakların  torpağımıza  təcavüz 

etməsi Milli Azərbaycan ordusunun hər bir əsgərini təpədən 

dırnağacan  silahlandırdı.  Qısa  bir  müddətdə  (martın  22-dən 

aprelin 3-nə kimi) xəyanətkar daşnak süvari dəstələrini darma-

dağın edən Azərbaycanın əsgər və zabitləri füsunkar Qarabağı 

düşməndən  geri  aldı.  İlyarımlıq  fəaliyyətində  qəhrəman 

Azərbaycan ordusunun üçüncü yürüşü də zəfərlə başa çatdı.

“İyirminci ildə Qarabağ döyüşləri” sənədli povestində tam 

artilleriya  generalları  Səməd  bəy  Mehmandarovun,  Əli  ağa 

Şıxlinskinin,  general-mayor  Həbib  bəy  Səlimovun,  Qarabağ 

general-qubernatoru Xosrov bəy Sultanov və polkovnik Bəh-

ram bəy Nəbibəyovun unudulmaz xidmətləri yeni arxiv sənəd-

ləri əsasında möhtərəm oxuculara təqdim olunur. 


General Əli ağa Şıxlinski və silahdaşları

60

İYİRMİNCİ İLDƏ QARABAĞ DÖYÜŞLƏRİ



(Sənədli povest)

1920-ci il martın iyirmi ikisində, Novruz bayramı 

gecəsi  Qarabağ  vilayətinin  dağ  yerlərində  məskun 

ermənilər qiyam edərək “Əsgəran keçidi”ni tutdular. 

Bu səbəbdən də Əsgəran cəbhəsinə mirliva Həbib bəy 

Səlimovun komandanlığı ilə qüvvətli bir ordu yeri-

dildi. Aprelin üçündə Azərbaycan ordusu ermənilərə 

qarşı  qüvvətli  bir  hücum  etdi.  Əcəba,  hansı  azər-

baycanlı  o  məsud  günü  xatırlamır?!  Ordunun  qali-

biyyət və intizamı, mənəviyyatı təsvirolunmaz dərə-

cədə fövqəladə idi. Xarici aləm az bir müddət ərzində 

vəsaitsizlik içində bu qədər müntəzəm təşkilata ma-

lik bir əsgəri qüvvə vücuda gətirdiyimizə heyran qal-

mışdı. Əhalidən bir çoxu duyduğu həyəcandan ağla-

yırdı.

O gün Azərbaycanın ən şanlı, ən bəxtiyar günü idi.

Polkovnik İsrafil bəy İsrafilbəyov,

(25.01.1893 – iyul, 1945), 

“Milli Azərbaycan hərəkatı” kitabından

Hərbiyyə naziri Səməd bəy Mehmandarov Əsgəran cəbhəsinə 

gəlmişdi. Ön cəbhədə ölüm-dirim savaşında vuruşan əsgərləri 

təbrik edir, onların qələbəsinə uşaq kimi sevinirdi. Ordu yaranan 

gündən üç böyük qələbəsi olmuşdu.

1919-cu ilin ilk günlərində Zəngəzur erməniləri İrəvan daş-

naklarının köməyi ilə qəzanı Azərbaycandan ayırıb Ararat res-

publikasına  birləşdirmək  üçün  azərbaycanlıları  qovur  və 

kəndləri yandırırdılar. Üstəlik də elan eləmişdilər ki, Azərbaycan 

hökumətini  tanımaq  istəmirlər.  Yanvar  ayında  general-mayor 

Cavad bəy Şıxlinskinin komandanlığı ilə Zəngəzura əsgəri qüvvə 

yeridildi. Onun komandanlığı ilə piyada diviziyası bir aydan çox 




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə