ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə20/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   16   17   18   19   20   21   22   23   ...   154

Şəmistan Nəzirli

61

inadlı döyüşlər aparıb ermənilərin möhkəmləndirilmiş son sığı-



nacağı  olan  Dığ  kəndini  də  ələ  keçirdilər.  Zəngəzur  qəzası 

yenidən Azərbaycan ərazisində qaldı.

İkinci  qələbə  həmin  ilin  iyul  ayında  olmuşdu.  Muğanda  və 

Lənkəranda Azərbaycan milli hakimiyyətini tanımaq istəməyən 

malakan və rus-erməni qüvvələri ordumuzun gücü ilə darmada-

ğın edilmişdi.

Bu  gün  nazir  Səməd  bəy  Mehmandarovun  təbrikə  gəldiyi 

üçüncü qələbə idi. 1920-ci il martın iyirmi ikisində Novruz bay-

ramı gecəsi ermənilər qiyam edib Əsgəran keçidini zəbt etdilər. 

Qiyama İrəvandan gələn daşnak generalı Dro Kanyan başçılıq 

edirdi.

Azərbaycan  Cümhuriyyətinin  müdafiə  nazirliyi  Qarabağı 



düşməndən xilas etmək üçün fövqəladə tədbir hazırladı. Nazir 

Səməd bəy Mehmandarovun əmrilə Əsgəran cəbhəsinə qüvvə 

ayrıldı.  Martın  iyirmi  üçündə  Azərbaycan  ordusunun  əsas 

hissəsi – iyirmi minə qədər əsgər və zabiti cəbhəyə göndərildi. O 

cümlədən  üçüncü  Gəncə,  beşinci  Bakı,  birinci  Cavanşir,  ikinci 

Quba polkları general-mayor Həbib bəy Səlimovun komandan-

lığı ilə Yuxarı Qarabağa yola düşdü. Qızğın döyüşlər on iki gün 

ara vermədi. Azərbaycanın cəsur əsgər və zabitləri ana torpağın 

hər qarışı uğrunda mərdliklə vuruşaraq Şuşa qalasına daxil ol-

dular. 


Sonuncu iki qələbə Milli ordumuzun ən cəsur generalların-

dan biri Həbib bəy Səlimovun mahir komandanlığı ilə qazanıl-

mışdı.  Əslində  altmış  dörd  yaşlı  hərbiyyə  nazirini  həyəcana 

gətirən və Qarabağa təbrikə aparan da general Həbib bəyin apre-

lin səkkizində göndərdiyi raport idi. Cəmisi bir səhifəlik raportu 

dönə-dönə oxuyan nazir bir neçə yerdə işarələr qoydu, ürəyində 

“afərin” sözünü təkrar etdi. Səməd bəy istər general, istərsə də 

nazir  olanda  da  özünü  həmişə  sıravi  əsgər,  döyüşçü  sanırdı. 

Neçə-neçə müharibənin iştirakçısı kimi o yaxşı bilirdi ki, koman-

danın əsgərləri döyüş meydanında təbrik etməsi nə deməkdir. 

Ona görə də müavini Əli ağa Şıxlinskiyə:



General Əli ağa Şıxlinski və silahdaşları

62

– Əmr hazırlayın, əvəzində nazir vəzifəsində sən qalırsan, – 



dedi. – Mən sabah tezdən Qarabağa döyüşçüləri təbrik etməyə 

gedirəm. Ancaq, Əli ağa, bu raportda Həbib bəyin “günümüzün 

qəhrəmanı”  –  deyə  təriflədiyi  Nəbibəyovu  nədənsə  xatırlaya 

bilmirəm.

Azacıq eyhamla gülümsünən Əli ağa Şıxlinski:

– Yadınızdadırmı, – dedi, – keçən ilin iyun ayında Siz bir neçə 

gün  Yevlaxda  olanda  yenə  nazir  əvəzi  məni  təyin  etmişdiniz. 

Onda  birinci  Cavanşir  piyada  alayının  kapitanı  Vahid  bəy 

Nəbibəyov raport yazıb hərbi xidmətdən azad olunmasını xahiş 

etmişdi. O, raportunda belə bir cümlə işlətmişdi: “Səhhətim və 

şərait mənə respublika hökumətinə xidmət etməyə imkan ver-

mir”. Mən də məhz bu cümlədən qəzəblənib Azərbaycan zabiti-

nin ləyaqətini, şərəf və şanını yüksək tutmadığına görə yanıma 

çağırıb  onu  danladım,  xidmətdən  azad  etməklə  həbs  edilməsi 

barədə əmr verdim. Bir neçə gündən sonra Siz qayıdıb onun qa-

nının arasına girdiniz.

Səməd bəy Mehmandarov pensnesini silə-silə gülümsündü.

–  Hə,  yadıma  düşdü.  Əzizim,  indi  bildim:  ağır  təbiətli,  uca 

boy…

– Bəli, sizin nəzərinizdə ağır təbiətli, mənim fikrimcə, tənbəl 



və bir az da yaşı ötmüş zabit-kapitan Vahid bəy Nəbibəyovdur. 

Həbib  bəyin  “günümüzün  qəhrəmanı”  dediyi  isə  onun  kiçik 

qardaşı podpolkovnik Bəhram bəy Nəbibəyovdur. Bəhram bəy 

Dünya  müharibəsində  də  yaxşı  döyüş  yolu  keçib.  Buyurun. 

Xidmət dəftərçəsini istəmisiniz, gətirmişəm. Tanış ola bilərsiniz.

– Verin baxım. 

Nazir podpolkovnik Bəhram bəy Nəbibəyovun çox da böyük 

olmayan,  cəmi  səkkiz  səhifəlik  şəxsi  xidmət  dəftərçəsinin  ilk 

səhifəsini açıb dayandı.

– Əliağa, – dedi, – unutmamış onu da deyim ki, kapitan Vahid 

bəy  mənim  yanıma  gəldi,  belə  raport  yazmaqda  səhv  etdiyini 

boynuna  aldı.  Hiss  elədim  ki,  uzun  müddət  milis  dəstəsində 

xidmət etdiyinə görə hərbi nizamnaməni o qədər də dərindən 



Şəmistan Nəzirli

63

bilmir. Bildirdi ki, işlətdiyi cümlədə heç bir qərəzli məqsədi ol-



mayıb. Ona inandım. Mən də şəxsən sənin, general Şıxlinskinin 

nüfuzunun  qorunmasına  ehtiramla  yanaşmaq  şərtilə  kapitan 

Nəbibəyovun raportunun üstünə “mən ona verdiyim cəzanı ba-

ğışlayıram”  –  cümləsini  dərkənar  qoydum.  Məsuliyyəti  öz 

üzərimə götürüb onu orduya yenidən qaytardım. Deyirsən pod-

polkovnik Bəhram bəy onun kiçik qardaşıdır, lap yaxşı.

– Səməd bəy, bu onun kimi astagəl zabitlərdən deyil. Bəhram 

bəy od parçasıdır. Nəbibəyovlardan bizim orduda dörd qardaş 

olmalıdır. Vahid bəy, Bəhram bəy, Zahid bəy, Hüseyn bəy... yox, 

beş nəfərdir, bir də Məmməd bəy.

Nazir:

– Əli ağa, nə yaxşı da yadında qalıb, əhsən sənə və yaddaşına, 



dostum.

– Bilirsən, 1918-ci ilin noyabr-dekabr aylarında Tiflisdə Müsəl-

man  korpusunu  təşkil  edəndə  Nəbibəyov  qardaşlarını  orduya 

mən qəbul eləmişdim. Onda qərargahım Veriyski körpüsünün 

yanındakı  “London”  mehmanxanasının  birinci  mərtəbəsində 

yerləşirdi. Düzü, ona görə yadımda qalıb ki, bunların çox maraq-

lı,  dünyagörüşlü  ataları  var.  Oğlanları  ilə  Qasım  bəy  özü  də 

gəlmişdi.  Türkmənistanda  general  Kuropatkinin  qərargahında 

Şərq  dilləri  üzrə  tərcüməçi  olub.  İndi  istefadadır.  Mirzə  Fətəli 

Axundovla dostluğundan danışırdı.

– Demək, Bəhram bəy 1884-cü il dekabrın altısında Şəkidə bəy 

ailəsində anadan olub. Sonra Kutaisi realnı məktəbini və 1904-cü 

ildə,  sentyabrın  ikisində  Peterburqdakı  Konstantin  Artilleriya 

məktəbini birinci dərəcəli diplomla bitirib. – Nazir dayanıb pens-

nesinin üstündən müavininə baxdı, fəxrlə: – Oho, nə yaxşı... bi-

zim məktəbi bitirib ki, bir yuvadan pərvazlanmışıq… Görürsən, 

Əli ağa, Konstantin məktəbinin artilleristlərini?..

– Səməd bəy, əsgər komandirinə, zabit generalına oxşamalı-

dır.  Komandir  döyüşkəndirsə,  əsgəri  də  ona  oxşayar,  zabit 

zəifdirsə,  əsgəri  də  əfəldir.  Zərbi  məsələ  dönmüş  bu  müdrik 

kəlamlar sizə məxsusdur. Amma xalqımızda belə bir məsəl də 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə