ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə22/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   18   19   20   21   22   23   24   25   ...   154

Şəmistan Nəzirli

67

neralı Səməd bəy Mehmandarov. Nazirin iti qartal baxışları ni-



zami qaydada düzülən əsgərlərə zillənmişdi.

– Cənab hərbiyyə naziri, tam artilleriya generalı, Sizin gəlişiniz 

münasibətilə döyüşən ordunun üçüncü artilleriya batareyasının 

zabit və əsgər heyəti sıraya düzülmüşdür. Batareya komandiri, 

podpolkovnik Bəhram bəy Nəbibəyov.

Nazir Səməd bəy Mehmandarov gur və məğrur səslə:

–  Azad,  mənim  Vətənimin  qəhrəman  əsgərləri,  –  deyib  bir 

neçə addım irəli yeridi, Bəhram bəyin əlini sıxdı: – Mərhəba, ala-

yına da, özünə də. Sizin döyüşdə göstərdiyiniz qeyri-adi qəh rə-

manlıqlar artıq Azərbaycanın hər yerində iftixarla söylənir. Ko-

mandanınız  general  Həbib  bəy  Səlimov  da  buradadır.  Əmr 

edirəm! Üçüncü artilleriya batareyasının hər bir əsgər və zabit 

heyəti döyüşdə göstərdiyi igidliyə görə təltif olunsun. Komandi-

riniz Bəhram bəyi isə təbrik edə bilərsiniz. O, daha podpolkov-

nik yox, polkovnikdir…

Batareya üç dəfə “urra, urra, urra” deyə komandirini alqışladı.

Nazir  birdən  sərt  hərəkətlə  yerində  dikəlib,  pəncələri  üstə 

qalxdı.


– Mərhəba, yenə mərhəba, mənim Vətənimin xilaskarları! 

Batareyanın əsgər və zabitlərindən dalğa-dalğa çıxan səs Qa-

rabağ  dağlarında  əks-səda  verdi.  Onlar  bir  nəfər  kimi  avazla: 

“Azərbaycan xalqına xidmət edirik!” – cavabını verdilər. Hər biy-

yə naziri sıra qarşısında var-gəl edib, tən ortada dayandı.

– Biz bu gün səhər Şuşada bir yığıncaq keçirdik. Mən orada da 

qoşunlarımızı təbrik etdim. Əvvəlcədən əmr vermişdim ki, sizin 

batareyanı oraya gətirməsinlər. Sonra Bakıdan çıxanda öz-özlü-

yümdə belə qərara gəldim ki, sizi öz yerinizdə, döyüş bölgənizdə 

təbrik edim. Siz buna layiqsiniz, bu hörmət və ehtiramı qəhrə-

manlığınızla qazanmısınız. Bəli, Dəli Qazar kimi generalı məhv 

edib, süvarisini də pərən-pərən salan üçüncü Artilleriya batare-

yası  Azərbaycan  bayrağını  ilk  dəfə  Qarabağda  dalğalandırdı. 

Martın  iyirmi  ikisindən  iyirmi  üçünə  keçən  gecə  saat  üç 

radələrində düşmən ilk dəfə güclü qüvvə ilə burdan, Əsgərandan 



General Əli ağa Şıxlinski və silahdaşları

68

baş qaldırıb. Bizim əlli nəfər əsgərimizin bir neçəsini məhv edib 



və əsir alıb. Siz də ilk dəfə düşmənin burnunu Əsgəranda ovub, 

öz silahdaşlarımızın qanını yerdə qoymadınız.

Qəhrəman əsgərlər! Mən şəxsən Almaniya cəbhəsində bir çox 

döyüşlərdə oldum. Fəqət, sizin qədər qəhrəman əsgərlərə nadir 

hallarda  təsadüf  etmişəm.  Siz  mənim  ümidlərimi  qüvvət lən-

dirdiniz. Siz canınızla gənc Azərbaycan ordusunun namusunu 

layiqincə müdafiə etdiniz. Eşq olsun siz və sizə döşlərindən süd 

verən analara!

Əsgərlər sevimli komandanlarını “yaşasın Azərbaycan!” söz-

lərilə alqışladılar.

Ürəyini boşaldan nazir xeyli sakitləşdi. Yaşının çox olmasına 

baxmayaraq o, özünü rahat və gümrah hiss edirdi. Sıradakı əsgər 

və  zabitlərə  yaxınlaşır,  həmsöhbət  olur  və  hal-əhval  tuturdu. 

Mehmandarov cavan, sir-sifətdən göyçək zabiti göstərib nəsə so-

ruşdu. General Həbib bəyin işarəsilə həmin zabit addımlarla qa-

bağa çıxıb dedi: 

– Möhtərəm Səməd paşa, mən Qafqaz İslam ordusundan kö-

nüllü olaraq Sizdə yardımçı qaldım. Çünki dilimiz bir, inancımız 

bir,  tariximiz  də  birdir.  Azərbaycan  həm  sizin,  həm  də  bizim 

vətəndir.

– İsminiz nədir? – nazir maraqla soruşdu.

–  Əfv  edin,  günahkar  bəndəyəm.  Unutdum,  daha  doğrusu, 

şaşırdım. İsmim: yarbay İsmayıl Həqqi əfəndidir.

General Həbib bəy Səlimov nazirə bir az yaxınlaşıb əlavə etdi:

– Cənab nazir, yarbay əfəndi yaxşı şərqilər qoşur. Döyüşlərarası 

fasilədə əsgərlər üçün tarixdən, ədəbiyyatdan, fəlsəfədən maraq-

lı söhbətlər eləyir. Hər gün də yarım saat özü yazdığı marşları 

əzbərlədir.

Nazir səmimiyyətlə:

– Afərin, – dedi, – bu da gərəkdir. Çox gərəkdir. Yüzillik rus 

hakimiyyətindən azad olunmuş türk xalqlarına xatırlatmaq la-

zımdır ki, biz həmişə boyunduruq altında olmamışıq. Hətta, Av-

ropa  və  Asiyaya  öz  tələblərimizi  diktə  etmişik...  Xalq  özünün 



Şəmistan Nəzirli

69

ümumdünya tarixinin səhifələrində yazılmış şanlı, mübariz keç-



mişini bilməlidir. Əgər düşmənə qalib gəlmək istəyirsənsə, xalq-

da sağlam milli hissləri oyatmalısan. Cənab yarbay, evlisinizmi?

– Xeyr, hələ subayam.

– Nə oldu, briqada komandanı Həbib bəy subay, diviziya ko-

mandiri Cavad bəy subay, batareya komandiri Bəhram bəy su-

bay, siz də subay… Canım, atın bu subaylığın daşını... 

İsmayıl Həqqi əfəndi:

– Möhtərəm paşam, – dedi, – məstəvsiz gavurların axırına çı-

xaq, sonrasına…

Nazir general Həbib bəydən soruşdu:

– Yarbay İsmayıl Həqqi əfəndi harada yaşayır. Bakıda?

– Xeyr, cənab nazir, Şəkini özünə vətən kimi qəbul edib. Bu da, 

bilirsiniz, kimə görədir? O, Bəhram bəyin çox yaxın dostudur. 

– Çox əla, çox pakizə, – deyib nazir dübarə sorğu-suala başladı: 

– Yarbay İsmayıl Həqqi əfəndi, cəlallı İstanbul üçün darıxmır-

sınız ki?

–  Xeyr,  mən  öz  Vətənim  Azərbaycandayam.  Mən  Qeysər 

şəhərində  dünyaya  gəldim.  İstanbulda  az,  lap  az  yaşamışam. 

Qafqazda çox yerlərdə oldum. Dərbənddə, Teymurxan-Şurada, 

Axtıda, hətta İmam Şamilin köyünə də getdim. Amma oralarda 

bənd  almadım.  Çünki  oralarda  İslama,  müqəddəs  dinimizə, 

hörmət görmədim, orda şişpapaq bolşeviklər yabançı təbliğatlar 

aparırlar. Ötən il dostum Bəhram bəy məni Şəkiyə qonaq apardı. 

Şəkini  Vətən  kimi,  Bəhram  bəyi  qardaş  qədər  sevdim,  yenə 

sevəcəm. Oradan ev də aldım.

Nazir soruşdu: 

– Şarkılarından birini oxuyarmısan?

–  Baş  üstə,  icazə  verin...  Mən  oxuyan  kimi  bütün  batareya 

mənə qoşulacaq. 

Biz əsgəriz – azəriyiz

Aləmdə ürfanlıyız.

Uca Qafqaz vətənimiz

Qan axıdar məcfərimiz,



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə