ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə25/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   21   22   23   24   25   26   27   28   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

76

– Rusların bu ikiüzlü siyasəti bizi təngə gətirib, – dedi. – Siz 



ötən  həftə  Gəncədə  olanda,  müavininiz  general  Əli  ağa  Şıx-

linskiyə ermənilərin Qarabağdan qovub çıxartmaqla arxayınlaş-

mamaq  barəsində  bir  məlumat  göndərmişdim.  Yəqin  ki,  Sizə 

çatdırıb. Şuşa və Xankəndi Cavanşir alayının, Quba alayının, bir 

də Tatar süvari alayının sayını artırmaq şərtilə, qvardiyanın da 

sayını  çoxaltmalıyıq.  Çünki,  əsir  alınan  ermənilər  desə  də, 

deməsə də daşnaklar Qarabağ iştahı ilə yaşayırlar. Mənim zən-

nimcə, onlar mütləq bolşeviklərlə birləşib, məhz, Qarabağa hü-

cum edəcəklər.

Yorğun və əsəbi Səməd bəy Mehmandarov:

–  Məncə,  –  dedi,  –  hələlik  Şəki  və  Ərəş  alaylarını  da  burda 

saxlamalıyıq.  Polkovnik  Seyfulla  Qacarın  alayını  isə  Qazaxa 

göndərin. Ordan da həyəcanlı xəbərlər gəlir. Əmir xan Xoyski-

nin məlumatına görə sərhəd kəndi Kəmərliyə və Tatlıya ermənilər 

hücuma hazırlaşırlar.

Dostları  gedəndən  sonra  Səməd  bəy  yata  bilmədi.  Yuxusu 

ərşə  çəkilmiş  nazir  oturduğu  yerdə  xeyli  fikrə  getdi.  Gərgin 

düşüncələr onu ağır məngənə kimi sıxırdı. Günorta üstü polkov-

nik Bəhram bəyin batareyasında olan şən əhvali-ruhiyyəsindən 

elə bil onu illər ayırmışdı. Dirsəyini mütəkkəyə söykədi, göz qa-

paqlarını yumdu ki, bəlkə yuxuya gedə, mümkün olmadı. Həyə-

candan boynunun damarları, əlləri titrəyirdi. Durub pəncərənin 

qabağına  gəldi.  Aşağılarda,  Ərimgəldi  təpəsindəki  evlərdə 

təkəm-seyrək  işıqlar  yanırdı.  Uzaqdan  qəfil  güllə  səsi  eşidildi. 

İtlər dərhal ağız-ağıza verib hürüşdülər. Səməd bəy pəncərəyə 

yanaşı  durub  dədə-baba  Mehmandarovlar  mülkünə  baxmaq 

istədi. Heç nə görə bilmədi. Birdən xatırladı ki, o tamam başqa 

səmtlərdir. “Sabah mütləq ora gedəcəm, – fikirləşdi. – Mütləq, 

yoxsa atam Sadıq bəyin, babam Qatırçı Muradın ruhu məndən 

inciyər. Ya qismət, bir də nə vaxt gələcəm, Şuşaya, Allah bilir…” 

Fikir-xəyal ona aman vermirdi. “İllah ki, bolşeviklərin Azərbay-

cana soxulmaq iddiası. Dünyanın işinə bax ki, Bakıda yaşayan 

rus fəhlələri özlərini şəhərin mütləq sahibi kimi aparırlar. Onla-



Şəmistan Nəzirli

77

rın hamısına malçişka Əliheydər dil verir. Cəfər Babayev kimisi-



ni Qusara göndərib alayda bolşevik təbliğatı apartdırır. Kimin 

fitvası ilə? – Mikoyan kimi daşnakın. Niyə bolşeviklər bu millətə 

sərbəst,  müstəqil  yaşamağı  günah  hesab  edir?  Qayıdan  kimi 

belələrini  həbs  elətdirib,  ciddi  rejim  altında  saxlamaq  barədə 

sərəncam verməliyəm. Yoxsa… Əliheydər kimi bolşe viklər rus 

fəhlələrini öyrətməklə, özümüzün bəzi nadanlarımızı da başdan 

çıxarır. Bu da fitilə od vurmaq kimi bir şeydir. Mübarizə aparma-

lıyıq. Kim gəlir gəlsin, qabağına silahla çıxmalıyıq. Döyüşməliyik, 

vəssəlam!”

Orta boylu, ağ saçlı, ağ saqqallı, səsində və sifətində hərbiçi 

zəhmi olan altmış dörd yaşlı general Səməd bəy Mehmandarov 

gecənin  dan  qaranlığında  xalqının  taleyini  fikirləşməkdən  yu-

mağa dönmüşdü. Qəzəb və hiddət hissi onu boğurdu.

İki addımlıqdakı Köçərli məhəlləsində xoruzlar səs-səsə ver-

di. Bikef nazir gözucu stolun üstündəki zəncirli saatına baxdı. 

Gözlərinə inanmadı, pensnesini taxıb təəccüblə dodaqlarını bir-

birinə sıxdı. Saat dördə on dəqiqə qalırdı. Canı ağrıyan, narahat 

Səməd bəy çarpayısına tərəf getdi…




General Əli ağa Şıxlinski və silahdaşları

78

GENERALA ALİM QAYĞISI



Əli ağa Şıxlinski taktika sahəsində dərin nəzəri, 

əməli bilikli sayca çox olmayan artilleristlərdən biri 

olub. O, hərb elmini təcrübədə tətbiq etmək sahəsində 

nadir bir istedada malik idi. Əli ağanın qəhrəmanlığı 

öz vətəninin şərəf və azadlığını müdafiə edən hər bir 

şəxs üçün nümunə olmalıdır.

Hərb elmləri doktoru,

professor, general-mayor

Dövlət mükafatı laureatı 

Yevgeni Barsukov

Əli ağada general təkəbbüründən əsər-əlamət yox 

idi.  General  Şıxlinski  hərbi  akademiyanı  bitirməsə 

də, fitri zəkası, praktik fəhmi artilleriya elmində ona 

böyük nüfuz qazandırmışdı. General Əli ağa Şıxlins-

ki hünərvərliyi dillərdə dastan olmuşdu.

Aleksandr Stepanovun

“Zvonaryovlar ailəsi” romanından

Şöhrətli sərkərdəmiz Əli ağa Hacı İsmayıl ağa oğlu Şıxlinskidən 

danışanda filosof-alim Heydər Hüseynovun xidmətlərini unut-

maq haqsızlıq olardı. Generalın “Xatirələrim” kitabının yazılma-

sında ən müstəsna rolu olan ilkin şəxs Azərbaycan Elmlər Aka-

demiyasının akademiki Heydər Hüseynovdur.

Bu “Xatirələr” Azərbaycan tarixində yeganə və ilk hərbi me-

muardır. Düzdür, yetmiş-səksəninci illərdə bəzi veteranlar Bö-

yük Vətən müharibəsi haqqında xatirələrini qələmə aldılar. La-

kin heç biri general Əli ağa Şıxlinskinin əsərinin səviyyəsinə çat-




Şəmistan Nəzirli

79

madı. İstər faktların zənginliyi, istər mövzu baxımından, istərsə 



də yazı dilinin şirinliyinə görə əsər özünə geniş oxucu marağı 

qazandırmışdır.  Yalnız  mərhum  polkovnik  Baxış  Mehdiyevin 

223-cü Azərbaycan atıcı diviziyası haqqında yazdığı “Xatirələrim” 

kitabını haradasa general Əli ağa Şıxlinskinin hərbi memuarı ilə 

yanaşı qoymaq olar.

1944-cü ildə akademik Heydər Hüseynov general Əli ağa Şıx-

linskinin  xatirələrini  iki  dildə  –  rus  və  Azərbaycan  dillərində 

7500 nüsxə tirajla nəşr etdirdi. Təəssüf ki, amansız ölüm görkəmli 

generalımıza xatirələrini kitab şəklində görməyə imkan vermədi. 

Kitab generalın ölümündən doqquz ay sonra – 1944-cü ilin may 

ayında nəşr olundu. Bu qiymətli kitaba hərb elminin böyük alimi 

professor, general-mayor Yevgeni Barsukov çox dəyərli ön söz 

yazmışdır. Əlbəttə, bu da akademik Heydər Hüseynovun xid-

mə tidir. Maraqlı burasıdır ki, general Əli ağa Şıxlinskinin şəx-

siyyəti və döyüş qəhrəmanlığı ilə fəxr edən Heydər Hüseynov 

general Barsukovun həmin məqaləsini (l ç.v. həcmində) yenə iki 

dildə ayrıca kitabça şəklində “Əli ağa Şıxlinski” adı ilə nəşr et-

dirmişdir. Bundan başqa alim Heydər Hüseynov həmin illərdə 

Rusiyanın görkəmli sərkərdələrinə, vaxtı ilə Əli ağa Şıxlinski ilə 

birgə çalışıb işləyənlərin xatirələrini istəmişdir.

Məhz  Heydər  Hüseynovun  təşəbbüsü  ilə  1945-ci  ildə  (№3) 

Moskvada çıxan “İstoriçeski jurnal”ın üçüncü nömrəsində pro-

fessor  Arkadi  Lavroviç  Sidorovun  generalın  kitabı  haqqında 

“Ə.Şıxlinski. Mənim xatirələrim” adlı elmi məqaləsi dərc olun-

muşdur.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin profes-



soru A.L.Sidorov bu qiymətli kitabın hərbiçilər və tarixçi alimlər 

üçün ən yaxşı məxəz olmasından bəhs edərək yazır: “General Əli 

ağa  Şıxlinskinin  xatirələri  inqilabdan  sonra  da  öz  əlaqəsini 

Vətəndən  və  ordudan  kəsməyən  şəxslər  tərəfindən  yazılmış 

qiymətli  tarixi  sənədlərdən  biridir.  Buna  görə  də  Şıxlinskinin 

xatirələri,  ordunun  tarixini  öyrənmək  üçün  xüsusi  bir  məxəz 

kimi qiymətlidir.



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə