ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə24/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   20   21   22   23   24   25   26   27   ...   154

Şəmistan Nəzirli

73

boğulan saman çöpünə əl atar. Bax, elə bir vəziyyətdə idi erməni 



generalı.

Nazir cəld bir hərəkətlə başını qaldırıb:

– Axı, nə deyirdin, Bəhram bəy, sən ona?..

–  Kutaisi  realni  məktəbində  oxuyanda  onların  dilini  öyrə-

nmişdim. Əvvəla, mən ona təklif elədim ki, təslim olsun, uşaqla-

ra  da  tapşırdım  ki,  hələ  atmayın.  Onu  diri  tutmaq  istə yirəm. 

Gördüm ipə-sapa yatmır. Yalandan dedim ki, zavallı, sənin əs-

gər lərinlə əvvəlcədən danışıb, səni satın almışam. Səni özünün-

külər satıb. Təslim olmalısan…

General Həbib bəy Səlimov:

Cənab nazir, eynilə bir teatr səhnəsi…

Nazir: 


– Dayan, dayan, – dedi Həbib bəy, – qoy özü danışsın.

Bəhram bəy davam elədi:

–  Dedim,  təslim  olmursansa,  onda  belə  çıxır  ki,  müsəlman 

əsgərinin gülləsilə ölməyə özün özünü məhkum eləmisən.

–  Gözəl  demisən,  əhsən  sənə.  Bax,  görürsünüzmü  peşəkar 

hərbiçi olmaq budur. Bu əclafın döyüş ruhu varmış. Qəsbkarlıq 

iştahı da varmış, amma döyüş qabiliyyəti yoxmuş. Yalançı gene-

ral olduğunu dar macalda büruzə verib. Heç bir xidməti olma-

dan aldığı general rütbəsi onu iştahlandırıb ölümə gətirib. Belə 

adamdan yalnız döyüşçü kimi istifadə etmək olardı. Hə, maraq-

lıdır, sonra nə oldu?

Bəhram bəy:

– Dəli Qazar yalvarırdı ki, icazə verin çıxıb gedim. Dilcana, bir 

də  Qarabağda  görünsəm,  atama  lənət.  Uşaq  aldadır...  Gəldim 

Həbib bəyin yanına. Soruşdum ki, nə etməliyəm, əsgərlərim də 

qanına susayıblar, öldürmək istəyirlər. O da yek kəlmə ilə cavab 

verdi: susdurun!

Biz də tapşırığa əməl elədik.

Səməd bəy Mehmandarov:

–  Düz  eləmisiniz,  –  dedi.  –  Düşmən  təslim  olmadıqda  onu 

məhv edərlər.



General Əli ağa Şıxlinski və silahdaşları

74

General Səməd bəy narahatdır…

Qapı astadan döyüldü. Səməd bəy “buyurun” deyənə kimi, 

qapıya  yaxın  olan  polkovnik  Bəhram  bəy  irəli  yeridi.  Qapıda 

mehriban üzlü, qıvraq geyimli bir gənc zabit “çay hazırdır, icazə 

verin gətirim” – deyib əli podnoslu içəri keçdi. Divara söykədilmiş 

çox da böyük olmayan stolu nazirin çarpayısına yaxınlaşdırdı. 

Səməd  bəy  mütəkkəni  kənara  qoyub,  çarpayıda  oturdu.  Çay 

gətirən  gənc  zabit  dərhal  dabansız  ev  ayaqqabılarını  cütləyib 

onun ayaqlarının yanına qoydu. Səməd bəy mehribanlıqla zirək 

zabitə  baxıb  üzərində  “afərin”  dedi.  Üzü  pörtmüş  gənc  zabit 

stəkanlara çay süzüb, stolun qırağındakı çaynikin üstünə qalın 

dəsmal sərdi. Ayaqlarını cütləyib, yaraşıqlı vücudunu şax tutdu. 

“İcazə  verin,  mürəxxəs  olum”.  Nazir  hələ  də  xoş  təbəssümlə 

onun hərəkətlərini izləyirdi.

General Həbib bəy:

– Azadsan, – dedi, – amma uzaq getmə…

Gənc zabit çıxan kimi Səməd bəy onun davranışını, səliqəli 

geyimini və əsl zabit yaraşığını təriflədi.

– Bəzi rus şovinistləri təkidlə deyirlər ki, siz müsəlmanlardan 

hərbiçi olmaz. Buyursun baxsın, belə yaraşıqlı zabiti rus ordusun-

da çıraqla da axtarsan tapmazsan. İlyarımlıq fəaliyyəti döv ründə 

ordumuzda qabiliyyətli zabit yetişibsə, rus ordusu kimi üç yüz il 

yaşı olsaydı, gör nələrə qadir olardıq. – O, dərindən köks ötürdü. 

– Qoyurlar ki, yağlı tikə olan Azərbaycana hərə bir caynaq atır. 

Denikin rədd olub getdi. İndi də bu bic bolşeviklər cənuba qoşun 

yeritmək  həsrətilə  minbir  oyundan  çıxırlar.  Dağıstanda,  Şimali 

Qafqazda kazaklarla dağlıların arasına təfriqə salıb toqquşdurdu-

lar. Bu bilirsiniz, “ayır-buyur” siyasətinin ən bariz nümunəsidir.

–  Səməd  bəy,  Sizcə,  Denikin  yenidən  Qafqazda  peyda  ola 

bilərmi? – qubernator Xosrov bəy Sultanov çəp gözlərlə

1

 Səməd 



bəyə baxıb soruşdu.

1

  1917-ci ildə Bakıda məşhur bir ağanın qoçusu ilə mübahisədən son-



1917-ci ildə Bakıda məşhur bir ağanın qoçusu ilə mübahisədən son-

ra bir-birinə güllə atıblar. Qoçu Xosrov bəy Sultanova sol gözündən xətər 

yetirib. Bundan sonra gözü çəp qalıb – Ş.N.



Şəmistan Nəzirli

75

– Yox, heç vaxt! Bolşeviklər artıq onun mahnısını oxudular... 



Denikinin  işi  bitdi.  –  Üzündə  təbəssüm  yox  olan  nazir  Səməd 

bəy sonra nifrət hissiylə əlavə elədi: – Bolşeviklər elə toxumdur 

ki, onlar hara yerisələr, yüz il orda ot bitməz. Bu saat Volqa bo-

yunda və Sibirdə vətəndaş müharibəsi aparan Kolçak cənablarını 

da belə bir tale gözləyir.

– Əsir aldığımız ermənilər deyirlər ki, sizə qarşı ağqvardiyaçı 

Denikinlə birləşmək istədik, baş tutmadı, – deyə polkovnik Bəh-

ram  bəy  Nəbibəyov  söhbətə  qoşuldu.  –  Gec-tez  bolşeviklərlə 

əlbir olub, Azərbaycan adlı müstəqil respublikaya divan tutaca-

ğıq. Keşişkənd uğrunda qanlı döyüşlər gedəndə ermənilərin ço-

xusu sərxoş idi. Podpolkovnik Rəfibəyovun və polkovnik Leves-

tamın əsir götürdüyü ermənilər də bu barədə çox sayaqladılar.

Səməd bəy Mehmandarov:

– Bolşeviklər Bakıda yaşayıb işləyən rus fəhlələri və müsəlman 

bolşevikləri  arasında  güclü  təbliğat  aparıb.  Azərbaycan  milli 

hökumətinə və bu hökuməti istəyənlərdə nifrət hissi yaratmağa 

çalışırlar. Bu gün də içimizdən təmizləyə bilmədiyimiz agent və 

şpionların sayəsində. Bir həftə əvvəl Gəncədə agent Smıslovun 

təxribatçı qrupunu həbs etdik. Bu dəstədə kimlər vardı? Bakıda 

Baş Qərargahda çalışan – adını çəkmək istəmirəm – bir nəfərin 

zövcəsi Nelli Çernışova, Stanislav Zuber və başqaları – hamısı 

bizim əleyhimizə işləyib. Görünür, bizim əks-kəşfiyyat və daxili 

orqanlar zəif fəaliyyət göstərir, mürgüləyirlər… Mənim aldığım 

məlumata görə bolşeviklər Ermənistanda başqa cür təbliğat apa-

rır. Onlar ermənilərə canıyananlıqla bildiriblər ki, siz nə Azər-

baycansınız, nə də Gürcüstan. Siz İran, Türkiyə və Azərbaycan 

kimi müsəlman ölkələri arasında boğulursunuz. Biz sizə Türkiyə 

və Azərbaycandan torpaq qopartmaqla ərazinizi böyüdüb tam 

dövlət  müstəqilliyinizə  zəmanət  veririk.  Görürsünüzmü,  bol-

şeviklər  özlərinin  ikiüzlü,  xəbis  siyasətlərilə  Şimali  Qafqazı  və 

Dağıstan  dağlılarını  fəth  edib,  indi  də  murdar  əllərini  bizə  – 

cənuba tərəf uzadırlar.

General Həbib bəy Səlimov ikrah hissi ilə:



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə