ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə21/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   17   18   19   20   21   22   23   24   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

64

var: alma kökündən gen düşməz. Mən inanıram ki, podpolkov-



nik Bəhram bəy sizin layiqli davamçınızdır.

– Demək istəyirsən ki, Bəhram bəy xidmətdə mənə oxşayıb? 

– deyən nazirin sevincdən gözləri parıldadı.

Əli ağa Şıxlinski ciddi general zəhmilə:

– Mən hələ 1918-ci ilin iyun-iyul aylarında onun Hövsan və 

Nobel  çənləri  ətrafındakı  bolşevik-daşnaklara  qarşı  apardığı 

döyüşlərin şahidi olmuşam. Bəhram bəy çox qoçaq və bilikli za-

bitdir. Onunla fəxr etməyə dəyər. Dəli Qazar kimi generalı mü-

ha sirəyə salıb məhv etməsinə şəxsən mən şəkk-şübhə etmirəm. 

Belə qoçaq, hərbi işə böyük məhəbbəti olan zabitin yeri akademi-

yadır. 

– Mən də bu fikirdəyəm. Ancaq hanı hərbi akademiya? Rusi-



yaya  yollar  bağlı,  özümüzdə  isə  yox,  ölkəmiz  də  müharibə 

vəziyyətində... – deyən nazir yenidən Bəhram bəyin sənədlərinə 

göz gəzdirdikcə baxışları canlanır, üzündə sevinc görünürdü: – 

Qafqaz Əlahiddə Ordusundakı iyirminci artilleriya briqadasında 

podporuçik,  1909-cu  il,  sentyabrın  yeddisində  poruçik,  1912-ci 

ildə üçüncü batareyanın komandiri. Sonra Əlahiddə Qafqaz or-

dusunda artilleriya rəisinin müavini vəzifəsində çalışıb. Müha-

ribəni axıra qədər Qafqaz cəbhəsində keçirib.

– Təltiflərini axtarırsınız? O biri səhifənin arxasındadır, – deyə 

Əli ağa Şıxlinski şəhadət barmağını irəli uzadıb göstərdi.

– Aha, budur, – deyə Mehmandarovun iti nəzərləri kağızın 

üzərində  gəzindi.  –  “Müqəddəs  Stanislav”  ordeninin  üçüncü 

dərə cəsi  və  “Müqəddəs  Anna”  ordeni

1

.  Amma  sonuncunun 



dərəcəsi göstərilməyib. Eybi yoxdur, hər şey aydındır. Siz doğru 

buyurursunuz, Əli ağa. Belə peşəkar zabitlərimiz çoxdur. Onlar 

akademik hərbi təhsil ala bilsəydilər, ordumuzun gücü birə-beş 

artardı. Nə fayda, hələlik buna imkan yoxdur.

1

    Polkovnik  Bəhram  bəy  Qasım  bəy  oğlu  Nəbibəyovun  1916-cı  ilə 



qədər  “Hərbi-xidmət  siyahısı”nın  surətini  1999-cu  ildə  Rusiya  Dövlət 

Hərbi Tarix Arxivindən nəvəsi Bəhram Aslan oğlu Sultanov gətirtdi. Bu 

xidmət üçün ona təşəkkürümüzü bildiririk – Ş.N.



Şəmistan Nəzirli

65

Polkovnik Bəhram bəyin igidliyi

Raportun son cümlələri nazir Mehmandarovda xüsusi maraq 

oyatmışdı.  General  Həbib  bəy  Səlimov  yazırdı  ki,  Zati-Aliniz 

tərəfindən yaradılan şanlı qoşunlarımız köhnə, döyüşlərdə bər-

kimiş hissələrə məxsus şücaətlə vuruşurdular.

Döyüşün qəhrəmanları bunlar idi: şığıyaraq Daşkənd yüksək-

liyini ələ keçirən qubalılar və bir neçə erməni basqınına baxma-

yaraq bir an da sarsılmayan və üzərinə düşən hər mərmiyə görə 

dərhal cavab atəşi açan podpolkovnik Bəhram bəy Nəbibə yovun 

dördüncü dağ batareyası.

Yol boyu qələbənin havası ilə öz-özünə danışan, ilk baxışdan 

qaraqabaq nazirin ürəyi işıqlı arzularla dolu idi. Oğlu qədər sev-

diyi, istedadlı komandir Həbib bəy Səlimovun uğurları ona elə 

bil qanad taxmışdı. Üstəlik də Həbib bəy kimi qoçaq generalın 

Nəbibəyovun  haqqında  göndərdiyi  raport  ona  sonsuz  sevinc 

bəxş eləmişdi.

İnişil (1918-ci il, dekabrın 5-də) yenicə təşkil olunan Azərbay-

can ordusunun hissələrinə baxış keçirən hərbiyyə naziri Səməd 

bəy Mehmandarov Tərtərdə yerləşən Dağ batareyasının əsgər və 

zabitlərindən tam razı qalmışdı. Nazir səkkiz saylı əmrində qeyd 

edirdi  ki,  yoxlanış  zamanı  batareya  komandiri  Bəhram  bəy 

Nəbibəyovun əsgərləri məndə xoş təəssürat yaratdı. Hiss olunur 

ki, batareya komandiri zabitlərlə birlikdə qüsurları aradan qal-

dırmağı bacarır. Komandir Nəbibəyovun qısa müddətdə etdik-

ləri mənə qəti inam verir ki, ən yaxın vaxtda bu batareyanı daha 

yüksək  səviyyədə  görəcəyəm.  Onun  azsaylı  zabitlərinə  və  ko-

mandir  Nəbibəyova  yorulmaz  zəhmətlərinə  görə  təşəkkür 

edirəm.

“Demək, Həbib bəyin raportundan belə məlum olur ki, daş-



nak Dəli Qazarın dəstəsini bizim Dəli Bəhram bəy Nəbibəyovun 

batareyası mühasirəyə salıb məhv edib. Yaxşıdır, çox yaxşıdır”, 

– deyə öz-özünə danışan nazir podpolkovniklə generalın döyüş 

dostluğundan qürrələnirdi. – Qələbə, ancaq və ancaq döyüş vax-




General Əli ağa Şıxlinski və silahdaşları

66

tı  əmr  verənlə  icraçının  başa  düşməsi  sayəsində  qazanılır.  Nə 



yaxşı,  Nəbibəyov  haqqında  inişilki  raportu  yazanda  zəndim 

məni aldatmayıb… Elə biri Baş Qərargah rəisi onda, dolayısı da 

olsa, mənə işarə verdi ki, Bəhram bəy yaxşı komandirdir. Amma 

çox çılğındır, bəzi məsələlərdə özünü cilovlaya bilmir...

– Komandir cəld və çılğın olmasa, əvvəla, əsgərlər onu say-

maz.  İkincisi  də,  döyüş  vaxtı  özü  zorla  yeriyən  komandirin 

əsgərləri yerindən qalxana kimi düşmən onları haqlayıb məhv 

edər, – cavabını vermişdi nazir Mehmandarov.

Mehmandarov  Milli  Orduda  hərbiyyə  naziri  vəzifəsində 

xidmətdə  olandan  ilk  dəfə  idi  ki,  təzə  mundirini  geyinmişdi. 

Təmtəraqlı geyimin o qədər də aludəsi olmayan nazir bu dəfə 

akselbant və venzili

1

 də taxmışdı. Yaxasında isə bircə orden var-



dı: Cahan savaşında hər sərkərdənin ala bilmədiyi “Ağ qartal” 

ordeni. O, 1915-ci ildə alman generalı Makenzenin sürətli döyüş 

əməliyyatı planlarını puça çıxartdığına görə bu ali ordenlə təltif 

olunmuşdu.

 

Qəhrəman alay

Avtomobilin  şeypuru  təhlükə  görmüş  qaz  kimi  həyəcanlı 

gəlirdi. Qışlanın qabağında toplaşmış zabit və əsgərlər naziri ta-

nıyıb “urra” deyə qışqırdılar.

Bəhram bəy irəli yeridi. Sərt səslə “sıraya düzülün” komanda-

sı  verdi.  Zabitlər  qabaqda,  əsgərlər  də  onlardan  sonra  nizami 

qıvraqlıqla  sıraya  düzüldülər.  Bəhram  bəy  sıra  qabağında  vü-

qarla dayanıb ahəngdar səslə komanda verdi:

– Alay, sağa – dön! Düzlən, düzlən, deyirəm, arxada səs var…

Alay bir nəfər vücud kimi sağa dönüb farağat dayandı. Ma-

şından üç nəfər düşdü. Qarabağın general-qubernatoru Xosrov 

bəy Sultanov, Qarabağ ərazi qoşunlarının komandanı general-

mayor Həbib bəy Səlimov və hərbiyyə naziri, tam artilleriya ge-

1

  Akselbant,  venzel  –  imperiya  ordusunda  zabitlərin  çiyinlərinə  və 



döşlərinə taxdıqları zərli, hörmə qaytan – Ş.N.


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə