ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə18/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   14   15   16   17   18   19   20   21   ...   154

Şəmistan Nəzirli

55

...Müşavirədə  topçular  hər  batareyanın  atəş  hədəflərini 



müəyyənləşdirdilər... Uzaqvuran topları cəbhənin ön xəttinə ya-

xınlaşdırmağı qət etdilər. Bu düşmənin arxa tərəfini atəşə tutma-

ğa imkan yaratsa da, batareyaların özlərini belə almanların ağır-

yüngül toplarının zərbəsi altında qoyacaqdı.

– Bizi hazırlayıcı top atəşini açar-açmaz vura bilərlər, topları-

mız isə nadir dəyərlidir, – deyə həmin batareyaların komandirləri 

etiraz edirdilər.

General Şıxlinski istehza ilə:

– Onda nadir eksponatlarınızı muzeyə aparın, – dedi.

* * *


...Boreyko  Mogilyov  şəhərinə,  general  Əli  ağa  Şıxlinskinin 

görüşünə yollandı. Onun dediklərini dinləyən general hiddətləndi:

– Bunların işindən baş açmaq olmur! Elə bil almanlarla yox, 

öz  rus  soldatlarımızla  vuruşuruq,  yaxşıların  yaxşısını  tutub 

dama basırlar! Tam Georgi kavaleri Bloxinı! Əzazilliyə bax! Bəs... 

döyüşən-vuruşan kim olacaq? Bəlkə cənab jandarm polkovniki-

nin özü? Onda elə indidən məğlubiyyətə qol çəkmək olar!..

Otaqda əsəbi halda var-gəl edən general Boreykoya söylədi 

ki, əsgər Lepenyovun ölüm xəbəri uydurmadır, o, sağdır, Jitomir 

həbsxanasında ağzıbirdə saxlanılır.

–  Bütün  bunlar  jandarm  fitnə-fəsadıdır,  –  general  əlinin 

hərəkətlərilə sanki sözlərinə qüvvət verirdi. – Rəsmən soldatın 

həlak olduğunu bəyan elədilər, indi də hər dəqiqə onunla haqq-

hesabı çürüdə bilərlər. Öz özlərinin əl-qolunu açmışlar!

– Kimdən eşitmisiniz? – Boreyko həm təəccüblənir, həm də 

sevinirdi.

– Qərargahın baş prokurorundan. O, özü Berdiçevdə olmuş, 

Lepenyovu gözüylə görmüşdür... Yeri gəlmişkən, o fırıldaqçı Xa-

tovla bağlı əhvalatı sizə çoxdan danışmaq istəyirdim. Bilirsiniz-

mi, axır ki, onun izinə düşdüm. Daha doğrusu, onunla qaladan 

qaçan dəftərxana məmurunu axtarıb tapdılar. Nə olsa yaxşıdı – 

hər şeyi boynuna aldı. Siz haqlı çıxdınız: onlar qaladan nəhəng 




General Əli ağa Şıxlinski və silahdaşları

56

məbləğ aparıbmış, əlbəttə, xəzinəyə təhvil vermək niyyətilə yox. 



Amma son anda Xatov nədənsə bütün pulları çırpışdırmaqdan 

çəkinib. Bic vələddüzna! Fikirləşib ki, yarısını təhvil verib yarısı-

nı  da  mənimsəmək  daha  yaxşı  olar.  Oğurluqda  günahlandır-

mazlar, bəlkə hələ “hünərinə” görə bir orden də verərlər. Hesa-

bını düz tutubmuş. O düşündüyü kimi oldu. İstədim açım sandı-

ğı, töküm pambığı. Qoydular ki! Küy qaldırdılar: “Nə danışırsı-

nız! Zabiti rüsvay eləmək istəyirsinizmi?” Ört-basdır elədilər...

...Əli ağa Şıxlinskini dilə tutub Brusilovun qəbuluna getməyə 

vadar edən Boreyko yol boyu generala Bloxinin günahsız oldu-

ğundan, düzlüyündən, həm Port-Arturda, həm indiki mühari-

bədə göstərdiyi hünərdən vəcdlə danışdı.

Brusilovun  qəbulunda  bir  qədər  gözləməli  oldular.  Yavər 

hansı  məsələ  üçün  gəldiklərini  soruşanda  Şıxlinski  sərt  tərzlə 

Brusilova gəlişlərini çatdırmağı əmr etdi. Adyutant içəriyə keçdi, 

tezliklə Şıxlinski ilə Boreyko Brusilovun kabinetinə daxil oldu-

lar. Əli ağa mətləbi qısaca söylədi.

– Demək, bizim qanunpərəstlər yenə hoqqa çıxarıblar. – Alek-

sey Brusilov prokuroru və hərbi məhkəmə sədrini yanına çağır-

mağı əmr etdi.

Məhkəmə sədri başladı ittihamnaməni çözələməyə.

–  Kəsə  söyləyin,  –  general  Brusilov  hərbi  hakimi  tələsdirdi, 

sonra: – Demək, siz dörd Georgi xaçı olan, cəbhəçi zabitin dar 

ağacından asılmasına fərman vermisiniz? Mən sizi düzmü başa 

düşmüşəm?

Məhkəmənin hökmü belədir, – hakim təsdiq etdi.

– Siz, prokuror, bu hökmə etiraz etmədinizmi?

– Xeyr! – deyə prokuror-polkovnik kəkələdi.

–  Onda  etirazı  mən  özüm  edərəm!  Hökmü  təsdiqləmirəm. 

İşin əməlli-başlı araşdırılmasını lazım bilirəm. Cənablar, özünüz 

düşünün  görün,  adamın  müqəssirliyini  bircə  həftəyə 

yəqinləşdirib ölümə məhkum etmək olarmı? Siz hətta onun ko-

mandirini  dinləməyi  rəva  bilməmisiniz.  O  isə  Bloxinə  parlaq 




Şəmistan Nəzirli

57

xasiyyətnamə  verir.  Polkovnikə  deyin  ki,  onu  vəzifədən  azad 



edirəm. Belə getsə o mənim ən yaxşı əsgərlərimi, zabitlərimi bir-

bir asdırar! Mən sizi daha yubatmıram, cənablar!

Əli ağa Şıxlinski:

Zati-aliləri, icazə verin, biz də gedək, – dedi.

– Xeyr, Əli ağa, sizi də, polkovnik Boreykonu da elə-belə bu-

raxan deyiləm. Buyurun, qəlyanaltı edək.

* * *

...Üç gün sonra Petroqrada Boreyko və həbsdən azad edilən 



Zuyev  gəlib  çıxdılar.  Mogilyovdan,  Ali  komandanın  qərar-

gahından Əli ağa Şıxlinski də onlarla idi. Çiyinlərində tam

1

 artil-


leriya generalı poqonları parlayırdı. Əli ağa 10-cu ordunun ko-

mandanı vəzifəsinə təyin olunduğunu söylədi...



Əli ağa Şıxlinskinin xatirələrindən:

1914-1918-ci  illər  müharibəsi  dövründə  mən  birinci  dərəcəli 

Stanislav ordeni, qılıncla birinci dərəcəli Anna ordeni, qılıncla 

ikinci  dərəcəli  Vladimir  ordeni  (bu,  gənc  bir  general  üçün  çox 

yüksək bir mükafat idi) təltif edilib, general-leytenant rütbəsini 

aldım.

Mənim üçün xidmət xoşbəxtliklə keçmişdir. Yaponiya müha-

ribəsindən başlamış, ordudan getdiyim künə qədər mən heç bir 

müvəffəqiyyətsizliyə uğramadım. Mən rusların gözəl doğulma, 

xoşbəxt  doğul  qədim  atalar  sözünü  dəfələrlə  özümdə  sınamı-

1

  İnqilabdan əvvəl çar ordusunda cəmi dörd general rütbəsi olub. Ar-



dı cıllıq  belə  idi:  general-mayor,  general-leytenant,  general  və  general-

feldmarşal. Zabit heyətində generalları tam general adlandırırdılar (indiki 

general-polkovnik rütbəsinə bərabərdir). Fərəhləndirici haldır ki, inqilab-

dan  əvvəl  xalqımızın  üç  oğlu  tam  general  kimi  yüksək  rütbəyə  layiq 

görülüblər. Onlar Hüseyn xan Naxçıvanski, Əliağa Şıxlinski və Səməd bəy 

Mehmandarovdur.  Hərbi  hissələrin  növünə  görə  isə  generalları  infanteri-



yadan, artilleriyadan, kavaleriyadan kimi sözlər əlavə etməklə ayırırdılar – Ş.N.


Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə