ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə28/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   24   25   26   27   28   29   30   31   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

86

səh.14-15), “Kommunist” qəzeti (18 avqust 1946-cı il), “İzv. Az. 



FAN” (1944-cü il, №9, səh.78-83).

Görkəmli  ədəbiyyatşünas-alim  Məmməd  Arif  1965-ci  ildə 

“Heydər  Hüseynov”  adlı  məqaləsində  yazır:  “Çap  olunan  şey 

qalacaqdır” – sözlərini təkrar edən Heydər Hüseynov nəşriyyat 

işinə xüsusi əhəmiyyət verirdi. O, yeni çıxan kitabı əlinə götürüb 

iftixarla deyərdi: “Tərcümədə respublikalar arasında biz qabaq-

da gedirik. Bax, bu Üzeyir bəy Hacıbəyovun “Azərbaycan musi-

qisinin əsasları” əsəridir; xalq musiqisi haqqında misilsiz kitab-

dır.  Bəs  general  Əli  ağa  Şıxlinskinin  xatirələrini  oxumusunuz-

mu?.. Oxuyun görün, orda nələr var, şöhrətli bir insanın döyüş 

və ömür yolu başdan-başa tarixdir”.

Bütün bunları tədqiq edən, nəşri üçün ürəkdən sevinən, gene-

ralın elmi fəaliyyəti ilə iftixar edən alim Heydər Hüseynov yazır-

dı: “Əli ağa Şıxlinski dünyada şöhrət qazanmış artilleriya elmi 

sahəsindəki  kəşfləri  və  fəaliyyəti  ilə  yanaşı  olaraq,  dil  və  ədə-

biyyat məsələləri ilə də yaxından məşğul olurdu. O, uzun illər 

Rusiyada  qulluq  etsə  də Azərbaycan  dilini  mükəmməl  bilirdi. 

İslah, ifadə quruluşu, yeni söz yaradıcılığı ilə ciddi məşğul ol-

muşdur”.

Çoxları  indiyədək  bilmir  ki,  general  həm  də  güclü  poeziya 

həvəskarı idi. Onun özünün yazdığı bir sıra şeirləri, bədii tər-

cümələri və məktubları alim Heydər Hüseynovun şəxsi fondun-

da saxlanılır. Generalın 1904-cü ildən qeydlər apardığı “Zabitin 

dəftəri” də alimin fondunda saxlanılır. General iftixarla yazır ki, 

mən klassik şairlərimiz Molla Vəli Vidadinin, Mustafa ağa Arif 

Şıxlinskinin və Mirzə Məhəmməd Qayıbzadənin nəslinə məx su-

sam. Anam Şahyəmən xanım Molla Vəli Vidadinin qız nəvəsidir.

Alim Heydər Hüseynov 1945-ci il aprelin 20-də general Şıx-

linskinin  qayını  doktor  Bahadır  bəy  Qayıbovun  tibbi-ictimai 

fəaliyyətinin 40 illiyi münasibəti ilə təbrik məktubunda yazırdı: 

“Mən burada Sizin Vətən və elm qarşısındakı daha böyük xid-

mə tinizi  qeyd  etmək  istəyirəm.  Siz  və  Sizin  həyat  yoldaşınız 




Şəmistan Nəzirli

87

məş hur  hərbi  xadim  və  alim,  keçmiş  ordunun  generalı, Azər-



baycan  xalqının  sadiq  oğlu  Əli  ağa  Şıxlinskinin  həyatının  son 

illərini qayğı və diqqətlə əhatə etmiş və bəzəmisiniz”.

Doktor Bahadır bəy Qayıbov isə 1946-cı il 30 sentyabr tarixli 

məktubunda yazırdı:

Hörmətli Heydər Nəcəfoğlu!

Əlbəttə, Sizin unudulmaz Əli ağa və Nigar bacı haqqında ya-

zılarınız həmişə çox uğurlu alınır. Bəli, onları unutmaq olmaz! 

Onların  hər  ikisi  öz  vətəni  Azərbaycanı  və  xalqını  səmimi-

qəlbdən sevirdilər. Onlar yalnız təhsil aldığı rus dilini deyil, öz 

doğma ana dillərini də əla bilirdilər.

 Heç vaxt unutmaram ki, onların hər ikisinə şəxsən ana dilində 

təhsil verən, həmçinin Tiflisdə və Qoridə Müəllimlər Seminari-

yasında  yüzlərcə  azərbaycanlı  uşağını  oxudan  rəhmətlik  atam 

Mirzə Hüseyn əfəndi Qayıbzadə səbəbkardır. Rəhmətlik Nigar 

bacım  atamdan  daha  çox  şey  əxz  etmişdir;  o,  yetkinliyində, 

nəinki İran klassikləri Sədi, Firdovsi, Hafiz, Cami, türk Məhəm-

məd Fizuli, Molla Pənah Vaqif və başqalarını oxumuş, həmçinin 

klassik şairlərimiz Xaqani, Nizami, Əlişir Nəvaini mütaliə etmiş, 

ərəb dilini öyrənmiş və ərəb ədəbiyyatı ilə də yaxından tanış idi.

Heyf ki, Siz onunla tanış deyildiniz. O, həqiqətən rus dili bir 

yana, Azərbaycan və fars ədəbiyyatının bilicisi idi.

Hörmətlə Sizin dostunuz: 

Bahadır bəy Qayıbov” 

* * *


Solmayan şöhrət və əbədi məhəbbət

1943-cü  il  avqustun  18-də  indiki  Musa  Nağıyev  adına 

xəstəxanada  kardiosklerozdan  vəfat  edən  general  Əli  ağa  Şıx-

linskinin dəfn mərasimini filosof-alim Heydər Hüseynovun özü 

təşkil etdi. Generalla heç bir qohumluğu olmayan alimin Ə.Şıx-



General Əli ağa Şıxlinski və silahdaşları

88

linski  şəxsiyyətinə,  onun  sərkərdəlik  fəaliyyətinə,  xüsusilə,  lü-



ğət çilik sahəsindəki elmi-publisistik yaradıcılığına böyük rəğbəti 

vardı.


Dəfn mərasimini Bakı Hərbi Qarnizonundan çağırılmış alay 

orkestrlə müşayiət etdi. Qəbri üstündə topdan və avtomatlardan 

yaylım atəşi atıldı. “Artilleriyanın allahı”nı görkəmli sərkərdələrə 

məxsus hərbi qaydada torpağa tapşırdılar. Heydər Hüseynovun 

özü, generalın yetirmələri və qohumları son vida nitqi söylədilər.

Tam artilleriya generalı Əli ağa Hacı İsmayıl ağa oğlu Şıxlins-

kinin  adı  və  hərbi  quruculuq  tariximizdəki  misilsiz  xidmətləri 

bu gün də unudulmamışdır. İndi Bakıda, Gəncədə, İmişli və Qa-

zax  rayonlarında  abad  küçələr  onun  adını  daşıyır.  Respublika 

Nazirlər Sovetinin 1990-cı il 28 iyul tarixli qərarı ilə Sabirabad 

rayonundakı  altı  saylı  pambıqçılıq  kolxozuna  və  Bakının  yed-

dinci mikrorayonundakı 135 saylı orta məktəbə general Əli ağa 

Şıxlinskinin  adı  verilmişdir.  Vaxtilə  yaşadığı  Cəfər  Cabbarlı 

küçəsindəki binaya xatirə-barelyefi vurulmuşdur.

1990-cı il iyulun 23-də isə Respublika Prezidentinin fərmanı 

ilə ali məktəb tələbələri üçün xüsusi “general Əli ağa Şıxlinski” 

təqaüdü təsis edildi. 

Qazax Xeyriyyə Cəmiyyəti cəbhə bölgəsində və orduda fəallıq 

göstərən əsgər və zabitlər üçün “General Əli ağa Şıxlinski müka-

fatı”  təsis  edib.  Hər  il  general  Əli  ağa  Şıxlinskinin  doğum  və 

vəfatı günü qeyd olunur. Fəaliyyəti və şəxsiyyəti haqqında ki-

tablar və çoxlu məqalələr yazılır, xatirə günü keçirilir.

Vətənin, doğma Azərbaycanın şərəf və azadlığı yolunda igid 

bir sərkərdə kimi danılmaz xidmətləri olan tam artilleriya gene-

ralı Əli ağa Şıxlinski doğma xalqının ehtiramına tam mənada la-

yiq şəxsiyyətdir.




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə