ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə30/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   26   27   28   29   30   31   32   33   ...   154

General Əli ağa Şıxlinski və silahdaşları

92

General Əli ağa Şıxlinskiyə məxsus sənədlərdən məlum olur 



ki, həmin günlərdə o, Semaşko adına xəstəxanada son günlərini 

yaşayırdı. 

Erməni  Varvara  Minayevanın  saxtakarlığını  sübut  etmək 

üçün  Sankt-Peterburq,  Moskva  və  Çarskoye-Seloda  saxlanan 

rəsmi arxiv sənədlərinə müraciət edək.

Sankt-Peterburqdakı Artilleriya  Muzeyinin Arxivində  saxla-

nan sənəddə general Əli ağa Şıxlinski öz dəsti-xətti ilə “1865-ci il 

aprelin 23-də anadan olmuşam” sözlərini yazıb.

1914-cü ildə Çarskoye-Selo şəhərində özünün qol çəkib təsdiq 

etdiyi “Hərbi xidmət kitabçası”nda oxuyuruq: “1865-ci il aprelin 

23-də  Yelizavetpol  quberniyası,  Qazax  qəzasının  Qazaxlı 

kəndində ağalıq nəslində anadan olmuşam”.

Həmin  sənədin  on  birinci  səhifəsində  isə  yazır:  “1909-cu  il 

oktyabrın 27-də, 44 yaşında Zaqafqaziya müftisi Mirzə Hüseyn 

əfəndi Qayıbovun qızı – dul qadın Nigar xanım Palovandova ilə 

qanuni  evlənmişəm.  Uşaqlarımız  yoxdur.  Hər  ikimiz  İslam 

dininə etiqad edirik”.

Generalın 1944-cü ildə çıxan “Xatirələrim” kitabında isə saxta 

düzəliş edilərək “46 yaşında” yazılıb. 

Bu sətirlərin müəllifi 1984-cü ildə Sankt-Peterburqda və Çars-

koye-Seloda yaradıcılıq ezamiyyətində olarkən general Əli ağa 

Şıxlinskiyə  məxsus  “Hərbi  xidmət  kitabçası”nın  kserosurətini 

çıxardıb gətirmişdir. Həmin qiymətli sənəd şəxsi arxivimdə sax-

lanılır.


Onu  da  xatırladım  ki,  həmin  sənədin  bir  surəti  də  Rusiya 

Mərkəzi  Dövlət  Hərbi  Tarix Arxivində  mühafizə  olunur.  (Bax: 

F.H/k, iş 109, vərəq 1.)

1920-ci il Bakıda 28 aprel çevrilişinin səhəri bolşevik çekistləri 

həbs etdikləri hərbiyyə naziri Səməd bəy Mehmandarova və mü-

avini Əli ağa Şıxlinskiyə belə bir sualla müraciət etmişlər:

– Hansı partiyanın və ya inqilabın mənafeyini müdafiə edirsi-

niz?



Şəmistan Nəzirli

93

General Səməd bəy Mehmandarovun cavabı: “Bütün ömrüm 



boyu mən, hər cür siyasətdən uzaq olmuşam”.

General Əli ağa Şıxlinskinin cavabı: “Hər bir inqilaba əks-

inqilab  kimi  yanaşıram,  heç  vaxt  belə  şeylərə  qoşulmamışam, 

qoşulmazdım da…”.

Azərbaycan  Respublikası  Milli  Təhlükəsizlik  Nazirliyinin 

Arxivində saxlanan həmin dindirilmə sənədində:

– Neçə yaşınız var? Harada yaşayırsınız? – sualına general Əli 

ağa Şıxlinski belə cavab vermişdir: 

– Əlli beş yaşım var. 1865-ci ildə anadan olmuşam. Nikolayev 

küçəsində  (indiki  İstiqlal  küçəsi  –  Ş.N.)  beş  saylı  evin  üçüncü 

mənzilində yaşayıram.

Rus hərb tarixçisi K.A.Zalesskinin 2003-cü ildə “Birinci Dün-

ya müharibəsində kim kim olub” irihəcmli (893 səh.) ensiklope-

dik  əsəri  Moskvada  nəşr  olunub.  Həmin  kitabın  675  və  676-cı 

səhifələrində general Əli ağa Şıxlinski haqqında geniş məlumat 

verilir. Orada da generalın doğum təvəllüdü 23 aprel 1865-ci il 

göstərilir.



Azərbaycan oğlu, Rusiya generalı

Rus ordusunun görkəmli artilleriyaçılarından biri Əli ağa İs-

mayıl  ağa  oğlu  Şıxlinski  1865-ci  ildə  Yelizavetpol  quberniyası, 

Qazax qəzasının Qazaxlı kəndində qədim nəsildən olan ailədə 

anadan  olmuşdur.  Gələcək  artilleriyaçının  atası  İsmayıl  ağa 

cəsur  döyüşçü  kimi  tanınırdı  və  ailə  ənənəsinə  görə,  oğul  da 

həyatını hərbi xidmətə həsr etməli idi. 

Oğlan 1876-cı ilin avqustunda Tiflis hərbi gimnaziyasının bi-

rinci sinfinə daxil olmuş, oranı – artıq kadet korpusuna çevrilmiş 

gimnaziyanı 1883-cü ildə birinci şagird kimi bitirmişdi. Sonra öz 

təhsilini Sankt-Peterburqda, Mixaylovski Artilleriya Məktəbində 

davam etdirmişdi. O, orda da nəinki bacarıqlı şagird kimi, həm 

də əla süvari və gimnast kimi müvəffəqiyyət qazanmışdı. Yun-

kerin  müvəffəqiyyətləri  diqqətdən  kənarda  qalmamış,  təhsilin 




General Əli ağa Şıxlinski və silahdaşları

94

başlamasından 7 ay sonra o, unter-zabit olmuş, 1885-ci il oktyab-



rın  13-də  isə  portupey-yunkerliyə  layiq  görülmüşdü.  Gələcək 

alimin müəllimləri məşhur artilleriyaçılar N.L.Kirpiçev, N.V.Mai-

yevski, A.V.Qadolin idi. Əli ağa onlardan bütün yaxşı cəhətləri 

mənimsəmişdi.  Çılğın  gənc  həmçinin  kütləvi  mühazirələr  və 

məruzələrdə  iştirak  etmiş,  digər  hərbi  məktəblərin  kurslarını 

dinləmişdi.

1886-cı il avqustun 11-də Əli ağa Şıxlinski məktəbi podporu-

çik rütbəsi almaqla birinci dərəcə ilə bitirdi. Xidmətinin birinci 

ilindəcə öz ilk pedaqoji təcrübəsini qazandı: artilleriya briqadası-

nın tədris komandasının müəllimi, sonra isə briqada komandası-

nın rəisi oldu. O, özünü parlaq artilleriya bilicisi, yaxşı təşkilatçı, 

bacarıqlı müəllim və tərbiyəçi kimi göstərmişdi. 1900-cü ildə ka-

pitan Şıxlinski Şərqi Sibirə dəyişdirilməsi xahişi ilə müraciət etdi. 

Onu Əlahiddə Zabaykalye artilleriya divizionunun batareya baş 

zabiti vəzifəsinə təyin etdilər, bundan başqa, Artilleriya Toplan-

tısı  Komitəsinin  sədri  kimi,  o,  dəfələrlə  batareya  və  divizion 

komandirlərinin səlahiyyətlərini icra etmişdi. 

1904-cü il mayın əvvəllərində batareya yaponlara qarşı yürüşə 

çıxdı.  Rusiya-Yaponiya  müharibəsində  Şıxlinski  Port-Artur 

müda fiəsinin qəhrəmanı kimi məşhurlaşdı. Qalanın müdafiəsinin 

ən mühüm sahələrində olan Şıxlinski yaponların hücumlarının 

qarşısının alınmasında yarımbatareyanın atəşi ilə düşmənə bö-

yük zərbə vuraraq fəal iştirak etmişdi. Tanınmış hərbi tarixçi, ge-

neral-mayor İ.Krupçenko sonralar yazırdı: “Yapon hücumlarının 

dəf edilməsində rus artilleriyaçıları böyük rol oynayırdılar. On-

lar  cəsarətlə  topları  qabağa  çəkərək  dəqiq  nişangahla  birbaşa 

karteçlə  yaponlara  böyük  zərbə  yetirirdilər”.  Şıxlinski  onların 

arasında idi. O, döyüşlərdə örtülü və açıq mövqelərdən artilleri-

ya atəşi aparır, qorxmadan topları düz nişangahla atmaq üçün 

qabağa  çəkirdi.  Qəhrəmanlığına  görə  onu  “Müqəddəs  Georgi 

Pobedonosets” ordeni təqdim etdilər. Sonralar Şıxlinski yazırdı: 

“Mən  həmişə  Port-Artur  epopeyasının  iştirakçısı  olduğumu 

fəxrlə  xatırlayıram”.  Yeri  gəlmişkən,  əgər  Siz A.N.Stepanovun 



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə