ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə31/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   27   28   29   30   31   32   33   34   ...   154

Şəmistan Nəzirli

95

məşhur “Port-Artur” romanını oxumuşsunuzsa, onda yəqin ki, 



əsərin səhifələrində şöhrətli rus artilleriyaçısı ilə rastlaşmısınız”.

Əli  ağa  1906-cı  ildə  artıq  podpolkovnik  kimi,  Artilleriya 

Zabitləri Məktəbinə (indiki Mərkəzi Artilleriya Zabitləri kursla-

rı) oxumağa getməyə nail oldu və oranı fərqlənmə ilə qurtardı. 

İlk əvvəl onu artilleriya briqadasına ezam etdilər, lakin tezliklə 

məktəbə qayıtdı. Müəllimlər əsasən, Artilleriya Akademiyasının 

təcrübəli və istedadlı, bir ildən az olmayaraq batareyalara ezam 

edilmiş məzunlarından seçilirdi. Şıxlinski isə hələ təcrübəsi və 

müvafiq akademik təhsili olmadan bütün müəllimlərdən ən bi-

liklisi  hesab  olunmuşdu.  Biliklərə  yorulmaz  yanğı,  fasiləsiz 

özünətəhsil və hərbi təcrübə – ona kömək edən bunlar idi.

Artilleriya zabitləri məktəbində Şıxlinski özünü qabaqcıl ide-

yaları  təcrübədə  tətbiq  edən  yenilikçi  zabit  kimi  göstərirdi. 

Xidmətdə  fərqləndiyinə  görə,  ona  vaxtından  əvvəl  polkovnik 

rütbəsi verildi. O, 1912-ci ildə aeroplanların tətbiqi təcrübələrinin 

(hərbi aviasiyanın inkişafına təkan verən çox maraqlı təcrübələrin) 

işlənməsi  üzrə  komissiyanın  üzvü,  bir  ildən  sonra  isə  məktəb 

rəisinin  köməkçisi  (müavin  –  Ş.N.)  oldu.  Tezliklə,  “Artilleriya 

Zabitləri Məktəbinin xəbərləri” jurnalı çıxmağa başladı. Jurnalın 

səhifələrində generalın özü də çıxış edirdi.

1913-cü ildə məktəb Şıxlinskinin təklifi ilə bəndlənmiş aeros-

tatdan atəşin, müşahidə və hədəfin kəşfiyyatı üzrə təcrübələrə, 

həmçinin,  aerostata  və  təyyarələrə  atəşin  əsas  müddəalarının 

işlənib hazırlanmasına başladı. Bu məsələ üzərində Əli ağa artıq 

çoxdan  işləyirdi.  Hələ  1911-ci  ildə,  məktəbdə  hava  hədəfinə 

atəşin qaydaları məsələsi müzakirə olunarkən, alim hesabı (bax-

mayaraq ki, həmin dövrdə təyyarələr yalnız saatda 60 verst uçur-

dular) saatda 180 verstlə uçacaq təyyarələr üzrə aparmağı təklif 

etmişdi.  Artıq  o  vaxt  Şıxlinski  aviasiya  və  hava  hücumundan 

müdafiənin perspektivini düzgün başa düşmüşdü.

Alim quru qoşunları artilleriyasının inkişafı üçün də çox işlər 

görmüşdür: O, alaylara artilleriya hissələrinin daxil edilməsinə 

nail oldu. Doğrudur, bu yalnız 1924-cü ildə Qızıl Orduda həyata 



General Əli ağa Şıxlinski və silahdaşları

96

keçirildi  və  özünü  tamamilə  doğrultdu. Artilleriya  atəşi  təcrü-



bəsinə daxil edilən mühüm yenilik “Şıxlinski üçbucağı” adlanan 

hədəf göstərməsinin rasional üsulu oldu. Bu üsul ilkin olaraq ba-

tareyaları elə tuşlayır ki, seçilmiş oriyentirdən yayınan, istənilən 

nöqtədə  görünən  hədəflər  asanlıqla,  müəyyən  düzəlişlərin 

köməyi  ilə  ilkin  tuşlama  əsasında  artilleriyanın  atəşinin  altına 

düşə bilər. Bu, batareyanı vaxtında hədəfə tuşlamaq imkanı ve-

rirdi.

Birinci Dünya müharibəsinin əvvəllərində Şıxlinski gəmilər-



dən alman desantçılarının çıxarılması ehtimalına qarşı Petroqrad 

artilleriyasının rəisi təyin edildi. O, şəxsən müdafiə xətti üzrə bü-

tün cəbhəni gəzmiş, batareya qurğularının yerini və atəş mövqe-

lərinin qurulması qaydasını müəyyənləşdirmişdir. O, aeroplan-

lardan müdafiəyə böyük diqqət yetirmişdir. Onun təşəbbüsü ilə 

Petroqradın ətrafında general Rozenberqin sistemi əsasında xü-

susi platformalarda 1900-cü il nümunəli, 3 düymlü tezatan top 

qurğuları ilə təyyarə əleyhinə müdafiə təşkil edildi.

Tezliklə Şıxlinskinin Şimal-Qərb cəbhəsinin artilleriya müfət-

tişi vəzifəsinə keçirdilər. Orada general tapşırıqların yerinə yeti-

ril məsində  artilleriya  qruplarına  şəxsən  rəhbərlik  etmiş,  geniş 

miqyasda  artilleriya  hazırlığı  həyata  keçirilmişdir.  Öz  nəzəri 

işləmələrini döyüşün aparılması təcrübəsilə əlaqələndirərək ya-

radıcılıqla  istifadə  edir,  hərb  elmini  yeni  töhfələrlə  zənginləş-

dirirdi.  O,  tezliklə  çəpərləmə  (maneə)  atəşi  aparılması  üçün 

təlimat işləyib hazırladı.

1917-ci il aprelin 2-də Ə.Şıxlinski general-leytenant oldu. O, 

sentyabrda Ümumqoşun 10-cu ordusuna komandanlıq etdi ki, 

bu da onun hərbi istedada malik olmasının bir daha təsdiqi idi. 

Yeri  gəlmişkən,  bu  barədə  A.N.Stepanovun  “Zvonaryevlər 

ailəsi” romanında oxuya bilərik.

General  Oktyabr  inqilabının  qəbul  etmiş  və  alqışlamışdı. 

Nəhəng hərbi mütəxəssis, artilleriya işinin parlaq bilicisi kimi, o, 

Qızıl Ordunun quruculuğuna öz bilik və təcrübəsini həvəslə ve-

rirdi. Ə.Şıxlinski FKQO ali hərbi-tədris müəssisələrində müəllim 



Şəmistan Nəzirli

97

olmuş,  Azərbaycanda  Qızıl  Ordu  hissələrinin  formalaşmasına 



köməklik etmişdir. Əsas fəaliyyətindən başqa çoxlu hərbi əsərləri 

Azərbaycan  dilinə  çevirmişdir.  Respublikada  Milli  komandan 

kadrlarının hazırlanması üzrə Şıxlinskinin işini M.Frunze yüksək 

qiymətləndirmişdir.

Səhhətinə görə 1929-cu ildə Əli ağa Şıxlinski Qızıl Ordu sıra-

larından tərxis olmağa məcbur oldu. Lakin hərbi-elmi fəaliyyətini 

dayandırmadı.  “Mənim  xatirələrim”  kitabı  üzərində  işləməyə 

başladı. Bu əsər indiyə qədər tarixçilər üçün rus ordusunun keç-

mişi haqqında öz hərbi dəyərini itirməmişdir.

Döyüşçü-alim, beynəlmiləlçi və vətənpərvər 1943-cü il avqus-

tun 18-də vəfat etmiş, Bakıda dəfn olunmuşdur. Onun kitabları 

döyüşçü  borcuna  və  Vətəninə  sadiqliyinə  ən  yaxşı  abidəsi  ol-

muşdur.



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə