ŞƏMİstan nəZİRLİ general əLİ AĞA Şixlinski VƏ Sİlahdaşlari hərb tariXİNDƏn araşdirmalar



Yüklə 3,11 Mb.
Pdf görüntüsü
səhifə150/154
tarix15.03.2018
ölçüsü3,11 Mb.
#31893
1   ...   146   147   148   149   150   151   152   153   154

Şəmistan Nəzirli

475


rın 18-də Ali Baş Komandan Stalinqrad döyüşçülərinə belə bir 

teleqram göndərdi: “Sizin inadlı döyüşlərinizlə fəxr edirəm. Bir 

addım da geriyə çəkilməyin. Döyüşdə fərqlənən əsgər, zabit və 

komandirləri Dövlət mükafatına təqdim edin. İ.Stalin” (Sitat Bö-

yük Vətən müharibəsi illərində Stalinqrad Vilayət Partiya Komitəsinin 

birinci katibi və şəhər partiya komitəsi katibi A.S.Çuyanovun “Stalinq-

rad gündəliyi” (1941-1943) kitabından götürülüb. Volqoqrad, 1979-cu 

il, səh. 332).

Qvardiya mayoru Qaçay Aslanovdan az da olsa çox səliqəli 

arxiv qalıb. Sənədləri, fotoşəkilləri, general Həzi Aslanovla gö-

rüş lərini və xatirələrini ötəri də olsa yazıb saxlayıb. Amma bəzi 

veteranlar  kimi  özünün  qəhrəmanlığını  heç  yerdə  şişirtmə yib. 

Halbuki araşdırmalardan məlum olur ki, o, Kiyev, Stalinqrad və 

Belarusiya döyüşlərində şücaətlə vuruşub. 

Təvazökarlıqdan  sağlığında  da  bu  barədə  mətbuatda  çıxış 

etməyib.  Yalnız  döyüş  dostu  mayor  Boris  Qradusdan  aldığı 

məktubdan  sonra  müharibə  haqqında  xatirələrini  yazıb.  Bu 

sənəd və xatirələr arasında Qaçay Aslanovun Ali Baş Komandan 

Stalin haqqında böyük məhəbbətlə yazdığı bir epizoda da rast 

gəldik. O yazır:

“…Stalinqrad faşistlərdən tamam təmizləndikdən sonra seç-

mə qvardiyaçı zabitlərdən bir rota təşkil etdilər. Məni də təlimat-

landırıb bu rotaya göndərdilər. Məlumat verdilər ki, Ali Baş Ko-

mandan şəhərə baxmağa gələcək. Yeni təşkil olunmuş rota Stali-

nin mühafizəsində dayandı.

Tehran Konfransından qayıdan Stalin Bakıdan keçib yolüstü 

Stalinqrada  gəldi.  Stalin  dağılmış  şəhərə,  Paulyusun  keçmiş 

qərar gahına və küçələrə tökülüb qalmış yığın-yığın faşist dəbil-

qələrinə baxdı. Dərindən köksünü ötürüb:

– Eh, bədbəxt qaliblər… Bu dəbilqələr də hansısa başda olub? 

Amma biz şəhəri əvvəlkindən də gözəl, yenidən tikəcəyik. Xal-

qımızla birgə hər şeyi yenidən yaradacağıq!

Stalinin maşını uçub dağılmış küçələrlə və çoxlu yandırılmış 

faşist  texnikasının  qalaqları  arasından  irəliləyirdi.  Ali  Baş  Ko-



General Əli ağa Şıxlinski və silahdaşları

476


mandanın  maşını  sərt  döngələrin  birində  qarşıdan  gələn  yük 

maşını ilə toqquşdu. Yük maşınının sürücüsü yerə düşəndə gör-

dük qadındır. Biz yük maşınını və sürücü qadını dərhal müha-

sirəyə aldıq. Stalin də maşınından düşdü. Stalini tanıyan sürücü 

qadın qorxusundan əsə-əsə ağlamağa başladı. Stalin yaxınlaşıb 

onu sakitləşdirdi, təsəlli verib dedi:

– Siz ağlamayın… bizim maşın zirehlidir, ona heç nə olmadı. 

Siz  çalışın  öz  maşınınızı  düzəldin.  –  Ağlayan  qadının  başını 

sinəsinə sıxıb onun saçını tumarladı.

Bu vaxt hardansa bir milis işçisi gəlib çıxdı. Stalin milisin qa-

dına hirslə baxdığını görüb:

– Sizin onunla işiniz olmasın, ona toxunmayın. Sürücü qadın 

günahkar deyil, ona kömək edin maşınının əzilən yerini düzəlt-

məyə… – deyib maşına oturdu. Şəhərin başqa küçələrinə baxma-

ğa getdi”.

İstefada olan qvardiya mayoru Qaçay Aslanovun şəxsi arxi-

vində  qayğı  ilə  qoruyub  saxladığı  bir  cəbhə  qəzeti  də  var: 

“Сталинское знамя” qəzeti 1942-ci il dekabrın 29-da öz səhifə-

lə rində  Həzi  Aslanovun  rəhbərlik  elədiyi  alayın  fəaliyyətinə 

səxavətlə  yer  verib.  Qəzetdə  oxuyuruq:  “Stalinqrad  cəbhəsinə 

hücum başlandıqdan sonra Həzi Aslanovun tankçıları düşməni 

əzərək və təqib edərək döyüşdə daha böyük şöhrət qazandılar. 

Bir aya qədər davam edən döyüşlərdə podpolkovnik Həzi Asla-

novun  alayı  faşistlərin  45  tankını,  9  minaatan  batareyasını, 

14 tank vuran topunu, 12 səhra topunu, 42 taxta-torpaq atəş nöq-

təsini  və  müxtəlif  yüklə  dolu  50  avtomobilini  məhv  etmişdir. 

Düşmənin 2000-ə qədər əsgər və zabitini qırmış, 700 hitlerçini 

əsir götürmüşdür. Tankçılar alayı 125 yük avtomobilini və trak-

toru, 12 minik avtomobilini, 30 motosikletini, 80 araba müxtəlif 

yükünü, bir araba döyüş sursatını, bir anbar ərzağı, çoxlu sayda 

hərbi geyim və başqa hərbi ləvazimatı ələ keçirmişlər”.

1942-ci il dekabrın 22-də podpolkovnik Həzi Aslanovun 55-ci 

əlahiddə tank alayının bir qrup əsgər və zabiti dövlət mükafatı 

ilə təltif edildi. Komandir H.Aslanova Sovet İttifaqı Qəhrəmanı 




Şəmistan Nəzirli

477


kimi  yüksək  ad  verildi.  O,  həm  də  polkovnik  rütbəsi  ilə  təltif 

olundu.


Generalın sadiq zabiti baş leytenant Qaçay Aslanov isə Sta-

linqrad döyüşlərindəki hərbi fəaliyyətinə görə 1942-ci il dekab-

rın 18-də “Qırmızı Ulduz” ordeni və “Stalinqradın müdafiəsinə 

görə” medalı ilə təltif olundu. 

Müharibədən neçə illər keçməsinə baxmayaraq Həzi Aslano-

vun  55-ci  Əlahiddə  tank  alayının  Verxne-Kumski  yaşayış 

məntəqəsi uğrunda apardığı ağır döyüşlər unudulmadı. Marşal 

S.S.Biryuzov 1966-cı ildə “Ağır illər” kitabının 116-cı səhifəsində 

yazır: “Aslanovçuların hər bir döyüşçüsü əsil pəhləvan idi. Onlar 

öz  mövqelərini  bir  neçə  gün  idi  ki,  qəhrəmanlıqla  müdafiə 

edirdilər.  Əlli  beşinci  Əlahiddə  tank  alayının,  habelə  onlara 

kömək edən topçuların və minomyotçuların mətanəti sayəsində 

ordumuzun ön hissələri düşməni altı saat qabaqlayıb dekabrın 

18-də axşamüstü Mışkova çayına çatdılar və onun şimal sahilində 

qabaqcadan hazırlanmış müdafiə mövqeyini tutdular. Dekabrın 

19-da  sübhçağı  isə  Mışkova  xəttində  döyüşlər  öz  kulminasiya 

nöqtəsinə çatdı”.

Həmin  günlərdə  hadisələrin  iştirakçısı,  Cənub-Şərq  cəbhə-

sində siyasi idarənin rəisi, general-mayor P.İ.Popov yazır: “Pod-

polkovnik  H.Ə.Aslanovun  komandanlıq  etdiyi  55-ci  Əlahiddə 

tank alayının tankçıları müstəsna rəşadət göstərdilər. Dördüncü 

mexanikləşdirilmiş  korpusun  başqa  hissələri  ilə  birlikdə  alay 

düşmənin  on  iki  həmləsini  qəhrəmanlıqla  dəf  etdi.  Faşistlərin 

qüvvələri  alayın  qüvvələrindən  üç-dörd  qat  üstün  idi.  Lakin 

mərd “Aslanovçular” davam gətirdi” (P.İ.Popov. “Söz də döyüş-

çüdür”.  “Stalinqrad  vuruşması”  məqalələr  məcmuəsi,  Volqoq-

rad, 1970, səh. 117).

Yüz qırx gün fasiləsiz davam edən Stalinqrad döyüşlərində 

düşmənin 22 diviziyası, iki tank korpusu məhv edildi. Doxsan 

bir min hitlerçi, iki min beş yüz zabit, iyirmi üç faşist generalı və 

Hitlerin güvəndiyi feldmarşal Paulyüs əsir alındı.



Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə