General Əli ağa Şıxlinski və silahdaşları
416
dənizində üzüb. 1842-1861-ci illərdə Qara dəniz donanmasında
“Selafail”, “Varşava” gəmilərində, “Femistokol” briqində və baş-
qalarında qulluq edib. 1865-1868-ci illərdə “Retvizan” gəmisinin
komandiri, 1879-1882-ci illərdə Sakit okean eskadrilyasının ko-
mandiri olub. 1887-ci ildə vitse-admiral rütbəsi alıb.
Qəribə və xoş bir təsadüf
Min doqquz yüz doxsan üçüncü ilin sentyabr ayında Qax ra-
yonuna ezamiyyətə getmişdim. Marsan kəndində Eldar Hacı
oğlu Məmmədov soyadlı bir cavanla tanış oldum. İşi, sənəti ilə
maraqlandım.
– Mühəndisəm, – dedi, – on dörd ildir ki, Saxalində neft çıxa-
rıram, indi məzuniyyətə gəlmişəm.
– Təsadüfən orada “Admiral Aslanbəyov” adasına rast gəlmə-
misən?
– Elə mən o adada yaşayır və işləyirəm, – dedi.
– Nə yaxşı təsadüfdür, azərbaycanlı admiralın adını daşıyan
adada həmyerlisi yaşayır və işləyir.
– Admiral Aslanbəyov məgər azərbaycanlıdır? Siz bunu
dəqiq bilirsiniz?
– Bəli, – dedim, – o, xalqımızın ilk vitse-admiralıdır.
– Bu barədə bizim ada sakinləri arasında, qeyri-millətlərlə
tez-tez mübahisəmiz olur. Familiya oxşarlığına əsaslanaraq mən
və həmyerlilərim “admiral bizim xalqın oğludur” deyiriksə də,
əlimizdə heç bir əsas yoxdur. Bilmirik nə vaxt yaşayıb, nə vaxt
ölüb… Bir-iki dəfə məzuniyyətə gələndə rayonumuzun tanın-
mış ziyalılarından bu barədə soruşdum. Hamısı dedi ki, bizim
elə admiralımız yoxdur.
Mən sevinclə:
– Var, – dedim, – Eldar, Saxalinə qayıdanda yolunu Bakıdan
sal, görüşək, sənə admiralın fotoşəkillərini və bioqrafiyasını ya-
zıb verim. Aslanbəyovun bizim xalqın oğlu olması haqqında
əlində əsas dəlil olsun.
Şəmistan Nəzirli
417
Məndən də artıq sevinən Eldar:
– Çox sağ olun, – dedi, – mən də admiral Aslanbəyovun haq-
qında qəsəbə kinoteatrında bir guşə düzəldəcəyəm.
Admiral həm də alimdir
…Admiral İbrahim bəy Aslanbəyovdan yazan rus tədqiqatçısı
onun haqqında “Admiral Naximovun bioqrafı kimi daha çox
məşhurdur” sözlərini iftixarla qeyd edir. Təsadüfi deyil ki, İbra-
him bəyin “Naximovun bioqrafiyası” adlı oçerki kitab kimi bir
neçə dəfə nəşr olunmuşdur.
Admiral Aslanbəyovun elmi-publisistik əsərləri isə ayrıca
tədqiqata layiqdir. Hərbi-dəniz donanmasının on doqquzuncu
əsr tarixini araşdıran tədqiqatçıların əksəriyyəti mənbə kimi bu
gün istifadə edirlər. Heç təsadüf deyil ki, 1889-cu ildə Sankt-
Peterburqda “Vitse-admiral Aslanbəyovun yarıməsrlik yubile-
yi” adlı kitab da nəşr olunmuşdur. V.Fridriksin “Kontr-admiral
Aslanbəyovun bayrağı altında üzən “Afrika kreyseri” adlı kitabı
isə hələ 1880-ci ildə yenə Sankt-Peterburqda işıq üzü görmüşdür.
Q.İ.Syominin “Sevastopol” tarixi oçerkləri kitabında (1955-ci il)
isə admiral Aslanbəyovun gündəliyindən geniş istifadə olun-
muşdur.
Knyaz-admiral V.İ.Baryatinski isə həmyerlimiz haqqında
yazdığı xatirələrində qeyd edir ki, Şərq və Qafqaz lətifələrini o
qədər maraqla danışardı ki, mühasibi qəşş edənə qədər gülərdi.
Bu lətifələr indi də dənizçilərin dillərində gəzir.
On doqquzuncu əsrin altmışıncı illərindən başlayaraq admi-
ral İbrahim bəy Aslanbəyovun “Morskoy sbornik” jurnalında
silsilə elmi-publisistik məqalələri dərc olunmuşdur: “Sokol” üç-
dorlu hərb gəmisinin Aralıq dənizindən Kronştadta səfəri”
(1861), “Admiral Naximov” (bioqrafik oçerk, 1868), “Admiral
A.S.Qreyq” (1873), “Admiral A.İ.Panfilov” (1874), “Dəniz akade-
miyasının 50 illiyinin bayram edilməsi münasibətilə nitqi” (1877),
“Kontr-admiral Aslanbəyovun səfərləri haqqında məlumatlar”
General Əli ağa Şıxlinski və silahdaşları
418
(1881) və başqa məqalələrdən tədqiqatçılar bu gün də bəhrə-
lənirlər.
Şübhəsiz, admiral İbrahim bəy Aslanbəyov Rusiyada yaşayıb
işləməsəydi, belə ali rütbəyə çata bilməzdi. Yüz altmış ildən son-
ra onun bizim üçün qaranlıq qalan ömür yoluna, hərbi fəa-
liyyətinə az da olsa işıq sala bildik. Bu isə son dərəcə vacibdir.
Yoxsa, qeyri-millətlər, xüsusilə naxələf qonşularımız bizim unut-
duğumuz məşhur oğullarımızı özününküləşdirir, üstəlik də..:
“Sizin tarixiniz kasıb olub, görkəmli hərbçi oğullarınız yoxdur”
– deməklə xalqımızı təhqir edirlər.
…Hərbi Donanma tariximiz onsuz da kasıbdır. Bu sahədə
fəaliyyət göstərən oğullarımız az qala barmaqla sayılacaq
qədərdir: Kontr-admiral Cəlil Cavadov (1916-1980) və vitse-ad-
miral Həmid Qasımbəyov (1923-2005), kontr-admiral Rafiq
Əsgərov (1949), Eduard Hüseynov (1938-1993), vitse-admiral Şa-
hin Sultanov. Vəssalam!
Nə yaxşı ki, bu boşluğu müəyyən qədər də olsa doldurmaq
üçün İbrahim bəy Aslanbəyov kimi admiralımızı gec də olsa
tapa bilmişik.
GENERAL SƏMƏD BƏY MEHMANDAROV
BİRİNCİ DÜNYA MÜHARİBƏSİNDƏ
Əsgər komandirinə, zabit generalına oxşamalıdır.
Komandir döyüşkəndirsə, əsgəri də ona oxşayır, za-
bit zəifdirsə, əsgəri də əfəldir.
Səməd bəy MEHMANDAROV,
tam artilleriya generalı
Sərkərdə kimi ümumxalq şöhrəti qazanmış Səməd bəy Meh-
mandarov və Əli ağa Şıxlinskidən danışanda talelərində oxşarlıq
olan iki məşhur musiqi xadimlərimizi də yada salmamaq olmur.
Dostları ilə paylaş: |