Milli Komitənin başçıları Adil
xan Ziyadxanov, Nəsi bəy Usubbəyli, Xəlil
bəy Xasməmmədov, Aslan bəy Səfikürdski və başqalar gürcü menşeviklərindən
aldıqları zirehli qatarla və Gəncədəki Azərbaycan alayının (bu alay keçmiş “Dikiy
diviziya”nın Tatar alayının əsgər və zabitlərindən ibarət idi - Ş.N.) qüvvəsi ilə rus
hərbi eşalonunun qabağını Gəncənin otuz kilometirliyində - Şəmkir və Dəllər
stansiyaları arasındakı məsafədə kəsdilər. Zirehli qatarda (300 nəfər gürcü əsgər və
zabiti ilə birgə)
general-mayor knyaz Maqalov, Azərbaycan alayına isə polkovnik
Süleyman bəy Əfəndiyev komandanlıq edirdi. Bu qabaqkəsmədə Gürcüstan
menşevik hökumətinin də silah təmənnası vardı.
Yanvarın doqquzunda, səhər saat onda başlayan qanlı döyüş dörd gün davam
etdi. On beş min tüfəng, yetmiş pulemyot və iyirmi top ələ keçirildi.
Azərbaycan
tərəfdən on beş, gürcülərdən isə qırx nəfər şəhid oldu. Güclü müqavimətə rast
gələn rus əsgər və zabitləri perrona çıxıb ağ bayraq qaldırdılar: “Lənətə gəlsin bu
silahları, onları verməyə çoxdan razıyıq, bircə evimizə sağ və salamat gedə bilək” -
deyib silahları təhvil verdilər.
Bu, Bakıda özünə yuva qurmuş Sovetlər hakimiyyətinə qarşı gürcü və
Azərbaycan xalqının silahlı mübarizəsi oldu. Sonralar isə kommunistlər bu üsyana
“qardaş qırğını”, “Azərbaycan burjua hökumətinin ruslara divanı” adını verdilər.
Bakıda daşnak Şaumyan başda olmaqla Qafqaz ölkə komitəsi bərk
qəzəblənib bildirdi ki, “Şamxor cinayətkarları inqilabi məsuliyyətə alınacaq və
Zaqafqaziya komissarlığını devirib, Zaqafqaziya fəhlə, əsgər və kəndli deputatları
Sovetlər hakimiyyətini təşkil edəcəkdir”.
Lakin tarixi dönüşlər daşnak Stepan Şaumyana
bəd niyyətlərini həyata
keçirməyə imkan vermədi. Onu 1918-ci il sentyabr ayında güllələdilər.
Şahzadə-general RZAQULU QACAR
1860-cı il fevralın 4-də general-mayor Şahzadə Rzaqulu Mirzə Qacar ilk
zabit rütbəsi alıb. O, məşhur tarixçi, Şahzadə Bəhmən Mirzə Qacarın ikinci
oğludur. 1837-ci ildə Cənubi Azərbaycanda anadan olan Şahzadə Rzaqulu Mirzə
atası ilə 1848-ci ildə Tiflisə gələrək zadəgan balalarına
məxsus kadet korpusu
məktəbində təhsil alıb.
Uzun müddət Qafqaz Əlahiddə Ordusunda xidmət edən Şahzadə Rzaqulu
Mirzə Qacar əlahəzrət imperatorun adını daşıyan leybqvardiya xas alayında
eskadron komandiri olub. O, 1862 və 1864-cü illərdə üsyan etmiş dağlılara qarşı
hərbi yürüşlərdə iştirak edib. 1877-78-ci illərdə rus-türk müharibəsində polkovnik
kimi döyüşən Şahzadə Rzaqulu Mirzə Qacar 1883-cü il mayın 15-də general-
mayor rütbəsi alıb.
Şahzadə Rzaqulu Mirzə hərbçi olmasına baxmayaraq ədəbi yaradıcılıqla da
məşğul olub. O, şərqşünas Adolf Berje, böyük dramaturq Mirzə Fətəli Axundov,
dövlət müşaviri şərqşünas Aleksandr Şerbin, Müsyö V.Qrimm,
Mariya Polan və
başqa görkəmli şəxslərlə məktublaşaraq qohumu M.F.Axundovun əlifba və “Kə-
malüddövlə məktubları” əsərinin çapı uğrunda çalışmışdır. Şair təbiətli Şahzadə
dərin məzmunlu məktublarını “Şahzadə Rzaqulu Mirzə İrəvani” təxəllüsü ilə
imzalayıb.
Mülki müşavir A.Q.Şerbinin Mirzə Fətəli Axundova 14 may 1877-ci il
tarixli məktubundan: “Bir az bundan əvvəl cənab V.Qrimdən öyrəndiyim sevinc
dolu xəbərlə Sizi təbrik etməyi özümə borc bilirəm. Çox şad oldum ki, Şahzadə
Rzaqulu Mirzə iki süvari alayına briqada komandiri təyin olunub.”
Şahzadə Rzaqulu Mirzə Qacarın peterburqlu Mariya Pollana 28 yanvar
1876-cı il tarixli məktubundan: “Mənim Qafqaz ordusunda
göndərilməyim yəqin
ki, Sizə məlumdur. Mən ayın 15-də Şuşadan Irəvana yola düşdüm. Əlahəzrət
böyük knyaz Qafqaz canişininin
13
əmrilə mən oraya təyin edilmişəm... Mənim
Tiflisdə bir nəfər qohumum vardır. O, mənim sevimli qardaşım poruçik Xanbaba
xanın qayrıatası, polkovnik Mirzə Fətəli Axundovdur. Mən onu gözəl sifətlərinə
görə səmimi qəlbdən sevirəm və sizin xanım həzrətlərinizə onu təqdim edirəm...”
Qırx ildən çox nizami orduda şərəflə xidmət edən Şahzadə general-mayor
Rzaqulu Mirzə Qacar imperiyanın kavaler ordenlərilə təltif olub. Onun xidmətləri
Brilyant qaşlı ordenə (1861), müqəddəs
Stanislav ordeninin birinci, ikinci və
üçüncü dərəcəsinə (qılınc və bantla birgə - 1862, 1868, 1892-ci illərdə), Müqəddəs
Anna ordeninin ikinci və üçüncü dərəcəsinə (qılıncla birgə - 1865, 1877-ci illər),
müqəddəs Vladimir ordeninin üçüncü və dördüncü dərəcəsinə - 1875 və 1888-ci
illər, layiq görülüb.
General Rzaqulu Mirzə Qaçar iki xarici ölkənin - 1873-cü ildə Prusiyanın
“Tac ordeni” və 1891-ci ildə maarifçilik sahəsindəki xidmətlərinə görə Fransanın
zabitlərə məxsus “Xaç ordeni” ilə təltif olunub.
GENERAL-MAYOR AĞASI BƏY AVŞAROV
1902-ci il fevralın general-mayor Ağası bəy Avşarovu Peterburq Süvari
Məktəbinin rəisi vəzifəsindən azad edib Baş Qərargahda süvari ordusunun Baş
Müfəttişi təyin etdilər. Məşhur rus sərkərdəsi Aleksey
Brusilov həmin məktəbdə
həmyerlimizin müavini işləmişdir. Tam süvari generalı A.Brusilov “Mənim xatirə-
lərim” hərbi memuarında iftixarla yazır:
“1897-ci ildə general-mayor Ağası bəy Avşarov Peterburq Süvari
məktəbinin rəisi təyin olundu. O, Azərbaycanın zadəgan nəslinin nümayəndəsi idi.
Azərbaycan Rusiyanın tərkibinə daxil olduqdan sonra onun ulu babaları bütün yerli
nəcabətli kübar ailələri kimi - İslam dinini saxlamaq şərtilə rus zadəganları ilə eyni
hüquqa malik idilər. Azərbaycanlıların əksəriyyəti orduda, xüsusilə də süvari və
draqun alaylarında şərəflə qulluq edirdilər. General Avşarov geniş ürəyə malik,
hərbi işi yaxşı bilən bir sərkərdə idi. Amma onda asiyalılara məxsus hiyləgərlik və
bir az da tənbəllik vardı”.
1883-cü il iyulun on dördündə general-mayor rütbəsi alan Ağası bəy
Avşarov Qafqaz Əlahiddə Ordusunda altıncı süvari briqadasının
rəisi kimi yüksək
vəzifədə xidmət etmişdir. Türk zabit rütbəsilə 1853-cü il iyunun on ikisində
13
Çar ordusunda polkovniklə general arsında olan yüksək hərbi rütbə idi – Ş. N.