Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   56   57   58   59   60   61   62   63   ...   97

xidmətə başlayan Ağası  bəy nizami orduda şərəflə qulluq etmişdir. O, ikinci 
dərəcəli Müqəddəs Anna (1878-ci il), dördüncü dərəcəli müqəddəs Vladimir 
(1883-cü il) və birinci dərəcəli müqəddəs Stanislav (1886-cı il) ordenləri ilə təltif 
olunmuşdur. 
General-mayor Ağası  bəy Avşarovun harada anadan olmasını  hələlik 
dəqiqləşdirmək mümkün olmayıb. Şəxsi hərbi xidmət kitabçası tapılmayan Ağası 
bəyin pərakəndə  sənədlərə görə  İrəvan  şəhərində anadan olmasını güman etmək 
olar. Onun təvəllüd ili Gürcüstan Dövlət Arxivindən əldə etdiymiz rəsmi sənədlərə 
təxminən 1830-cu il göstərilir. Vəfatı isə məlum deyil. Yenə rəsmi sənədlərə görə 
1902-ci ildə Baş  Qərargahda süvari ordusunun Baş Müfəttişi vəzifəsində 
işləmişdir. 
1886-cı ildə “Qafqazdaxidmətdə olan generalların siyahısı” illik 
məcmuəsində general Ağası  bəy Avşarovun adı  və soyadı yanında, mötərizədə 
onun Rusiyada “Aleksandr Aleksandroviç” kimi məşhur olması qeyd olunur. 
General-mayor Ağası  bəy Avşarov Yaxın  Şərqdə döyüşkənliyi ilə adsan 
qazanmış  əfşarlar tayfasındandır. Bu nəsil qızılbaşlarla birgə  Səfəvilər dövlətinin 
yaranmasında fəal iştirak edib. Məşhur sərkərdə və dövlət xadimi Nadir şah Əfşar 
da bu nəsildəndir. 
 
GENERAL-MAYOR HƏSƏN AĞA BAKIXANOV 
 
General-mayor Həsən ağa Cəfərqulu ağa oğlu Bakıxanov 1898-ci il noyabrın 
28-də  vəfat edib. O, Abbasqulu ağa Bakıxanovun qardaşı  oğlu, general-leytenant 
Cəfərqulu ağa Bakıxanovun böyük oğlu idi. 
Cəfərqulu ağanın ölümündən sonra üç övladı qalmışdı: Həsən ağa (1833-
1898), Əhməd ağa (1837-1882) və qızı Nurcahan xanım (1831-1912). 
Oğlanlarının hər ikisi atasının yolu ilə gedib. Böyük oğlu Həsən ağa general-
mayor, kiçiyi Əhməd ağa isə qvardiya polkovniki rütbəsinə  qədər yüksəlmişdi. 
Polkovnik Əhməd ağa qırx beş yaşında - 1882-ci il aprelin 13-də nökəri Ocaqqulu 
ilə birgə Gəncədə öldürülüb. 
General Həsən ağa Bakıxanov 1833-cü ildə Qubada anadan olmuşdur. On 
dörd yaşında Tiflis kadet məktəbini bitirən Həsən ağa hərbi təhsilini artırmaq üçün 
Peterburqdakı Paj korpusuna daxil olur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirdikdən 
sonra o, xidmət etmək üçün Əlahiddə Qafqaz Ordusuna göndərilir. Dəfələrlə hərbi 
yürüşlərdə iştirak etdiyinə görə orden və medallarla təltif olunub. 
1894-cü ildə  tərtib olunmuş bir arxiv sənədində general-mayor Həsən ağa 
Bakrxanovun təltif olunduğu orden və medallar qeydə alınıb. 
O, Üçüncü dərəcəli “Müqəddəs Vladimir, üzərində “igidliyə görə” yazısı 
olan dördüncü dərəcəli “Müqəddəs Stanislav, bundan başqa yüz altı nömrəli ikinci 
dərəcəli hərbi fərqlənmə ordeni, Georgi lenti (üzərində  qızıl medal), müqəddəs 
hərbi Georgi ordeninin yüz illiyi şərəfinə buraxılmış bürünc medalla, 1877-1878-ci 
il müharibəsi xatirəsinə buraxılmış tunc bürünc medal və Qafqazdakı əla xidmətinə 
görə xaç ordenilə təltif olunub. 


Bir müddət Irandakı Rusiya səfirliyində xidmət etdiyinə görə general-mayor 
Həsən ağa Bakıxanov həmin ölkənin ali ordeni olan “Şire-Xorşid” ordeninin 
üçüncü dərəcəsinə layiq görülüb. 
Çar ordusunda belə yüksək ordenlərlə  təltif olunan zabit və generallara 
kavaler kimi fəxri titul da verilirdi. Ona görə  də arxiv sənədlərinin hamısında, 
təltifat qrafasında general Həsən ağa Bakıxanovun adının yanında kavaler sözü 
iftixarla qeyd olunmuşdur.  
1855-ci ildə Həsən ağa əmisi Abbasqulu ağa Bakıxanovun böyük qızı Ziba 
Nisə  bəyimlə (1831-1894) ailə qurmuşdur. 1879-cu ildə general-mayor rütbəsilə 
təltif olunan Həsən ağa Bakıxanov bir il sonra istefaya çıxıb Quba qəzasındakı 
dədə-baba torpaqlarını idarə etməklə məşğul olmuşdur. 
Ömrünün son üç ilini Bakıda yaşamışdır. 
1898-ci il noyabrın 28-də  vəfat edən general Həsən ağa Bakıxanovu öz 
vəsiyyətinə görə Bibi-Heybət məqrəbəsində atası  Cəfərqulu ağanın yanında dəfn 
etmişlər. Onun təntənəlı və şərəfli dəfni münasibətilə nekroloq dərc edən “Kaspi” 
qəzeti dekabrın 1-də yazırdı:  
“Noyabrın 28-də axşam saat doqquzda uzun sürən ağır xəstəlikdən sonra 
Bakı  şəhərində general-mayor Həsən ağa Bakıxanov altınış beş yaşında vəfat 
etmişdir. Mərhum, Bakının keçmiş hakimi məşhur Mirzə Məhəmməd xanın nəvəsi 
idi. Onun mərhum atası general-leytenant Cəfərqulu ağa Bakıxanov Mirzə 
Məhəmməd xanın ikinci oğlu olmuşdur. Cəfərqulu ağa Qafqaz ordusunda yerli 
əhalidən ibarət süvari alayına komandirlik etmişdir. Mərhum Həsən ağa iyirmi il 
bundan  əvvəl vəfat etmiş qardaşı polkovnik Əhməd ağa ilə birgə süvari 
qvardiyasında xidmət etmiş,  şərəfli döyüş xidmətlərinə görə Rusiyanın və xarici 
ölkələrin kavaler ordenlərilə  təltif olunmuşdur. O, üçüncü dərəcəli “Müqəddəs 
Vladimir”, ikinci dərəcəli “Müqəddəs Stanislav”” və başqa ali ordenlərə layiq gö-
rülmüş nizami ordu zabiti idi. 
1879-cu ildə general rütbəsində istefaya çıxan Həsən ağa ömrünün çoxunu 
Qubadakı şəxsi malikanəsində keçirmişdir. Son üç ili isə Bakıda yasamışdır. Həsən 
ağa Bakıxanovun ölümü ilə keçmiş Bakı xanlığının kişi nümayəndəsi kəsildi. 
General Həsən ağadan sonra bacısı Nurcahan xanım və  qızı Reyhan xanım 
qalmışdır. 
Dünən, noyabrın 30-da dəfn mərasimi xüsusi təntənə ilə keçmişdir. Səhər 
tezdən mərhumun həyətinə toplaşan çoxsaylı camaat axırıncı Bakı xanını son 
mənzilə yola salmağa gəlmişdilər. Saat onda Bakının ali və aşağı rütbəli ruhaniləri, 
həmçinin  şəhərin adlı-sanlı  bəyləri, tacirləri mərhumun yas mərasiminə 
toplaşmışdılar. Həmin anlarda da mərhum xanın evi qarşısında Salyan alayının bir 
batalyonu musiqi sədaları altında nizamla dayanmışdı. 
Zəngin və bahalı parçaya bükülmüş tabut saat on bir də yaxın qohumlarının 
çiynində  Şamaxı küçəsindən Təzəpir məscidinə  tərəf istiqamət götürdü. Arxada 
sonu görünməyən Bakı  əhalisi gedirdi. Qabaqda Salyan alayının qvardiyaçı 
zabitləri ipək döşəkçələrdə mərhumun orden-medallarını, bir zabit isə cilovundan 
yapışdığı atın üstündə tabutun qapağını aparırdı. Onların dalınca Quba qəzasının 
sakinləri yarım idarə  şəklində müqəddəs Qurandan kədərli ayələri xorla oxuya-
oxuya gedirdilər. Quba dərvişləri azacıq fasilə verəndə ali ruhanilərin Qurandan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə