Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   57   58   59   60   61   62   63   64   ...   97

oxuduqları surə daha gur və  əzəmətlə  səslənirdi. Tabutun arxasınca gedən insan 
kütləsinin arasında çoxlu zabit, idarə  işçiləri, məmur və ali rütbəli  şəxslər vardı. 
Şəhərin bələdiyyə başçısı Fonder-Nonne də onların arasında idi. Salyan alayının 
musiqili xoru mərasimə qoşuldu. Ruhanilərin Təzəpir məscidində ibadətindən 
sonra mərasim eyni ahənglə Persidski və Nikolayev küçələrindən keçib Sahil boyu 
irəlilədi. Bayıla çatan mərasim ordan Şıx kəndinə istiqamət götürdü. Bibi-Heybət 
məscidi yanında alınmış ayrıca Bakıxanovlar soyadının sərdabəsində  Həsən ağa 
Bakıxanov torpağa tapşırıldı. 
Mərasimi müşayət edən batalyon general-mayor Həsən ağa Bakıxanova 
axırıncı hörmət əlaməti olaraq tüfənglərdən üç dəfə yaylım atəşi açıb son borclarını 
verdilər”. 
 
 
GENERAL ƏSƏD BƏY TALIŞXANOV 
 
General-mayor Əsəd bəy Talışxanov 1857-ci il noyabrın 16-da anadan olub. 
Talışxanovlar nəsli Azərbaycan hərb tarixinə Mir Mustafa xan, Qara xan, 
Miribrahim xan və Mirkazım xan kimi generallar bəxş edib. 
Əsəd bəy Talışxanov atası  Ağaəli bəyin Lənkəranda açdığı müsəlman 
məktəbində ilk ibtidai təhsil aldıqdan sonra, o vaxtını ən yaxşı tədris ocaqlarından 
biri olan Bakı ədadiyyə məktəbində oxuyub.  
Peterburqdakı Mixaylovsk artilleriya məktəbini bitirəndə  gənc zabit Əsəd 
bəyin artıq iyirmi yaşı vardı. Nizami ordu üçün püxtələşmiş, yetkin bir zabit idi. 
1878-ci il aprelin 16-da Qafqaz Əlahiddə ordusuna göndərilən  Əsəd bəy 
Talışxanov praporşik rütbəsilə  əlli ikinci briqadada xidmətə başlayıb. Xidmətinin 
üçüncü ilində əlaçı zabit olduğuna görə iyirmi birinci artilleriya briqadasında  
birinci batareyanın komandiri təyin edilib. 
Hərbin çətin yolları, müharibələrin əzab-əziyyəti onu nəinki bezdiririb, hətta 
ürəkdən sevdiyi hərb sənətinə daha da möhkəm bağlayıb. 
Çar Rusiyası ötən  əsrin otuzuncu illərindən başlayaraq Orta Asiyada 
işğalçılıq siyasəti aparırdı. Qafqazda Krım müharibəsi (1853-56) sona yetən kimi 
Şərqə  tərəf yürüş başlandı.  Ən böyük əraziyə malik olan Kokand və Buxara 
xanlıqları işğal olundu. Çimkənd, Daşkənd, Səmərqənd şəhərləri bir-birinin dalınca 
alındı. 1880-cı ildə Türkmənistanı  fəth etmək üçün ruslar oraya on bir minlik 
nizami qoşun yeritdi. Torpağın hər qarışı  uğrunda inadla döyüşən mərd Axal-
Təkinlilər general Lazerevin ordusunu məğlubiyyətə  uğradırdılar.  Şərqə yürüşdə 
qələbə  əldə etmək istəyən çar, Göytəpəni, Axal-Təkini  ələ keçirmək üçün Şipka 
qəhrəmanı general Skobolevi də göndərdi. Skobelevin qoşunu Qafqaz Hərbi 
Dairəsinin döyüşçüləri ilə birləşib Göytəpə  şəhərini dağıtdı, onu müdafiə edən 
iyirmi beş min döyüşçünü qılıncdan keçirtdi. Axal-Təkini və  Mərv  şəhərini 
özlərinə tabe etdilər. 
Əsəd bəy Talışxanov da öz batareyası ilə Axal-Təkini işğal edən hərbi 
yürüşün tərkibində iki il (1880-1881) iştirak edib. İşğalçı çarın əmrilə vəzifə borcu 
kimi din qardaşlarına silah qaldırıb. 


Bu döyüşlərdəki igidliyinə görə üçüncü dərəcəli “Müqəddəs Anna (qılınc və 
bantla birgə), “Müqəddəs Stanislav ordenləri ilə təltif olunub. 
On altı il keçəndən sonra həmin ordenlərin ikinci dərəcəsi ilə  təltif olunan 
kapitan  Əsəd bəy Talışxanov yeni əsri podpolkovnik rütbəsində qarşılayıb. O, 
1904-05-ci illərdə Port-Artur döyüşlərinin də iştirakçısı olub. 
Hərbi xidmətinin iyirmi beş illiyi münasibətilə  Əsəd bəy 1902-ci ildə 
dərəcəli “Müqəddəs Vladimir (bantla birgə) ordenilə  təltif olunub, 1910-cu il 
tyuluen doqquzunda isə polkovnik rütbəsi qazanıb. Bu illər  ərzində o, əlli ikinci 
artilleriya briqadasının birinci diviziyonunun komandiri vəzifəsinə  qədər yüksələ 
bilib. 
Əsəd bəy Talışxanov ordudakı nümunəvi xidmətlərinə görə 1916-cı il 
aprelin iyirmi ikisində general-mayor rütbəsilə təltif olunub. O, həmin il iyulun 25-
də Qafqaz Əlahiddə Ordusunun əlli ikinci artilleriya briqadasının komandiri kimi 
yüksək vəzifəyə təyin olunub. Bu ordunun uzun illər tərkibində qüsursuz xidmət-
lərinə görə birinci dərəcəli “Müqəddəs Anna, “Müqəddəs Stanislav, üçüncü 
dərəcəli “Müqəddəs Vladimir və dördüncü dərəcəli “Müqəddəs Georgi ordenlərilə 
təltif olunub. 
General-mayor  Əsəd bəy Talışxanov 1919-cu ildə Dağıstanın Teymurxan-
Şura (indiki Buynaksk) şəhərində vəfat edib və orada da dəfn olunub. 
 
 
General-leytenant FƏRƏC BƏY AĞAYEV 
 
General-leytenant Fərəc bəy Ağayev 1891-ci il noyabrın 26-da səksən 
yaşında Tiflisdə  vəfat etmişdir. Ötən il Gürcüstan Dövlət Arxivində xalqımızın 
hərbçi oğulları haqqında araşdırmalar aparanda indiyədək bizə  məlum olmayan 
çoxlu sayda fotoşəkil və  rəsmi sənədlər  əldə edə bildim. 1850-55-ci illərdə 
Yermakov soyadlı bir şəkilçəkən Qafqazın müxtəlif bölgələrini gəzmiş, ötən əsrin 
görkəmli adamlarının - bəylərin, xan və  ağaların foto şəklini çəkmişdir. Onların 
arasında hərbçilər də az deyil. Yermakovun öz əlilə tərtib etdiyi on beşdən çox iri 
həcmli foto albomda bir şəkil diqqətimi cəlb etdi. Təxminən 40-45 yaşında cavan 
zabitdir. Qalın bığlı, iri alınlı, mavi gözlü zabitin qurşağında naxışlı bir xəncər 
bağlanıb. Onun ağayana oturuşunda bəy vüqarı var. Şəkil sanki dilə  gəlib deyir: 
“Mən azərbaycanlıyam!” Ümumi siyahıda göstərilirdi ki, fondda onun iki fotoşəkli 
saxlanılır. Hər ikisini sifariş verdim. Hər ikisinin də altında “Tatarskiy bek”  
sözləri yazılıb. Daha heç nə. Şəkildə kimin təsvir olunduğunu isə fondda saxlanan 
ad göstəricisi dəftərindən öyrənə bildim. Orada yazılıb: “2899 və 8215 saylı foto 
şəkillərdə general-leytenant Fərəc bəy Ağayev təsvir olunub”. Bir ay üç günlük 
yaradıcılıq ezamiyyətimdə bu anlardakı qədər sevinməmişdim. Nə yaxşı ki, zəndim 
məni aldatmamışdı. Bir də ki, necə sevinməyəydim. Yüz səksən səkkiz il əvvəl 
anadan olmuş, yüz on bir il əvvəl isə  vəfat etmiş generalın fotoşəklini indiyədək 
Azərbaycanda görən olmamışdı. Hələ iyirmi il əvvəl Sankt-Peterburqda oxuduğum 
bir sənəddən mənə  məlum idi ki, general-leytenant Fərəc bəy Ağayev məşhur 
maarifçimiz Həsən bəy Zərdabinin atası Səlim bəyin doğmaca dayısı olub. 1858-ci 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə