Belə nadir məktublardan biri fars dilində yazılmışdır. Məktubu 1872-ci ildə
Mirzə Hüseyn Qayıbov Qocori yaylağından Adolf Berceyə göndərmişdi.
“Mirzə Fətəlini /
M.F.Axundov - Ş.N./ üç
gün bundan əvvəl Baranovski
yanına çağırıb “əsasnamə”nin tərcüməsini ona vermişdir. Mirzə onunla məşğuldur.
Əlavə Hacı Əfəndinin formulyar siyahısını tərtib edir. Hacı Cəmil Əfəndi
xəstələnmişdi, indi yaxşılaşıb və yazır ki, bir cindar tapıb cin və devlərin əhvalatını
toplayır, xatircəm olun ki, salyanlı Mirzə Əbdüləli bəy Əlimirzeyev talış, Bakı,
Dərbənd evləri barədə müfəssəl məktub yazıb göndərəcəkdir. Mirzə Mustafaya da
yazmışam ki, Qarabağın əhvalatını ətraflı yazsın, Hacı Cəmil Əfəndiyə yazıb
bildirmişəm ki, Gəncədə olan dostlarından öyrənsin və oraların həyat tərzini təsvir
etsin”.
Mirzə Hüseyn Qayıbov,
1872-ci il, Qocori.
Mirzə Hüseyn Əfəndi Qayıbov təkcə arxeoqrafiya və maarif sahəsində deyil,
həm də tibbi mövzuda məqalələr də yazmış və bu barədə 1882-ci
ildə xalq
təbabətinə dair ayrıca “Tövsiyyələr” adlı kitab da nəşr etdirmişdir. Kitabda öz
həmməzhəblərinə vəba mərəzinin dəf və refinə dair vacib tövsiyyələr verir. Mirzə
Hüseyn həm də 1906-cı ildə nəşr etdirdiyi “Zübtədül-Əhkamuş-şəriyyə”
/”Ariflərin şəriət qanunları”/ kitabının müəllifidir.
Mirzə Hüseyn hesab və dilçilik tədqiqatı sahəsində də müəyyən xidmətlər
göstərmişdir. Qori Seminariyasında işlədiyi illərdə “Nümuneyi-ləhceyi-
Azərbaycan”, “Müqəddəs tarix və sərfnəhv”, “Məbadeyi-təlimi-sibyan”
/Yeniyetmələr üçün elmin əsasları/, “Məsaili-aləmi-hesab” /Dünyəvi hesab elminin
məsələləri/ adlı dərsliklərini yazmış, tələbələr dərslik kimi ondan istifadə etmişlər.
Çərəkə və Quran ayələrini tədris edən ikinci kitab inqilaba qədər kənd ibtidai
məktəblərində
dərs vəsaiti olmuşdur,
A.İ.Kalaşevin 1894-cü ildə tərtibm etdiyi “Rus-aysori-rus lüğəti” kitabının
müqəddiməsində oxuyuruq:
“Sözlərin ərəb-fars və türk dillərində qarşılıqlı mənasını anlamaqda mən
Zaqafqaziya müftisi Mirzə Hüseyn Əfəndi Qayıbovun lütfkar köməyindən çox
istifadə etmişəm.
“Qafqazın tayfa və ərazilərinin təsviri materialları” toplusunda
yerləşdirilmiş lüğətin rus-aysor hissəsində başlıca olaraq Hüseyn Əfəndi
Qayıbovun əlavələri üçün redaksiya, qarşılıqlı
sözlərin aysor lüğətində
mənasına görə ona dərin minnətdarlığını bildirir”.
Ədəbi aləmə yaxşı məlumdur ki, milliyyətcə alman olan, 1850-60-cı illərdə
Qafqaz canişinliyində xidmət edən şərqşünas Adolf Petroviç Berce 1867-ci ildə
Leypsiqdə Qafqaz və Azərbaycanda məşhur olan Şüəranın əşarına məcmuə”sini
çap etdirmişdir.
Mirzə Hüseyn Əfəndi Qayıbovu yaxşı tanıyan, onun ailəsinə çox yaxın olan
məşhur ədəbiyyatşünas Firudin bəy Köçərli haqlı olaraq yazır:
“...Cənab Bercenin /Adolf/ məcmuəsini tərtib edən Zaqafqaziya müftisi
Hüseyn Əfəndi Qayıbov olubdur ki, ol cənabın şer və ədəbiyyatda artıq meylü-
həvəsi var idi. Bu məcmuə dəxi əlan çox az tapılır”. /F.Köçərli, “Azərbaycan
ədəbiyyatı”, Bakı-1978-ci il, I cild, səh.171/.
Bu fikri Yusif Vəzir Çəmənzəminli hələ inqilabdan əvvəl yazdığı
“Azərbaycan ədəbiyyatına bir nəzər” əsərində təsdiq edir. O yazır: “Mərhum
Mavarayi-Qafqaz müftisi Hüseyn Əfandi Qayıbov tərəfindən də ədəbiyyatımız
tədqiq olunubdur. Xəbərimizə görə, Bercenin də kitabı Hüseyn Əfəndinin qeyri-
mətbu əsərlərindən əxz olunub. Mərhum Qayıbovun əlyazmaları qızı Nigar
xanımda saxlanılır”.
Mirzə Fətəli Axundovun Adolf Berceyə 21 oktyabr 1876-cı il
tarixli
məktubu bu faktı bir daha açıqlayır: “Biz sizin gəlməyinizi səbirsizliklə gözləyirik.
Bu məktubu qurtaran kimi mən şairlərin tərcümeyi-halı haqqında Molla Hüseyn
Qayıbovun bu gün Azərbaycan dilində göndərməli olduğu məktubu tərcümə
etməyə başlayacağam”.
Mirzə Hüseyn dörd cildlik toplusunda söz sənətinin mahir ustadı
M.P.Vaqifin şerlərinə geniş yer verilmişdir. Araz Dadaşzadə “M.P.Vaqif”
kitabında A.Berce, F.Köçərli, M.Y.Nersesov kimi görkəmli tədqiqatçılarla yanaşı,
M.H.Qayıbovun da fəaliyyətini yüksək qiymətləndirir: “A.Berceyə böyük
ədəbiyyat həvəskarı, Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbovun da müəyyən
köməyi olmuşdur” qənaətinə gəlir.
İnqilaba qədər Vaqifin əsərlərinin toplanmasında, onun qeyri-mətbu
şerlərinin aşkara çıxarılmasında M.Y.Nersesovdan
sonra ən mühüm rolu
H.Qayıbov oynamışdır, M.F.Axundovun arxivindəki bir məktubdan anlaşılır ki,
H.Qayıbov ondan “Vaqif və digər müasirin” məcmuəsinin göndərilməsini xahiş
edir və açıqca göstərir ki, “Məcmueyi-əşar” hazırlamaq fikrindədir.
H.Qayıbov bu işə hələ altmışıncı illərdən başlamışdır. Onun tərtib etdiyi
dörd cildlik məcmuə səksəninci illərdə tamamlanmışdır. O, toplusunda
Azərbaycanda tanınmış, məşhur və az tanınan
yüz doqquz XVIII-XIX əsr
şairlərinin əsərlərindən nümunələr vermişdir. Bu sahədə ilk təşəbbüsü Mirzə
Hüseyn göstərmişdir.
“Qayıbov Qori Seminariyasında işləyərkən taləbələrini, Qafqaz müftisi təyin
olunarkən ruhaniləri şifahi xalq ədəbiyyatı toplamağa sövq etmişdir. Onun
topladığı materiallar M.F.Axundov tərəfindən tərcümə edildikdən sonra “Aktı”
məcmuəsində çap olunmuşdur. Bundan başqa o, uzun illər xalqımızın adət-
ənənələri,
həyat tərzi, ədəbiyyatı ilə bağlı topladığı məlumatlar əsasında
“Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” adlı antologiyasını tərtib
etmişdir. Heç şübhəsiz, onun ən böyük xidməti bu antologiyanın tərtibidir. Onun
da meydana gəlməsində M.F.Axundovun səyi və təşəbbüsü təqdirəlayiqdir. Onlar
möhkəm dost olmuşlar. Axundovun nəvəsi, fransız dili müəllimi Aliyə xanım
Sultanova xatiratında yazırdı ki, babası əlyazmalarının surətini gözəl xətt
sahiblərinə çatdırardı ki, onlardan biri də Hüseyn Əfəndi idi. Qayıbovun arvadı
ömrünün son günlərində belə Mirzə Fətəlini çox yaxşı xatırlayırdı.
Klassik Azərbaycan ədəbiyyatı nümunələrini əhatə etmək baxımından çox
dəyərli olan “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” antologiyası
görkəmli ədəbiyyatşünas F.Köçərlinin “Azərbaycan ədəbiyyatı” əsəri üçün ilk
mənbələrdən
biri olmuşdur, Sonralar H.Araslı, S.Rüstəmov kimi ədəbiyyatşünaslar