ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   34   35   36   37   38   39   40   41   ...   157

Belə nadir məktublardan biri fars dilində yazılmışdır. Məktubu 1872-ci ildə 
Mirzə Hüseyn Qayıbov Qocori yaylağından Adolf Berceyə göndərmişdi. 
“Mirzə Fətəlini /M.F.Axundov - Ş.N./ üç gün bundan əvvəl Baranovski 
yanına çağırıb “əsasnamə”nin tərcüməsini ona vermişdir. Mirzə onunla məşğuldur. 
Əlavə Hacı Əfəndinin formulyar siyahısını tərtib edir. Hacı Cəmil Əfəndi 
xəstələnmişdi, indi yaxşılaşıb və yazır ki, bir cindar tapıb cin və devlərin əhvalatını 
toplayır, xatircəm olun ki, salyanlı Mirzə Əbdüləli bəy Əlimirzeyev talış, Bakı, 
Dərbənd evləri barədə müfəssəl məktub yazıb göndərəcəkdir. Mirzə Mustafaya da 
yazmışam ki, Qarabağın əhvalatını ətraflı yazsın, Hacı Cəmil Əfəndiyə yazıb 
bildirmişəm ki, Gəncədə olan dostlarından öyrənsin və oraların həyat tərzini təsvir 
etsin”. 
 
Mirzə Hüseyn Qayıbov,  
1872-ci il, Qocori. 
 
Mirzə Hüseyn Əfəndi Qayıbov təkcə arxeoqrafiya və maarif sahəsində deyil, 
həm də tibbi mövzuda məqalələr də yazmış və bu barədə 1882-ci ildə xalq 
təbabətinə dair ayrıca “Tövsiyyələr” adlı kitab da nəşr etdirmişdir. Kitabda öz 
həmməzhəblərinə vəba mərəzinin dəf və refinə dair vacib tövsiyyələr verir. Mirzə 
Hüseyn həm də 1906-cı ildə nəşr etdirdiyi “Zübtədül-Əhkamuş-şəriyyə” 
/”Ariflərin şəriət qanunları”/ kitabının müəllifidir. 
Mirzə Hüseyn hesab və dilçilik tədqiqatı sahəsində də müəyyən xidmətlər 
göstərmişdir. Qori Seminariyasında işlədiyi illərdə “Nümuneyi-ləhceyi-
Azərbaycan”, “Müqəddəs tarix və sərfnəhv”, “Məbadeyi-təlimi-sibyan” 
/Yeniyetmələr üçün elmin əsasları/, “Məsaili-aləmi-hesab” /Dünyəvi hesab elminin 
məsələləri/ adlı dərsliklərini yazmış, tələbələr dərslik kimi ondan istifadə etmişlər. 
Çərəkə və Quran ayələrini tədris edən ikinci kitab   inqilaba   qədər   kənd   ibtidai 
məktəblərində  dərs vəsaiti olmuşdur
A.İ.Kalaşevin   1894-cü  ildə tərtibm etdiyi “Rus-aysori-rus lüğəti” kitabının 
müqəddiməsində oxuyuruq: 
“Sözlərin ərəb-fars və türk dillərində qarşılıqlı mənasını anlamaqda mən 
Zaqafqaziya müftisi Mirzə Hüseyn Əfəndi Qayıbovun lütfkar köməyindən çox 
istifadə etmişəm. 
“Qafqazın tayfa  və ərazilərinin təsviri materialları” toplusunda 
yerləşdirilmiş lüğətin rus-aysor hissəsində başlıca olaraq Hüseyn Əfəndi 
Qayıbovun   əlavələri   üçün   redaksiya, qarşılıqlı  sözlərin  aysor lüğətində 
mənasına   görə   ona   dərin   minnətdarlığını bildirir”. 
Ədəbi aləmə yaxşı məlumdur ki, milliyyətcə alman olan, 1850-60-cı illərdə 
Qafqaz canişinliyində xidmət edən şərqşünas Adolf Petroviç Berce 1867-ci ildə 
Leypsiqdə Qafqaz və Azərbaycanda məşhur olan Şüəranın əşarına məcmuə”sini 
çap etdirmişdir. 
Mirzə Hüseyn Əfəndi Qayıbovu yaxşı tanıyan, onun ailəsinə çox yaxın olan 
məşhur ədəbiyyatşünas Firudin bəy Köçərli haqlı olaraq yazır: 
“...Cənab Bercenin /Adolf/ məcmuəsini tərtib edən Zaqafqaziya müftisi 
Hüseyn Əfəndi Qayıbov olubdur ki, ol cənabın şer və ədəbiyyatda artıq meylü-


həvəsi var idi. Bu məcmuə dəxi əlan çox az tapılır”. /F.Köçərli, “Azərbaycan 
ədəbiyyatı”, Bakı-1978-ci il, I cild, səh.171/. 
Bu fikri Yusif Vəzir Çəmənzəminli hələ inqilabdan əvvəl yazdığı 
“Azərbaycan ədəbiyyatına bir nəzər” əsərində təsdiq edir. O yazır: “Mərhum 
Mavarayi-Qafqaz müftisi Hüseyn Əfandi Qayıbov tərəfindən də ədəbiyyatımız 
tədqiq olunubdur. Xəbərimizə görə, Bercenin də kitabı Hüseyn Əfəndinin qeyri-
mətbu əsərlərindən əxz olunub. Mərhum Qayıbovun əlyazmaları qızı Nigar 
xanımda saxlanılır”. 
Mirzə Fətəli Axundovun Adolf Berceyə 21 oktyabr 1876-cı il tarixli 
məktubu bu faktı bir daha açıqlayır: “Biz sizin gəlməyinizi səbirsizliklə gözləyirik. 
Bu məktubu qurtaran kimi mən şairlərin tərcümeyi-halı haqqında Molla Hüseyn 
Qayıbovun bu gün Azərbaycan dilində göndərməli olduğu məktubu tərcümə 
etməyə başlayacağam”. 
Mirzə Hüseyn dörd cildlik toplusunda söz sənətinin mahir ustadı 
M.P.Vaqifin şerlərinə geniş yer verilmişdir. Araz Dadaşzadə “M.P.Vaqif” 
kitabında A.Berce, F.Köçərli, M.Y.Nersesov kimi görkəmli tədqiqatçılarla yanaşı, 
M.H.Qayıbovun da fəaliyyətini yüksək qiymətləndirir: “A.Berceyə böyük 
ədəbiyyat həvəskarı, Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbovun da müəyyən 
köməyi olmuşdur” qənaətinə gəlir. 
İnqilaba qədər Vaqifin əsərlərinin toplanmasında, onun qeyri-mətbu 
şerlərinin aşkara çıxarılmasında M.Y.Nersesovdan sonra ən mühüm rolu 
H.Qayıbov oynamışdır, M.F.Axundovun arxivindəki bir məktubdan anlaşılır ki, 
H.Qayıbov ondan “Vaqif və digər müasirin” məcmuəsinin göndərilməsini xahiş 
edir və açıqca göstərir ki, “Məcmueyi-əşar”   hazırlamaq   fikrindədir. 
H.Qayıbov bu işə hələ altmışıncı illərdən başlamışdır. Onun tərtib etdiyi 
dörd cildlik məcmuə səksəninci illərdə tamamlanmışdır. O, toplusunda 
Azərbaycanda tanınmış, məşhur və az tanınan yüz doqquz XVIII-XIX əsr 
şairlərinin əsərlərindən nümunələr vermişdir. Bu sahədə ilk təşəbbüsü Mirzə 
Hüseyn göstərmişdir. 
“Qayıbov Qori Seminariyasında işləyərkən taləbələrini, Qafqaz müftisi təyin 
olunarkən ruhaniləri şifahi xalq ədəbiyyatı toplamağa sövq etmişdir. Onun 
topladığı materiallar M.F.Axundov tərəfindən tərcümə edildikdən sonra “Aktı” 
məcmuəsində çap olunmuşdur. Bundan başqa o, uzun illər xalqımızın adət-
ənənələri, həyat tərzi, ədəbiyyatı ilə bağlı topladığı məlumatlar əsasında 
“Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” adlı antologiyasını tərtib 
etmişdir. Heç şübhəsiz, onun ən böyük xidməti bu antologiyanın tərtibidir. Onun 
da meydana gəlməsində M.F.Axundovun səyi və təşəbbüsü təqdirəlayiqdir. Onlar 
möhkəm dost olmuşlar.  Axundovun nəvəsi, fransız dili müəllimi Aliyə xanım 
Sultanova xatiratında yazırdı ki, babası əlyazmalarının surətini gözəl xətt 
sahiblərinə çatdırardı ki, onlardan biri də Hüseyn Əfəndi idi. Qayıbovun arvadı 
ömrünün son günlərində belə Mirzə Fətəlini çox yaxşı xatırlayırdı. 
Klassik Azərbaycan ədəbiyyatı nümunələrini əhatə etmək baxımından çox 
dəyərli olan “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” antologiyası 
görkəmli ədəbiyyatşünas F.Köçərlinin “Azərbaycan ədəbiyyatı” əsəri üçün ilk 
mənbələrdən biri olmuşdur, Sonralar H.Araslı, S.Rüstəmov kimi ədəbiyyatşünaslar 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə