ŞӘMİsтan nәZİRLİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/157
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9969
1   ...   42   43   44   45   46   47   48   49   ...   157

* * * 
 
Nigar xanım xalqımızın ilk hərbi şəfqət bacısıdır. 
Birinci Dünya müharibəsi başlananda general Əliağa Şıxlinski Çarskoye 
Selodakı Artilleriya Zabitləri Məktəbində rəis müavini idi. Döyüşən orduya gedən 
müdavimlərin tədris binası, kazarmaları (qışlaları) yaralı əsgərlər üçün qospitala 
çevrilir. Zabit arvadları yaralı əsgərlərə tibbi yardım göstərmək üçün “Qırmızı xaç 
cəmiyyəti” təşkil edirlər. Nigar xanım həmin cəmiyyətə sədr seçilir. 
İmperatorun “Qırmızı xaç” cəmiyyətinin səlahiyyətli nəzarətçisi polkovnik 
Velçinski bir yoxlama zamanı demişdir ki, Nigar xanım Şıxlinskayanın başçılıq 
etdiyi hərbi xəstəxana hazırkı müharibədə fövqəladə təşkil olunmuş bütün “Qırmızı 
xaç” cəmiyyəti xəstəxanaları arasında ən yaxşısıdır. Onu da xatırladaq ki, hərbi 
xəstəxananın rəsmi adı “Topçu zabitləri məktəbi qadın komitəsinin xəstəxanası” 
olmasına baxmayaraq, hörmət əlaməti olaraq hamı ona “Şıxlinskayanın 
xəstəxanası” deyirmiş. 
Həmin illəri xatırlayan general Əliağa Şıxlinski yazır: 
  
“Mənim arvadım Nigar xanım həmişə xəstəxanada olurdu. Komitənin 
sədrliyi vəzifəsini ifa etməkdən başqa, əsgərlər üçün rusca, Kazantatarlarının, 
kazak və özbəklərin dillərində evlərinə məktub yazırdı. Əsgərlər onu ana kimi son 
dərəcə sevir və onu “mamaşa” - deyə çağırırdılar; tez-tez bu xəstəxanaya 
getdiyimdən mənə də “papaşa” deyirdilər”. 
1984-cü ilin oktyabrında Sankt-Peterburqdakı Saltıkov-Şedrin adına kütləvi 
kitabxananın arxivində saxlanan “Artilleriya zabitləri məktəbinin xəbərləri” 
jurnalının səhifələrində Nigar xanım haqqında xeyli maraqlı faktlara rast gəldim. 
Jurnalın 1914-cü il oktyabr (30) nömrəsində (səh. 60-61 -də) yazılıb ki, Nigar 
xanım Şıxlinskaya “Qadın Xeyriyyə Cəmiyyəti”nin sədri seçilib. Digər bir 
səhifədə isə daha qırx belə qadının adı, familiyası dərc edilib. Bunlar Qadın 
Xeyriyyə Cəmiyyətinin üzvləri - Nigar xanımın tabeliyində işləyənlərdir. Daha 
sonra jurnalın 78-ci səhifəsində Nigar xanımın “Dul qadınlar, yetim uşaqlar və 
aşağı rütbəli ailələr üçün” adlı müraciət-məqaləsi dərc olunub. Məqalədə göstərilir 
ki, hökumət müharibədə ailə başçısını itirənlərə yardım verib, təqaüd kəsməlidir. 
Həmin ili - 1914-cü ildə Nigar xanım başqa bir mətbuat orqanında çıxış 
etmişdir. O, “Russkiy invalid” qəzetinin 4 avqust nömrəsində “Əzizlərini 
müharibəyə yola salan qadınlara” adlı məqaləsini dərc etdirmişdir. Hərbi şəfqət 
bacısı kimi yaralılara tibbi yardım göstərən xeyirxah Nigar xanım təkcə bununla 
kifayətlənməmişdir. O, bir ziyalı kimi çıxış edərək demişdir ki, döyüşçünün qadını 
ağlayıb sızlamaqdansa, saqlamlığını qorumalı, uşaqlarına qayğı göstərməlidir. Qoy 
Vətən və torpaq uğrunda döyüşən ərin qulağına ailəsi, uşaqları haqqında xoş 
sədalar yetişsin. 
Yetmiş səkkiz il əvvəl xalqımızın fədakar və nəcib ziyalısı Nigar xanım 
Şıxlinskayanın yazdığı müraciət məqaləsi bu günümüzlə necə də eyni ruhda 
səsləşir. Ona görə də həmin məqaləni möhtərəm oxuculara təqdim edirəm: 
“Əksər hallarda, zabitin döyüşən orduda təyin olunması haqda çağırış 
gələrkən, onun ailəsindəki qadınlar ağlaşmağa, ümidsizliyə qapılmağa başlayırlar, 
qorxurlar ki, onların əzizi müharibədə həlak ola bilər. Zənnimizcə, bu, məsələnin 


düzgün açıqlanmamasından irəli gəlir. Hər bir mömin qadın əmin olmalıdır ki, 
yeri-göyü yaradan ulu Tanrı nə vaxt lazım bilirsə, onun istəkli kişisi də məhz o 
vaxt ölməlidir. Əgər bəndəsinin məhz bu il ölməsi Tanrının meylindən keçərsə, 
həmin bəndə müharibədə iştirak etmədən də o dünyalıq olar, yəni ömrünü sizə 
bağışlayar. Belə olduqda, evdə ölməkdənsə, hər bir igid hərbçinin arzuladığı kimi 
döyüş meydanında şəhid olmaq daha yaxşı deyilmi? O, Vətən qarşısında öz 
borcunu şərəflə yerinə yetirdiyinə görə dünyasını xoş duyğularla dəyişəcək, onun 
xatirəsi bizim aləmimizdə cəfakeşlik, müqəddəslik haləsi ilə nurlanacaq: o şəhidin 
adını tanış-bilişləri də, ucsuz-bucaqsız diyarımızın onu əsla tanımayan zümrələri 
də ehtiramla, pərəstişlə çəkəcəklər. 
Döyüşən əzizlərimizin təhlükəsindən səksəkəyə düşməkdənsə, biz onun 
səhhətinin, sağlamlığının qeydinə qalmalıyıq. Sülh, əmin - amanlıq çağlarına biz 
ailəmizin kişi xeylağının qulluğunda dayanırıq: çalışırıq, hər şeyi elə sahmanlayaq 
ki, ömrümüzün-günümüzün fərəhi xidmətdən  qayıdıb  gələndə  evdə  həm; 
mənəvi, həm də ruhən dincələ bilsin, Əməlli-başlı  yeyib-içməyə,   istirahət etməyə 
onun kifayət qədər vaxtı olmadığı üzündən, doğrusu, çoxlarımızın ürəyindən   
ağrılar   keçib.   Müharibədə   onun vəziyyəti müqayisəolunmaz dərəcədə çətindir. 
Elə də olur ki, o, mərmi gurultusu, güllə vıyıltısı altında ac-susuz,  yuxusuz günlər   
keçirir.   Təsəvvürə   gətirəsən gərək -  tapşırılan  vəzifəni yerinə yetirməkdən   
ötrü,   varlığı   titrədən, əsəbləri tarıma çəkən xoşagəlməz şəraitdə öz dəyanətini, 
zəka aydınlığını qoruyub saxlamaq üçün bizim əzizimizə, görün, nə qədər böyük 
iradə əzmkarlığı, əsəb gərginliyi lazım gəlir? Bu, hələ harasıdır? Təkcə öz 
fəaliyyətini deyil, idarə olunması ona tapşırılmış qeyrilərinin hərəkətlərinə başçılıq 
etmək işində də şəxsi təşəbbüs göstərmək tez-tez onun üzərinə düşür. 
Mən qəlbimin dərinliyində əminəm ki, hər bir sevən qadın müharibədə könül 
həmdəminin görəcəyi işin müəyyən hissəsini öz üzərinə götürməyi, ona kömək 
etməyi cani-dildən arzulayır. Təəssüf ki, indiki halda bu baxımdan əlimizdən heç 
nə gölmir. İmkan daxilində gücümüz buna çatar - özümüzü elə tutmalıyıq ki, 
əzizimizin biz sarıdan beli bərk olsun, evin güzəranı, qayğıları onun müharibədə 
keçirəcəyi hər cür həyəcanlara əlavə olunmasın, Biz yaxın kimsələrimizi “hara 
gedirsən, hara? Sənsiz vay günüm qara...” - deyə - deyə uğurlamamalıyıq: biz 
təmkinlə xeyir - dua verməli, ona təlqin etməliyik ki, o, özünün əvəzinə ailədə - 
ocaqda zəif, aciz məxluq deyil, ruhən güclü, təhlükənin gözünə düz baxmağı 
bacaran sadiq, sevən dost qoyub gedir və həmin bu sadiq dost lazım olarsa, uçub 
gələr onun yanına. Öz nəvazişi ilə ovundurar, qadasını alar onun... 
Ruhdan düşməmək, özümüzü möhkəm ələ almaq üçün, əvəzsiz əzizimizə 
lazım gələn məqamda şəfqət göstərməyə imkanımız olsun, deyə sağlamlığımızı 
həmişəkindən daha çox qorumaq üçün, yola düşənimizə bəslədiyimiz atəşin 
məhəbbət bizə həyan olsun”. 
“Qafqaz qadınlarının Xeyriyyə Cəmiyyəti”ndəki xidmətlərinə görə Müfti 
Mirzə Hüseyn Əfəndi Qayıbovun həyat yoldaşı Səadət xanım cəmiyyətin fəxri 
üzvü, qızı Nigar xanım isə ömürlük üzvü seçilmişlər. 
 
Yanvar, 1993-cü il 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə